Məhkəmə qərarları › İş №2-1(112)-4223/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4223/2024

18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4223/2024 18.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04/23 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-4223/2024 nömrəli hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4222/2024 nömrəli (İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməli və 2-1(112)-4223/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-4222/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir. Belə ki, işdə olan "Muğanbank” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ№0822430 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanında yerləşən, ümumi sahəsi 0.517 ha olan torpaq sahəsini (tam hissə, 0.517 ha) alıcı İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanında yerləşən 0.5170 ha torpaq sahəsi (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) İddiaçı mülkiyyətinə verilmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04/23 saylı qərarından görünür ki, vətəndaş İddiaçı (xx.xx.1982, şəxsiyyət vəsiqəsi: seriya AA, № 1961521, FİN xxxxxxx) Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 53 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə görə yaranmış 6011,46 manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi, vergi borcunun 10 gün müddətində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin qərarın ləğv edilməsini xahiş edir (İş № 2-1(112)-4223/2024). Məhkəmə qeyd edir ki, iş materiallarından həmçinin müəyyən edilir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 06/30-17 saylı qərarı ilə vətəndaş İddiaçı (xx.xx.1982, şəxsiyyət vəsiqəsi: seriya AA, № 1961521, FİN xxxxxxx) Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 53 ünvanında yerləşən, ona məxsus qeyri-yaşayış təyinatlı torpaq sahəsinə görə yaranmış 1930,14 manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi, vergi borcunun 10 gün müddətində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, M.Ə.Rəsulzadə bələdiyyəsi iddiaçının 2020-2022-ci illərə görə iddiaçının 1930,14 manat borcunun olduğunu bildirmişdir. İşdən görünür ki, İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 06/30-17 saylı qərarının ləğv edilməsini xahiş etmişdir (İş № 2- 1(112)-4222/2024). Məhkəmə hesab edir ki, istinad olunan işlər bir-biri ilə əlaqəli olduğundan həmin işlər bir icraatda birləşdirilməlidir. Belə ki, işin qeyd olunan hallarından görünür ki, iddiaçı xx.xx.2019-xx.xx.2023-cü illərdə mübahisəli əmlakın mülkiyyətçisi olmuş, cavabdeh onun barəsində xx.xx.2021 və xx.xx.2023-cü il olmaqla, vergi öhdəliyi barədə 2 qərar qəbul etmişdir, hansı ki, sonuncu qərarla iddiaçının 2020-2021-ci illərdə yaranmış yerli vergi öhdəliyi də əhatə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-ci maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4223/2024 nömrəli (İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-4222/2024 nömrəli (İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işə birləşdirilsin. 2-1(112)-4223/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-4222/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar