Məhkəmə qərarları › İş №2-1(112)-4225/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4225/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4225/2024 02.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mənzil uçotunun yenidən bərpa edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adının mənzillə təmin olunmalı şəxslərin siyahısına yenidən daxil etməklə, mənzil uçotunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixdən “Azərdənizneftinşaat” TR-2 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir. O, xx.xx.1990-cı il tarixdə B.Nuriyev küçəsi, 32 saylı evin 68.03 kv.m olan 5 otaqlı mənzildə 6 nəfər ailə tərkibi ilə 2000-ci ilə qədər pasport qeydiyyatında olmuşdur. Hazırda xx.xx.2000-ci il tarixdən B.Nuriyev küçəsi, 32 saylı evin 16.53 kv.m olan bir otaqlı 66 saylı mənzilində 5 nəfər ailə tərkibi ilə pasport qeydiyyatındadır. “Azərdənizneftinşaat” TR-2 saylı Tikinti Quraşdırma idarəsinin müdiriyyəti və HK-nin xx.xx.2001-ci il tarixli 36 saylı birgə protokolu ilə o, 4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə götürülmüşdür. Lakin onu əsassız olaraq mənzil növbəsindən çıxarmışlar. İddiaçı mənzil növbəsinin bərpa olunması üçün SOCARA müraciət etdikdə ona imtina verilmiş və qeyd edilmişdir ki, “iddiaçı 1983-cü ildən mənzil uçotunda olduğuna görə 1990-cı ildə Darvin küçəsi 2379-81-82-ci məhəllə, ev 32 ünvanında 5 otaqdan ibarət 68,03 kv.m. yaşayış sahəsi olan 36 nömrəli mənzillə təmin edilmişdir. Həmin mənzili xx.xx.2007-ci ildə öz adına özəlləşdirərək oğlunun adına bağışlama yolu ilə keçirmişdir. Yenidən mənzil uçotuna durmaq məqsədilə xx.xx.2000-ci ildə həyat yoldaşı, oğlu və qızı 1997-ci ildən adına olan yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı mənzilə qeydiyyata düşmüşlər. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 12-ci bəndinə zidd olaraq mənzil uçotuna götürüldüyünə görə, SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə iclasının xx.xx.2014-cü il tarixli 3 nömrəli protokolu ilə mənzil uçotundan çıxarılmışdır.” Ona verilən bu imtina tam əsassızdır. Belə ki, hazırda 4 həfər ailə üzvü ilə 1 otaqdan ibarət mənzildə yaşayır. Mənzil şəraiti çox pisdir və buna görə məcbur olub, hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi “iddianın mümkün sayılmaması haqqında” vəsatətdə iddianın mümkün sayılmamasını xahiş etmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarına görə SOCAR inzibati orqan deyildir. Məhz buna görə də, SOCAR inzibati orqan olmadığı üçün hazırkı mübahisəyə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabehin nümayəndəsi iddiaya etiraz etdi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, m-27 nömrəli sərəncamından çıxarışdan görünür ki, vətəndaş İddiaçı 4 nəfər (özü, arvadı, 2 uşağı) ailə tərkibi ilə iş yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında “Azərdənizneftinşaat” tr. 2 №-li Tikinti Quraşdırma İdarəsinin müdiriyyəti və HK-nin xx.xx.2001-ci il tarixli, 36 №-li birgə protokolu təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2014-cü il tarixli 3 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı mənzil uçotundan çıxarılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 avqust 2023-cü il tarixli, 14-2/2-A- 4xx-xx/2023-2664 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2001-ci ildən mənzil uçotuna götürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, o, 1983-cü ildən mənzil uçotunda olduğuna görə 1990-cı ildə Darvin küçəsi 2379-81-82-ci məhəllə, ev 32 ünvanında 5 otaqdan ibarət 68,03 kv.m. yaşayış sahəsi olan 36 nömrəli mənzillə təmin edilmişdir. Həmin mənzili xx.xx.2007-ci ildə öz adına özəlləşdirərək oğlunun adına bağışlama yolu ilə keçirmişdir. Yenidən mənzil uçotuna durmaq məqsədilə xx.xx.2000-ci ildə həyat yoldaşı, oğlu və qızı 1997-ci ildən adına olan yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı mənzilə qeydiyyata düşmüşlər. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 12-ci bəndinə zidd olaraq mənzil uçotuna götürüldüyünə görə, SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft və X2 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə iclasının xx.xx.2014-cü il tarixli 3 nömrəli protokolu ilə mənzil uçotundan çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq onun yenidən mənzil uçotunun bərpa edilməsi mümkün deyildir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi onun işlədiyi müəssisə tərəfindən mənzil növbəsinin bərpa edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, bu mübahisə işçi və işəgötürən arasında yaranan mübahisə olduğundan hazırkı mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi subyekt inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmiş, ona qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. Həmin Məcəllənin 33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 45-ci maddəsinə görə idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. İstinad olunan normalardan görünür ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan mənzil qanunvericiliyi şəxsin iş yeri üzrə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan kimi uçota alınmasını və mənzillə təmin edilməsini mümkün hesab edirdisə, xx.xx.2010cu il tarixdən qüvvəyə minmiş və hazırda qüvvədə olan Mənzil Məcəlləsində belə bir müddəa nəzərdə tutulmamışdır. Yeni mənzil qanunvericiliyinə əsasən şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotuna alınması yalnız yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası onunla inzbati orqan arasında yaranmadığından, bu münasibətlər publik hüquq sahəsinə aid olmadığından hazırkı məzmunda iddiaya inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “mənzil uçotunun yenidən bərpa edilməsi və sair" barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar