Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4217/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Fərəcov Salman Böyükağa oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: ünvan 1 mənzil 26) cavabdeh – Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 X10 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 (bundan sonra – DSMF) X1rşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. xx xxxx 1977-ci il tarixdə 44/3 nömrəli əmrlə X6 İdarəsində üç aylıq öyrənci kimi “elektrik qaynaqçısı” vəzifəsinə qəbul olunmuşdur, xx xxxxxxxx 1977-ci il tarixdə 77/7 əmrlə müvəqqəti olaraq işə buraxılmışdır. x xxxxxxx 1977-ci ildə hərbi xidmətə çağırışla əlaqədar işdən azad olunmuşdur. xx xxxxxx 1980-ci il tarixdə X2 İdarəsində 3-cü dərəcəli “elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 1982-ci ildə X2 İdarəsində “4-cü dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilərək xx xxxxxx 1982-ci ildən həmin İdarənin “5ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmişdir. x xxxxx 1982-ci ildə Əli Bayramlı şəhərinə köçdüyündən, X2 İdarəsində “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilmişdir. “xxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş x xxxxxxxx 2019-cu il tarixli 07 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən xx xxxxx 1982-ci il tarixli 49-K saylı əmrlə 3 saylı SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, xx xxxxx 1984-cü il tarixli 22 saylı əmrlə “6-cı dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, xx xxxxxxxx 1986-cı ildə 115 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx xxxxxxx 1986-cı il tarixdə 65 nömrəli əmrlə Sabirabad 24 nömrəli SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, xx xxxxxx 1986-cı il tarixdə isə, 13 nömrəli əmrlə işdən azad olunmuşdur. xx xxxxxx 1987-ci il tarixdı 14 nömrəli əmrlə “Sabirabad SPMK-2”-də qaynaqçı vəzifəsinə qəbul edilmiş, x xxxxxx 1996-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx xxxx 1999-cu il tarixdə 21 nömrəli əmrə əsasən X13 İdarəsində “çilingər” vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 1999-cu il tarixdə işdən azad edilmişdir. xx xxxxxx 2012-ci il tarixdə 22 nömrəli əmrlə “xxxxxxxxxxxxxxxxxxx” ASC-də “elektrik qaynaqçısı” vəzifəsinə qəbul edilmiş, x xxxx 2013-cü il tarixdə işdən azad edilmişdir. xx xxxxx 2014-cü il tarixdə 14 nömrəli əmrlə “X14 İdarəsi”də “təmirçi -çilingər” vəzifəsinə qəbul edilmiş, xx xxxxxxx 2017-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 4 saylı X16 X12 Kanal Sahəsinin istismarçı nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixli 425-k nömrəli əmrə əsasən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. x xxxxxx 2019-cu il tarixdən “xxxxxx” ASC X15 MMC 4 saylı X16 X12 Kanal Sahəsi üzrə istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir və hazıradək işləyir. x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçası hesab olunur. O, güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı hazırkı cavabdeh DSMF X10 İdarəsinə müraciət etmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuşdur. Məktubda aşağıdakılar qeyd olunmuşdur: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə kişilər 60 yaşna çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitnə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiya yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı» haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajl olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, onun güzəştli iş stajı 25 ildən az təşkil etməklə yanaşı, həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hesab olunur ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla onun konstitusion hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 38 maddəsinin 3-cü hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 –ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilklə müəyyən edilmiş tələblərə müvafiq surətfə tərin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1997-ci ilədək qüvvədə olmuş 13-cü çaddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququna aşağıdakılar malikdirlər:-əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və ən azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa.Bu qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli qanunun 1-ci maddəsinə görə, həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqust ayının 1-dən başlayaraq, 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay müddətinə artırılır. Bu qanunun xx xxxxxx 1997-ci ilədək qüvvədə olan 67-ci maddəsinin “v” bəndinə görə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrdə, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhədi mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3.-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci ilin yanvar ayının 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü də daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrdə olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Qanunun 31-ci maddəsinin 31.1-ci bəndinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyasının yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasını təyin olunması üçün müraciət edə bilərlər və həmin Qanunun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafiq olaraq yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.Həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətdən asılı olmayaraq ödənilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ, Vİİ hissələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə, İPM-in 2, 45, 46-cı maddələrinə əsaslanaraq, ona (iddiaçıya) xx xxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun olaraq hesablanması və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF X10 İdarəsinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - DSMF X10 İdarəsi iddia tələbi ilə razı deyil. Belə ki, iddiaçı iddia ərizəsində göstərdiyi iddia tələblərini təsdiq etmək məqsədi ilə əmək kitabçasını, X6 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 252 saylı arayışı və Sabirabad rayon Dövlət Arxivindən verilmiş çıxarışları təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçası və digər sənədlərdən göründüyü kimi, iddiaçı əmək fəaliyyətinə x xxxx 1977-ci ildən başlayaraq xx xxxxxx 1999-cu il tarixədək 19 il 10 ay 25 gün (sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçdiyi müddət daxil edilməklə) müxtəlif yerlərdə işləmişdir. Daha sonra iddiaçı əmək fəaliyyətinə bira daha xx xxxxxx 2012-ci il tarixdə başlamışdır. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdəçalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli sıyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququqna malikdirlər. xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə istinad edilən normanı nəzərə almaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin eidlə bilməz. Belə ki, onun iş stajı Qanunla nəzərdə tutulmuş 25 ildən azdır. Həmçinin qeyd olunur ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi elektrik qaynaqçısı peşəsinə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü ildə təsdiq edilmiş 320 saylı qərarı ilə təsdiq edilmiş siyahıda, nə də ki, həmin xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş yenilənmiş siyahıda yoxdur. Belə ki, qeyd edilən siyahılarda müxtəlif növ sahələrdə əl ilə elektrik qaynaqçıları qeyd edilsə də, elektrik qaynaqçısı peşəsi qeyd edilməmişdir. Bildirildiyi kimi, qaynaq işlərinin əl ilə elektrik qaynağı, avtomat və yarımavtomat növləri var. Lakin, iddiaçının əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin o qeyd olunur, iddiaçının hətta həmin işlədiyi peşənin məhz əl ilə elektrik qaynaqçısı peşəsi olması sübuta yetirilsə belə o, həmin peşədə qanunda nəzərdə tutulmuş 12 il 6 aydan az müddətdə işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərəli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaçına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərəd çalışmırlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə . əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiaysı hüququ vardır. Məlum olduğu kimi, xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla (2017-ci ilin iyun ayında qüvvəyə minmişdir) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.10, 9-cu maddələrinə əsaslanaraq, iddianın rədd olunması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunaraq ona (iddiaçıya) xx xxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun olaraq hesablanması və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Fərəcov Salman Böyükağa oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bilditrdi və iddianın təmin olunaraq İddiaçı xx xxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına uyğun olaraq hesablanması və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmadığını və cavabdehin imtinasının əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxx” ASC-nin ASC-nin xx xxxxxx 2020-ci il tarixli arayışında qeyd edilir ki, İddiaçı həqiqətən xx xxxxxx 2012-ci il tarixdən (Əmr N-22) xx xxxx 2013-cü il tarixədək Sabirabad rayonu, konserv zavodunda elektrik qaynaqçısı işləmişdir.Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin X6 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 247 nömrəli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən X6 İdarəsində xx xxxx 1977-ci il tarixli 44/3 nömrəli Əmrə əsasən üç aylıq öyrənci kimi elektrik qaynaqçısı qəbul edilmişdir. xx xxxxxxxx 1977-ci il tarixli 77/7 nömrəli Əmrə əsasən müvəqqəti olaraq işə buraxılmışdır. xx xxxxxxxx 1977-ci il tarixli 85/7 nömrəli Əmrə əsasən həqiqi hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. xx xxxxxx 1980ci il tarixli 9/2 nömrəli Əmrə əsasən 3-cü dərəcəli elekrtrik qaynaqçısı qəbul edilmiş və xx xxxxxx 1982-ci il tarixli 9 nömrəli Əmrə əsasən öz arzusu ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası “xxxxxx” ASC-nin 4 nömrəli X8 xx xxxxxx 2020-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən xxxxxx” ASC-nin 4 nömrəli X8 Sairabad Sukanal sahəsi üzrə İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda təmizləyici qurğuların operatoru vəzifəsində çalışmışdır. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci bəndinə əsasən təsdiq edilmiş siyahıya görə (dəyişən və sabit cərəyanla işləyən əl qaynağı) güzəştli şərtlərlə pensiya hüququ yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saburabad rayon Şöbəsinin xx xxxxxx 2019-cu il tarilxli arayışıda qeyd edilir ki, 1959-cu il təvəllüdlü İddiaçı həqiqətənxx xxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1979-cu il tarixədək keçmiş SSRİ Silahli Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sabirabad rayonu Sabirabad Tikinti ASC-nin xx xxxxxx 2020-ci il tarixli 07 nömrəli və xx xxxxxxxx 2020-ci il tarixli 07 nömrəli arayışında qeyd edilir ki, İddiaçı həqiqətən xx xxxxx 1982-ci ildən 49 saylı Əmrlə 3 saylı SMD-yə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx xxxxx 1984-cü il tarixli 22 saylı Əmrlə 6-cı dərəcəli elektrik qaynaqçısı olmuş, xx xxxxxxx 1986-cı tarixli 115 saylı Əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxx 1959-cu il tarixdə doğulmuş İddiaçı qeydiyyat ünvanı ünvan 1 mənzil 26-dır. İş materiallarında olan İddiaçı ИТ-İ N-0715248 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1980-ci il tarixdə X2 İdarəsində 3-cü dərəcəli “elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmişdir. xx.xx.1982-ci ildə X2 İdarəsində “4-cü dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilərək xx.xx.1982-ci ildən həmin İdarənin “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təqyin edilmişdir.xx.xx.1982-ci ildə Əli Bayramlı şəhərinə köçdüyü üçün X2 İdarəsində “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsindən azad edilmişdir. xx.xx.1982-ci il tarixli 49-K saylı əmrlə 3 saylı SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, xx.xx.1984-cü il tarixli 22 saylı əmrlə “6-cı dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı ildə 115 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1986-cı ildə 65 nömrəli əmrlə Sabirabad 24 nömrəli SMD-yə “5-ci dərəcəli elektrik qaynaqçısı” vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı ildə isə 13 nömrəli əmrlə işdən azad olunmuşdur. xx.xx.1987-ci ildə 14 nömrəli əmrlə “Sabirabad SPMK-2” qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə 21 nömrəli əmrə əsasən X13 İdarəsində “çilingər” vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə 22 nömrəli əmrlə “xxxxxxxxxxxxxxxxxxx” ASC-də “elektrik qaynaqçısı” vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə 14 nömrəli əmrlə “X14 İdarəsi”də “təmirçi -çilingər” vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il də əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 4 saylı X16 X12 Kanal Sahəsinin istismarçı nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli 425-k nömrəli əmrə əsasən başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.2019-cu ildən “xxxxxx ASC” X15 MMC” 4 saylı X16 X12 Kanal Sahəsi üzrə istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunda “təmizləyici qurğuların operatoru” vəzifəsinə keçirilmişdir və hazıradək işləyir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1977-ci ildən əmək fəaliyyətinı başlasa da, hərbi xidmət dövrü də daxil edilməklə 2006-cı ilin yanvar ayının 1dən 25 il ümumi iş stajı toplamamışdır. 2006-cı ilin yanvar ayının 1-dən sonrakı dövrdəki iş tsajı nəzərə alındıqda isə, 2019-cu ildə onun güzəştli şərtlərlə yaşa götrə əmək pensiyası hüququ verən 60 yaşı tamam olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının müraciət etdiyi vaxt, yəni 2019-cu ilin oktyabr ayında nə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, nə də həmin Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olmur. Odur ki, cavabdeh DSMF X10 İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF X1rşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 X1rşı « iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4217/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4217/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver