Məhkəmə qərarları › İş №2-1(112)-4209/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4209/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4209/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 07 iyun 2023-cü il tarixdə cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilmiş vergilər üzrə 458.271AZN artıq ödəmənin GREENROSE MMC-nin (**********VÖEN) Bank hesablaşma hesabına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin vergi orqanına təqdim edilmiş 2013-cü ilin mənfəət vergisi və 2013-cü ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları keçirilərək nəticə barəsində xx.xx.2015-ci il tarixdə “Vergilərin hesablanması barədə" Qərarlarla əsassız və qanunsuz olaraq 2013-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 6 179 187.26 manat mənfəət vergisi və 2013-cü ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə 5 573 532.5 əlavə dəyər vergisi, ümumilikdə 1 1 752 719,76 manat vergi hesablanmışdır. Vergi orqanı həmin vaxt cəmiyyətə əsassız və qanunsuz olaraq vergilərin hesablanması nəticəsində külli miqdarda vergi borcunun yaratması ilə kifayətlənməyərək eyni zamanda cəmiyyətin bank hesablarına heç bir qanuni əsas olmadan sərəncamlar və ƏDV sub-uçot hesabına məhdudiyyət (blok) qoymuş. əsassız olaraq cəmiyyətin bank hesablarında və ƏDV sub-uçot hesabında olan vəsaitlərin dövlət büdcəsinə silinməsini həyata keçirmiş və bununla da cəmiyyətin fəaliyyətini iflic vəziyyətinə qoymuşdur. Vergi orqanının cəmiyyətə qarşı qərəzli mövqeyi bununla başa çatmamış və cəmiyyətin digər hesabat dövrləri (2014-cü ilin yanvar-fevral, aprel-dekabr. 2015-ci ilin yanvar-mart, may-iyul, oktyabrdekabr) üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları ilə əsassız və qanunsuz vergi hesablamalarını həyata keçirməyə davam edərək cəmiyyətə “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********091700, xx.xx.2015-ci il tarixli **********733900. xx.xx.2015-ci il tarixli **********363100. xx.xx.2016-cı il tarixli **********187300. xx.xx.2016-cı il tarixli **********289700. xx.xx.2015-ci il tarixli **********368600. xx.xx.2015-ci il tarixli **********847900. xx.xx.2016-cı il tarixli **********115000, xx.xx.2016-cı il tarixli **********099400. xx.xx.2015-ci il tarixli **********374500. xx.xx.2016-cı il tarixli **********516400. xx.xx.2016-cı il tarixli **********096200, xx.xx.2016-cı il tarixli **********092400. xx.xx.2016-cı il tarixli **********312600, xx.xx.2016-cı il tarixli **********190100. xx.xx.2016-cı il tarixli **********192500, xx.xx.2015-ci il tarixli **********534800. xx.xx.2015-ci il tarixli **********389700, xx.xx.2016-cı il tarixli **********193200. xx.xx.2016-cı il tarixli **********196300, xx.xx.2015-ci il tarixli **********391800. xx.xx.2015-ci il tarixli **********848600. xx.xx.2016-cı il tarixli **********116700. xx.xx.2016-cı il tarixli **********120200. xx.xx.2015-ci il tarixli **********849300. xx.xx.2015-ci il tarixli **********850700. xx.xx.2016-cı il tarixli **********315700. xx.xx.2015-ci il tarixli **********393200, xx.xx.2016-cı il tarixli **********197000. xx.xx.2016-cı il tarixli **********318800. xx.xx.2016-cı il tarixli **********198700. xx.xx.2016-cı il tarixli **********323000, xx.xx.2016-cı il tarixli **********199400. xx.xx.2016-cı il tarixli **********325400, xx.xx.2016-cı il tarixli **********521600. xx.xx.2015-ci il tarixli **********386600 və xx.xx.2015-ci il tarixli **********732200 saylı Qərarlarla ümumilikdə 12 822 842.89 manat məbləğində vergilər hesablanmışdır. Cəmiyyət qeyd olunan qərarlarla razı olmadığı üçün yuxarıda adları qeyd olunan qərarların ləğv edilməsi, həmin qərarlarla hesablanmış 12.822.842,89 manat məbləğində vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)- 846/2016 saylı qərarı ilə cəmiyyətin iddia ərizəsi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2-1(105)-52/2017 saylı qərarı ilə vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, vergi orqanı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli. 2-1(102)-791/2018 saylı qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin edilməyərək. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Vergi orqanının cəmiyyətə qarşı qərəzli mövqeyi bununla başa çatmamış və xx.xx.2018-ci il tarixli **********171825 saylı qərarına əsasən "xxxx" MMC-də qanunsuz növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********171940 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına vergi orqanı tərəfindən baxılmış və xx.xx.2020-ci il tarixli **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərar qəbul edilmişdir.Qərar əsasən 6.498.874.89 manat vergilərin azadılması, 3.923.435,18 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. (Belə ki, yoxlama xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etmiş və 2020-ci ilin 09 iyununda vergilər hesablanmışdır.) Cəmiyyət qeyd olunan qərarla razı olmadığı üçün "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi, həmin qərarla hesablanmış 6.498.874,89 manat məbləğində vergilərin cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2022- ci il (İş N 2-1(112)-2473/2022) qərarı ilə cəmiyyətin iddia ərizəsi təmin edilmiş. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il qərarı (İş N 2-1(103)-3236/2022) vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, vergi orqanı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2023-cü il (İş 2-1(102)-438/2023) qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin edilməyərək. Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin (14 mart 2018-ci il tarixli İş 2-1(102)-791/1 8 və xx.xx.2023cü il İş 2-1(102)-438/2023) adı çəkilən qərarlarının məzmunundan da göründüyü kimi, vergi orqanı tərəfindən cəmiyyətdə aparılmış kameral vergi və səyyar vergi yoxlamalarının və onların nəticəsi olaraq qəbul edilmiş qərarların qanunsuz və əsassız olduğu bir daha sübuta yetirilmişdir. Göstərilənlərə və həmçinin qanunsuz hesablanmış vergi məbləğlərin cəmiyyət tərəfindən dərhal məhkəməyə müraciət edilərək mübahisələndirilməsinə baxmayaraq vergi orqanı qanunvericiliyinin tələblərinə əməl etmədən qanunsuz olaraq hesablanmış vergilərin məhkəmədə mübahisələndiriİdiyi bütün dövr ərzində (14 mart 2018-ci ildən - xx.xx.2023-cü ilə qədər) cəmiyyətin şəxsi hesab vərəqəsində olan 458.271 manat məbləğində artıq ödəməni əsassız olaraq dövlət büccəsinə silinməsini həyata keçirmişdir. Beləliklə, vergi orqanı tərəfindən Ali Məhkəmənin (14 mart 2018-ci il tarixli İş N 2-1(102)-791/18 və xx.xx.2023 cü il İş N 2-1(102)-43 8/2023) qərarlarının icrasından sonra ləğv edilmiş “Vergilərin hesablanması barədə" Qərarlara uyğun olaraq 07 İyul 2023-cü il tarixdə müvafiq dövrlər üzrə azalmalar verilmiş və cəmiyyət şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilmiş vergilər üzrə 458.271 AZN artıq ödəməyə çıxmışdır. (Məhkəmə mübahisəsi üzrə Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli iş N 2-1(102)-791/18 və xx.xx.2023-cü il iş N 2- 1(102)-438/2023 yekun qərarının sürəti əlavə edilir). Belə olan halda, vergi ödəyicisi dövlət büdcəsinə ödənilmiş 458.271 manat artıq ödəmənin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddiaya yazılı vəsatət təqdim etmiş və vəsatətdə bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırki iş üzrə cavabdeh ola bilməz. Ona görə ki, İddiaçı MMC vergi ödəyicisi kimi iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçotdadır. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə hər hansı qərar qəbul edilməsi və ya şəxsi hesab vərəqəsinə hər hansı müdaxilənin edilməsi mümkün deyil. Göstərilən səbəbdən də cavabdeh əsl cavabdeh ilə əvəz olunmalıdır, (uçot barədə məlumat əlavə olunur). İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 və nümayəndəsi X3 öz izahatlarında bildirdilər ki, mübahisələndirilən artıq ödəmə məbləği Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət büdcəsinə tutulduğundan, cavabdeh qismində də həmin vergi orqanı çıxış etməli, odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı MMC (VÖEN **********) vergi ödəyicisi kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olsa da, hazırkı iddia tələbini Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı yönəltmişdir. İddiaçı bu mövqeyini ödənilməsini tələb etdiyi məbləğin məhz Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət büdcəsinə tutulması ilə əsaslandırır. Təqdim edilmiş vəsatət, eləcə də İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən yardım etmə vəzifəsindən çıxış edərək iddiaçıya cavabdehin Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz edilməsi barədə ərizə təqdim etmək təklif edilsə də məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri cavabdeh, iddiaçı tərəfindən belə bir ərizə təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddiaçının tələbi onun şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilmiş vergilər üzrə 458.271 AZN artıq ödəmənin İddiaçı MMC-nin (**********VÖEN) hesabına qaytarılmasından ibarətdir. İddiaçı bu tələbi vergi ödəyicisi kimi uçotda olduğu Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı deyil Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı yönəltmişdir. Halbuki iddiaçının hazırkı iddia tələbi ilə əvvəlcə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciəti olmuş və ona Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-121-2-9/2-İ-8xx-xx/2024 nömrəli məktubla imtina cavabı verilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-121-2-9/2-İ-8xx-xx/2024 nömrəli məktubunda bildirilmişdir ki, Sizin artıq ödənilmiş 458,271.45 manat vergi məbləğinin qaytarılması barədə xx.xx.2024-cü il tarixli **********550100 nömrəli ərizəniz aşağıdakı səbəblərdən icra olunmamışdır: Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” haqqında qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Müraciətinizdə qeyd olunan vergi məbləğinin aid olduğu hesabat dövrünün qurtarmasından 5 (beş) il müddət keçdiyi üçün müraciətiniz nəzərə alınmamışdır. Beləliklə, iddiaçının iddia etdiyi artıq ödəmənin yaranma əsası kimi vergilərin hesablanması barədə qərarın mübahisələndirildiyi dövrdə hesabında olan artıq ödəməni vergi borcu kimi silinmiş olsa da, nəticə etibarı ilə həmin məbləğ bu və ya digər vergi orqanının büdcəsinə deyil, dövlət büdcəsinə daxil olmuşdur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-121-2-9/2-İ-8xx-xx/2024 nömrəli məktubla iddiaçının silinmiş məbləğin artıq ödəmə kimi geri qaytarılması ilə bağlı müraciətinə inzibati icraatda mahiyyəti üzrə imtinanın verilməsi də hazırkı halda iddiaçının tələbi üzrə səlahiyyətli cavabdeh vergi orqanının məhz 2 saylı Ərazi Vergilər Baş İdarəsi olduğunu təsdiq edir. Həmçinin, hazırkı iş üzrə cavabdeh qismində qoyulmuş Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair yazılı vəsatət təqdim edərək, İddiaçı MMC-nin vergi ödəyicisi kimi iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçotda olduğunu, bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə hər hansı qərar qəbul edilməsinin və ya şəxsi hesab vərəqəsinə hər hansı müdaxilənin edilməsinin mümkün olmamasını da bildirmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmə iclasında iddiaçının nümayəndələrinə hüquqi yardım göstərilmiş və cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmişdir, lakin iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edilməmişdir. Başqa sözlə, hazırkı halda iddiaçının cavabdeh qismində qoyduğu Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin İdarədə uçotda olmayan vergi ödəyicisinə artıq ödəmənin qaytarılması ilə bağlı məsul orqan qismində çıxış etmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərar, hərəkət və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Beləliklə, İddiaçı MMC vergi ödəyicisi kimi iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçotda olduğundan, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim etmədiyindən və hazırkı iddia tələbi səlahiyyətli olmayan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qaldırıldığından, sonuncuya münasibətdə iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar