Məhkəmə qərarları › İş №2-1(112)-4223/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4223/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4223/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X4 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Sumqayıt şəhəri, 5-ci mkr, ev 138/24, mənzil 22/74) cavabdeh – Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X7 üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «iddiaçıya əmək pensiyasının hakimlik stajı və müvafiq əlavələr nəzərə alınmaqla prokurorluq işçisi kimi yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 (bundan sonra – DSMF) X1rşı «iddiaçıya əmək pensiyasının hakimlik stajı və müvafiq əlavələr nəzərə alınmaqla prokurorluq işçisi kimi yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı ərizəsində bildirir ki, o, x xxxxxx 1986-cı il tarixdən xx xxxxxx 1988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ilin iyun ayında Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsinə qəbul olunmuş və 1994-cü ildə həmin ali məktəbi bitirmişdir. x xxxxxxx 1992-ci il tarixdən xx xxxx 1996-cı il tarixədək dövlət qulluğunun inzibati vəzifələr kateqoriyasına aid edilən Bakı şəhər prokurorluğunun təsərrüfat müdiri vəzifəsində işləmişdir. xx xxxx 1996-cı il tarixdə Qarabağ qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuş, xx xxxxxx 1999-cu il tarixdə isə, həmin prokurorluğun böyük müstəntiqi vəızifəsinə keçirilmişdir. x xxxxxx 2001-ci il tarixdə Sumqayıt hərbi prokurorluğunun prokurorkriminalisti vəzifəsinə, xx xxxxxx 2004-cü il tarixdə isə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin edilmişdir. O, x xxxxxx 2008-ci il tarixdə hakim vəzifəsinə təyin olunması ilə əlaqədar prokurorluq orqanlarından xaric edilmiş, həmin tarixdən x xxxxxx 2011-ci il tarixədək Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. x xxxxxx 2011-ci il tarixdən x xxxxxx 2013-cü il tarixədək Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmiş və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar işdən azad olunmuşdur. Hazırda isə, prokurorluq, məhkəmə orqanlarında işləmiş və x xxxxxx 2008-ci il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası alır. Həmin vaxt Bakı şəhərinin Qaradağ rayonu ərazisində qeydiyyatda olması ilə əlaqədar o, x xxxxxx 2015-ci il tarixdə DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinin Əmək pensiyaları sektoru müdirinin qəbulunda olmuş və müvafiq sənədləri həmin şəxsə təqdim edərək 23 il qulluq etmiş prokurorluq işçisi kimi ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Sektor müdiri (bölmə rəisi) sənədləri qəbul edərək, onun mobil telefon nömrəsini (***-***-**-**) qeyd etmiş və həftə ərzində telefon vasitəsilə məlumat verəcəyini söyləmişdir. Həmin həftə qeyd olunan şəxs ona zəng edərək, sənədlərin müzakirə edildiyini və ona göstərilən əsasla pensiya hüququnun olmadığını bildirmişdir. O, xx xxxx 2017-ci il tarixdə yenidən müvafiq sənədləri ərizəyə əlavə edərek Sumqayıt şəhərindən poçt vasitəsilə (xəbərnaməli) DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinə göndərmişdir. Həmin sənədlərin ünvana çatdırılması ilə bağlı maraqlandıqda, nəticəsi barədə ona məlumat verilməmişdir. 2018-ci ilin əvvəllərində DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsi gedərək ona rəsmi məlumat verilməməsinin səbəbləri ilə maraqlanmışdır. Ona bir vərəqdən ibarət cavab məktubu təqdim edilmiş və məktubda 35 il prokurorluqda əmək stajının olmaması səbəb gətirilərək ona əmək pensiyasının təyin olunması qeyri-mümkün hesab edilmişdir. Xəbərnaməli göndərilmiş həmin müraciətə cavabda ona aid olmayan bir ünvan onun ünvanı kimi göstərilmişdir. 2019-cu ilin may ayında Sumqayıt şəhərində qeydiyyatda olması ilə əlaqədar eyni məsələyə dair o, DSMF Sumqayıt şəhər şöbəsinə də müraciət etmişdir. Ərizə aidiyyəti üzrə DSMF X7 İdarəsinə göndərilmişdir. Həmin İdarə müraciətə xx xxxx 2019-cu il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda göstərilənlərlə razılaşmadığından, o, məsələ ilə bağlı AR Əmək və X5 Nazirliyinə müraciət etmişdir. Həmin müraciət baxılması üçün DSMF X7 İdarəsinə göndərilmişdir. İmtina məktubu ona x xxxx 2020-ci il tarixdə poçt vasitəsilə təqdim edilmiş və həmin məktub əvvəlki cavabından şikayət etdiyi vəzifəli şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imzalanmışdır. Onun müraciətlərinə DSMF X7 İdarəsinin xx xxxx 2019-cu il **********3 nömrəli və xx xxxxxx 2020-ci il tarixli **********5 nömrəli cavab məktubları aşağıdakı səbəblərdən əsassız və ziddiyyətlidir: xx xxxx 2019-cu il tarixli məktubda həm onun Müdafiə Nazirliyindən daxil olmuş x xxxxxxx 2008-ci il tarixli 59533 nömrəli məlumat vərəqəsinə əsasən 28 il 7 ay 10 gün xidmət müddəti hesablanaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının ona təyin olunması göstərilmiş, həm də Azərbaycan Respublikası Baş Prokurorluğunun xx xxxxx 1994-cü il tarixli 215 saylı əmrində xidmət stajının üçqat hesablanması deyil, xx xxxx 1998-ci il tarixədək pul təminatının üçqat hesablanmasının nəzərdə tutulması qeyd edilməklə onun məktuba düzgün istinad etmədiyi göstərilmişdir. Xidmət illərinin hesablanmasına dair Məlumata 1 saylı əlavədə isə, xx xxxx 1996-cı il tarixdən x xxxxxx 2001-ci il tarixədək olan xidmət müddətinin üçqat hesablanması göstərilmişdir ki, həmin məbləğ də onun Qarabağ qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq kimi fəaliyyət dövrünü əhatə edir. Təqvim üzrə olan x xxxxxx 1986-cı il tarixdən xx xxxxxx 1988-ci il tarixədək olan müddət onun keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər kimi hərbi xidmətinin müddətini, x xxxxxx 2001-ci il tarixdən x xxxxxx 2008-ci il tarixədək olan müddət isə, Sumqayıt hərbi prokurorluğunda prokuror-kriminalist və Azərbaycan Respublikası Hərbi Prokurorluğunda şöbə prokuroru kimi xidmət müddətini əhatə edir. Beləliklə, həmin cavab məktubunda həm xx xxxx 1996-cı il tarixdən x xxxxxx 2001-ci il tarixədək olan xidmət müddətinin üçqat hesablanması barədə ona məlumat verilmiş, həm də həmin dövrə dair xidmətinin üçqat hesablanmalı olmadığı bildirilmişdir. Cavab məktubunda həmçinin «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə istinad olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, o (iddiaçı), prokurorluq işçisi kimi əmək fəaliyyətinə başlayana qədər prokurorluq işçisinin iş stajına daxil ediləcək heç bir orqanda işləməmişdir ki, həmin müddət Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illəri kimi hesablansın. Əksinə, onun hakim vəzifəsinə təyin olunması ilə əlaqədar prokurorluqdakı xidmət illəri hakim kimi xidmət illərinə bərabər sayılmış və həmin xidmət illərinə hakimin vəzifə maaşının əvvəl 30 faiz, xx xxxx 2011-ci il tarixdən isə 45 faiz əlavə haqq almışdır ki, bunun hesablanması üçün qanunvericiliyə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada stajın hesablanması tələbi yoxdur. Bu barədə bütün məlumatlar, x xxxxxx 2006-cı il tarixdən sonrakı dövrü əhatə etdiyi üçün DSMF-nin elektron bazasında mövcuddur və təqdim edilməsi tələb olunmur. Bundan başqa, məktublarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinin iş stajına görə əlavə haqqın verilməsi Qaydası»na 12 nömrəli əlavənin 4.2-ci bəndinə də istinad olunmuşdur. Lakin müxtəlif orqanlardan prokurorluq orqanlarına köçürülmüş şəxslərin əvvəlki iş stajlarının prokurorluqdakı xidmət stajına bərabər tutularaq onlara əlavə haqq təyin edilməsi üçün həmin komissiyanın qərarı zəruridir. O (iddiaçı) isə, qeyd olunduğu kimi, digər orqanlardan prokurorluğa deyil, prokurorluqdan hakim vəzifəsinə təyinat almışdır. Hakim vəzifəsinə təyinat alandan sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi heç bir əlavə sənəd tələb etmədən, onun əmək kitabçasındakı qeydlərə və qanunvericiliyin tələbinə əsasən hakimin vəzifə maaşına ilkin olaraq 30 faiz, sonra isə 45 faiz əlavə haqq hesablanaraq ona ödənilmişdir. Bütün sənəd və məlumatlar müvafiq elektron bazada olmasına baxmayaraq, cavabdeh tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun işçilərinə əlavə haqqın verilməsi üçün yaradılmış müvafiq Komissiyanın qərarının ondan tələb edilərək bu əsasla pensiya təyinindən imtina edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının tələblərinin pozulmasıdır. Baş Prokurorluğun müvafiq komissiyası heç vaxt prokurorluqda hər hansı müddətin güzəştli şərtlərlə hesablanması barədə qərar qəbul edilməmiş, çünki xidmət illərinə əlavələrin hesablanması üçün belə güzəşt nəzərdə tutulmamışdır. Pensiya təyin edilməsi üçün nəzərdə tutulan belə güzəştlərin hesablanması qanunvericiliyə əsasən Müdafiə Nazirliyinin və əmək pensiyaları təyin etməli olan DSMF-nin səlahiyyətlərinə aid edilmişdir ki, ona aid həmin sənədlər də 2008-ci ildə DSMF-yə təqdim edilmiş və hazırda o (iddiaçı), həmin sənədlərə əsasən hərbi qulluqçu kimi əmək pensiyası alır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər haqqında” Azərbaycan Respublikası Baş prokurorunun xx xxxxx 1994-cü il tarixli 215 saylı əmrinə əsasən Qarabağ qarnizonunun hərbi prokurorluğu AR Silahlı Qüvvələrinin döyüş əməliyyatlarının aparıldığı ərazilərdə olan hesab edlmişdir. Ərizəyə əlavə olunmuş əmək kitabçasının surətindən, AR Hərbi Prokurorluğunun xx xxxxxxxx 2008-ci il tarixli 1/174M saylı arayışından, AR Müdafiə Nazirliyinin x xxxxxx 2008-ci il tarixli 59533 saylı məlumat vərəqəsindən və “Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına dair” MN-nin xx xxxxx 2008-ci il tarixli 225 saylı Təlimatının xx xxxxxxxx 2008-ci il tarixli əlavəsindən də göründüyü kimi, xx xxxx 1996-cı il tarixdən x xxxxxx 2001-ci il tarixədək Qarabağ qarnizonu hərbi prokurorluğunun müstəntiqi və böyük müstəntiqi işlədiyi müddətdə onun xidməti stajı AR Baş prokurorunun xx xxxxx 1994-cü il tarixli 215-r saylı əmrinə əsasən üçqat hesablanmışdır. Beləliklə, x xxxxxx 2001-ci il tarixədək 13 il 11 ay 24 gün və həmin tarixdən x xxxxxx 2007-ci il tarixədək 7 il 5 ay 28 gün olmaqla keçmiş SSRİ ordusunda 2 il 20 gün hərbi xidmət müddəti ilə birlikdə onun ümumilikdə 23 il 6 ay 12 gün prokurorluq orqanlarında qulluq stajı yaranmışdır. Qanunvericiliyin tələbinə əsasən hakim stajı prokurorluq işçisinin stajına bərabər sayıldığından, 5 il hakim vəzifəsində işləməsinə dair qulluq stajı ilə birlikdə onun x xxxxxx 2013-cü il tarixə 28 il 6 ay 12 gün prokurorluq işçisi kimi əmək stajı yaranmışdır. Sadalanan qanunvericilik aktlarında təsbit edilənlərə əsasən 2010-cu ilin fevral ayından etibarən onun azı 25 il qulluq etmiş prokurorluq işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının x xxxxxx 2006-cı il tarixli Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olanlar axırıncı iş yerindən asılı olmayaraq həmin hüququ əldə edirlər, 9.4.1-ci maddəsinə görə isə, prokurorluq orqanlarında azı 25 il (təqvim ili deyil) qulluq etmiş prokurorluq işçiləri işçiləri güzəşyli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sırasına aid edilir. Həmin maddəyə xx xxxx 2017-ci il tarixdə edilmiş və x xxxx 2017-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanırlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi “il” və “təqvim ili” anlayışlarını fərqləndirir. Belə ki, həmin Qanunun 9.1, 9.2, 9.3, 9.4, 9.7.1-ci və digər maddələrində pensiya hüququnun qazanılması üçün yalnız “il” anlayışından istifadə olunmuş, 9.5, 9.7.2-ci və digər maddələrində isə, bu hüququn qazanılması üçün həm “il”, həm də “təqvim ili” anlayışlarından istifadə edilmişdir. Beləliklə, qanunverici “il” və “təqvim ili” anlayışlarının tətbiqi əsaslarını dəqiq göstərmişdir ki, Qanunun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası hüququnun qazanılması üçün x xxxx 2017-ci il tarixədək 25 təvim ili deyil, 25 il, həmin tarixdən sonrakı dövr üçün isə 35 il qulluq stajının tələb olunduğunu nəzərdə tutmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun (xx xxxxxxxx 1992ci il tarixli) 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilirdi. Həmin Qanuna x xxxxxxxx 2004-cü il tarixdə edilmiş və xx xxxxxxxx 2004-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən “üçqat” sözü, “ikiqat” sözü ilə əvəz edilmişdir. Dəyişiklikdən sonra, yəni hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən isə, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdlu iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına üçqat ölçüdə daxil edilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin «Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» AR qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair xx xxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə əmək pensiyası hüququnun əldə edilməsi ilə bağlı hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinı müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Qanunvericiliyin tələbinə uyğun olaraq, internet portalında yerləşdirilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2017-ci il tarixli (surəti DSMF-yə təqdim edilmişdir) qərarında da həmin əsaslarla iddiaçının 25 il iş stajı toplanmış kimi qiymətləndirilmiş və iddia təmin olunmuşdur. Belə məhkəmə qərarları onlarladır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixdə edilmiş və x xxxx 2017-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanırlar. Nəzərə alınsa ki, 17 – 18 yaşlarında orta məktəbi bitirmiş gənc ali təhsil alıb, hərbi xidmət keçib, işə qəbul imtahanından sonra ən tez 25 yaşında prokurorluq orqanlarına qəbul olunmaq imkanı əldə edir və 35 il qulluq keçdikdən sonra 60 yaşında güzəştli şərtlərlə pensiya hüququ qazanır ki, bu da prokurorluqda qulluqda olmanın son yaş həddi ilə eynilik təşkil edir. 30 yaşında hakim seçilməsi üçün sənəd vermiş şəxs müvafiq imtahan prosedurlarından sonra ən tez 31 yaşında hakim statusu almaq imkanı qazanır ki, 35 ildən sonra 66 yaşında pensiyaya çıxmaq hüququ əldə edir və bu da hakim ordusunda olmanın son yaş həddi ilə eynilik təşkil edir. Göründüyü kimi, hakim və prokurorluq qulluqçularının sosial təminatına dair qanunvericilik bərabərləşdirilərək təkmilləşdirilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 21.2ci maddəsinin tələbinə əsasən onun (iddiaçının) iki il iyirmi gün keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər kimi hərbi xidmət keçmə müddəti, habelə xx xxxx 1996-cı il tarixdən x xxxxxx 2008-ci il tarixədək Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanlarında zabit kimi xidməti həm prokurorluq işçisi kimi, həm də hərbi qulluqçu kimi sığortaolunan sığorta stajına daxildir. xx xxxx 1996-cı il tarixdən x xxxxxx 2001-ci il tarixədək Qarabağ qarnizonu hərbi prokurorluğunda prokurorluq işçisi və hərbi qulluqçu kimi xidmət müddəti üçqat hesablanmaqla 13 il 11 ay 24 gün təşkil edir. x xxxxxx 2001-ci il tarixdən x xxxxxx 2008-ci il tarixədək Sumqayıt hərbi prokurorluğunda və Azərbaycan Respublikasının Hərbi Prokurorluğundakı prokurorluq işçisi və zabit kimi birqat hesablanan xidmət müddəti 7 il 5 ay 28 gün təşkil edir. Bu müddətlərin cəmi 23 il 6 ay 12 gün təşkil edir. Beş il hakim kimi fəaliyyət müddəti ilə toplandıqda cəmi 28 il 6 ay 12 gün təşkil edir. Beləliklə, onun prokurorluq işçisi kimi 25 il xidmət müddəti 2010-cu ilin fevral ayında tamam olmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsinə dair» x xxxxx 2019-cu il tarixli Fərmanının və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə əsasən onun 2010-cu ilin fevral ayından etibarən azı 25 il qulluq etmiş prokurorluq işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış, bu hüququn reallaşdırılması üçün müraciət etdiyi vaxtdan, 2015-ci ilin avqust ayından üç il əvvəl onun rellaşdırılması üçün əsas yaranmışdır. DSMF X7 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********5 nömrəli imtina məktubunun zərfinin üzərindəki poçt möhürünün qeydlərinə əsasən həmin məktub x xxxx 2020-ci il tarixdə Bakı şəhərindən poçtla göndərilməklə x xxxx 2020-ci il tarixdə Sumqayıt şəhər poçtunda qəbul edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.15-ci maddəsinə, «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 106-cı maddəsinin 2-ci hissəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 5, 9.8, 21.2.3, 21.2.11-ci maddələrinə, “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, 3.2.1, 3.2.4, 3.8-ci bəndlərinə, İPM-in 38.2, 45, 46-cı maddələrinə, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.2-ci maddəsinə əsaslanaraq, ona (iddiaçıya) «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən iş yeri üzrə sonuncu 24 ayın əmək haqqı məbləğinin müvafiq hissəsini sonrakı artımlar nəzərə alıb hesablamaqla hakim işlədiyi müddət də daxil olunmaqla prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin edib, x xxxxxx 2008-ci il tarixdə hərbi qulluqçu kimi təyin olunmuş əmək pensiyası ilə əvəz edilməsi, yenidən pensiya təyin olunması zamanı yaranmış fərq məbləğinin müraciət tarixindən 2 il əvvəlki vaxtdan, yəni x xxxxxx 2013-cü il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı məhkəməyə iddianın dəqiqləşdiriməsi (dəyişdirilməsi) barədə ərizə təqdim etmiş və ərizəsində aşağıdakıları bildirmişdir: - İddia ərizəsində iddia kifayət qədər əsaslandırılmışdır, lakin iddia üzrə bir sıra dəqiqləşdirmələr aparılmalıdır. Əlavə olaraq (iddia ərizısindəkilərə) qeyd edlir ki, o, xx xxxx 2020-ci il tarixdə məhkəmə hazırlıq icraatı zamanı DSMF Bakı şəhəri Qaradağ raon şöbəsinin sektor müdirinin şahid qismində dindirilməsi üçün məhkəməyə dəvət edilməsi və həmin telefon danışığının əldə edilməsi məqsədi ilə “Azercell” şirkətinə sorğu göndərilməsinə dair vəsatət versə də, həmin vəsatət məhkəmə tərəfindən təmin olunmamışdır. Bundan sonra o, qeyd edilən məlumatların əldə edilməsi üçün xx xxxx 2020-ci il tarixdə “Azercell” şirkətinə müraciət etmişdir. “Azercell” şirkəti xx xxxxxx 2020-ci il tarixli 11207 nömrəli cavabında qeyd edilən məlumatların əldə edilməsi üçün məhkəmə aktının zəruriliyi bildirmişdir. DSMF Bakı şəhəri Qaradağ rayon şöbəsinin xx xxxxxx 2015-ci il tarixli qəbulurəsmiləşdirməməsi, xx xxxx 2017-ci il tarixli müraciətin cavab məktubunda tamam başqa ünvan göstərməsi ümumiyyətlə ona rəsmi imtinaməktubu göndərməkdən faktiki yayınmasını göstərir.Qeyd edilənlər və DSMF-yə məktub göndərməsinə dair Sumqayıt şəhər poçt şöbəsinin xx xxxxxx 2015-ci il tarixli qəbzi əsas götürülməklə onun əmək pensiyasının növünün dəyişdirilməsinə dair ilk müraciəti2015-ci ilin avqust ayından hesablanmalıdır.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin x xxxxxx 2020-ci il tarixli 8/604-5 nömrəli arayışından görünür ki, x xxxxxxxx 2019-cu il tarixdən Hərbi məhkəmənin hakiminin vəzifə maaşı 1.584.00 manat təşkil edir və ona hər ay bir aylıq vəzifə maaşı həcmində əlavə verilir. “Əmək haqqı” anlayışı prokurorluq işçilərinə münasibətdə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 21.1-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlər üzrə vahid məhkəmə təcrübəsinə əsaslanan xx xxxxxx 2019-cu il tarixli qərarı üzrə hüquqi mövqeyə görə prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələrin yenidən hesablanması qaydası bilavasitə «Əmək pensiyaları haqqında» AR Qanununda təsbit olunmuş və bu norma aylıq əmək haqqı sonradan artırıldıqda, əmək pensiyasına əlavələrin yenidən hesablanmasını şəxsin bu artımları əvvəllər alması ilə şərtləndirmir. Bu qaydada pensiyanın yenidən hesablanması üçün artımların hazırda prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqının məbləğinə daxil olması kifayətdir. İddiaçının tələb etdiyi əlavələrin onun tərəfindən alınmadığına dair dəlillə bağlı olaraq isə qeyd olunmalıdır ki, həmin əlavələr qanunun göstərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta iddiaçıya işləyərkən həmin ödənişlər verilməmişsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki inzibati orqan tərəfindən qanunun göstərişə əməl edilməyərək sözügedən ödənişlərin verilməməsi iddiaçının əlavə məhrumiyyətlərə düçar edilməklə onun pensiya hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Həmin Kollegiyanın digər qərarındakı hüquqi mövqeyə görə isə şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanmaqla bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasmı təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd edilənlərdən görünür ki, prokurorluq işçilərinin və hakimlərin maddi və sosial təminatı ilə bağlı qanunvericilik əsasən eyni olmaqla heç bir ziddiyyət təşkil etmir. Bu şəbəbdən də hakimin sığorta stajının prokurorluq işçisinin sığorta stajı kimi qəbul edilməsində məhdudiyyət yoxdur.Beləlikə, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsində işlədiyi son 24 ayın sonrakı artımlar nəzərə alınan əmək haqqı əsas götürülməklə ona 25 il qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin edilməli və x xxxxxx 2008-ci il tarixdə ona təyin edilmiş hərbi qulluqçu pensiyası ilə əvəz edilməli, əmək haqqına vəzifə maaşının və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində, o cümlədən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilməsi nəzərə alınmaqla 45 faiz əlavənin, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında ödənilən aylıq pul təminatının, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin ilk beş ilinin con dörd ilində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində verilən birdəfəlik yardımın, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinətin, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının daxil edilməsi nəzərə alınmalı, ona əmək pensiyası ilk müraciət etdiyi vaxtdan – 2015-ci ilin avqust ayından 3 il əvvələ, yəni 2012-ci ilin avqust ayından təyin edilməli, təyin edilmiş pensiya məbləği ilə artıq ödənilmiş pensiya məbləği arasındakı fərq hesablanaraq birdəfəlik ödənilməlidir. Odur ki, qeyd edilən məsələlər DSMF X7 İdarəsinin üzərinə vəzifə kimi qoyulmalıdır.Qeyd edilənləri və «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 106, 107, 109-cu maddələri, «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsi, «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanunun 20.8, 20.9, 20.14, 21.4-cü maddələri, «Əmək pensiyaları haqqında» AR Qanununun 20, 29.2-ci maddələrini nəzərəalaraq, İPM-in 49-cu maddəsinə əsasən məhkəmədən xahiş olunur ki, onun (iddiaçının)Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsində işlədiyi son 24 ayın sonrakı artımları nəzərə aınan əmək haqqı əsas götürülməklə 25 il qulluq etmiş prokurorluq işçisi kimi əmək pensiyası təyin edilməsi və x xxxxxx 2008-ci il tarixdə təyin edilmiş hərbi qulluqçu pensiyası ilə əvəz edilməsi, əmək haqqına vəzifə maaşının və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində, o cümlədən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilməsi nəzərə alınmaqla 45 faiz əlavənin, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında ödənilən aylıq pul təminatının, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin ilk beş ilinin son dörd ilində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində verilən birdəfəlik yardımın, hakimlərə məzuniyyətə çıxdığı vaxt ödənilən məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinətin, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının daxil edilməsinin nəzərə alınması, əmək pensiyasının ilk müraciət etdiyi vaxtdan – 2015-ci ilin avqust ayından 3 il əvvələ, yəni 2012-ci ilin avqust ayından təyin edilməsi, təyin edilmiş pensiya məbləği iləartıq ödənilmiş pensiya məbləği arasındakı fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə DSMF X7 İdarəsinin üzərinə vəzifə kimi qoyulsun. Məhkəmə İPM-in 54.1-ci maddəsinə əsaslanarsaq iddiaçının iddianın dəqiqləşdirilməsi (dəyişdiriılməsi) barədə ərizəsini icraata qəbul etmişdir. Cavabdeh DSMF X6 üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə təqdim olunmuş iddiaya qarşı aşaağıdakı məzmunda yazılı etiraz təqdim etmişdir: - İddiaçı cavabdeh Filiala qarşı x xxxxxx 2008-ci il tarixdən hərbi qulluqçu kimi təyin edilmiş əmək pensiyasının prokurorluq orqanlarının əməkdaşı pensiyası ilə əvəz edilməsinə dair iddiasıqəbul edilmir. İddiaçı iddia edir ki, onun hərbi xidmət müddəti və hakim kimi işləmiş olduğu müddətlər prokurorluq orqanlarında işlədiyi müddətlər ilə cəmlənərəq ona prokurorluq orqanlarında 25 il qulluq stajına əsasən prokurorluq orqanının əmək pensiyası ləyin edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçıya x xxxxxx 2008-ci il tarixdən xidmət illərinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.1-ci maddəsinin x xxxx 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.Eyni mövqe «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 32.4-cü maddəsinin xx xxxx 2018-ci il tarixinədək qüvvədə olan redaksiyasında da öz əksini tapmışdır. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Bundan başqa, AR Nazirlər Kabinetinin xx xxxxxxx 2002-ci il tarixli 168 saylı Qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası»nın 2.2.3-cü bəndi prokurorluq işçisinin yalnız əlavə haqq almaq hüququna aiddir və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 32.5-ci maddəsinə uyğun olaraq şəxsin məhkəmələrdə hakim işlədiyi müddətin yalnız əlavə haqq almaq hüququnu əldə etməsi məqsədilə onun prokurorluqdakı iş stajına aid edilməsini nəzərdə tutur.Göründüyü kimi, prokurorluq orqanlarından tərxis edildikdən sonra digər hüquq mühafizə orqanlarına xidmətə cəlb olunduqda xidmət illəri birləşdirilərək prokurorluq orqanının sabiq əməkdaşı kimi güzəştli şərtlərlə pensiyanın təyin edilməsini deyil, prokurorluq orqanlarınaişə qəbul zamanı digər hüquq mühafizə orqanlarında olan xidmət illəri birləşdirilərək əlavə haqqın verilməsini müəyyən edir.AR Nazirlər Kabinetinin xx xxxxxxx 2002-ci il tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 42-ci bəndinə əsasən prokurorluq işçisinin iş stajı AR Baş Prokurorluğunun müvafiq komissiyası tərəfindən müəyyən edilir. Komissiya AR Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı nümayəndəsinin iştirakı ilə AR Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. Həmin əlavənin 4.3-cü bəndinə uyğun olaraq iş stajının müəyyən edilməsi haqqında qərar komissiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Bu səbəbdən də prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisinə pensiya təyinatı aparılarkən prokurorluq orqanlarına qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunun komissiyasının qərarı tələb olunur. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci bəndində zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlər müəyyən edilmişdir. Həmin Qərarda prokurorluq orqanlarının əməkdaşlarının xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanması nəzərdə tutulmamışdır.Yuxarıda qeyd olunanlara əsasən İddiaçı prokurorluq orqanlarında 25 il qulluq stajı tamamlamadığı üçün prokurorluq orqanının əməkdaşı kimi əmək pensiyası təyin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə yazılı şəkildə çıxış (iddia üzrə caavabdehin etirazına münasibət və iddianın müdafiəsi çıxışı) təqdim etdi, yazılı çıxışda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının məhkəməyə təqdim olunmuş yazılı çıxışında aşağıdakılar bildirilmişdir: - Təyin edilmiş əmək pensiyasının növünün dəyişdirilməsi və pensiya məbləğləri arasındakı fərqin ödənilməsi tələbinə dair DSMF X1rşı onun iddiası üzrə məhkəmə baxışı keçirilir.Cavabdeh iddia ərizəsi üzrə etirazında iddianın təmin edilməməsini xahiş etməklə bunu əsaslandırmağa çalışmışdır.İddia və iddianın dəqiqləşdirilməsinə dair ərizələrdə Azərbaycan Respublikasının qanunlarına və digər normativ hüquqi aktlarına istinad etməklə iddia kifayət qədər əsaslandırılsa, cavabdeh etirazında onun gətirdiyi dəlillərə münasibət bildirməyərək, istinad olunan hüquq normalarını istədiyi şəkildə yorumlamaqla mənalarını təhrif etmişdir. Hesab edilir ki, həmin etiraz göstərilən səbəblərdən əsassızdır.Cavabeh etirazında göstərir: «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR-in xx xxxx 2001-ci il tarixli Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq- mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri bu orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri AR Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Bundan başqa, AR Nazirlər Kabinetinin xx xxxxxxx 2002-ci il tarixli 168 saylı Qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına gerə əlavə haqqın verilməsi Qaydası»nın 2.2.3-cü bəndi prokurorluq işçisinin əlavə haqq almaq hüququna aiddir və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanunun 32.5-ci maddəsinə uyğun olaraq şəxsin məhkəmələrdə hakim işlədiyi müddəti yalnız əlavə haqq almaq hüququnu əldə etməsi məqsədi ilə onun prokurorluqdakı iş stajına aid edilməsini nəzərdə tutur.”Cavabdehin yanaşmasından görünür ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» ARı Qanununun 32.5-ci maddəsindən düzgün hüquqi nəticələr çıxarılmamışdır. O səbəbdən də bu hüquq normasının təhlilini aparmaq zərurəti yaranır.Maddənin birinci, yəni “prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri bu orqanlarda xidmət illərinə daxil edilir” hissəsi imperativ normadır. Hüquq nəzəriyyəsindən məlumdur ki, imperativ normalarda hüquq subyektlərinin normada nəzərdə tutulan davranışı konkret və dəqiq müəyyən edildiyindən birbaşa tətbiq olunmalıdır. Bu normadan anlaşılan odur ki, prokurorluq işçiləri məhkəmə, ədliyyə orqanlarına, digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlardakı xidmət illərinə daxil edilir. Başqa sözlə, prokurorluqdan həmin orqanlara keçən şəxslər üçün prokurorluqdakı xidmət illərinə görə həmin orqanların işçiləri üçün nəzərdə tutulan şərtlərlə və qaydada xidmət illərinə görə əlavə, pensiya və digər hüquqlar təmin edilməlidir.Maddənin ikinci, yəni “Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri AR Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir” hissəsi isə blanket, yəni “göndərici” normadır. Belə normaların tətbiqi üçün digər normativ akta müraciət olunması tələb olunur. Bu normaya görə həmin orqanların bütün işçilərinin deyil, yalnız Baş prokuror tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulmuş işçilərin həmin orqanlarmdakı xidmət illəri prokurorluqdakı xidmət illərinə daxil edilmişdir. Məlumdur ki, AR Cinayət-Prosessual Məcəlləsinə görə sözügedən hüquq-mühafizə orqanlarının ibtidai araşdırma fəaliyyətinə prosessual rəhbərliyi AR Prokurorluğu həyata keçirir. Buna görə də məhkəmə hakimlərinin, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələr daşıyan şəxslərin və ibtidai, araşdırmanı həyata keçirən digər orqanlarda işləyən şəxslərin prokurorluq orqanlarına işə keçirildikləri halda, onların həmin orqanlardakı xidmətlərinin prokurorluq orqanlardakı xidmət illərinə daxil edilməsi qaydası bir müddət AR Baş prokuroru tərəfindən müəyyən edilmiş, xx xxxxxxx 2002 -ci il tarixdən isə daha yüksək hüquqi qüvvəyyə malik AR Nazirlər Kabinetinin 168 saylı Qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsiQaydası»na dair 12 nömrəli əlavəsi ilə tənzimlənir. Həmin Əlavənin 2.2.3-cü bəndinə əsasən məhkəmələrdə hakim, ədliyyə orqanlarında rütbə dərəcəsi (xüsusi rütbəsi) olan vəzifələrdə, o cümlədən rütbə dərəcəsi (xüsusi rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Gömrük Komitəsində, eləcə də Vergilər Nazirliyinin ibtidai istintaq orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq qurumlarda zabit vəzifələrində işləmiş (xidmət keçmiş) şəxslərin həmin orqanlarda xidmətdə olduqları müddət prokurorluqdakı xidmət illərinə daxil edilir. Həmin Əlavənin 1.3cü bəndinə əsasən prokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər beş ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq verilir.Qeyd edilənlərdən məlum olur ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanunun 32.5-ci maddəsində nəzərdə tutulan prokurorluq işçiləri məhkəmə, ədibiyə və ya digər hüquqmühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri bu orqanlarda xidmət illərinə daxil edilir və həmin orqanlardan prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illərinin prokurorluqda xidmət illərinə daxil edilir norması yalnız xidmət illərinə görə əlavələrin müəyyən edilməsini deyil, həmçinin, pensiya təminatını və qanunda nəzərdə tutulan bütün digər güzəştləri özündə ehtiva edir. «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası»na dair 12 nömrəli əlavəsi isə adından da göründüyü kimi, prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydasını tənzimlədiyindən prokurorluq işçilərinin pensiya təminatı qaydalarım özündə əks etdirə bilməzdi. Bu səlahiyyət Əmək və X5 Nazirliyinə aiddir.Belə ki, “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndinə əsasən Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına,daxili işlər,ədliyyə,gömrük,miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli «Prokurorluq orqanları işçilərinin maddi və sosial təminaıtı haqqında» AR Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr ta rixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsinə dair 12 saylı Əİavə»dən başqa, AR Nazirlər Kabinetinin xx xxxxxxx 2002-ci il tarixli, 168 nömrəli qərarı digər hissədə qüvvədən düşmüşdür. Onda cavabdehə belə bir sual yaranı: əgər AR Nazirlər Kabinetinin xx xxxxxxx 2002-ci il tarixli, 168 nömrəli Qərarının pensiya təyini məsələlərinə aidiyyəti yoxdursa və yalnız xidmət illərinə görə əlavənin təyinini nəzərdə tutursa, hansı səbəbdən «Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nm 3.8-ci bəndində prokurorluq işçilərinin pensiya təyini məsələlərinin həllinin sözügedən Qərara əsəsən nizamlanması tələb olunur?Bundan başqa, cavabdeh etirazında “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” AR Nazirlər Kabinetinin xx xxxxxxx 2002-ci il tarixli 168 saylı Qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası»na dair 12 nömrəli əlavənin 4.2-ci bəndinə əsasən əlavə haqq verilməsi üçün iş stajının AR Baş Prokurorluğunun komissiyası tərəfindən müəyyən edilməsi, Komissiyanın AR Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı komitəsinin nümayəndəsinin iştirakı ilə AR Baş prokuroru tərəfindən müəyyən edilməsi göstərilməklə həmin səbəbdən də pensiya təyinatı üçün Baş Prokurorluğunun müvafiq komissiyasının Qərarının tələb olunması qeyd edilmişdir.Qeyd edilməlidir ki, müxtəlif orqanlardan prokurorluq orqanlarına köçürülmüş şəxslərin əvvəlki iş sıtajlarının prokurorluqdakı xidmət stajlarına bərabər tutularaq onlara əlavə haqq təyin edilməsi üçün həmin komissiyanın qərarı zəruridir. O isə, qeyd edildiyi kimi, digər orqanlardan prokurorluğa deyil, prokurorluqdan hakim vəzifəsinə təyinat almışdır. Hakim vəzifəsinə təyinat alandan sonra aidiyyəti üzrə AR Ədliyyə Nazirliyi tərəfindən heç bir əlavə sənəd tələb edilmədən, onun əmək kitabçasındakı qeydlərə və qanunvericiliyin tələbinə əsasən hakimin vəzifə maaşına ilkin olaraq 30 faiz, sonra isə 45 faiz əlavə haqq hesablanaraq ona ödənilmişdir. Bütün sənəd və məlumatlar cavabdehdə və müvafiq elektron bazada olmasına baxmayaraq, DSMF X7 İdarəsi tərəfindən AR Baş Prokurorluğunun işçilərinə əlavə haqqın verilməsi üçün yaradılmış müvafiq Komissiyanın qərarının ona tələb edilərək bu əsasla pensiya təyinindən imtina edilməsi Konstitutsiya və qanunların tələblərinin pozulmasıdır.Həm də nəzərə alınmalıdır ki, prokurorluq işçiləri qeyd edilən orqanlara keçdikdə onların iş stajları həmin orqanların iş stajlarına istisnasız daxil edildiyi halda, həmin orqanlardan prokurorluğa köçürülmüş bütün işçilərin deyil, yalnız müəyyən qrup şəxslərin iş stajları prokurorluğun iş stajına daxil edilir. Həmin qrup şəxslər sırasına kimlərin daxil edilməsinin müəyyən edilməsi məqsədi ilə bir müddət Baş prokurorun müəyyən etdiyi Qaydaya, xx xxxxxxx 2002-ci il tarixlidən isə AR Nazirlər Kabinetinin 168 saylı Qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verillməsi Qaydası»na dair 12 nömrəli əlavəyə müraciət edilməsi tələb olunmuşdur. Məhz bu səbəbdən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanunununun 32.5-ci maddəsinin birinci hissəsi “imperativ”, ikinci hissəsi isə “blanket” xarakterlidir. «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası»na dair 12 nömrəli əlavənin 4.1-ci bəndinə əsasən iş stajını müəyyən edən əsas sənəd əmək kitabçası sayılır. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, iş stajının müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əmək haqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək sair təsdiqedici sənədlər əsas götürülə bilər. Əmək kitabçasının surətini cavabdehə təqdim edilmişdir. Baş Prokurorluğun müvafiq komissiyası heç vaxt prokurorluqda hər hansı müddətin güzəştli şərtlərlə hesablanması barədə qərar qəbul etməmiş, çünki xidmət illərinə əlavələrin hesablanması üçün belə güzəşt nəzərdə tutulmamışdır. Pensiya təyin edilməsi üçün nəzərdə tutulan belə güzəştlərin hesablanması Qanunvericiliyə əsasən Müdafiə Nazirliyinin və əmək pensiyaları təyin etməli olan DSMF-in səlahiyyətlərinə aid edilmişdir ki, ona aid həmin sənədlər də 2008-ci ildə DSMF-a təqdim edilmiş və o, hazırda həmin sənədlərə əsasən hərbi qulluqçu kimi əmək pensiyası alır.Cavabdehin digər mülahizəsinə görə AR Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının 2-ci bəndində zabit heyətinə mənsub şəxslərin, gizirlərin, miçmanlarm, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə güzəştli şərtlər müəyyən edilmiş, həmin Qərarda prokurorluq orqanları əməkdaşlarının xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanması nəzərdə tutulmamışdır.Nəzərə almaq lazımdır ki, «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikası Qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanunununun 2.4-cü maddəsinə əsasən Hərbi prokurorluq orqanları işçilərinin qulluq keçmə qaydaları və şərtləri «’Prokurorluq haqqında», «’Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunları, bu Qanun və «Azərbaycan Respublikası Silahlı X2» ilə tənzimlənir.Sözügedən Qanunun 17.1-ci maddəsinə əsasən tutduqları vəzifəyə və prokurorluq orqanlarında iş stajına uyğun olaraq prokurorlar, prokurorluğun müstəntiqləri və əməliyyatçıları, o cümlədən hərbi prokurorlar və hərbi prokurorluğun müstəntiqləri üçün ali xüsusi, ali hərbi, xüsusi və hərbi rütbələr müəyyən edilir. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə» AR Baş prokurorunun xx xxxxx 1994-cü il tarixli, 215 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatlarının aparıldığı ərazilərdə olan hesab edilmişdir.Sadalananlardan görünür ki, hərbi prokurorluq işçiləri prokurorluq işçiləri olmaları ilə yanaşı, həm də hərbi qulluqçudurlar, yəni AR Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında nəzərdə tutulan “zabit heyətinə məxsus şəxslər” sayılırlar. Prokurorluq işçisi üçün olan güzəşt və imtiyazlarla yanaşı, hərbi qulluqçular üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər. Qarabağ qarnizonu hərbi prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində işlədiyi müddətin “üçqat” hesablanaraq ədliyyə mayoru kimi ona hərbi qulluqçu əmək pensiyasının təyini buna sübutdur.Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin İ bəndinə əsasən normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır.Cavabdehin ona münasibətdə, istinad etdiyi normativ-hüquqi aktlara verdiyi yorum onları Konstitutsiyanm sözügedən normasına uyğun olmayan vəziyyətə gətirir.Azərbaycan Respublikası Konstitutsiyasının müddaəalarına (o cümlədən 25-ci maddəsinə) əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Göstərilənlərə əsasən cavabdeh orqan fəaliyyətində müntəzəm tətbiq etdiyi normativ-hüquqi aktların mənasını bilərəkdən təhrif etməklə onun qanuni tələbini təmin etməkdən imtinasına qanuni “don geyindirmək” istəyir. İddia ərizəsində əsaslandırıldığı kimi, cavabdeh eyni tələbə dair çoxsaylı müraciətləri özü təmin etdiyi və bu barədə müsbət həllini tapmış konkret məhkəmə qərarının surətini ona rəsmi göndərildiyi halda, eyni hüququ ona nisbətdə tanımaqdan imtina etməkdə davam edir. Bu isə onun Azəebaycan Respublikası Konstitutsiyası ilə təminat verilən qeyd edilən hüquqlarının pozulmasıdır.AR Konstitutsiya Məhkəməsinin xx xxx 2012-ci il tarixli qərarı üzrə hüquqi mövceyə görə prokurorluq işçiləri Azərbaycan Respublikasının Konstitutsiyasına əsasən məhkəmə hakimiyyətinə aid funksiyaları həyata keçirməklə hakimlərlə oxşar vəziyyətdədirlər, onlar arasında güzəştli şərtlərlə pensiya məsələsində sosial təminatda olan fərqləndirmə hər hansı obyektiv və əsaslı səbəblərə söykənmir. 23 il prokurorluq işçisi kimi qulluq etmiş və hakimliyə keçmiş şəxsin 25 il qulluq etmiş prokurorluq işçisi kimi güzəştli şərtlərlə pensiya təyininə dair iddiası mümkün hesab edilmiş və qanunvericilikdə aparılan təkmilləşmədən sonra yeni iddia verilməsi tövsiyə edilmişdir. Nəticədə isə, Azərbaycan Respublikasının Konstitutsiyasına görə məhkəmə hakimiyyətinə daxil edilmiş prokurorluq orqanlarının qulluqçularının və hakimlərin sosial təminatlarına dair qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasına Milli Məclisinə tövsiyə edilmiş, pensiya təyini üçün müraciət etmiş sabiq prokurorluq işçisi və sabiq hakimin iddiasına müvafiq qanunlarda edilmiş dəyişikliklərdən sonra baxılması qanunauyğun sayılmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixdə edilmiş və x xxxx 2017-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası hüququnu qazanırlar. Nəzərə alsaq ki, 17 – 18 yaşlarında orta məktəbi bitirmiş gənc ali təhsil alıb, hərbi xidmət keçib, işə qəbul imtahanlarından sonra ən tez 25 yaşında prokuroluq orqanlarına qəbul olunmaq imkanı əldə edir və 35 il qulluq keçəndən sonra 60 yaşında güzəştli şərtlərlə pensiya hüququ qazanır ki, bu da prokurorluqda qulluqda olmanın son yaş həddi ilə eyniyyət təşkil edir. Hüquqşünas ixtisasını qazanıb 5 il ixtisas üzrə işləyən şəxs 30 yaşında hakim seçilməsi üçün sənəd vermək hüququ əldə edir və müvafiq imtahan prosedurlarından sonra ən tez 31 yaşında hakim statusu almaq imkanı qazanır ki, 35 ildən sonra 66 yaşında pensiyaya çıxmaq hüququ əldə edir və bu da hakim statusunda olmanın son yaş həddi ilə eyniyyət təşkil edir. Göründüyü kimi, hakim və prokurorluq qulluqçularının sosial təminatına dair qanunvericilik ba rabərləşdirilərək təkmilləşdirilmişdir. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 106, 107-ci maddələrinin, «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» AR Qanununun 20.8, 20.9, 20.14, 21.1, 21.3, 21.4-cü -cü maddələrinin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (x xxxx 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 20.1, 20.1.5 və 20.1.5-1, 20.8, 29.2-ci maddəsinin tələblərindən aydın olur ki, prokurorluq işçilərinin və hakimlərin maddi və sosial təminatı ilə bağlı qanunvericilik əsasən eyni olmaqla heç bir fərqlilik təşkil etmir. Bu şəbədən də hakimin sığorta stajının prokurorluq işçisinin sığorta stajı kimi qəbul edilməsində heç bir qadağa yoxdur.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin daha sonrakı, yəni «Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair xx xxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə onun (iddiaçının) iki il iyirmi gün keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər kimi hərbi xidmət keçmə müddəti, habelə xx xxxx 1996-cı il tarixdən xx xxxxxx 2008-ci il tarixədək Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarında zabit kimi xidməti həm prokurorluq işçisi kimi, həm də hərbi qulluqçu kimi sığortaolunan sığorta stajına daxildir.Həmin Qanunun 9.4.1-ci (x xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il (təqvim ili deyil)qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sırasına aid edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR-ın xx xxxxxxxx 1992-ci il tarixli Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə iş stajına daxil edilirdi. Həmin Qanuna xx xxxxxxxx 2004-cü il tarixdə edilmiş və xx xxxxxxxx 2004-cüil tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən “üçqat” sözü “ikiqat” sözü ilə əvəz edilmişdir. Dəyişiklikdən sonra, yəni hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 24.0.1-ci maddəsinə əsasən isə döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilir. «Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsinə dair» Azərbaycan Respublikası Prezidentinin x xxxxx 2019-cu il tarixli fərmanında qarşıya qoyulan məsələlərdən biri də hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədi ilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsidir. Azərbaycan Respublikası Konstitutsiyasımn 149-cu maddəsinin Vİİ bəndinin, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinin, “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, 3.2.1, 3.2.4-cü bəndlərinin tələbləri baxımından, əmək pensiyalarının təyini ilə bağlı qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə qərarları vahid məhkəmə təcrübəsinə əsaslandığından müvafiq qaydada nəzərə alınmalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Sadalanan normativ-hüquqi aktların tələblərinə əsasən 2010-cu ilin fevral ayından etibarən onun azı 25 il qulluq etmiş prokurorluq işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası hüququm yaranmış, bu hüququ reallaşdırmaq üçün müraciət etdiyi vaxtdan, yəni 2015-ci ilin avqust ayından üç il əvvəl onun reallaşdırılması üçün əsas yaranmışdır.Beləliklə, «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin maddi və sosial müdafiəsinin qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş qaydada həyata keçirilməsi, Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına isə əlavə olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatların da şamil edilməsi, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçisinin xidmət illərinin hakimin xidmət illərinə, hakimin əmək stajının isə prokurorluq işçisinin xidmət illəri ilə qarşılıqlı hesablanması, «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 106-cı maddəsinə əsasən hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarmdakı xidmətinin hər 5 ilinə görə 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqqın verilməsi, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ olanların axırıncı iş yerindən asılı olmayaraq həmin hüququ əldə etmələri, 5-ci maddəsinə əsasən isə vətəndaşların pensiya seçmək hüququna malik olmaları, həmin qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) habelə həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən hərbi xidmət müddətinin sığortaolunan sığorta stajına daxil edilməsi, Konstitutsiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı üzrə hüquqi mövqeyə görə prokurorluq işçilərinin Konstitutsiyaya əsasən məhkəmə hakimiyyətinə aid funksiyaları həyata keçirməklə hakimlərlə oxşar vəziyyətdə olmaları, onlar arasında güzəştli şərtlərlə pensiya məsələsində sosial təminatda olan fərqləndirmənin hər hansı obyektiv və əsaslı səbəblərə söykənməməsi, 23 il prokurorluq işçisi kimi qulluq etmiş və hakimliyə keçmiş şəxsin 25 il qulluq etmiş prokurorluq işçisi kimi güzəştli şərtlərlə pensiya təyininə dair iddiasının mümkün hesab edilməklə və qanunvericilikdə aparılan təkmilləşdirilmədən sonra yeni iddia verilməsinin tövsiyə edilməsi və x xxxx 2017-ci ildə hakimlərlə prokurorluq işçilərinin sosial müdafiəsi sahəsində fərqin qanunvericiliklə aradan qaldırılması, Konstitutsiya Məhkəməsinin daha sonrakı, yəni xx xxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququnun saxlanılması və bununla da Konstitutsiya Məhkəməsinin xx xxx 2012-ci il tarixli qərarı üzrə iddiaçının tələbinin qanuni və əsaslı olması nəticəsinin hasil olması və qeyd olunan digər əsaslar cavabdehin imtinası və etirazının tamamilə əsassız və hazırkı tələbin isə qanuni və əsaslı olmaqla iddianın təmin edilməli olmasını göstərir.Yuxarıda göstərilənləri nəzərə alaraq, İPM-nin 58, 59, 63 və 64-cü maddələrini rəhbər tutaraq, məhkəmədən «Prokurorluq haqqında» Azərbaycan RespublikasıQanununun 38-ci maddəsinə, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 9.4.1, 5, 21.2.3, 21.2.11ci maddələrinə, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx xxx 2012-ci il və xx xxxx 2014-cü il tarixli qərarlarına yekun məhkəmə qərarında iddianın əsaslandırıldığı və cavabdehin etiraz etdiyi hissədə müzakirə olunmaqla münasibət bildirilməsi, habelə qeyd edilənləri və iddia tələbini əsaslandırmaq üçün istinad olunan digər normativ-hüquqi aktları nəzərə alaraq iddianın təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 məhkəməyə təqdim olunmuş iddiaya qarçı yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallaarını araşdıraraq hesab edir ki, iddia təmin edilməmlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.4-cü maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 9.4-cü maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri, (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Həmin Qanunun 107-ci maddəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 63.3-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikası adından çıxarılır. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxx 2020-ci il tarixdə xüsusi konstitusiya icraatı üzrə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” müvafiq sorğu əsasında konstitusiya işinə baxaraq qərara almışdır: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqın, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nınm 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetonin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olan təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdən artımları nəzərdə tutur; - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq etdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. AR Nazirlər Kabinetinin xx xxxxxxx 2002-ci il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş «Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası»nın 2.2-ci bəndinə görə əlavə haqq almaq hüququ verən iş stajına aşağıdakı dövrlər daxildir: (2.2.1) prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluqda olduqları müddət, (2.2.2) həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət, (2.2.3) məhkəmələrdə hakim, ədliyyə orqanlarında rütbə dərəcəsi (xüsusi rütbəsi) olan vəzifələrdə, o cümlədən rütbə dərəcəsi (xüsusi rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Gömrük Komitəsində, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ibtidai istintaq orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq qurumlarda zabit vəzifələrində işləmiş (xidmət keçmiş) şəxslərin həmin orqanlarda xidmətdə olduqları müddət, (2.2.4) prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq edərkən seçkili orqanlara seçilmiş və sonradan bilavasitə prokurorluq işçilərinə aid olan vəzifələrə təyin edilmiş işçilərin seçkili orqanlarda işlədiyi müddət, (2.2.5) prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq edərkən müvafiq icra hakimiyyəti orqanlarının qərarına (sərəncamına) əsasən işlə əlaqədar xaricə göndərilmiş və qayıtdıqdan sonra bilavasitə prokurorluq işçilərinə aid olan vəzifələrdən birinə yenidən təyin edilmiş işçilərin xaricdə işlədiyi müddət, (2.2.6) prokurorluq işçilərinə aid olan vəzifədə qulluq edən qadınlara hamiləlik, doğum və uşağa qulluq etmək üçün verilən qanunvericiliklə nəzərdə tutulmuş sosial məzuniyyət müddətləri, (2.2.7) dövlət hakimiyyəti orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq struktur bölmələrində işləmiş (xidmət etmiş) və sonradan bilavasitə prokurorluq işçilərinə aid olan vəzifəyə təyin edilmiş işçilərin göstərilən orqanlarda işlədiyi (xidmət etdiyi) müddət, (2.2.8) prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərti ilə işçinin qulluqdan ayrıldığı müddət, (2.2.9) əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət, (2.2.10) ödənişli məzuniyyət dövrləri. Bu bənddə nəzərdə tutulmayan digər fasilələr iş stajı hesablanarkən nəzərə alınmır. Qaydanın 4-cü bəndinə görə iş stajını müəyyən edən əsas sənəd əmək kitabçası sayılır. Əmək kitabçası olmadıqda və ya onda lazımi qeydiyyatlar aparılmadıqda, habelə iş dövrləri düzgün əks etdirilmədikdə, iş stajının müəyyən edilməsi üçün əmrlərdən çıxarışlar, şəxsi hesab vərəqələri, əmək haqqının ödəniş cədvəlləri və iş fəaliyyətləri barədə məlumat verə biləcək sair təsdiqedici sənədlər əsas götürülə bilər. Əlavə haqq verilməsi üçün iş stajı Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı komitəsinin nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. Əlavə haqq Komissiyanın qərarına əsasən verilir. İş stajının müəyyən edilməsi haqqında qərar komissiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli Baş Prokurorluqda saxlanılır, surəti işçinin şəxsi işinə əlavə edilir. AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bındinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Məhkəmə iş materialları, o cümlədən iddia ərizəsi və tərəflərin dəlilləri əsasında iş üzrə müəyyən etdiyi hallarla bağlı aşağıdakı vurğulayır: - iddiaçının 2008 – 2013-cü illər üzrə hakim vəzifəsində işlədiyi dövr prokurorluq orqanlarında iş stajına daxil edilsə də, onun prokurorluq orqanlarına keçirilməmişdən əvvəlki dövr üzrə iş stajı ilə bağlı Azərbaycan Republikası Baş prokuroru tərəfindən müəyyən edilmiş qayda çərçivəsində, Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən hər hansı qərarın, aktın qəbulu olmadığından, iddiaçının 2017-ci ilin 1 iyul tarixinədək 25 il prokurorluq orqanlarında qulluq stajı toplanmış olmur; - iddiaçının prokurorluq orqanlarında xidmət illəri hesablanarkən onun hərbi prokurorluqda, eləcə də müvafiq xidmətə bərabər tutulan xidmətdə, o cümlədən hakimlik stajı faziləsiz xidmət illərində nəzərə alınmalıdır, lakin güzəştli (yəni “üçqat” hesablanan) illərin nəzərə alınması faktiki təkrarlanma hesablanması kimi nəticələndiyindən yolverilən hal deyil (AR Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2020-ci il tarixli qərarına əsasən); - iddiaçıya sabiq hakim kimi əmək pensiyası təyin edilmədiyindən, müvafiq əlavələrin bir qismini isə almadığından və onlardan məcburi dövlət sosial sığorta haqları ödəmədiyindən, onun əmək pensiyasının hesablanmasında fəaliyyətdə olan hakimin əmək haqqına əlavələrin nəzərə alınması yolverilən hal deyil; - iddiaçıya münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4, 9.8-ci maddələrinin tələbləri tətbiq oluna bilməz, Çünki, o, prokurorluq orqanlarının işçisi kimi müvafiq dövrdə tələb 25 illik iş stajını toplamamışdır; - iddiaçıya hərbi qulluqçu kimi təyin edilmiş əmək pensiyasının hər hansı başqa əsasla əmək pensiyasına yuxarıdakılara görə dəyişmədiyindən, yenidən hesablanmanın aparılması və fərq məbləğinin yaranması mümkün deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə DSMF X7 İdarəsinin “pensiyanın yenidən hersablanması” ilə bağlı iddiaçının qaldırdığı məsələnin müsbət həllindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının pensiya hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF X7 İdarəsinə (Təyinat üzrə Mərkəzi Filialına) qarşı «iddiaçıya əmək pensiyasının hakimlik stajı və müvafiq əlavələr nəzərə alınmaqla prokurorluq işçisi kimi yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X7 İdarəsinə (Təyinat üzrə Mərkəzi Filialına) qarşı «iddiaçıya əmək pensiyasının hakimlik stajı və müvafiq əlavələr nəzərə alınmaqla prokurorluq işçisi kimi yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar