Məhkəmə qərarları › İş №2-1(112)-4214/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4214/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4214/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. 28.01.1975-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. 02.04.1993-cü il tarixdən, 01.02.2007-ci il tarixədək “Azneft” İB-nin “28 May” NQÇi-də asfalt döşəyən və usta vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə 29-cu bölməsi ( a) fəhlələr: asfalt-beton döşəyənlər; b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar) üzrə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdir. 13.01.2014-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, daha sonra səbəbsiz və əsassız yerə əmək pensiyası ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək. güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavab məktubu ilə müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, 02.04.1993cü il tarixdən, 01.02.2007-ci il tarixədək “Azneft” İB-nin “28 May” NQÇi-də asfalt döşəyən və usta vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə 29-cu bölməsi (a) fəhlələr: asfalt-beton döşəyənlər; b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar) üzrə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr hesab olunduğundan ona 57 yaşdan haqlı olaraq əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, İddiaçı 01.03.2017-ci il tarixində ərizə ilə Fondun Suraxanı rayon şöbəsinə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Adıçəkilən şəxsin ərizəsinə əlavə olunmuş “28 May” NQÇİ tərəfindən verilmiş arayışda onun 02.04.1993-cü il tarixindən “28 May” NQÇİ-nin asfalt zavodu sahəsinə 4-cü dərəcəli asfalt döşəyən, 01.07.1994-cü ildən həmin sahədə 8-ci dərəcəli usta keçirildiyi, 05.04.1995-ci ildən ona əməyin ödənilməsi üzrə 9-cu, 11.05.2000-ci ildən 10-cu dərəcə təqdim edildiyi, vəzifə təlimatına görə qaynar asfaltın hazırlanması və döşənməsi işini icra etdiyi, 01.02.2007-ci ildən ETİİS-in kanat texnikası laboratiyasına 11-ci dərəcəli mexanik keçirildiyi bildirilmişdir. Fondun Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı 13.01.2014-cü il tarixində 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin adıçəkilən şəxs ona pensiya təyinatının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təyinatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 50 yaşının tamam olduğu dövrdən aparılmalı olduğunu əsas gətirərək məhkəmədə iddia qaldırmışdır. Sözügedən məhkəmə prosesində cavabdeh şəxs kimi tərəf qismində aidiyyəti üzrə Xüsusi Şərtlərlə Təyinat İdarəsi cəlb edilmişdir. Məhkəmə çəkişməsi nəticəsində birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı iddiası təmin edilmiş, həmin qərardan İdarə tərəfindən apelyasiya şikayəti verilmişdir. İdarənin apelyasiya şikayəti təmin edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin hakimi tərəfindən işin hallarının araşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB “28 May” NQÇİ-nə sorğu ünvanlanmış, həmin qurum tərəfindən sorğuya cavab olaraq daxil olmuş məktubda yuxarıda qeyd edilən arayışla eyni məzmunlu məlumatlar qeyd olunmaqla yanaşı, İddiaçı işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatının hasilatı və Ümumi peşələrdə bölmələrində güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə və peşələrin siyahısında nəzərdə tutulmadığı qeyd olunmuşdur. İddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin sözügedən qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1355/2020 saylı, 22 iyul 2020-ci il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-154/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin hallarından göründüyü kimi iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsaslanmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında güzəştli şərtlərlə işləməsi təkzib edilmişdir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Bundan əlavə iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiqləndiyindən iddiaçı artıq həmin məsələni məhkəmədə iddia icraatı qaydasında mübahisələndirə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı) Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyshısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala qarşı iddiasının mümkün sayılmamasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 08 dekabr 2020-ci il tarixli, **********7 nömrəli “Güzəştli şərtlərlə pensiya təminatı haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömərli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara sığortaolunan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma məlumatına əsasən bildirilmişdir ki, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB, “28 May” NQÇİdə işləmiş olduğu peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 28.01.1975-ci ildən 27.10.1975-ci il tarixədək işləmiş, 13.11.1975-ci il tarixdən 14.12.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, 03.02.1978-ci il tarixdən 29.09.1978-ci il tarixədək, 16.04.1979-cu il tarixdən 03.05.1984-cü il tarixədək, 31.10.1984-cü il tarixdən 28.12.1992-ci il tarixədək, 02.04.1993-cü il tarixdən hal-hazıradək işləyir. İşdə olan “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 03/03 nömrəli, 12.01.2021-ci il tarixli arayışdan görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin Elmi-Tədqiqat və X2 Kanat texnikası laboratoriyasının 1-cu dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexaniki İddiaçı 02.04.1993-cü ildə Dəniz Neft-Mədən hidrotexniki qurğuların təmiri və istismarı sexinə (DNMHQTİS) 4-cü dərəcəli asfalt döşəyən peşəsinə işə qəbul edilmiş, 16.05.1994-cü ildən isə o, həmin sexin Asfalt zavoduna 8-ci dərəcəli usta vəzifəsinə keçirilmiş, 05.04.1995-ci ildən 01.02.2007-ci ilədək həmin vəzifə üzrə işlədiyi müddətdə 9-10-11-ci dərəcələrə layiq görülmüşdür. İddiaçı 01.02.2007-ci il tarixdən NQÇİ-nin Elmi-tədqiqat və X2 Kanat texnikası xidmət sahəsinə 11ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişdir. 20.06.2017-ci il tarixdən bağlanmış əmək müqaviləsinə əsasən həmin xidmət sahəsində 10-cu dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik təyin edilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “28 May Neft və Qazçıxarma İdarəsi” tərəfindən verilmiş 03/03 nömrəli, 13 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 02.04.1993-cü ildə Dəniz Neft-Mədən hidrotexniki qurğuların təmiri və istismarı sexinə (DNMHQTİS) 4-cü dərəcəli asfalt döşəyən peşəsinə işə qəbul edilmiş, 16.05.1994-cü ildən isə o, həmin sexin Asfalt zavoduna 8-ci dərəcəli usta vəzifəsinə keçirilmiş, 05.04.1995-ci ildədn 01.02.2007-ci ilədək həmin vəzifə üzrə işlədiyi müddətdə 9-10-11-ci dərəcələrə layiq görülmüşdür. İddiaçı 01.02.2007-ci il tarixdən NQÇİ-nin Elmi-tədqiqat və X2 Kanat texnikası xidmət sahəsinə 11ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmişdir. 20.06.2017-ci il tarixdən bağlanmış əmək müqaviləsinə əsasən həmin xidmət sahəsində 10-cu dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik təyin edilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. NQÇi-nin struktur bölmələrində iş yerlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 nömrəli “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarına əsasən aparılmış attestasiyanın nəticələri əsasında əmək şəraitinin ağır və zərərli səviyyəsindən asılı olaraq İddiaçı vəzifə maaşına: 01.09.1994-01.04.1995-ci illərdə Dəniz Neft-Mədən hidrotexniki qurğular sexində Usta vəzifəsində işlədiyi müddətdə 8%, 01.08.2004- 01.02.2007-ci illərdə 4 %, 01.02.2007-01.03.2009-cu illərdə isə Elmi-tədqiqat və X2 Kanat texnikası xidmət sahəsində avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsində işlədiyi müddətdə 4 % əlavə ödəniş verilmişdir. İşdə olan “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş 03/3 nömrəli, 12.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 02.04.1993-cü il tarixdən “28 May” Neft və Qazçıxarma İdarəsinin Elmi-tədqiqat və X2 kanat texnikası xidməti sahəsində avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsində işləmişdir. İşdə olan “Azneft” İB “28 May” NQÇİ tərəfindən ünvan ünvanlanmış 25.05.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 02.04.1993-cü ildə SOCAR “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Dənizdə neft-mədən hidortexniki qurğular sahəsinə (DNMHQS) 4cü dərəcəli asfalt döşəyən peşəsinə işə qəbul edilmiş, 16.05.1994-cü ildən isə o, həmin sahənin tabeçiliyində fəaliyyət göstərən Asfalt zavoduna 8-ci dərəcəli usta vəzifəsinə keçirilmiş və 05.04.1995-ci ildən 01.02.2007-ci ilədək, o, həmin vəzifə üzrə 9-10-11-ci dərəcəli usta vəzifəsində işləmişdir. O, asfalt döşəyən işləyəndə qeyd olunan sahənin nəzdində istismar olunan Asfalt zavodunda sahildən gətirilən inşaat materialalrı və bitum əsasında asfaltın, Çilov adasında asfaltbeton döşənəcək yolların hazırlanması, asfalt hazırlanması işlərini yerinə yetirmiş, Usta işlədiyi müddətdə isə sadalanan şlərə və bu işləri yerinə yetirən briqadaya rəhbərliyi həyata keçirmişdir. İddiaçı 01.02.2007-ci il tarixdən NQÇİ-nin Elmi-tədqiqat və X2 Kanat texnikası xidmət sahəsinə 11ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmiş və 20.06.2017-ci il tarixdən bağlanmış əmək müqaviləsinə əsasən həmin xidmət sahəsində 10-cu dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexanik təyin edilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. İddiaçı hazırda işlədiyi vəzifənin səlahiyyətlərinə uyğun olaraq avadanlıq və alətlərin, cihazların düzgün istismarı və etibarlı işini təmin edir, onların vaxtında və keyfiyyətli profilaktik yoxlanmasını, planlı təmirini təşkili, kanat texnikası vasitəsilə quyuların tədqiqi və yeraltı təmiri briqadaları üçün alət və avadanlıqları hazırlayır, təmir və tənzimləmə işlərinə texniki rəhbərliyi həəyata keçirir, avadanlıqlara xidmət və təmir işlərinə rəhbərlik edir. İşdə olan məhkəmənin sorğusuna “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 01-03/364 nömrəli, 20.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin Elmi-tədqiqat və X2 Kanat texnikası laboratoriyasının 10-cu dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexaniki İddiaçı 02.04.1993-cü ildə İdarənin Dəniz neft-mədən hidrotexniki qurğuların təmiri və istismarı sexinə 4-cü dərəcəli asfalt döşəyən peşəsinə işə qəbul edilmiş, 16.05.1994-cü ildən isə o, həmin sexin Asfalt zavoduna usta vəzifəsinə keçirilmiş, 01.02.2007-ci il tarixinə qədər həmin vəzifədə çalışmışdır. İddiaçı 01.02.2007-ci il tarixdən “28 May” Neft və Qazçıxarma İdarəsinin Elmi-tədqiqat və X2 Kanat texnikası xidmət sahəsinə avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmiş və hal-hazırda bu vəzifədə işləyir. İddiaçı işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəl ivə 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neft-qaz və qaz kondensatının hasilatı (10.2 bəndi) və Ümumi peşələrdə bölmələrində güzəştli şərtlərlə pensiya hüququ verən və peşələrin siyahısı”da nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin imtinasında və etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla birlikdə tədqiq edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçının hazırki tələbinin hüquqi əsasını ona 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda, əgər iddiaçının ümumi və xüsusi iş stajı imkan verərsə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olsa da, 12 il 6 aydan çox xüsusi iş stajı yoxdur. Belə ki, məhkəmənin sorğusuna “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 01-03/364 nömrəli, 20.09.2021-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, “28 May” Neft və Qazçıxarma İdarəsinin Elmi-tədqiqat və X2 Kanat texnikası laboratoriyasının 10-cu dərəcəli avadanlıqların təmiri və xidməti üzrə mexaniki İddiaçı 02.04.1993-cü ildə İdarənin Dəniz neftmədən hidrotexniki qurğuların təmiri və istismarı sexinə 4-cü dərəcəli asfalt döşəyən peşəsinə işə qəbul edilmiş, 16.05.1994-cü ildən isə o, həmin sexin Asfalt zavoduna usta vəzifəsinə keçirilmiş, 01.02.2007-ci il tarixinə qədər həmin vəzifədə çalışmışdır. İddiaçı 01.02.2007-ci il tarixdən “28 May” Neft və Qazçıxarma İdarəsinin Elmi-tədqiqat və X2 Kanat texnikası xidmət sahəsinə avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmiş və hal-hazırda bu vəzifədə işləyir. İddiaçı işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəl ivə 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Neft-qaz və qaz kondensatının hasilatı (10.2 bəndi) və Ümumi peşələrdə bölmələrində güzəştli şərtlərlə pensiya hüququ verən və peşələrin siyahısın”da nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının güzəştli iş stajına malik olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar