Məhkəmə qərarları › İş №2-1(112)-4205/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4205/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4205/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “diaqnozun və əmək zəmanətinin dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarlarının məcburi icra edilməsini və bir il ərzində əsassız məhkəmə çəkişmələrinə cəlb edilməsi barədə ona dəymiş maddi və mənəvi zərərin məhkəmə eksperizası keçirilməklə hesablanaraq ödənilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həvalə edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1993-cü ildən 1996-cı ilədək Cəmşid Naxçıvanski adına hərbi litseydə, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müharibə əlilidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. İddiaçı qeyd edir ki, mayor rütbəsində zabit kimi Xüsusi Təyinatlı, kəşfiyyat bölmələrində və xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, naqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X1, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. İddiaçı Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün yenidən müraciət etmişdir ki, ona hərbi hissə komandirinin axırıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyası “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verməkdən imtina etmişdir, bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir, məhkəmə ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilməsini təmin etdi. Miidafiə Nazirliyinin Məzrkəzı Hərbi Həkim Komissiyasının xx.xx.2021-cı il tarixli 195 nömrəli qərarı ilə təmin edildi, xəstəlik diaqnozu 2008-cı ildən hu günədək eyni xəstəlikdir. Əlavə qeyd edir ki, eyni diaqnozla və səhhətində olan digər xəstəliklərlə bağlı bır çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuş, bu xəstəlik diaqnozuna əsasən ona 2-ci qrup xx.xx.2021-ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanuna müvafiq hesab edir. Əlavə otaraq qeyd edir ki, müraciətinə əsasən Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən iki dəfə yəni, xx.xx.2021-ci il tarixdə 0280003AAFKR və xx.xx.2021-cı ildə isə 0280003AAFK2 əlillik müddətsiz təyin edilməsi üçün forma H8 yazılıb elektron sistemə daxil edilmişdir, lakin hər dəfə eyni şablon söz (Göndərişdə qeyd edilmiş stasionar müalicə barədə məlumatlarda uyğunsuzluq aşkar edilmişdir) yazılaraq onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Sonradan xx.xx.2021-ci il tarixdə 3-cü dəfə 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edilmişdir. Müraciəti ondan ibarət idi ki, ona xx.xx.2021-ci il tarixdən etibarən 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin, lakin cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmiş və hər üç instansiya məhkəməsi iddiaçının xeyrinə qərar vermişdir. Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-l(103)-855 2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli Qərarları ilə ona xx.xx.2021-ci il tarixdən etibarən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsi qərara alınmışdır. Lakin bu günə qədər məhkəmə qərarı icra edilməyərək qalmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi məhkəmə qərarını icra etməmişdir, bu səbəbdən də hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini cavabdehin xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktın) əsassız hesab edilməsi, cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarını ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli (etibarsız hesab edilmiş) tibb müəssisəsinin 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ayarışını (inzibati aktın) əsas kimi hesab edilərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının əlillik qrupu qrafasında yazılmış 2.2. İkinci dərəcə əlillik – 2.4.3. şizovreniya, paranoidpsixotik halı (remissiya baş verən hal) (F20- F29) sözlərinin Əlillik qurupu qrafasında 2.2. İkinci dərədə əlillik 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40-G41.9) sözləri ilə, Diaqnoz qrafasında yazılmış “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar” sözlərinin Diaqnoz qrafasında “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefelopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözləri ilə və əmək zəmanəti qrafasında yazılmış “əmək qabiliyyətsiz” sözlərinin əmək qrafasında “yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirmişdir.

5. İddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında cavabdeh tərəf iştirak etmir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

10. İddia tələbi iki hissədən ibarətdir: diaqnozun və əmək zəmanətinin dəyişdirilməsi.

11. Məhkəmə əlavə araşdıma aparmadan əmək zəmanətinin dəyişdirilməsinə münasibətdə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1918/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı (hakim R.Kərimli) ilə eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamışdır. Həmin məhkəmə aktı iddiaçı tərəfindən mübahisələndirilmişdir. Odur ki, iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi məhz həmin məhkəmə aktının mübahisələndirilməsidir.

12. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Diaqnozun dəyişdirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı fərqli diaqnozla əlilliyinin təyin olunmasını arzulayırsa, bununla bağlı səmərəli hüquq müdafiə vasitəsi yeni iddia deyil, həmin əlillik diaqnozunu təsdiq edən sənədlərlə inzibati orqana tibb müəssisəsi vasitəsilə müraciətdir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

14. İddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiəsi vasitələri izah edildiyindən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Digər tərəfdən məhkəmənin qənaətinə görə iş üzrə qəbul ediləcək məhkəmə qərarının vəsatətdə qeyd olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquq şöbəsinin, Binəqədi rayon İcra və probasiya şöbəsinin, Yasamal rayon İcra və probasiya şöbəsinin qanuni maraqların toxunma ehtimalı olmadığından qurumun inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi məqsədəuyğundur.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 53-cü bəndində əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 16.3, 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hüquq şöbəsinin, Binəqədi rayon İcra və probasiya şöbəsinin, Yasamal rayon İcra və probasiya şöbəsinin inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilsin. Vəsatət təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar