Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4208/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X3) qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. Bu öz təsdiqini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ********** nömrəli çıxarışı ilə də tapır. Belə ki, iş üzrə üçüncü şəxs qismində çıxış edən X3, sözügedən evdə bu günə kimi pasport qeydiyyatında qalmaqdadır. İddiaçı həmin şəxsin xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Sözügedən ərizəyə cavabdeh orqan tərəfindən xx.xx.2023-ci il tarixdə 50/2.D.3/243/11 nömrəli imtina məktubu ilə cavab verilmiş və imtina məktubunda göstərilmişdir ki, işlə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir.
3. Cavabdeh Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməyin məqsədəmüvafiq olduğu iddiaçıya bildirilmişdir.
4. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışının (elektron) surətindən görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ 1106, ünvan 3 ünvanındakı fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışda qeyd olunmuşdur ki, X3 (xx.xx.1990-cı il təvəllüdlü) ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X3 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi məhkəməyə ünvanlanan xx.xx.2024cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X2 Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 60, 25 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 60, 25 saylı mənzilə) dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 60 25 saylı mənzil üzərində X2 mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış, lakin Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-2345 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
9. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədə qeyd ounmuşdur ki, iş üzrə məhkəməyə müraciət edilərək icraata xitam verilməsi zərurəti yaranmışdır. Həmin şəxs könüllü olaraq qeydiyyatdan çıxmışdır. Bu səbəbdən məhkəmə icraatına xitam verilməsi və i üzrə materialların geri qaytarılması xahiş edilmişdir.
10. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
11. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxs qeyd olunan ünvandan pasport qeydiyyatından çıxdığından iddiaçının tələbi təmin olunmuşdur və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
12. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva