Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4201/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İddiaçı 24.08.1979-cu ildən əmək fəaliyyətinə başlamışdır və hal-hazırda da əmək fəaliyyətinə davam edir. 20.09.1982-01.10.1982-ci illərdə “Artemneftqaz" idarəsinin uşaq baxçasında xadimə, 01.10.1982-10.03.1983-ci illərdə uşaq baxçasında dayə, 15.07.1985-02.03.1989-cu illərdə “Artemneftqaz" idarəsinin uşaq baxçasında tərbiyəçi, 13.05.2005-ci ildən 04.11.2014-cü il tarixə qədər “Abşeronneft” NQÇİ-nin 4 saylı NQÇS-də quyuların tədqiqi üzrə operator, 05.11.2014-cü ildən 31.03.2021-ci il tarixə qədər “Abşeronneft” NQÇİ-nin ET və İİS-də quyuların tədqiqi üzrə operator, 01.04.2021-ci il tarixdən indiyə qədər “Abşeronneft” NQÇİnin Layların quyuların tədqiqatı və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator vəzifəsində işləyir. İddiaçının ümumi əmək stajı 20 ildən çoxdur. İddiaçı ümumi əmək stajının 16 ildən çoxunu zərərli peşələrdə çalışmışdır. İddiaçı işlədiyi iş yerləri üzrə peşənin zərərli sahə olmasını, ümumi və xüsusi sahədə olan iş stajını və yaşını nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavadehin imtinası tamamilə qanunsuz və əsassızdır. Qanunvericiliyin tələblərinə əsasən 55 yaşına çatmış, azı 20 il sığorta stajına malik olan, bu müddətin azı 10 ilini xüsusilə ağır işlərdə çalışan qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft” İstehsalat Birliyi "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli 175 saylı arayışın məzmunundan da görünür ki, iddiaçının zərərli sahədə 16 il 6 ay 05 gün əmək stajı var. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı 24.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı filiala təqdim etdiyi 04.02.1983-cü il tarixli əmək kitabçasına və “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 17.08.2020-ci il tarixli 110 nömrəli güzəştli arayışına əsasən onun 05.08.2020-ci il tarixədək olan güzəştli iş stajının 09 il 05 ay 21 günü təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində hüququnun yarandığı 05.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir: - İddiaçının 55 yaşının tamam olması; - İddiaçının 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; - İddiaçının 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçı 04.02.1983-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən 20.09.1982-01.10.1982, 01.10.1982-06.12.1982, 05.01.1983-10.03.1983, 10.03.1983-28.03.1983, 04.04.1983-10.05.1983, 23.05.1983-09.06.1983, 15.07.1985- 02.03.1989, 13.05.2005-04.11.2014-cü il tarixlərdə, 13.06.1984-01.09.2011-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 26.09.2014-cü il tarixli RA-01/32 nömrəli arayışına əsasən İddiaçı 20.09.1982-ci il tarixdə 31 saylı uşaq bağçasında xadimə peşəsinə müvəqqəti olaraq qəbul edilmiş, 09.06.1982-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 17.08.2020-ci il tarixli 110 nömrəli güzəştli arayışına əsasən İddiaçı 13.05.2005-04.11.2014-cü il tarixlərdə “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sexində quyuların tədqiqi üzrə operator peşəsində, 05.11.2014-07.08.2020-ci il tarixlərdə “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində çalışmışdır. İş materiallarında olan “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 23.08.2021-ci il tarixli 32 nömrəli arayışına əsasən İddiaçı “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin layların, quyuların tədqiqatı və istehsalat işləri sahəsi, layların və quyuların tədqiqi, işlənməsi və elmi tədqiqat laboratoriyası struktur bölməsində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10), neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) fəhlələr yarımbəndində müvafiq olaraq quyuların tədqiqatı üzrə operator vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı 05.11.2014-07.08.2020-ci il tarixlərdə “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işlədiyindən müvafiq vəzifə neft, qaz və qaz kondensatının hasilatı sahəsinə aid deyildir. İddiaçı 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixədək olan güzəştli iş stajı (13.05.2005-04.11.2014-cü il tarixlərdə işlədiyi dövr) 09 il 05 ay 21 günü təşkil etdiyindən ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 04.10.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 26 fevral 2021-ci il tarixli **********4 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 25 avqust 2021-ci il tarixində daxil olmuş müraciətinizə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) fəhlələr yarımbəndində (a) müvafiq olaraq quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 4 fevral 1983-cü il tarixli əmək kitabçanızda və “Abşeronneft” Neft və Qazçıxarma idarəsinin 17 avqust 2020-ci il tarixli 110 nömrəli güzəştli arayışında 05.11.2014-07.08.2020-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən idarənin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi, Elmi tədqiqat və istehsalat işləri sahəsində işlədiyiniz quyuların tədqiqi üzrə operator vəzifəsi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatının hasilatı sahəsinə aid deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 10 ildən az (9 il 5 ay 21 gün (13.05.2005- 05.11.2014-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan SSR X8 Təhsili Komitəsi B seriyalı 678081 nömrəli diplomun surətindən görünür ki, X4 01.10.1982-ci ildə Bakı şəhəri 53 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 25.07.1983-cü ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı peşəsi üzrə texniki məktəbin tam kursu bitirmişdir. İş materiallarında olan Dövlət Neft Şirkəti “Azneft” İB “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin 17.08.2020-ci il tarixli 110 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də 13.05.2005-ci ildən 04.11.2014-cü ilədək “Abşeronneft” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sexində quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. 05.11.2014-ci ildən 07.08.2020 ilədək “Abşeronneft” Neft və qazçıxarma idarəsinin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləyir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı cəmi 23 gün 2 ay 15 il. Yuxarıda göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 "xxxx" bəndinə və 35. Ümumi peşələr bölməsinə aiddir. İş materiallarında olan Dövlət Neft Şirkəti “Azneft” İB “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin 18.11.2021-ci il tarixli 175 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 13.05.2005-ci ildən 04.11.2014-cü ilədək “Abşeronneft” NQÇİ-nin 4 saylı NQÇS-də quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. 05.11.2014-cü ildən 31.03.2021-ci ilədək “Abşeronneft" NQÇİ-nin ET və İİS-də quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir. 01.04.2021-ci ildən 18.11.2021-ci ilədək "Abşeronneft” NQÇİ-nin Layların quyuların tədqiqatı və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləyir. Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı cəmi 05 gün 6 ay 16 il. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neft, qaz və qaz kondensatının hasilatı 10.2 a bəndinə aiddir. Qeyd: İddiaçı çalışdığı struktur bölmələrin adları qeyd edilmiş dövrdə müxtəlif adlandırılsa da (4 saylı NQÇS, Elmi-tədqiqat və istehsalat işləri sahəsi, Layların, quyuların tədqiqatı və istehsalat işləri sahəsi) çalışdığı quyuların tədqiqi üzrə operator peşəsində əmək fəaliyyəti neft və qazşıxarma sahələri ilə bağlı olmuşdur. Belə ki, o, dərinlik bucurğadı vasitəsilə quyunun dərinliyinin ölçülməsi, mayenin səviyyəsi və su-neft ayırıcı səviyyəsinin ölçülməsi, quyunun istismar kəmərinin şablonla yoxlanılması və dibinin dərinliyinin müəyyən edilməsi, quyularda neft və qazın hasilatının ölçülməsi, dinamometrlə nasosun işinin tədqiq edilməsi, dərinlik cihazları ilə tədqiqat işlərinin aparılması, tədqiqat cihazlarının və dərinlik bucurğadının profilaktik yoxlanılması, hazırlıq və son əməliyyatın aparılması işlərini həyata keçirir. İş yerlərində istehsalat amillərinin zərərli parametrlərin səviyyəsinə görə vəzifə (tarif) maaşına 1.04 artım əmsalı tətbiq edilir. İş materiallarında olan (SOCAR) “Azneft” İB “Abşeronneft” NQÇİ tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası 20 saylı vəkil bürosuna ünvanlanmış 14.12.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 24.11.2021-ci il tarixli 929 saylı məktubuna cavab olaraq məlumat vermək istəyirik ki, İddiaçı 13.05.2005-ci il tarixindən hal-hazırki dövrə qədər 4 saylı NQÇS-də, Elmi-tədqiqat və istehsalat işləri sahəsində, Layların, quyuların tədqiqatı və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində çalışmışdır. Müəyyən dövrlərdə struktur bölmələrin adları müxtəlif adlandırılsa da çalışdığı quyuların tədqiqi üzrə operator peşəsində əmək funksiyaları neft və qazçıxarma sahələri ilə bağlı olmuşdur. Peşənin adından göründüyü kimi quyuların tədqiqi üzrə operator peşəsində çalışanlar neft və qazçıxarma mədənlərində dərinlik bucurğadı vasitəsilə quyunun dərinliyinin ölçülməsi, mayenin səviyyəsi və su-neft ayırıcı səviyyəsinin ölçülməsi, quyunun istismar kəmərinin şablonla yoxlanılması və dibinin dərinliyinin müəyyən edilməsi, quyularda neft və qazın hasilatının ölçülməsi, dinamometrlə nasosun işinin tədqiq edilməsi, dərinlik cihazları ilə tədqiqat işlərinin aparılması, tədqiqat cihazlarının və dərinlik bucurğadının profilaktik yoxlanılması, hazırlıq və son əməliyyatın aparılması işlərini həyata keçirir. İş yerlərində istehsalat amillərinin zərərli parametrlərin səviyyəsininə görə vəzifə (tarif) maaşına 1.04 artım əmsalı tətbiq edilir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 20.09.1982-ci ildə “Artyomneftqaz" NQÇİ 31 saylı Uşaq Bağçasında müvəqqəti olaraq xadimə vəzifəsinə işə qəbul olunmuş, 01.10.1982-ci ildə müvəqqəti işçi kimi işdən azad olunmuş, 01.10.1982-ci ildə “Artyomneftqaz" NQÇİ 50 saylı Uşaq Bağçasının ştatına tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 06.12.1982-ci ildə müvəqqəti işçi kimi iş müddətinin başa çatması səbəbindən işdən azad olunmuş, 05.01.1983-cü ildə "Artyomneftqaz" NQÇİ 31 saylı Uşaq Bağçasının ştatına tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 31.01.1983-cü ildə "Artyomneftqaz" NQÇİ 51 saylı Uşaq Bağçasına tərbiyəçi vəzifəsinə keçirilmiş, 01.02.1983-cü ildə müvəqqəti olaraq 51 saylı Uşaq bağçasına tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 10.03.1983-cü ildə müvəqqəti işçi kimi iş müddətinin başa çatması səbəbindən işdən azad olunmuş, 10.03.1983-cü ildə müvəqqəti olaraq 31 saylı Uşaq bağçasına xadimə vəzifəsinə qəbul olunmuş, 28.03.1983-cü ildə müddətin başa çatması ilə əlaqədar müvəqqəti işçi kimi işdən azad olunmuş, 04.04.1983-cü ildə müvəqqəti olaraq 31 saylı Uşaq bağçasına tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 10.05.1983-cü ildə müddətin başa çatması ilə əlaqədar müvəqqəti işçi kimi işdən azad olunmuş, 23.05.1983-cü ildə müvəqqəti olaraq 31 saylı Uşaq bağçasına xadimə vəzifəsinə qəbul olunmuş, 09.06.1983cü ildə müddətin başa çatması ilə əlaqədar müvəqqəti işçi kimi işdən azad olunmuş, 15.07.1985-ci ildə "Artyomneftqaz" NQÇİ 51 saylı X7 vəzifəsinə qəbul olunmuş, 18.10.1988-ci ildə 31b saylı Uşaq bağçasına tərbiyəçi vəzifəsinə keçirilmiş, 18.10.1988-ci ildə digər yerdən keçirilmə qaydasında tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 02.03.1989-cu ildə 52 saylı Uşaq Bağçasına tərbiyəçi vəzifəsinə keçirilmiş, 02.03.1989-cu ildə 52 saylı Uşaq bağçası (körpələr evi) 31b saylı Uşaq bağçasından keçirmə yolu ilə tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 13.05.2005-ci ildə 4 saylı NQCS-nin 4 dərəcəli quyuların tədqiqi üzrə operator keçirilmiş, 13.12.2005-ci ildə 5-ci dərəcə verilmiş, 24.04.2014-cü ildə əsasnaməyə edilmiş dəyişikliyi nəzərə alaraq idarənin təşkilatı strukturunda ştat cədvəlində sex 4 saylı neft və qazçıxarma sahəsi ilə əvəz edilmiş, 05.11.2014-cü ildə Elmi tədqiqat və istehsalat işləri sahəsinə 5-ci dərəcəli quyuların tədqiqi üzrə operator peşəsinə keçirilmiş, hal-hazıra qədər işləyir (19.08.2020-ci il tarixli qeydə əsasən). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İddiaçı 20.09.1982-ci ildə “Artyomneftqaz" NQÇİ 31 saylı Uşaq Bağçasında müvəqqəti olaraq xadimə vəzifəsinə işə qəbul olunmuş, 01.10.1982-ci ildə müvəqqəti işçi kimi işdən azad olunmuş, 01.10.1982-ci ildə “Artyomneftqaz" NQÇİ 50 saylı Uşaq Bağçasının ştatına tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 06.12.1982-ci ildə müvəqqəti işçi kimi iş müddətinin başa çatması səbəbindən işdən azad olunmuş, 05.01.1983-cü ildə "Artyomneftqaz" NQÇİ 31 saylı Uşaq Bağçasının ştatına tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 31.01.1983-cü ildə "Artyomneftqaz" NQÇİ 51 saylı Uşaq Bağçasına tərbiyəçi vəzifəsinə keçirilmiş, 01.02.1983-cü ildə müvəqqəti olaraq 51 saylı Uşaq bağçasına tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 10.03.1983-cü ildə müvəqqəti işçi kimi iş müddətinin başa çatması səbəbindən işdən azad olunmuş, 10.03.1983-cü ildə müvəqqəti olaraq 31 saylı Uşaq bağçasına xadimə vəzifəsinə qəbul olunmuş, 28.03.1983-cü ildə müddətin başa çatması ilə əlaqədar müvəqqəti işçi kimi işdən azad olunmuş, 04.04.1983-cü ildə müvəqqəti olaraq 31 saylı Uşaq bağçasına tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 10.05.1983-cü ildə müddətin başa çatması ilə əlaqədar müvəqqəti işçi kimi işdən azad olunmuş, 23.05.1983-cü ildə müvəqqəti olaraq 31 saylı Uşaq bağçasına xadimə vəzifəsinə qəbul olunmuş, 09.06.1983cü ildə müddətin başa çatması ilə əlaqədar müvəqqəti işçi kimi işdən azad olunmuş, 15.07.1985-ci ildə "Artyomneftqaz" NQÇİ 51 saylı X7 vəzifəsinə qəbul olunmuş, 18.10.1988-ci ildə 31b saylı Uşaq bağçasına tərbiyəçi vəzifəsinə keçirilmiş, 18.10.1988-ci ildə digər yerdən keçirilmə qaydasında tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 02.03.1989-cu ildə 52 saylı Uşaq Bağçasına tərbiyəçi vəzifəsinə keçirilmiş, 02.03.1989-cu ildə 52 saylı Uşaq bağçası (körpələr evi) 31b saylı Uşaq bağçasından keçirmə yolu ilə tərbiyəçi vəzifəsinə qəbul olunmuş, 13.05.2005-ci ildə 4 saylı NQCS-nin 4 dərəcəli quyuların tədqiqi üzrə operator keçirilmiş, 13.12.2005-ci ildə 5-ci dərəcə verilmiş, 24.04.2014-cü ildə əsasnaməyə edilmiş dəyişikliyi nəzərə alaraq idarənin təşkilatı strukturunda ştat cədvəlində sex 4 saylı neft və qazçıxarma sahəsi ilə əvəz edilmiş, 05.11.2014-cü ildə Elmi tədqiqat və istehsalat işləri sahəsinə 5-ci dərəcəli quyuların tədqiqi üzrə operator peşəsinə keçirilmiş və hal-hazıra qədər işləyir. İddiaçı 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixədək 35 il 07 ay 28 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 13.05.2005-ci ildən 04.11.2014-cü ilədək “Abşeronneft” NQÇİ-nin 4 saylı NQÇS-də quyuların tədqiqi üzrə operator peşəsində işləmişdir, 05.11.2014-cü ildəh halhazıradək “Abşeronneft" NQÇİ-nin ET və İİS-də quyuların tədqiqi üzrə operator peşəsində işləyir (55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixədək 15 il 02 ay 23 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur – Bölmə 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, bənd 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, yarımbənd a) fəhlələr - quyuların tədqiqatı üzrə operatorlar. Cavabdeh iddiaçının 05.11.2014-07.08.2020-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) neft, qaz və qaz kondensatının hasilatı sahəsinə aid olmadığını, bu səbəbdən də iddiaçının güzəştli iş stajınının 10 ildən az (9 il 5 ay 21 gün (13.05.2005-05.11.2014-cü il tarixləri arasındakı dövr) təşkil etdiyini qeyd etməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. X10 Şirkəti “Azneft” İB “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin təqdim etdiyi arayışından görünür ki, iddiaçının 13.05.2005-ci ildən 04.11.2014-cü ilədək işlədiyi “Abşeronneft” NQÇİ-nin 4 saylı NQÇS-də quyuların tədqiqi üzrə operator peşəsi, 05.11.2014-cü ildən 31.03.2021-ci ilədək işlədiyi “Abşeronneft" NQÇİ-nin ET və İİS-də quyuların tədqiqi üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neft, qaz və qaz kondensatının hasilatı 10.2 a bəndinə aiddir. Həmin arayışda həmçinin qeyd edilir ki, iddiaçının çalışdığı struktur bölmələrin adları qeyd edilmiş dövrdə müxtəlif adlandırılsa da (4 saylı NQÇS, Elmi-tədqiqat və istehsalat işləri sahəsi, Layların, quyuların tədqiqatı və istehsalat işləri sahəsi) çalışdığı quyuların tədqiqi üzrə operator peşəsində əmək fəaliyyəti neft və qazşıxarma sahələri ilə bağlı olmuşdur, belə ki, o, dərinlik bucurğadı vasitəsilə quyunun dərinliyinin ölçülməsi, mayenin səviyyəsi və su-neft ayırıcı səviyyəsinin ölçülməsi, quyunun istismar kəmərinin şablonla yoxlanılması və dibinin dərinliyinin müəyyən edilməsi, quyularda neft və qazın hasilatının ölçülməsi, dinamometrlə nasosun işinin tədqiq edilməsi, dərinlik cihazları ilə tədqiqat işlərinin aparılması, tədqiqat cihazlarının və dərinlik bucurğadının profilaktik yoxlanılması, hazırlıq və son əməliyyatın aparılması işlərini həyata keçirir, iş yerlərində istehsalat amillərinin zərərli parametrlərin səviyyəsinə görə vəzifə (tarif) maaşına 1.04 artım əmsalı tətbiq edilir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 15 il 02 ay 23 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixədək 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 55 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 55 yaşının tamam olduğu 05.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4201/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4201/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver