Məhkəmə qərarları › İş №2-1(112)-4225/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4225/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4225/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X15, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X21) “daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 adının Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 168 saylı evin 25 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestri məlumatlarından çıxarılması və daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməklə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə 1/2 pay qeyd olunmaqla yeni Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında ümumi sahəsi 86.5 kv.m olan mənzilin 2 otağına X16 xüsusi mülkiyyət hüququ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək ünvan 1 ünvanında ümumi sahəsi 86.5 kv.m olan 3 otaqlı mənzilin 1/2 hissəsinə İddiaçı1 və digər 1/2 hissəsinə İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X22 izahatında bildirdi ki, İddiaçı1 07 mart 2000-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86.5 kv.m olan mənzili X5 almışdır. Mənzili satdıqdan sonra İradə Əzizova başqa yaşayış yerinə köçməsinə baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qaldığından İddiaçı1 tərəfindən İradə Əzizovaya qarşı mənzilə hüquqların itirilməsi tələbinə dair iddia qaldırılmış və Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2004-cü il tarixli, 2-2700/2004 saylı qətnaməsi ilə iddia təmin edilərək X16 Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 168 saylı evin 25 saylı mənzilinə hüququnun itirilməsi qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi 25.01.2005-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Hal-hazırda İradə Əzizova sözügedən mənzilə pasport qeydiyyatından çıxmışdır, mülkiyyət hüquqlarını itirmişdir və digər yaşayış sahəsində qeydiyyatdadır. İddiaçı1 16.03.2019-cu il tarixdə Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 168 saylı evin 25 saylı mənzilin 1/2 hissəsini oğlu İddiaçı2 bağışlama müqaviləsi əsasında bağışlayan zaman məlum olmuşdur ki, X16 adı Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 168 saylı evin 25 saylı mənzilinə onun hər hansı hüququnun olmamasına baxmayaraq, hələ də həmin mənzilə dair reyestr məlumatlarında qalmaqdadır. Bu səbəbdən İddiaçı1 verilmiş Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, 04.04.2019-cu il tarixli və İddiaçı2 verilmiş Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, 04.04.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda X16 da adı mülkiyyət hüquqlarının olmamasına baxmayaraq, pay sahibi olaraq qeyd olunmuşdur. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması məqsədilə iddiaçılar tərəfindən X16 adının Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 168 saylı evin 25 saylı mənzilinə dair reyestr məlumatlarından çıxarılması və İddiaçı1 və İddiaçı2 hər birinə 1/2 pay (hissə) qeyd olunmaqla yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi barədə ərizə ilə cavabdehə müraciət olunmuşdur, lakin daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik aparılmasından imtina edilmişdir. İddiaçılar hesab edirlər ki, cavabdehin imtinası qanunsuzdur və məhkəmə tərəfindən həmin İdarənin üzərinə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması öhdəliyi qoyulmalıdır. Belə ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı, bağışlama müqavilələri bağlanmış və ilkin mülkiyyətçinin mənzilə dair hüquqlarının itirilməsi məhkəmə qaydasında təsbit edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 izahatında bildirdi ki, İdarəyə təqdim edilmiş Nəsimi Rayon Məhkəməsinin 2-2700 saylı, 2004-cü il tarixli qətnaməsi ilə Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, 25 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Bununla bağlı İdarə tərəfindən İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi X18 **********12 qeydiyyat nömrəli 30.10.2020-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 2ddia təmin edilmiş, cavabdeh X16 Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi 168 saylı evin 25 saylı mənzilinə hüququnun itirilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə aktında mənzilə dair hüququnun itirilməsi dedikdə “pasport qeydiyyatından çıxarılma” nəzərdə tutulmuşdur. X21 ilə X13 arasında bağlanan 06.02.1999-cu il tarixli 065061 nömrəli alqı-satqı müqaviləsinə əsasən müvafiq mənzilin 3 otağından yalnız 1 otağı sonuncuya verilmiş, qalan 2 otaq X16 mülkiyyətində qalmışdır. Göründüyü kimi X21 tərəfindən sözügedən mənzilin yalnız 1 otağı özgəninkiləşdirilmişdir. X6 ilə X14 arasında bağlanan 085677 nömrəli 07.03.2000-ci il tarixli alqı-satqı müqaviləsi ilə sözügedən 3 otaqlı mənzil X10 verilmişdir. Hazırda RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 168 saylı evin 25 saylı mənzilin 1 otağının 1/2 hissəsi İddiaçı1 və 1 otağın digər 1/2 hissəsi İddiaçı2 və 2 otaq isə X16 adınadır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən etibarnamə üzrə nümayəndə X18 ünvanlanmış 30.10.2020-ci il tarixli imtina məktubunda qeyd edilir: Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, 25 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 28.09.2020-ci il tarixli ********** nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş Nəsimi rayon Məhkəməsinin 2- 2700 saylı, 2004-cü il tarixli qətnaməsinə əsasən Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, 25 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamış, heç bir tələb həvalə edilməmişdir. Xahiş edirik nəzərə alasınız. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 19.03.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanında ümumi sahəsi 86,5 kv.m olan mənzilin 1 otağının ½ hissəsinə İddiaçı1 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04.04.2019cu il) və 1 otağın digər ½ hissəsinə İddiaçı2 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04.04.2019-cu il) və 2 otağına isə X16 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin sənədlərdə olan hədiyyə verən İddiaçı1 ilə hədiyyə alan İddiaçı2 arasında imzalanmış 16.03.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, mənzil 25 ünvavında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən ½ hissəsini oğlu İddiaçı2 vermişdir. Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsusdur: BTİ və MHQİ tərəfindən 02.06.2000 tarixdə Niyazova (Paşayeva) Səlminaz Yolçu qızına verilmiş 30/10371 qeydəalma nömrəsi ilə 499 nömrəli kitabın 72603-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə 86.5 ev.m 3 otaq. Həmin sənədlərdə olan 07.12.1995-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X19 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, mənzil 25 ünvavında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan 3 otaqlı mənzilini X3. Həmin sənədlərdə olan 06.02.1999-cu il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X21 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, mənzil 25 ünvavında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan 3 otaqlı mənzilin yalnız 1 otağını X2, qalan hissəni isə özündə saxlamışdır. Həmin sənədlərdə olan 07.03.2000-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X13 və X21 onlara məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, mənzil 25 ünvavında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan 3 otaqlı mənzili X1. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2004-cü il tarixli, 2-2700/2004 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdeh X20 qarşı mənzilə hüquqlarının itirilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X16 Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, 168 saylı evin 25 saylı mənzilinə hüququnun itirilməsi qət edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir; 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, 07.12.1995-ci il tarixli müqaviləyə əsasən X19 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, mənzil 25 ünvavında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan 3 otaqlı mənzilini X7, 06.02.1999-cu il tarixli müqaviləyə əsasən isə X21 özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, mənzil 25 ünvavında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan 3 otaqlı mənzilin yalnız 1 otağını X2, qalan hissəni isə özündə saxlamışdır. Bundan sonra isə 07.03.2000-ci il tarixli müqaviləyə əsasən X13 və X21 onlara məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, mənzil 25 ünvavında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan 3 otaqlı mənzili Paşayeva (Niyazova) Səlminaz Yolçu qızına satmışlar. Daha sonra İddiaçı1 16.03.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 168, mənzil 25 ünvavında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 1/2 hissəsini oğlu İddiaçı2 vermişdir. Daşınmaz əmlakın bağışlanması müqaviləsində bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsus olduğu qeyd olunmuşdur: BTİ və MHQİ tərəfindən 02.06.2000 tarixdə Niyazova (Paşayeva) Səlminaz Yolçu qızına verilmiş 30/10371 qeydəalma nömrəsi ilə 499 nömrəli kitabın 72603-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə 86.5 kv.m, 3 otaq. Göründüyü kimi, X21 qeyd olunan ünvanda ona məxsus 3 otaqlı mənzilin yalnız 1 otağını X4 da, sonradan X13 (1 otaq) və X21 (2 otaq) onlara məxsus olan qeyd olunan ünvavında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan 3 otaqlı mənzili tam şəkildə İddiaçı1 satmışlar. İddiaçı1 isə həmin 3 otaqlı mənzilin 1/2 hissəsini oğlu İddiaçı2 vermişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrində qeyd olunan ünvanda yerləşən mənzilin 2 otağına X16 xüsusi mülkiyyət hüququnun qeydiyyatı saxlanılmışdır. X8 ona məxsus olan 2 otağı və X13 isə ona məxsus olan 1 otağı, cəmi 3 otağı (ümumilikdə 86.5 kv.m, mənzil tam şəkildə) İddiaçı1 satmışlar və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında ümumi sahəsi 86.5 kv.m olan mənzilin 2 otağına X16 xüsusi mülkiyyət hüququ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin və daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək ünvan 1 ünvanında ümumi sahəsi 86.5 kv.m olan 3 otaqlı mənzilin 1/2 hissəsinə İddiaçı1 və digər 1/2 hissəsinə İddiaçı2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar