Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4212/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, Cavabdeh X10 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yeni çıxarışın verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışla daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanda olan ½ hissə ilə İddiaçı1 və ½ hissədə İddiaçı2 məxsus evlə X11 məxsus yaşayış evinin və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və birincilərə məxsus mülkiyyət hüququ verən çıxarışdan X7 adının çıxarılması və onların adlarına yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar, X8 və İddiaçı2 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3-də yaşayırlar və qeydiyyatdadırlar. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 mərhum qaynanası X4 məxsus olmuş və həmin ev Alma İbrahimovanın adına xx.xx.1994cü il tarixdə 128143 nömrə ilə qeydə alınmışdır. Evin bir hissəsi və torpaq sahəsi, yəni evin 2 otağı X11 Alma İbrahimova tərəfindən satılmış, qalan bir otaqdan ½ hissəsi Alma İbrahimovanın nəvəsi X5, ½ hisssi digər nəvəsi İddiaçı2 bağışlanmışdır. xx.xx.2021-ci il tarixdə bir otaqdan ½ hissə ********** qeydiyyat nömrəsilə İddiaçı1 və İddiaçı2 adına çıxarış verilmişdir. X7 şəxsi mülkiyyətində olan 2 otaqlı və İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan bir otaqlı ev aralarında daş hasar çəkilməklə ayrılmış, hər evin özünün giriş-çıxış hissəsi ayrı-ayrı olmaqla var və bunların bir-birlərinə maneçilikləri yoxdur. Onların evləri bir-birindən ayrı olsa da, evin çıxarışında onların ev paylı mülkiyyət kimi göstərilmişdir. Hal-hazırda X12 vəfat etməklə evdə qızı, Afaq Rüstəmova yaşayır. Bu səbəbdən, tərəflərin hər birinə aid olan mənzillərin sənədlərinin ayrı-ayrılıqda müəyyən edilməsi və göstərilən mənzili paylı mülkiyyətdən çıxardaraq tərəflərin hər birinə öz payları üzrə çıxarış verilməsi məsələsinə baxılması üçün cavabdeh təşkilata rəsmi olaraq müraciət etmişlər, lakin digər paylı mülkiyətçi tərəfindən şərait yaradılmaması səbəbindən təmin edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə qarşı hər hansı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinaya uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 61.60 kv.m olan mənzil paylı mülkiyyət hüququ üzrə 1 otaqdan ½ hissədə İddiaçı1 adına, 1 otaqdan ½ hissədə İddiaçı2 adına, 2 otaqda X7 adına açıq qalmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********06 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, qeyd edilən mənzil paylı mülkiyyətdə olduğundan digər payçı tərəfindən texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. İşdə olan Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş AR-İİ nömrəli, 389755 nömrəli və Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş AR-İİ seriyalı, 328259 nömrəli etibarnamələrdən görünür ki, X6 və İddiaçı2 xx.xx.2007-ci il tarixdə ölmüş nənələri X2 və xx.xx.2009-cu il tarixdə ölmüş atası X3 miras qalmış daşınmaz əmlakın vərəsəlik işi ilə bağlı onu notariat ofisində, ƏMDK yanında DƏDRX-in istənilən ərazi idarəsində, rayon ərazi idarəsində, Asan xidmət mərkəzlərində, Rİh-də, bələdiyyədə, kənd icra nümayəndəliyində və s.təmsil etməyi, müxtəlif məzmunlarda ərizələr yazmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi Nümayəndə etibar etmişdir. Beləliklə, məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi üzrə mübahisəli mənzil paylı mülkiyyət hüququ ilə İddiaçı2 və İddiaçı1 məxsus olmasına baxmayaraq, iddia ərizəsi İddiaçı2 və İddiaçı1 tərəfindən qaldırılmasına baxmayaraq, iddia ərizəsi onların əvəzindən xx.xx.2021ci il tarixdə təsdiq edilmiş AR-İİ nömrəli, 389755 nömrəli və Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş AR-İİ seriyalı, 328259 nömrəli etibarnamələr əsasında Nümayəndə tərəfindən imzalanmışdır. Halbuki, həmin etibarnamə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1 və 69.1-1-ci, 74-cü və 150.1-ci maddələrinin tələblərinə uyğun olmamaqla, sözügedən iddianın səlahiyyətli şəxs tərəfindən imzalanması halını istisna etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəlləsinin 150.1-ci maddəsinin tələblərinə əsasən: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qanunverici məhkəmə iclasında nümayəndə qismində iştirak edə biləcək səlahiyyətli şəxslərin dairəsini müəyyən edərək (MPM maddə 69.1-1) fiziki şəxsin nümayəndəsinin onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola biləcəyini təsbit etmişdir. Hazırki işin halları ilə isə X1 şəxslərin siyahısına daxil olması müəyyən edilməmişdir. Bütün bu qeyd olunanlar isə hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4212/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4212/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver