Məhkəmə qərarları › İş №2-1(112)-4226/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4226/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4226/2023 06.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "siyahıya alınmış əmlakın satılması" tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 594560.00 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 331572.29 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020 tarixə yaranan 1522976.26 manat borcuna görə 596000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2020 tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2020 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2020 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 594560.00 manat, Dövlət Sosial Müdafiə Fonduna 331572.29 manat və işsizlikdən sığorta fonduna 6128.71 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materialarında olan “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli, **********4 nömrəli qərarının surətindən görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli **********4 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə dəyəri 1200.0 manat olan 1 ədəd Otatech markalı Aspirator,dəyəri 1000 manat olan 1 ədəd Listen markalı Sentrafuqa, dəyəri 2200 manat olan 1 ədəd Cardiline markalı Ekq Cihazı, dəyəri 45000 manat olan 1 ədəd Ge vivid 7 markalı Exo Cihazı, dəyəri 120000 manat olan 1 ədəd Komet markalı Rentgen, dəyəri 2000 manat olan 1 ədəd Çin istehsalı Qinekoloji masa, dəyəri 42000 manat olan 1 ədəd Olympus markalı Endoskop, dəyəri 800 manat olan 1 ədəd Lor üçün Aspiraraziya Aparatı, dəyəri 35000 manat olan 1 ədəd Drister5302 markalı Rentgen Portatib, dəyəri 20000 manat olan 1 ədəd Gemi markalı Sterilizator, dəyəri 4500 manat olan 1 ədəd Nüvə Fm 4000 markalı Sterilizator, dəyəri 1100 manat olan 1 ədəd pul saxlama üçün seyf, dəyəri 130000 manat olan 1 ədəd Volusion E8 markalı Usm Cihazı, dəyəri 10000 manat olan 1 ədəd PVP 800B markalı X1, dəyəri 800 manat olan 1 ədəd Ardo markalı Aspirator, dəyəri 10000 manat olan 1 ədəd hamilə müayinəsi üçün Kapaskopiya Cihazı, dəyəri 29000 manat olan 1 ədəd Volusion 730 markalı Usm Cihazı, dəyəri 28000 manat olan 3 ədəd Drager Fabius markalı Narkoz Cihazı (məbləğ 84000 manat), dəyəri 800 manat olan 3 ədəd Aspirator (məbləğ 2400 manat), dəyəri 42000 manat olan 1 ədəd RCP əməliyyatı və s. üçün Endoskop, dəyəri 6000 manat olan 1 ədəd elektron kaquluator, dəyəri 3500 manat olan 2 ədəd Bioned markalı xəstəbaşı monitor (məbləğ 7000 manat) dəyərində daşınar əmlakı siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2020-ci il tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və cavabdehin nümayəndəsi imza edərək əmlakı təhvil almışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli **********137600 nömrəli məktubu ilə bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixə xx.xx.2020-ci il tarixli **********16 saylı icraat vərəqəsi üzrə ödənilməli olan borcu yoxdur. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İşin hallarından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə əmlakı xx.xx.2020-ci il taridə siyahıya alınsa da iddiaçı məhkəməyə ünvanladığı sorğuya cavabda cavabdehin xx.xx.2023-cü il tarixə xx.xx.2020-ci il tarixli **********16 saylı icraat vərəqəsi üzrə ödənilməli olan borcunun olmadığını qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia üzrə tələb edilən siyahıya alınmış əşyaların satılmasına zərurət aradan qalxmışdır. Tərəflər arasında sözügedən borcla bağlı hazırkı iddia üzrə mübahisə olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "siyahıya alınmış əmlakın satılması" tələbinə dair 2-1(112)-4226/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar