Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4212/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehndə Qeydiyyat şöbəsinə qarşı «iddiaçının övladının doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehndə Qeydiyyat şöbəsinə qarşı «iddiaçının övladının doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə xx xxxxxx 2009cu il tarixdə ailə qurmuş və Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən onların aralarındakı nikah rəsmi olaraq pozulmuşdur (nikahın pozulması haqqında şəhadətnamə ərizəyə əlavə edilir). Daha sonra o, həmin şəxsdən ayrıldıqdan sonra hal-hazırda X6 ilə faktiki olaraq ailə qurub yaşamışdır. Nikah pozulduqdan sonra,onun X6 ilə nikahı "Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində x xxx 2018-ci il tarixdə rəsmiləşdirmişdir (nikah haqqında şəhadətnamə ərizəyə əlavə edilir). O, X6 ilə faktiki nikahından hamilə qaldıqdan sonra, onun birinci nikahı məhkəmə qaydasında pozulmuşdur. 1-ci nikahımdan bir oğlan övladı, 2-ci nikahından isə, 1 qız övladı var. 2-ci nikahdan olan qız övladına indiki vaxta qədər doğum haqqında şəhadətnaməni ala bilmir. Səbəb kimi isə cavabdeh orqan tərəfindən imtina verilərək bildirilmişdir ki, onların uşağı 1ci nikah pozulmamış hamilə qalması səbəbindən, qanuna görə 1 -ci ərinin övladı sayılır. Qeyd olunur ki, X6 uşağın atası olmasını inkar etmir, onun 1-ci əri də uşağın atası olmadını təsdiq edir. Lakin Qeydiyyat şöbəsi uşağa doğum haqqında şəhadətnamə verilməsindən şifahi olaraq imtina edir. Hesab olunur ki, cavabdeh 5 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli imtinası əsassız və qanunsuzdur, cavabdeh orqan ona övladı üçün doğum haqqında şəhadətnamə verməlidir. Bu səbəbdən də, ikinci nikahdan olan qız övladına doğum haqqında şəhadətnamə verilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında X6, ana qrafasında İddiaçı qeydinin yazılması vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi barədə məhkəməyə müraciət edilir. Göstərilənlərə və İPM-in 2.1.1, 45, 46cı maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5, 10cu maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.2-ci maddəsinə, «Vətəndaşlıq vəziyyəti aktlarının Dövlət qeydiyyatı Qaydaları»nın 2.1, 2.5-ci bəndlərinə əsaslanaraq, onun (iddiaçının) x xxxxxx 2013-cü il tarixdə doğulmuş övladının doğum akt qeydinin “ata” qrafasında X3, “ana” qrafasında İddiaçı adlarının yazılmaqla tərtib edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq için hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan 5 saylı Bakı Cavabdehndə qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Sizin x xxxxxx 2013-cü il tarixdə doğulmuş övladınızn doğumunun qeydə alınması ilə bağlı 5 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsinə daxil olmuş xx xxxxxx 2020-ci il tarixli ərizənizə baxılmışdır. X1 ilə nikahınız xx xxxxxx 2009-cu il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kənd İcra Nümayəndəliyində bağlanmışdır. Həmin nikah Ağcabədi Rayon Məhkəməsinin x xxxxxx 2013-cü il tarixli 2(017)-14/2013 nömrəli qətnaməsi əsasında Ağcabədi rayon qeydiyyat şöbəsinin xx xxxx 2017-ci il tarixli 83 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. Uşağınız doğulduğu günə qədər X4 ilə rəsmi nikahda olmağınıza baxmayaraq, müraciətinizdə uşağınızın atasının “Vüsal” deyil, “Oktay” qeyd olunmağını istəmisiniz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.15-ci bəndinə uyğun olaraq nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahin pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Qaydanın 2.8-ci bəndinə görə doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: (2.8.1) öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında idfdia verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1. maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq uşağınızın doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində uşağın atası qismində X3 göstərilməsi mümkün deyildir. Ata qismində X3 göstərilməməsindən imtina barədə qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərilə bilər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli xx xxxxxx 2007-ci il tarixli qərarı ilə «İnzibati orqanların Təsnifatıl» təsdiq edilmişdir və həmin Təsnifatda (29-1.1-ci bənd) Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri inzibati orqan kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.8-ci bəndinə görə doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: (2.8.1) öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Qaydanın 2.15-ci bəndinə görə nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının övladı onun əvvəlki nikahının pozulmasından (nikahın pozulması haqqında qətnamə 2013-cü ilin yanvar ayında qəbul olunmuşdur) 10 ay keçməmiş, yəni x xxxxxx 2013-cü il tarixdə doğulduğundan, AR Nazirlər Kabinetinin 145 nömrəli xx xxxxxxx 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydanın 2.15-ci bəndinə uyğun olaraq, həmin uşağın valideyni kimi əvvəlki nikahda olan ər və arvadın, yəni İddiaçı və X2 adının qeydiyyatı aparıla bilər. Nəzərə alınmalıdır ki, iddiaçı və X4 arasındakı nikahın pozulmasına dair müvafiq məhkəmə qətnaməsi x xxxxxx 2013-cü il tarixdə qəbul edildiyindən, həmin nikaha xitam verilməsi tarixi x xxxxxx 2013-cü il tarixdən əvvəlki dövrə təsüdüf edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçının x xxxxxx 2013-cü il tarixdə doğulmuş övladının doğum akt qeydinin “uşağın valideynləri” qrafalarında onun özünün və x xxx 2018-ci il tarixdə bağlanmış nikahı ərinin adı göstərilməklə aparılmasından imtina etməkdə haqlı olmuşdur və bu imtina qanuna zidd sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehndə Qeydiyyat şöbəsinə qarşı «iddiaçının övladının doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehndə Qeydiyyat şöbəsinə qarşı «iddiaçının övladının doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4212/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4212/2020
01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver