Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4223/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq onun 20 ildən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi və həmin siyahının Azərbaycan Respublikası Maliyyə Naziliyində yaradılmış müvafiq komissiyaya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin avqust ayından bu günədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət edir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0277 №-li, xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən hərbi geyim forması daşımaq hüququ verilməklə xx.xx.2021-ci il tarixdən ehtiyata buraxılmışdır. Ümumilikdə 29 təqvim ili Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin edilməmiş və halhazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. O, xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək 20 ildən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməyi və həmin siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyində yaradılmış müvafiq komissiyaya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin müraciəti cavablandırılmamışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında) Azərbaycan Respublikası Prezidentinin 569 №-li, xx.xx.2011-ci il tarixli Fərmanına əsasən AR Silahlı Qüvvələrinin 20 il daha çox xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar. Belə ki, iddiaçı cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2018-ci il tarixli, 0221t №-li əmri ilə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə hər ilin iyun ayına qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət keçən hərbi qulluqçular təltif olunurlar. Həmçinin, o, cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0130t №-li əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı” medalı ilə təltif olunmuşdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif olunurlar. Beləliklə, cavabdehin özü tərəfindən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində nəinki 20 il, hətta 25 il qüsursuz xidmət keçməyi etiraf olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair öz xx.xx.2022-ci il tarixli etirazını (vəsatət) yazılı şəkildə məhkəməyə təqdim edərək bildirilmişdir ki, İddiaçı 24 noyabr 2021-ci il tarixli 1184 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmiş “1992-ci ildən həqiqi hərbi xidmət keçmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunmayan hərbi qulluqçuların adlı siyahısı”na daxil edildiyindən iş üzrə icraata xitam verilməlidir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 1992-ci ilin avqust ayından bu günədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0277 №-li, xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən hərbi geyim forması daşımaq hüququ verilməklə xx.xx.2021-ci il tarixdən ehtiyata buraxılmışdır. Ümumilikdə, 29 təqvim ili Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin edilməmiş və hal-hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. Azərbaycan Respublikası Prezidentinin 569 №-li, xx.xx.2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 il daha çox xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar. Yuxarıda göstərilənlərə əsasən 20 ildən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməyi və həmin siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyində yaradılmış müvafiq komissiyaya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Medalların vəsiqələrinə əsasən iddiaçı “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı” medalları ilə də təltif edilmişdir. - 003093 saylı vəsiqədən görünür ki, iddiaçı Silahlı Qüvvələrin Veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarışdan görünür ki, iddiaçı mayor İddiaçı, Hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-bölmə rəisi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 24 fevral 2021ci il tarixli 0277 nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdir. - Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsi tərəfindən verilmiş 1315 nömrəli xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, iddiaçı Füzuli-Qubadlı hərbi məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 il müddətinə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün xx.xx.2007-ci il tarixdə məhkumun xidməti yeri olan N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissədən daxil olmuş, N saylı, xx.xx.2007-ci il tarixli məktubdan aydın olur ki, İddiaçı hərbi hissə komandanlığının nəzarətinə götürülmüşdür. 12.05.011-ci il tarixədək İddiaçı təkrar cinayət törətməsi barədə Füzuli hərbi məhkəməsinə heç bir məlumat daxil olmamışdır. İşin faktiki hallarında müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya iddiaçının da daxil edilməsini xahiş etsə də, cavabdeh hərəkətsizlik nümayiş etdirmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqnda” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır (152-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmana əsasən ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həll edilməsi məqsədilə hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin fərmanda şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi üçün iki əsas: 1. Şəxsin Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il və daha artıq xidmət etməsi; 2. Həmin xidmət illərinin qüsursuz olması tələb olunur. Həmin Fərmana əsasən: 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Bənd 1. 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Bənd 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bənd 1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Cavabdeh orqanın məhkəməyə ünvanladığı vəsatətdən görünür ki, İddiaçı 24 noyabr 2021-ci il tarixli 1184 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmiş “1992-ci ildən həqiqi hərbi xidmət keçmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunmayan hərbi qulluqçuların adlı siyahısı”na daxil edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, məhkəmə qeyd edir ki, medalların adından və təltif etmə şərtləri və qaydalarından görünür ki, bu təltiflər dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur. Eyni zamanda, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır və bu hüquq həmin maddənin tələbinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş şəxslərə verilə bilər. İddiaçının da hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməsi nəzərə alınmaqla ona bu hüquq verilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı Füzuli- Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 il müddətinə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün xx.xx.2007-ci il tarixdə məhkumun xidməti yeri olan N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissədən daxil olmuş, N saylı, xx.xx.2007ci il tarixli məktubdan aydın olur ki, İddiaçı hərbi hissə komandanlığının nəzarətinə götürülmüşdür. xx.xx.2011-ci il tarixədək İddiaçı təkrar cinayət törətməsi barədə Füzuli hərbi məhkəməsinə heç bir məlumat daxil olmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir, lakin məhkumluğun hüquqi nəticələri daimi xarakter daşımır və onun götürülməsi və ya ödənilməsi ilə bu nəticələr aradan qalxır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bununla iddiaçı məhkumluğu olmayan şəxs hesab edilmiş və bunun nəticəsində onun barəsində məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edilmişdir. İddiaçının artıq ödənilmiş və hüquqi nəticələri aradan qalxmış məhkumluğuna istinad edərək, qüsürsüz xidmətlərinə görə aldığı medalların nəzərə alınmaması “ədalətlilik” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Fərmanla dəyişiklik edilmiş, əvvəli Fərmana yeni məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir. Əlavə edilmiş hissəyə əsasən, hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə məhkumluğun olduğu müddət daxil edilməmişdir. Yəni, Fərmanın tələbinə əsasən, hərbi qulluqçunun məhkum olunduğu müddət nəzərə alınmadan, 20 il qüsursuz xidmət etdiyi sübuta yetirilirsə, onun adı dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına salınmalıdır. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən həmin Fərman iddiaçıya da şamil edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Naziliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4223/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4223/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver