Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-422/2020 03.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X25 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X4, X17, X18, X13, X21, X10 və X22 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “Qeydiyyatdan çıxarılması tələbi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.09.1979-cu il təvəllüdlü X16 oğlunun, 26.09.1986-cu il təvəllüdlü X8, 21.08.1990-cı il təvəllüdlü Əsədov Ramiz Şıxbaba oğlunun, 07.11.1989-cu il təvəllüdlü X5, 01.12.1962-ci il təvəllüdlü X11, 01.09.2010-cu il təvəllüdlü X2 və 16.06.2016-cı il təvəllüdlü X12 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən 8 saylı evin, 66 saylı mənzilindən pasport qydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən 8 saylı evin, 66 saylı mənzilini 19.05.2017-ci il tarixində X21 “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında iddiaçı Pirzad Əsədova bağışlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin mənzil 28.05.2017-i il tarixdən etibarən iddiaçının mülkiyyətindədir. Həmin tarixdən mənzil boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Lakin Azərbaycan Respublikası DİN tərəfinən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” 17.09.2019-cu il tarixli arayışdan məlum olur ki, 23.09.1979-cu il təvəllüdlü X16 oğlunun, 26.09.1986-cu il təvəllüdlü X8, 21.08.1990-cı il təvəllüdlü Əsədov Ramiz Şıxbaba oğlunun, 07.11.1989-cu il təvəllüdlü X5, 01.12.1962-ci il təvəllüdlü X11, 01.09.2010-cu il təvəllüdlü X2 və 16.06.2016-cı il təvəllüdlü X23o həmin mənzildə pasport qeydiyyatındadırlar. Adları qeyd olunan şəxslərin iddiaçıya məxsus olan mənzildə qeydiyyatda olması hazıra iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili istədiyi şəkildə özəlləşdirə bilmir, daha sonra alqı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Habelə artıq kommunal xərclər ödəmək məcburiyyətinə qalmışdır. Belə olan halda hazırki iş üzrə iddiaçının nümayənəsi Vəkil cavabdeh Bakı şəhəri Cavabdehnə müraiət etmiş və müvafiq təbirlərin götürülməsi xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhəri Cavabdeh göndəridiyi 04.10.2019-cu il tarixli cavab məktubunda məhkəməyə müraciət etməli olduğunu qeyd etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-422/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qərardadı ilə X3, X17, X18, X13, X21, X10 və X22 iş üzrə 3-cü şəxslər qismində cəlb edilmişdirlər. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxslər və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxslərin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 03 mart 2020-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən 8 saylı evin, 66 saylı mənzildəiddiaçıdan başqa üçüncü şəxslər X3, X17, X18, X13, X21, X10 və X22 da qeydiyyatdadır. İddiaçı hazırda X1, X8, X9, X5, X11, X2 və X12 mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırır. İşdə olan 19 may 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən –Əsədov Şıxbaba oğlu ilə hədiyyə alan-İddiaçı arasında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 8, 66 saylı mənzilə dair bağışlanma müqaviləsi bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 8, 66 saylı mənzil üzərində İddiaçıüsusi mülkiyyət hüququ 07.11.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 17 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, 26 .09.1986-u il təvəllüdlü X17, 21 avqust 1990-cı il təvəllüdlü X18, 07.11.1989—cı il təvəllüdlü X14, 01.12.1962-ci il təvəllüdlü X21, 01.09.2010-cu il təvəllüdlü X10, 16.06.2016-cı il təvəllüdlü X26 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İşdə olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04.10.2019-cu il tarixli, 069- 17503M-1219 saylı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Müşfiqabad qəsəbəssindəki 8 nömrəli evin 66-cı mənzilində yaşayış yeri üzrə qeydiyyatda olan X8, X31 oğlunun, X6, X15, X7 və X19 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 21 fevral 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, hazırda İddiaçı şəxsi mülkiyyətində olan ünvan 4 ünvanı üzərində hər hansı fiziki və hüquqi şəxsin istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, iddiaçı 19 may 2017-ci il tarixli bağışlanma müqaviləsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 8 ünvanında yerləşən 66 saylı mənzili hədiyyə aldığı zaman, hazırkı iş üzrə üçüncü şəxslər X3, X17, X18, X13, X21, X10 və X22 həmin mənzildə qeydiyyatda olmuşlar və mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslər mənzilin bağışlanmasına heç bir etiraz etməmişlər. İddiaçı Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdətutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 23.09.1979-cu il təvəllüdlü X16 oğlu, 26.09.1986-cu il təvəllüdlü X17, 21.08.1990-cı il təvəllüdlü Əsədov Ramiz Şıxbaba oğlu, 07.11.1989-cu il təvəllüdlü X13, 01.12.1962-ci il təvəllüdlü X21, 01.09.2010-cu il təvəllüdlü X10 və 16.06.2016-cı il təvəllüdlü X22Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 8 ünvanında yerləşən 66 saylı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 8 ünvanında yerləşən 66 saylı mənzildən üçüncü şəxslər X1, X8, X9, X5, X11, X2, X12 qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-422/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-422/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver