Məhkəmə qərarları › İş №2-1(112)-4218/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4218/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4218/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidmətinə qarşı «daşınmaz əmlakın bir qurumda sığortalanması işinin dayandırılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X2 Dövlət Xidmətinə qarşı «daşınmaz əmlakın bir qurumda sığortalanması işinin dayandırılması» tələbini irəli sürərək iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı müvafiq sığorta agenti lisenziyası əsasında sığorta şirkətləri ilə bağladığı tapşırıq müqaviləsi əsasında Füzuli və ətraf rayonlarda sığorta müqavilələrinin bağlanmasında, habelə tərəflər arasında danışıqlar aparılmasında vasitəçilik fəaliyyəti göstərir. Fəaliyyət göstərdiyi rayonlarda AR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onunla sığorta müqavilələrinin bağlanmasına maneələr, əngəllər yaradırlar. AR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları inhisarçılığa yol verərək Füzuli və ətraf rayonlarda daşınmaz əmlakların yalnız “xxxxxxxxx” ASC şirkətində sığortalanması işini həyata keçirirlər. Alınan məlumatlara görə adıçəkilən ASC-nin həmin şəxslərlə bağlılığı vardır. Halbuki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqavləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər. AR Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi qeyri-qanuni hərəkətlər nəticəsində onun (iddiaçının) hüquqları pozulur. Göstərilənləri nəzərə alaraq və İPM-in 2.2.2-ci maddəini rəhbər tutaraq, məhkəmədən Füzuli və ətraf rayonlarda daşınmaz əmlakların yalnız “xxxxxxxxx” ASC-də sığortalanması və təsdiq edilməsi (inhisarçılığın) işinin dayandırılması öhdəliyinin cavabdeh AR Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. AR Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti məhkəməyə hazırkı iddia ilə bağlı yazılı münasibətini təqdim etmişdir. Etirazda aşağıdakılar bildirilmişdir: - Məhkəmənin AR Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məktubunda (sərəncamına) FHN Dövlət Yanğın Nəzarəti Xidmətində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı “xxxxxxxxx” ASC-nin sabiq əməkdaşıdır. O, məlum səbəblərdən ASC tərəfindın işdən xaric olunmuşdur. İddiaçı “xxxxxxxxx” ASC-dən məhkəməyə şikayət versə də, onun şikayəti təmin edilməmiş və bu səbəbdən də yenidən qərəzli iddialarla AR Fövqəladə Hallar Nazirliyinə şikayət verməkdədir. Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı heç bir əsas olmadan qərəzli iddialar irəli sürməkdədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdir və iddiaçı qərəzli formada davranışlar sərgiləməkdədir. Qeyd olunanları və İPM-in 35-ci maddəsini nəzərə alaraq məhkəmədən İddiaçı AR Fövqəladə Hallar nazirliyinə qarşı iddiasının rədd olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf və üçüncü şəxs (nümayəndəsi) gəlməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddanın əsassız olduğunu bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Hazırkı iş üzrə iddiaçının tələbi formal olaraq İPM-in 2.2.4-cü maddəsində təsbit olunmuş “müəyyən hərəkətləri etməkdən çəkinmə” haqqında iddia növünə aid olsa da, mahiyyəti baxımdan inzibati orqanın səlahiyyətlərində olmayan məsələlərə toxunur. Nəzərə alınmalıdır ki, istər inzibati icraat çərçivəsində, istərsə də ondan kənar qanunsuz müdaxilə halları həmişə “əlverişsiz hərəkət” kimi xarakterizə oluna bilməz. Yuxarıda sadalanan normaların tələbləri belə deməyə əsas verir ki, mövcud qanunvericilik müqavilələrin, o cümlədən sığorta müqavilələrinin bağlanmasında müqavilə tərəflərinə azad seçim imkanı yaradır və qanunda nəzərdə tutulmuş hallar istsna olmaqla, hər hansı hüquqi və fiziki şəxs müqavilə bağlanmağa məcbur oluna bilməz. Bu halda məhkəmənin qənaətinə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar