Məhkəmə qərarları › İş №2-1(112)-4220/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4220/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4220/2023 17.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, Tərəflərin iştirakı olmadan, iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh - Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbi barədə inzibati işə Bakı şəhərində məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və məhkəmə iclasının vaxtı barədə proses iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı 2-1(112)-4220/2023 nömrəli inzibati iş məhkəmənin icraatında olan 2-1(112)-4103/2023 saylı (hakim A.Əhədova) inzibati işlə birləşdirilməlidir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-nin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 4220/2023 saylı inzibati iş iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dairdir. Bununla yanaşı, məhkəmənin icraatında olan 2-1(112)-4103/2023 saylı iş də həmçinin iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dairdir. Beləliklə, hər iki iş üzrə iddiaçı, cavabdeh və predmet eynilik təşkil edir. Bu səbəbdən qeyd edilən inzibati işlər birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)- 4103/2023 nömrə ilə qeydiyyata alınmaqla davam etdirilməlidir. İPM-in 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. MPM-in 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkləmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 37-ci, 83.1-ci maddələrini, MPM-in 263.1ci və 267.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin icratında olan 2-1(112)-4220/2023 saylı (iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair) və 2-1(112)-4103/2023 saylı (iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair) inzibati işlər birləşdirilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş 2-1(112)- 4103/2023 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar