Məhkəmə qərarları › İş №2-1(112)-421/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-421/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-421/2020 05.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “məhdudiyyətin - ölkədən çıxışa qadağanın icra edilməməsi və əsassız maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı1 və İddiaçı2 barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Mehman Hümbətov tərəfindən məktubla qoyulmuş məhdudiyyətin - ölkədən çıxışa qadağanın icra edilməməsi və onların ölkədən gediş-gəlişinə yaradılan əsassız maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş, sonradan iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsini dəqiqləşdirmək iddiaçıya təklif edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun müddətdir ki, ölkə sərhədlərindən kənara çıxa bilmir. Belə ki, onlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi Mehman Hümbətov tərəfindən verilmiş məktubla məhdudiyyət qoyulmuşdur. İddiaçı1 keçmiş həyat yoldaşı X3 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmişdir. Onun və qızının cinayət işi ilə əlaqəsi yoxdur. Onlar barəsində prokurorluğun müstəqinin məktubu əsasında “saxla” statusunun aktiv edilməsi qanuna ziddir. Belə ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırlması hər hansı bir İstintaq orqanının məktubu əsasında deyil, yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilər. Həmin məktub əsasında iddiaçılara Heydər Əliyev adına Hava limanında Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhədi keçiməyə icazə verilməmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 16 sentyabr 2019-cu il tarixdə ərizə ilə müraciət edərək saxla aktiv statusunun ləğv edilməsini xahiş edilmişdir. Lakin hazırkı vaxtadək yuxarıda adı çəkilən inzibati orqan tərəfindən ərizə cavablandırılmamışdır. Ona görə də qanunla müəyyən müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Hesab edilir ki, cavabdehin hərəkətsizliyi imtina kimi qəbul edilməlidir və bu da öz növbəsində əsassız və qanunsuzdur. İş üzrə 05 mart 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatının məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq edilməmişdir. Bu barədə məhkəməyə xx.xx.2019-cu il tarixli, 33/4789 saylı məktubla yazılı məlumat verilmişdir. Nümayəndə izahatının sonunda yuxarıda qeyd etdiyi halların nəzərə alınaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçıların nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və mübahisənin öz həllini tapması üçün məhdudiyyətin qoyulmasına səbəb olmuş əsasın müəyyən edilməsində ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, hazırkı işin faktiki hallarından məlum olur ki, İddiaçı1 əri X1 barəsində istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs kimi ittiham tərəfindən cinayət işinin ibtidai araşdırma mərhələsində çağırılıb şahid qismində dindirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.6-cı maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair“ 5 avqust 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. İşin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı1 və onun qızı, İddiaçı2Azərbaycan Respublikasının hüdudlarından kənara çıxması ilə məhdudiyyət tətbiq edilməsi bilavasitə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X1 barəsində istintaqı aparılan cinayət işi ilə əlaqəlidir, bu hal da həmin cinayət işinin ibtidai araşdırma mərhələsində meydana çıxmış və iddiaçılar barəsində məhdudiyyət hazırkı işdə cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən yalnız «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində altsistem vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları (hazırki işdə cinayət təqibi orqanının vəzifəli şəxsi) tərəfindən verilən məlumatlar sistemin "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edildikdən sonra sərhədkeçmə nəzarəti zamanı şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması məqsədi ilə icra olunmuşdur. Hər bir cinayət təqibi orqanı (siyahısı Cinayət-Prosessual Məcəlləsində göstərilir ) öz səlahiyyətləri daxilində "Sərhədkeçməyə məhdudiyyət siyahısı"nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsini təşkil edir. “Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi üçün əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu artıq dəyişilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 9 mart 1993-cü il tarixli 140 nömrəli Qərarına əsasən sərhədkeçmə nəzarəti həyata keçirilərkən «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə edilir. Ölkəyə gələn və ölkədən gedən şəxslərin və nəqliyyat vasitələrinin qeydiyyatı «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 saylı Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi haqqında Əsasnaməyə əsasən:

2. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - Sistem) - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: ...2.4. ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması;

6. Sistem bir-birinin təminat vasitələrindən və paylanmış informasiya resurslarından qarşılıqlı istifadə edən aşağıdakı altsistemlərdən, aidiyyəti dövlət orqanlarında olan müvafiq lokal seqmentlərdən ibarətdir: ....6.10. “Sərhədkeçməyə məhdudiyyət”;

8. Dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi: 8.1.1. Sistemin mərkəzi serverlər kompleksinin idarə və mühafizə edilməsi; 8.1.12. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi; 8.1.14. öz səlahiyyətləri daxilində "Sərhədkeçməyə məhdudiyyət siyahısı"nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsi; 8.7. Azərbaycan Respublikasının Prokurorluğu: axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi. 12.6. “Sərhədkeçməyə məhdudiyyət” altsistemi: 12.6.1. altsistem vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən verilən məlumatlar Sistemin "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlərlə istifadə olunur: 12.6.1.1. sərhədkeçmə zamanı şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanına təhvil verilməsi; 12.6.1.2. şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması; 12.6.1.3. şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi; 12.6.2. "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi üçün əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişilir.

18. Məlumatların Sistemə müəyyən olunmuş qaydada, vaxtında və düzgün daxil edilməsi aidiyyəti dövlət orqanının rəhbəri tərəfindən təmin edilir. Beləliklə də, cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçılara izah edilir ki, məzmunu yuxarıda şərh edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, hazırkı iddia tələbində qaldırdığı məsələlər barəsində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququndan istifadə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2

HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar