Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4206/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək NN.N0.N992-ci ildən N2.04.N994-cü ilə kimi N saylı hərbi hissənin tərkibində xidməti ilə bağlı veteran kimi tanınaraq veteran vəsiqəsi verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N973-cü il təvəllüdlüdür. Ağsu rayon Hərbi Komissarlığı tərəfindən xidmətə çağırılmış, N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. Ümumilikdə 0N.N0.N992-ci il tarixdən N2.04.N994-cü ilə kimi xidmət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivini verdiyi arayışlarda təsdiq olunmuşdur ki, o, N saylı hərbi hissədə komandirinin NN.N0.N992-ci il tarixli, N №-li əmrilə hərbi hissəyə əsgər qəbul edilmişdir. Onun N992-N994-cü illərdə həmin hərbi hissənin tərkibində xidmət etməyi hərbi hissə komandirini NN.N0.N992-ci il və N2.04.N994-cü il tarixli 87 №-li əmrləri ilə də təsdiq olunur. Bu faktı döyüş yoldaşları ilə də təsdiq edə bilər. Onun NN.N0.N992- N994-cü ilin yanvar ayına kimi hərbi hissə tərkibində xidmətinə və xidməti ilə bağlı ona müharibə veteranı statusunun verilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin ona ünvanlanan MN-nin şəxsi heyət Baş idarəsinin N8.N2.202N-ci il tarixli, N/N-N6852 saylı cavab məktubunda bildirilmişdir ki, xidmət etdiyi N2.04.N994-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanun əsaslarda təxris olunmağı barədə məlumat olmağına görə ona müharibə veteranı adını və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Göstərilənlərlə razı deyildir. Onun təxris olunmağı barədə arxiv sənədlərində qeydin olmaması onun günahı deyil. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, NN.N0.N992- N2.04.N994-cü illərdə N №-li hərbi hissənin tərkibində döyüşlərdə iştrak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. İddiaçının xidmətə daxil olması barədə məlumat var. İddiaçının N6.NN.N993-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılıb. Sonradan hərbi hissəni özbaşına tərk etdiyi üçün N2.04.N994-cü il tarixdə N №-li hərbi hissə komandirinin N №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılıb. Bundan əlavə iddiaçı öz iddia ərizəsində etiraf edir ki, N2.04.N994-cü il tarixədək döyüşlərdə iştirak edib, sonradan atəşkəs elan edilənə qədər harada olması barədə məlumat yoxdur. Özü xidmətdə olmadığı üçün sənədləri N996-cı ildə hərbi hissə tərəfindən Ağsu RHK-na göndərilmişdir. İddiaçının xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. İddiaçı tərəfindən başqa heç bir subut təqdim edilməyib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» N992-ci il N9 fevral tarixli, 3N3 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr N999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar N996-cı il tarixli, 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 23.0N.N996-cı il tarixli, 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 №- li Qərarına 28 sentyabr 20N8-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişiklikə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim ediliyi halda mötəbərdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Vətəndaşının AZE 0******* №-li nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N973-cü ildə Ağsu rayonu, Quzay kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı N0.06.N99N-ci ildə qeydiyyata alınaraq xidmətə çağırılmış, 06.08.N993-cü ildən N2.04.N994-cü ilədək N №-li hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. “Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” N7 oktyabr N997-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti nəzərə alınmamışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş 9/2-355 №-li, 22.0N.202N-ci il tarixli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissədən göndərilmiş, Ağsu RHK-nın çağırışçısı, İddiaçı Əlibaba oğlu N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli, N №-li əmrilə (əsas: səh-N; qeyd: əmrdə soyadı “Nuruyev”, atasının adı “Əlibaba” yazılmışdır) hərbi hissəyə qəbul edilmişdir. N nömrəli hərbi hissədən göndərilmiş, kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N993-cü il tarixli, N №-li əmrilə (əsas: §-4, səh-N4, sıra-N67) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək sanitar təlimatçı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N6 noyabr N993-cü il tarixli, 50 №-li əmrində (əsas: §-5, səh-NN, sıra-N4) hərbi hissəni özbaşına tərk etmiş və N (bir) aydan artıq hərbi hissədə olmayan şəxsi heyətin siyahısında sanitar təlimatçı, kiçik çavuş İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin 0N yanvar N994-cü il tarixli, 87 №-li əmrilə (əsas: §-5,səh-68,sıra-NN) sıravi İddiaçı şəxsi heyətin sıyahısına daxil edilərək atıcı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N3 yanvar N994-cü il tarixli, 93 №-li əmrində (əsas: §-6, səh-83, sıra-29) sıravi İddiaçı Azərbaycan Respublikası Prezidentinin müraciətindən sonra hərbi hissəyə qayıdan şəxsi heyətin siyahısında adı qeyd olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Ağsu RHK-nın çağırışçısı, N972-ci il təvəllüdlü, sıravi İddiaçı Əliabbas oğlunun N nömrəli hərbi hissə komandirinin N2 aprel N994-cü il tarixli, N №-li əmrində (əsas: §-N0, səh-35,sıra-N55; qeyd: əmrdə təvəllüdü “N972”, atasının adı “Əliabbas” yazılmışdır) ştatdan kənar edilməsi barədə məlumat vardır. Xidmət yerini özbaşına tərk etdiyi üçün Ağsu RHK-nın çağırışçısı, N972-ci il təvəllüdlü, sıravi İddiaçı Əliabbas oğlunun Müdafiə Nazirinin 30.0N.N996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N6 fevral N996-cı il tarixli, 47 №-li əmrində (əsas: §-9, səh-53, sıra-4; qeyd: əmrdə təvəllüdü "N972", atasının adı "Əliabbas” yazılmışdır) şəxsi heyətin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri Ağsu RHK-na göndərilməsi barədə məlumat vardır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış N/N-N6852 №-li, N8.N2.2020-ci il tarixli məktubdan görünür ki, “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssıya"nın 07.08.2020-ci il tarixli iclasında baxılmış və 700 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 9/2-N9723 №-li, 04.03.202N-ci il tarixli məktuba əlavə edilmiş N №-li hərbi hissə komandirinin N2 aprel N994-cü il tarixli, N №-li əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağsu rayon Hərbi Komissarlığından çağırılmış N972-ci il təvvəllüdlü İddiaçı Əliabbas oğlu hərbi hissəni özbaşına tərk etdiyi üçün ştatdan xaric edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 9/2-N9723 №-li, 04.03.202N-ci il tarixli məktuba əlavə edilmiş N №-li hərbi hissə komandirinin N6 fevral N996-cı il tarixli, 47 №-li əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağsu rayon Hərbi Komissarlığından çağırılmış N972-ci il təvvəllüdlü İddiaçı Əliabbas oğlu hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissənin şəxsi heyətinnin siyahısından, bütün növ təminatlardan xaric edilərək hərbi qeydiyyat sənədləri çağırış yerinə göndərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 348 №-li, 09.03.202Nci il tarixli məktuba əlavə edilmiş İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı N0.06.N99N-ci ildə qeydiyyata alınmış, 24.09.N992-ci ildə hərbi xidmətə çağırılmış, N2.04.N994-cü ildə N №-li hərbi hissənin şəxsi heyətindən xaric edilmişdir. Azərbaycan Respublikası MM-nin N7.N0.N997-ci il tarixli amnistiya haqqında qərara əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu tərəfindən başlanmış cinayət işi rədd edilmişdir. Qərar 3N.03.N998. 3N.03.N998-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 24.09.N992-ci ildə hərbi xidmətə çağırılmış, N oktyabr N992-ci il tarixli, N №-li əmrilə N nömrəli hərbi hissəyə, N avqust N993-cü il tarixli, N №-li əmrilə N nömrəli hərbi hissəyə qəbul edilmiş, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N2 aprel N994-cü il tarixli, N №-li əmri ilə ştatdan kənar edilmiş, Müdafiə Nazirinin 30.0N.N996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N6 fevral N996-cı il tarixli, 47 №-li əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq hərbi qeydiyyat sənədləri Ağsu RHK-na göndərilmişdir. Qarabağ qarnizonu hərbi prokurorluğu tərəfindən qəbul edilmiş 3N.03.N998-ci il tarixli qərarla “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N997-ci il, 383-İ QR №-li Qərarına əsasən barəsində başlanmış cinayət işi rədd edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N997-ci il, 383- İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun N8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyindən, barəsində olan cinayət işi Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N997ci il, 383-İ QR №-li Amnistiya haqqında Qərara əsasən rədd edildiyindən ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə komissiyanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4206/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4206/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver