Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4214/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 16.03.2021-ci il tarixdən 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayır. Məhkəməyə təqdim etdiyi MT-1 № ******* nömrəli 17 avqust 1982-ci il tarixli əmək kitabçasına əsasən aşağıdakı əmək stajı vardır. 01.09.1979 - 22.07.1982-ci illərdə Bakı şəhəri, 177 nömrəli Peşə məktəbi (hal- hazırda 14 nömrəli Bakı Peşə Məktəbi), 12.08.1982 - 01.11.1982-ci illərdə N.Nərimanov adma Neft-Qazçıxarma İdarəsinin X5 idarəsində elektrik qaz qaynaqçısı,01.11.1982 -23.11.1984-cü illər- hərbi xidmət, 23.01.1985 - 01.05.1998-ci illər N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin X5 idarəsində qaynaqçı, 01.05.1998- 01.04.2003-cü illərdə "Xəzərdənizneftqazçıxarma" İstehsalat Birliyinə tabe olan X5 idarəsində qaz qaynaqçısı, 01.04.2003 - 01.01.2006-cı illərdə N.Nərimanov adına Neft- Qazçıxarma İdarəsinin X5 idarəsində qaz qaynaqçısı. Onun 01.01.2006-cı il tarixinə kimi 26 il 1 ay 9 gün ümumi iş stajı, 21 il 1 ay 27 gün zərərli iş şəraitində xüsusi stajı vardır. İşlədiyi qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda
35. Ümumi peşələr bölməsinin, qaz qaynaqçıları bəndinə aiddir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, onun güzəştli iş stajı 01.01.2006-cı il tarixinə kimi yarandığı üçün 57 yaşının tamam olduğu 16.03.2021 -ci il tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Hal-hazırda işlədiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və qazçıxarma İdarəsi tərəfindən ona güzəştli arayışı verilmişdir. O, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir.Həmin idarədən ona ünvanlanmış 26.10.2021 -ci il tarixli cavab məktubunda onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 06 dekabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında (mülahizəsi) göstərilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov adına qazçıxarma idarəsinin 09.09.2021-ci il tarixli arayışında İddiaçı 23.01.1985-01.05.1998-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən idarənin X5 idarəsində qaynaqçı vəzifəsində işlədiyi, ümumilikdə 12.08.1982-17.08.2009-cu illərdə 24 il 09 ay 11 gün güzəştli pensiya üçün stajı olduğu, həmçinin həmin vəzifənin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsinə əsasən güzəştli sayıldığı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın “Ümumi peşələr” adlanan 35-ci bölməsində qaz qaynaqçısı vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov adına qazçıxarma idarəsinin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifə istinad olunan Siyahıda öz əksini tapmamış, həmin arayışda istinad olunan Siyahının müvafiq bəndi ilə iddiaçının işlədiyi vəzifə arasında hər hansı uyğunluq mövcud deyildir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. İddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSR X8 Təhsil Komitəsi tərəfindən verilmiş 22 iyul 1982-ci il tarixli Г seriyalı 605329 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil Müəssisəsi N.Babaşov adına 14 №-li Bakı Peşə Məktəbi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli 23 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı 01 sentyabr 1979-cu ildə 177 №-li Orta şəhər Texniki peşə məktəbinə daxil olmuş və 19 iyul 1982-ci ildə bitirmişdir. НЗ seriyalı ******* № li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 20 noyabr 1982-ci il tarixdən 23 noyabr 1984-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* №li 17.08.1982-cu il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İsmayılov X4 adına Duvannı NQÇİ- QPPU 59-a, 4-cü dərəcəli elektrik qaynaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr 69 №-li, 12.08.1982-ci il); 01.09.1982-ci ildə Sovet Ordusuna xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir (Əmr 101-k №-li, 27.10.1982-ci il); 23.01.1985-ci ildə Nərimanov adına Duvannı NQÇİ-nə 4-cü dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr 9 k №-li, 23.01.1985-ci il); 01.04.1988-ci ildə Neft Sənaye nazirliyinin 220 saylı 29.04.1988-ci il tarixli əmrinə əsasən Nərimanov adına Duvannı NQÇİ avtonəqliyyat sexinə keçirilmişdir; 12.12.1996-cı ildə qaynaqçı üçün 5-ci dərəcə verilmişdir (Əmr 537/бн, 12.12.1996-cı il); 01.05.1998-ci ildə Dənizdə Neft və X1 tabe olan X5 İdarəsinin yaradılması ilə əlaqədar X5 idarəsinə keçirilmişdir (Əmr 138, 23.04.1998-cı il); 01.05.1998ci ildə Dənizdə neft və X2 116 saylı 14.04.1998-ci il tarixli ərizəsinə əsasən yeni yaranmış X5 idarəsinin təmir emalatxanasına 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr 1/k №-li, 01.05.1998-cı il); 14.10.1999-cu ildə Təmir emalatxanasının qaynaqçıları üçün 6-cı dərəcə verilmişdir (Əmr 224/k №-li, 14.10.1999-cı il); 01.04.2003-cü ildə işdən azad edilmişdir; 01.04.2003-cü ildə Duvanni TNİ-si nəqliyyat Sexinin N.Nərimanov adıa NQÇİ-nin tərkibinə verildiyi üçün təmir emalatxanasına 6-cı dərəcəli qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir (Əmr 43/k №-li 18.04.2003-cü il); 17.08.2009-cu ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr 870 №-li, 17.08.2009-cu il); 18.08.2009-cu ildə 2 saylı Təmir Emalatxanalarına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (Əmr 17 /k №-li, 18.08.2009-cu il); 06.06.2011-ci ildə 4 saylı TE-na Yol tikinti maşınları və traktorların təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir (Əmr 601 /k №-li, 06.06.2011-ci il); 08.12.2011-ci ildə 2 saylı Təmir Emalatxanasına 6-cı dərəcəli yol-tikinti maşınları və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmişdir (Əmr 978/k №-li 08.12.2011-ci il); 17.02.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr 64 №-li , 17.02.2014-cü il); 18.02.2014-cü ildə ARDNŞ 8 saylı Texnoloji nəqliyyat bölümünün 2 saylı təmir emalatxanasına 6-cı dərəcəli yol tikinti maşınları traktorlarının təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. (Əmr 465 k №-li, 18.02.2014-cü il); 31.07.2014-cü ildə işdən azad olunmuşdur (Əmr 1504 №-li, 31.07.2014-cü il); 01.08.2014-cü ildə ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamenti- 2 saylı təmir emalatxanasına 6cı dərəcəli yol-tkinti maşınlarının və traktorların təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir ( Əmr 148/k №-li, 01.08.2014-cü il); 26.05.2015-ci ildə 2 saylı Təmir emalatxanasına 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir (Əmr SOCAR/15-3500 19-09-000226 saylı razılıq məktubu); 22.07.2015-ci ildə 1 saylı təmir emalatxanasına 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir (Əmr 1548/k №-li 22.07.2015-ci il); 25.01.2016-cı ildə 2 saylı təmir emalatxanasına 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir (Əmr 177/k №-li 22.07.2015-cı il); İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli **********6 №li imtina məktubunda göstərilmişdir ki, SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin ona dair 09.09.2021-ci il tarixli 51 nömrəli arayışında 23.01.1985- 01.05.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən idarənin X5 idarəsində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyi qaynaqçı vəzifəsinin yuxarıda qeyd olunan qaz qaynaqçısı vəzifəsinə uyğun olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ tərəfindən verilmiş 16.03.2022-ci il tarixli **********30020123X00003 saylı cavab məktubunda qeyd olunmuşdur ki; - İddiaçı 12.08.1982-01.11.1982-cı ilə kimi N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində X5 idarəsində Elektrik qaz qaynaqçısı peşəsində işləyib (əmr 68/k 12.08.1982ci il). İşlədiyi peşənin xüsusiyyətləri kəsməkdə və əl ilə qaynaq işlərində məşqul olan elektrik qazqaynaqçısının işinin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası NK-nin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) 23200000-19756 şifrəyə əsasən güzəştli sayılır. - 23.01.1985-01.05.1998-ci ilə kimi N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində X5 idarəsində Qaynaqçı peşəsində işləyib (əmr 9/k 23.01.1985-ci il). İşlədiyi peşənin xüsusiyyətləri kəsməkdə və əl ilə qaynaq işlərində məşqul olan elektrik qazqaynaqçının işinin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası NK-nin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə(Ümumi peşələr) 23200000-19756 şifrəyə əsasən güzəştli sayılır. - 01.05.1998-01.04.2003-cü ilə kimi “Xəzərdənizneftqazçıxarma” İstehsalat Birliyinə tabe olan X5 idarəsində Qaz qaynaqçısı peşəsində işləyib. Azərbaycan Respublikası NKnin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) 23200000-11620 şifrəyə əsasən güzəştli sayılır. - 01.04.2003-17.08.2009-cu ilə kimi N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində X5 sexində Qaz qaynaqçısı peşəsində işləyib.(əmr 43/k 18.04.2003-ci il). Azərbaycan Respublikası NK-nin 21,06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) 23200000-11620 şifrəyə əsasən güzəştli sayılır. Arayışa əsasən güzəştli əmək stajı 24 il 09 ay 11 gün (iyirmi dörd il doqquz ay on bir gün). Arayış müəssisədə T-2 şəxsi vərəqəsi və kadr əmrlərinə əsasən yazılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) 16.03.2021-ci il tarixdə çatmışdır. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlər, hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu 16.03.2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İddia ərizəsindən və iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 26 oktyabr 2021-ci il tarixli **********6 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin sentyabr ayının 13-də (müraciəti 26 oktyabr 2021-ci il tarixli **********6 №li cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 16.03.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev