Məhkəmə qərarları › İş №2-1(112)-4216/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4216/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4216/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh X8rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdeh X8rşı məhkəməyə müraciət edərək, 1952-ci il təvəllüdlü ünvan 1 ünvanda yaşamış bacısı X1 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyinin X9 həvalə olunması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının doğma bacısı X3 ilə birgə yuxarıda göstərilən ünvanda yaşayırdılar. Bacısı evdə sağ-salamat qoyub Rusiya Federasiyasının Luqanski vilayətinə orada olan digər bacısının yanına qonaq getmişdir və evdə qalan bacısı İvettanı tez-tez yoxlamaq üçün rəfiqəsi olan Leyla Eminovadan xahiş etmişdir, eyni zamanda bacı ilə tez-tez telefon əlaqəsi saxlayırdı. İyun ayının əvvəllərində bacısı İvettaya dəfələrlə zəng etməyinə baxmayaraq, onunla telefon əlaqəsi alınmadığından rəfiqəsi Leyla Eminovadan xahiş etdi ki, gedib ondan xəbər alsın və ona bildirsin. 02 noyabr 2023-cü il tarixdə rəfiqəsi Leyla xanım yuxarıda göstərilən ünvandakı 2-ci mərtəbədə yerləşən mənzilin qapısının açılmadığını görüb bacısının başında nəsə ola biləcəyini xəbər verdi və özünün təşəbbüsü ilə FHN-nin müvafiq strukturuna müraciət etdi ki, qapını açmaqda ona kömək etsinlər. FHN-nin nümayəndələri küçə tərəfdən nərdivanla 2-ci mərtəbədəki eyvana qalxıb otağa daxil olublar və qapının içəridən bağlı olduğunu müəyyən ediblər. Eyni zamanda bacı İvettanı döşəmədə uzanmış və halsız vəziyyətdə görüblər. Onların köməkliyi ilə bacısı X9 yerləşdirilib. X6 bacısının müayinəsi ilə məşğul olublar və 04 noyabr 2023-cü ildə tarixdə bacısı X6 dünyasını dəyişib. O, dərhal Bakıya qayıtmışdır və İvetta Mahmudovanın xx.xx.2023-cü il tarixdə öldüyü barədə X7 vermiş olduğu arayışa əsasən onu dəfn etmişdir. Bundan sonra o, bacısının ölüm şəhadətnaməsini almaq üçün yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə Kliniki Mərkəzdən bacısının ölümü barədə arayışı alınmasını və onlara təqdim olunmasını bildirdilər. O, X9 bu məqsədlə müraciət etdi və X11 xx.xx.2023-cü il tarixli cavabı ilə bacısının ölümü barədə tibbi şəhadətnamə verə bilmədiyini bildirdilər. Elə bu səbəbdən də bu günədək bacısının ölümü barədə şəhadətnamə ala bilmir. Hesab edir ki, 1952-ci il təvəllüdlü bacısı X1 xx.xx.2023-cü il tarixdə AREİR İ şöbəsinə daxil olması və xx.xx.2023cü il tarixdə vəfat etməsi barədə məlumat vermələrinə baxmayaraq, ölüm haqqında tibbi şəhadətnaməni verməkdə imtina etməkdə haqlı deyillər.

3. Cavabdeh X14 tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1952ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixində ARİT İ şöbəsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixində xəstə vəfat etmişdir. Ölüm faktı barəsində Nəsimi rayonu, 20-ci polis bölməsinə məlumat verilmişdir. Bu səbəbdən X11 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar X11” PHŞ tərəfindən Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə heç bir məlumat daxil olmamışdır.

5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində ağır vəziyyətdə X9 daxil olmuş, X5 və Tibbi Yardım şöbəsinin tibb personalı tərəfindən “Beyin qan dövranının kəskin pozğunluğu. Dəqiqləşdirilməmiş və ya hemorogen insult və qabırğaların çoxsaylı sınıqları” diaqnozu ilə Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmişdir. Müvafiq müayinə və müalicələrə baxmayaraq, xx.xx.2023-cü il tarixində xəstədə “qabırğaların çoxsaylı sınıqları. Beyin qan dövranının kəskin pozulması. Soldan İX-Xİ sağdan İX qabırğanın köhnə sınığı. Soldan V-Vİ-X qabırğaların təzə az yerini dəyişən sınığı. Kəskin tənəffüs çatmamazlığı ilə” bioloji ölüm baş vermişdir. Ölüm faktı ilə bağlı Nəsimi rayon idarəsinin 20 saylı polis bölməsinə məlumat veilmişdir. X2 xəstəlik tarixinin tədiq edilmiş surəti Sizə göndərilir.

6. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. İddia tələbi xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi barədə tibbi şəhadətnamənin verilməsidir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il 31 yanvar tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Qərarının: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

13. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixində ağır vəziyyətdə X9 daxil olmuş, X5 və Tibbi Yardım şöbəsinin tibb personalı tərəfindən “Beyin qan dövranının kəskin pozğunluğu. Dəqiqləşdirilməmiş və ya hemorogen insult və qabırğaların çoxsaylı sınıqları” diaqnozu ilə Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmişdir. Müvafiq müayinə və müalicələrə baxmayaraq, xx.xx.2023-cü il tarixində xəstədə “qabırğaların çoxsaylı sınıqları. Beyin qan dövranının kəskin pozulması. Soldan İX-Xİ sağdan İX qabırğanın köhnə sınığı. Soldan V-Vİ-X qabırğaların təzə az yerini dəyişən sınığı. Kəskin tənəffüs çatmamazlığı” ilə bioloji ölüm baş vermişdir.

14. Cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilərək qeyd edilmişdir ki, ölüm faktı barədə Nəsimi rayonu 20-ci polis bölməsinə məlumat verilmişdir, bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil.

15. Məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna əsasən Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsi tərəfindən verilən məlumatdan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar Cavabdeh PHŞ tərəfindən Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə heç bir məlumat daxil olmamışdır.

16. Məhkəmə hesab edir ki, iddiaçının bacısı X1 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumat verilməsi halı sübut olunmasa da, həmin hal mövcud olsaydı belə, iddiaçıya bacısınnın ölümü barədə tibbi şəhadətnamənin verilməsindən imtina üçün əsas deyil.

17. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il 31 yanvar tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Qərarının 4.5-cü maddəsinə əsasən ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

18. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

19. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

20. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

22. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.1952-ci il təvəllüdlü bacısı X3 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehn üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar