Məhkəmə qərarları › İş №2-1(112)-4202/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4202/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4202/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1979ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər, xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixə qədər 32 illik ümumi əmək stajını nəzərə alaraq xx.xx.2019-cu il tarixdən 62 yaşdan yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddiaçı X4 xx.xx.2021-ci il tarixdən 62 yaşdan yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1979-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdam rayonu 8 saylı TTSMD-də katibə, xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Ağdam rayon təhsil şöbəsi 45 saylı məktəbdə əvvəlcə kargüzar, sonradan isə müəllimə vəzifələrində çalışmışdır. Beləliklə ümumi olaraq 32 il əmək stajı var. Əmək stajını nəzərə alaraq əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin ona imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı və vəkili məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və vəkilinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında və ona əlavədə göstərilmişdir ki, iddiaçı əvvəlcə inzibati orqana müraciət etmişdir. Filial xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Filial imtinasını belə əsaslandırmışdır ki, İddiaçı əmək kitabçasına əsasən ümumi sığorta stajı 18 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır və eyni zamanda onun fərdi hesabında qeydə alınmış pensiya kapitalı tələb olunan pensiya kapitalından da azdır. Həmçinin, İddiaçı çoxuşaqlı ana kimi yaşa görə sosial müavinət aldığından ona avtomatikləşdirilmiş qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sıqortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sıqortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi is stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçasına müvafiq olaraq onun xx.xx.1979-xx.xx.1992, xx.xx.1993-xx.xx.2012-ci illər ərzində işlədiyi qeyd edilmişdir. Amma Dövlət Sosial Müdafiə Fondunun 5 saylı reqioanal ərazi filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli xidməti məruzəsinə əsasən iddiaçının xx.xx.1979-xx.xx.1992-ci illər ərzində işlədiyi Ağdam rayon 8 saylı TTSMD-nin rayon ərazisində hec bir yerdə fəaliyyət göstərmədiyi və hüquqi ünvanı məlum olmadığından həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olmuşdur. Bu səbəbdən də həmin dövlərin sığorta stajına əlavə edilməsi qanunuyğun hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış xx.xx.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında əks olunan ümumilikdə sosial sığorta stajı 18 il 08 ay olmaqla tələb olunan müddətdən (25 ildən azdır) azdır. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (15 552,81 manat) tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. Göründüyü kimi iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq 25 il sosial sığorta stajına malik deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Sözügedən Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə vol verilmir. İddiaçıya xx.xx.2017-ci il tarixdə, yəni 57 yasında 3 və va daha çox usaq doğub 8 yaşınadək tərbiyə etdiyinə görə sosial müavinət təyin edilmişdir. Halhazırda iddiaçı xx.xx.2016-cı il tarixdən sosial müavinət alır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçıya Qanunun 7-ci maddəsinə müvafiq olaraq 25 il sosial sığorta stajına malik olmadığından, həmçinin 22-1.5-ci maddənin tələblərinə müvafiq olaraq ona sosial müavinət təyin edildiyindən onun avtomatlasdırılmış qaydada pensiya hüququ olmadığından iddia tələbi rədd edilməlidir. Həmçinin əlavə olaraq bildirilmişdir, iddiaçının təqdim etdivi 10 fevral 1979-cu il tarixdə tərtib olunmuş əmək kitabçasının 42 və 43-cü səhifələrində qeyd olunmuş 1-ci və 2-ci qeydlərində müəssisənin möhürünün vanında “Kadro şöbəsi” yazılaraq imza qoyulmuşdur. Qeydlər və əlavə olaraq möhürdəki qeydlər isə kiriİ qrafikalı azərbaycan dilindədir. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. Əmək kitabçasının qeyd olunmuş səhifələrində qeydlərin kiril əlifbalı azərbaycan dilində yazılmasına baxmayaraq, sonra “kadro şöbəsi” qeydinin yazılması şübhəlidir. Həmin qeyd yarı rus, yarı azərbaycan dilində kiril qrafikası ilə edilmişdir. Nəzərə alanda ki, digər qeydlər və möhürdəki qeydlər kiril qrafikalı azərbaycan dilindədir, həmin qeydin kiril qarfikalı yarı rus, yarı azərbaycan dilində edilməsi əmək kitabçasının mötəbərliyinə şübhə yaradır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2012-ci il tarixdə Ağdam RPİ tərəfindən verilmiş iddiaçıya aid AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1959-ci il tarixdə doğulmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon xidmət nümayəndəliyindən xx.xx.2021-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.2003-cü il tarixində tərtib edilmiş ******* saylı əmək kitabçasına əsasən ümumi sığorta stajı 18 il 8 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.552,81 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) azdır. Əlavə olaraq Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi Ağdam rayon 8 saylı TTSMD-nin rayon ərazisində heç bir yerdə fəaliyyət göstərmədiyi və hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialının xx.xx.2022-ci il tarixli 05 saylı məktubu ilə bildirilmişdir ki, Ağdam rayon TTSMD-nın arxiv sənədləri filialda saxlanılmır (sənədlər filiala təvhil verilməyib). Ona görə də iddiaçı X1 işləməsi təsdiq edən sənədi vermək mümkün deyil. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının cavabdehə ünvanlanmış məktubundan görünür ki, “ünvan 1rı Mərkəzi Filial tərəfindən təhvil alınmamışdır. - Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının 02/266 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.1979-cu il tarixindən xx.xx.1992-ci il tarixədək Ağdam rayonu ərazisində fəaliyyət göstərmiş 8 saylı TTSMD haqqında, həmçinin İddiaçı həmin müəssisədə işləyib-işləməməsi barədə Ağdam rayon İcra Hakimiyyətində hər-hansı məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********984200 saylı məktubu ilə bildirilmişdir ki, məlumat-uçot bazasına əsasən “Ağdam rayon 8 saylı TTSMD”nin vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir.” - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********014100 saylı məktubu bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətində Ağdam rayon 8 saylı TSMD barədə hər hansı məlumat yoxdur. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli 01/3-2445 saylı məktubu ilə bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Ağdam rayon 8 saylı TTSMD-yə dair məlumat mövcud deyildir. - İddiaçıya aid “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündə **********528 saylı nömrəli fərdi şəxsi hesabından görünür ki, iddiaçıya dair 2006-cı ilin yanvar ayından 2012-ci ilin noyabr ayına qədər sığortaedən qismində Ağdam rayon İcra Hakimiyyətinin Manikli ərazi nümayəndəliyi və Ağdam rayon Təhsil Şöbəsi tərəfindən cəmi 3897,21 manat məbləğində pul vəsaiti məcburi sığorta haqqı kimi ödənilmişdir. - İddiaçıya məxsus 10 fevral 1979-cu il tərtib edilmə tarixi göstərilən ******* saylı əmək kitabçasına görə iddiaçı xx.xx.1979-ci il tarixdən (Əmr 07, xx.xx.1979-cu il) xx.xx.1992-ci il tarixədək (Əmr 79, xx.xx.1992-ci il) Ağdam rayonu 8 saylı TTSMD-də katibə vəzifəsində işləmişdir. - İddiaçıya məxsus əmək xx.xx.2003-cü ildə tərtib edilmiş ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağdam rayon təhsil şöbəsi 45 saylı məktəbdə kargüzar (Əmr №5, xx.xx.1993-cü il), xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək müəllim (Əmr №53, xx.xx.1995-ci il) vəzifələrində işləmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ******* saylı 10 fevral 1979-cu il tərtib edilmə tarixi göstərilən əmək kitabçasını təqdim edərək onun xx.xx.1979ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdam rayonu 8 saylı TTSMD-də katibə vəzifəsində işlədiyini, xx.xx.2003-cü ildə tərtib edilmiş ******* saylı əmək kitabçasına əsasən isə xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağdam rayon təhsil şöbəsinin 45 saylı məktəbində kargüzar və xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək müəllim işlədiyini iddia edərək həmin illərin iş stajına hesablanaraq, ona yaşa görə əmək pensiyanın təyin edilməsini tələb etmişdir. Cavabdeh orqan iddiaçının ərizəsini təmin etməkdən imtina edərək, imtinasında bildirmişdir ki, təqdim etdiyi xx.xx.2003-cü il tarixində tərtib edilmiş ******* saylı əmək kitabçana əsasən ümumi sığorta stajı 18 il 8 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.552,81 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) azdır. Əlavə olaraq Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.1979cu il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi Ağdam rayon 8 saylı TTSMD-nin rayon ərazisində heç bir yerdə fəaliyyət göstərmədiyi və hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə tələb olunan 25 il iş stajının qarşılıgında yalnız 18 il 11 ay iş stajı toplamışdır. Onun xx.xx.2003-cü ildə tərtib edilmiş ******* saylı əmək kitabçasına əsasən xx.xx.1993-xx.xx.1995-ci illərdə Ağdam rayon təhsil şöbəsinin 45 saylı məktəbində kargüzar (1 il 9 ay), xx.xx.1995-xx.xx.2012-ci illərdə müəlim (17 il 2 ay) işləməklə, cəmi 18 il 11 ay iş stajının toplaması işin mübahisə dogurmayan halıdır. Bununla yanaşı cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1979xx.xx.1992-ci illərdə Ağdam rayon 8 saylı TTSMD-də işlədiyi dövrün onun iş stajına nəzərə alınmaması barədə dəlilləri əsaslıdır. Çünki, cavabdehin məhkəməyə təqdim etdiyi inzibati araşdırma materiallarından, habelə məhkəmənin sorgusu ilə toplanmış sənədlərlə iddiaçının həmin müəssisədə işləyib-işləməməsi barədə Ağdam rayon İcra Hakimiyyətində, həmçinin də Əmlak Məsələləri Dövlət Xidmətində və 11 saylı Ərazi Vergilər Baş İdarəsində Ağdam rayon 8 saylı TSMD barədə hər-hansı məlumatın aşkar edilmədiyi müəyyən edilir. Bundan əlavə "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində "Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İddiaçının isə təqdim etdiyi 10 fevral 1979-cu il tarixdə tərtib olunmuş əmək kitabçasının tərtibatında olan pozuntular, yəni 42 və 43-cü səhifələrində qeyd olunmuş 1-ci və 2-ci qeydlərində müəssisənin möhürünün yanında vəzifəli şəxsin vəzifəsi qarşısında “Kadro şöbəsi” yazılaraq imza qoyulması, qeydlər və möhürdəki qeydlər kiriİ qrafikalı azərbaycan dilində yazılması, həmin qeydlərin yarı rus, yarı azərbaycan dilində kiril qrafikası ilə yazılması, ümumiyyətlə, “kadro” sözünün Azərbaycan dilinin leksikologiyasında olmaması əmək kitabçasının mötəbərliyinə əsaslı şübhə yaradır. Bu şübhələr həm də ona görə əsaslıdır ki, həmin dövrdə latın qrafikalı əlifba hələ tətbiq olunmadıgı halda qeydlərdə müəssisənin adının “Ağdam rayon 8 saylı TTSMD” kimi qeyd edilməsi, müəssisənin adında olan “S” hərfinin digər hərflərdən fərqli olaraq kiril deyil, latın qrafikalı əlifba ilə yazılması, habelə əmək kitabçasının 42 və 43-cü səhifələrində qeyd olunmuş 1-ci qeydə imza edən vəzifəli şəxsin soyadının sonuncu hərfində də düzəliş edildiyi, latın qrafikalı əlifbadakı “v” hərfinin dəyişdirilərək, kiril əlifbasındakı “b” hərfi yazıldığı müşahidə olunur. Eləcə də, əmək kitabçasının 42 və 43-cü səhifələrində aparılmış 2-ci qeydin xx.xx.1992-ci il tarixdə yazılmasına baxmayaraq, kiril qrafikalı əlifba həkk olunmuş möhürdən istifadə edilmişdir. Halbuki, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarına əsasən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə 1992-ci ildə başlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar