Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4211/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs X4 iştirakları ilə, iddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsə qarşı (üçüncü şəxs X10 cəlb edilməklə) “tibb vərəqəsinin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası cavabdeh “Bakı Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Milli Elmlər X3 Aparatı rəhbərinin xidmətinin sabiq əməkdaşı vətəndaş: X4 adına «Baş Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən verilmiş X4 02 noyabr 2022-ci il tarixindən 05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyətinin itirilməsinə dair ******* nömrəli tibb vərəqəsinin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunması ilə bağlı müvafiq məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh “Bakı Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası əsl cavabdeh «Bakı Baş Səhiyyə Mərkəzi» publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Milli Elmlər X3 aparatı rəhbərinin xidmətinin sabiq əməkdaşı X10 Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 04 noyabr 2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə işdən azad olunmuşdur. X10 Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbləri ilə məhkəməyə müraciət etmiş və məhkəməyə «Baş Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən verilmiş X4 02 noyabr 2022-ci il tarixindən 05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyətinin itirilməsinə dair ******* nömrəli tibb vərəqəsini təqdim etmişdir. Əmək qabilliyyətinin olmamasına dair ******* nömrəli tibb vərəqəsindən görünür ki, X5 aritmiya və hiporteniya diaqnozu qoyulmuş və 01-05 noyabr 2022-ci il tarixlərində ambulator qaydada müalicədə olmuşdur. Lakin Azərbaycan Milli X7 Heyəti aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, X9 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü işdə olmuşdur. Qeyd edilir ki, X9 02 noyabr 2022-ci il tarixindən 05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyətinin itirilməsinə dair ******* nömrəli tibb vərəqəsini AMEA-ya yox, sonradan məhkəməyə təqdim etmişdir. 29 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsindən əvvəl Mediasiya keçirilən zaman və hətta məhkəməyə ünvanladığı 30 dekabr 2022-ci il tarixli iddia ərizəsində X9 yaşayış və qeydiyyat ünvanı kimi yalnız “ünvan 2östərmişdir. Azərbaycan Milli X7 Heyəti aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən tamamilə aydın görünür ki, X9 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü iş yerində olmuşdur. «Baş Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən cavabdeh tərəfə verilmiş 19 iyul 2023-cü il tarixli 330 saylı məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, guya ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan 02 noyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Milli X7 Heyəti aparatının inzibati binasında işdə olan X10 02 noyabr 2022-ci il tarixdə evinə çağırış etmiş, ürək nahiyyəsində ağrı, yüksək qan təziqi olduğunu bildirmiş, sahə həkiminin evə gəlməsini tələb etmişdir. Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Baş Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasının Sahə həkimi Laçın X1 müayinə etmiş, ona Ü.İ.X, “Arterial hipertenziya” diaqnozu qoymuş, xəstəyə yardım göstərmiş və irəli müayinələr tövsiyyə etmişdir. Elə həmin, 02 noyabr 2022-ci il tarixdə saat 14:37 də xəstə X10 özünü narahat hiss etdiyi üçün poliklinikaya həkim qəbuluna gəlmişdir. Həkim tərəfindən müayinə, müalicə planı təyin edilmiş, xəstənin vəziyyətini nəzərə alaraq, ona S/N-li ******* “Əmək qabiliyyətinin olmaması vərəqəsi” açılmışdır. Bundan başqa, ünvan 4 ünvanında yerləşən Azərbaycan Milli X7 Heyəti aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən tamamilə aydın görünür ki, 2022-ci ilin noyabr ayının 04-də X2 08:54-də inzibati binaya daxil olmuş və həmin gün inzibati binadan yalnız iş vaxtı bitdikdən sonra, videogörüntülərdən də göründüyü kimi, kartını turniket aparatına vurmadan inzibati binadan çıxmışdır. Lakin Baş Səhiyyə X12 Şəxsin 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasının tibbi sənədlərindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan və 2022-ci ilin noyabr ayının 04-də ünvan 4 ünvanında yerləşən Azərbaycan Milli X7 Heyəti aparatının inzibati binasında bütün iş vaxtı iş yerində olmuş X10 guya ki, 2022-ci ilin noyabr ayının 04-də eyni zamanda, Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Baş Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasının sahə həkiminin qəbulunda olmuşdur. ünvan 4 ünvanında yerləşən Azərbaycan Milli X7 Heyəti aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən tamamilə aydın görünür ki, 2022-ci ilin noyabr ayının 02-də X2 08:47-də inzibati binaya daxil olmuş və həmin gün inzibati binadan yalnız saat 17:47-də çıxmışdır, yəni 2022-ci ilin noyabr ayının 02-də saat 08:47-də inzibati binaya daxil olmuş, saat 17:47də isə inzibati binadan çıxmış X10 02 noyabr 2022-ci il tarixində saat 14:37-də ünvan 4 ünvanında yerləşən Azərbaycan Milli X7 Heyəti aparatının inzibati binasında iş yerində olduğu halda, eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Baş Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasının həkimi Laçın Orucovanın qəbulunda ola bilməzdi. Deməli bu düzgün olmayan haldır. Digər tərəfdən isə ünvan 4 ünvanında yerləşən Azərbaycan Milli X7 Heyəti aparatının inzibati binasının girişində turniket aparatının qeydinə görə 2022-ci ilin noyabr ayının 04-də X2 08:54-də inzibati binaya daxil olmuş və həmin gün inzibati binadan yalnız iş vaxtı bitdikdən sonra, videogörüntülərdən göründüyü kimi kartını turniket aparatına vurmadan iş yerinin inzibati binasından çıxmışdır, yəni 2022-ci ilin noyabr ayının 04-də X10 04 noyabr 2022-ci il tarixində bütün iş saatı zamanı iş yerində olduğu halda, eyni vaxtda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «Baş Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasının həkimi Laçın Orucovanın qəbulunda ola bilməzdi. Deməli bu tamamilə düzgün olmayan haldır. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, Azərbaycan Milli Elmlər X3 aparatı rəhbərinin xidmətinin sabiq əməkdaşı X4 adına «Baş Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən verilmiş X4 02 noyabr 2022-ci il tarixindən 05 noyabr 2022-ci il tarixinədək əmək qabilliyyətinin itirilməsinə dair ******* nömrəli tibb vərəqəsinin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunması ilə bağlı Bakı İnzibati Məhkəməsi qarşısında müvafiq iddia qaldırılması üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı münasibət (etiraz) daxil olmamışdır. Üçüncü şəxs müxtəlif tarixlərdə iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim edərək, iddia tələbinin qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən üçüncü şəxsin etirazına müxtəlif tarixlərdə yazılı münasibət bildirilərək, iddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlük məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi verdiyi izahatda iddia ərizəsini müdafiə edərək, tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmasını və mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs etiraza uyğun məzmunda izhaat verərək tələbin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddia ərizəsindən məlum olur ki, iddiaçı “Baş Səhiyyə Mərkəzi” X14 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqsi”nin hüquqi qüvvəsi olmayan etibarsız sənəd hesab olunmasını tələb edir. Məhkəmə hsab edir ki, iddiaçının mübahisələndirdiyi sənəd inzibati akt hesab edilə bilməz. Çünki, yuxarıda istinad olunan normalardan göründüyü kimi, inzibati akt müəyyən tələblərə cavab verməlidir. Başqa sözlə, həmin akt publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. İddiaçının mübahisələndirdiyi xəstəlik vərəqəsi isə bu xüsusiyyətlərə malik olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Mübahisələndirilən xəstəlik vərəqəsi üçüncü şəxslə iddiaçı arasında əmək münasibətlərindən irəli gələn mübahisənin həllində sübut vasitəsi kimi çıxış etmişdir. Beləliklə, mübahisələndirilən sənədin tərtib edilməsi ünvanlandığı şəxslərin hüquqi vəziyyətini dəyişdirməmiş, hər hansı hüquqi nəticə yaratmamış və nəticədə şəxslərin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.1-ci bəndlər). Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi sənəd inzibati akt hesab edilmədiyindən işə inzibati qaydada baxıla bilməz. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4211/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4211/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver