Məhkəmə qərarları › İş №2-1(112)-4211/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4211/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4211/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarış, plan və ölçü sənədlərin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə aidiyyət məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən 15 may 2014-cü il tarixdə verilmiş arayışa əsasən yüklü edilən əmlakın reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan 11 aprel 2014-cü il tarixdə verilmiş seriya RX ******* saylı çıxarış və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X1 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX ******* nömrəli çıxarış və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü və onların verilməsinə əsas olmuş müvafiq qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3952/2024 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati işin ərazi aiddiyyətini müəyyən edərkən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsaslanaraq, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab olaraq Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən, L.Abramov və L.Səmədovanın istifadələrində olan **********15 və **********16 reyestr nömrəli torpaq sahələrininBakı şəhərinin inzibati ərazisində yerləşməsinə istinad etmişdir. Lakin işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşir. Belə olan halda isə aydın olur ki, hazırkı işə baxmağa Bakı İnzibati Məhkəməsi səlahiyyətli məhkəmə deyildir. Odur ki, məhkəmə inzibati iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, İPM-in 9.1 və 9.1.3-cü maddələrinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarış, plan və ölçü sənədlərin ləğv edilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə inzibati iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar