Məhkəmə qərarları › İş №2-1(112)-4227/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4227/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4227/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı1, iddiaçının vəkili Vəkil Hidayət oğlunun iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs X1 qarşı «qərarın etibarsız sayılaraq ləğv edilməsi və hüquqi nəticələrinin aradan qaldırılması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər RİH-ə qarşı «qərarın etibarsız hesab edilərək ləğv edilməsi, hüquqi nəticələrin aradan qaldırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nin 03 fevral 1990cı il tarixli qərarı ilə vətəndaş X2 Buzovna qəsəbəsində 240 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmış, sonuncu daha 600 kv.m torpaq sahəsini zəbt edərək mübahisəli torpaq sahəsinə qatmış və faktiki 1.200 kv.m torpaq sahəsini X4 2003cü ildə 1.450 manata “satmış”, bu barədə ona baş etibarnamə vermişdir. Etibarnamədə qeyd edilmişdir ki, iddiaçı 3 il müddətinə 240 saylı sahədə tikinti, gələcəkdə isə alqı-satqı işləri aparmağa haqlıdır. 2004-cü ildə bu torpaq üzərində hazırkı iddiaçılar fərdi yaşayış evləri tikmiş və öz ailələri ilə birlikdə təsərrüfat aparmağa başlamışlar. Mübahisəli torpaq sahəsi faktiki olaraq indiyədək əqd əsasında faktiki iddiaçıların istifadəsindədir. Verilən etibarnamənin müddəti bitdikdən sonra onun müddətinin uzadılması ilə əlaqədar Faiq İddiaçı2 Xəlilova yenidən müraciət etsə də, Rafiq Xəlilov “satdığı” 1.200 kv.m torpaq sahəsinin 600 kv.m hissəsini geri tələb etmiş, almayacağı təqdirdə etibarnaməni ləğv etdirəcəyini, tikintini sökdürüb torpağı boşaltdıracağını bildirimiş və bunu etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6 fevral 2018-ci il tarixli qətnaməsi iilə onların tikib yaşadığı evlərin sökülməsi və torpağın boşaldılması qət edilmişdir. Məhkəmə bu aktı qəbul edərkən vətəndaşa verilən torpaq sahəsinin sənaye təyinatlı olmasına əhəmiyyət verməmiş, işin halların obyektiv təhlil etməmişdir. İddiaçılar qəbul edilən aktı mübahisələndirərkən ondan apellyasiya şikayəti vermiş, malik olduqları torpağın statusu və rejimi haqqında “Azneft” İB-yə sorğu göndərmiş və 08 sentyabr 2020-ci il tarixdə onların istifadəsində olan torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsi olması cavabdeh ləşkılat tərəfindən vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün verilə bilməsi müəyyən edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Xəzər RİH-ə pretenziya məktubu göndərilmişdir. Belə ki, qəbul edilən inzibati aktın real hüquqi əsasları mövcud olmadığından, qəbul edildiyindən etibarsızıdır və yaratdığı nəticələr ləğv olunmalıdır. İş üzrə cavabdeh vəzifə səlahiyyətlətini aşaraq, buna səlahiyyəti olmadan mübahisəli torpaq sahəsini fərdi yaşayış evinin tikilməsi üçün əsassız və qanunsuz olaraq vətəndaşa vermiş, nəticədə iş üzrə iddiaçıların qanunla qorunan hüquq və mənafelərinə mühüm ziyan vurmuşdur. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nın 3 fevral 1990-cı il tarixli qərarının etibarsız hesab edilərək ləğv edilməsi və hüquqi nəticələrin aradan qaldırılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər RİH-ə həvalə olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 16 mart 2021-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - İddiaçı1 və İddiaçı2 iddia tələbinə etiraz edilir və bildirilir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçılar Məhərrəmov və İddiaçı2 Bakı İnzibati Məhkəməsinə Əzizbəyov Rayon XDS İK-nın 20 fevral 1990-cı il tarixli qərarının verildiyi andan etibarsız hesab edilməsi, bu inzibati aktın ləğv edilməsinə görə Xəzər RİH-nə qarşı iddia ərizəsi ilə müraciət etmişlər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli və iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Əzizbəyov Rayon XDS İK-nın 20 fevral 1990-cı il tarixli qərarının surətindən görünür ki, vətəndaş X1 yaşayış evi tikmək üçün Buzovna qəsəbəsi, 240 saylı sahədə 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçılar Əzizbəyov Rayon XDS İK-nın 20 fevral 1990-cı il tarixli qərarının etibarsız hesab ediiməsini məhkəmədən xahiş etmişlər. Halbuki, mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan, yəni 1964-cü il sentyabrın 11-də qəbul edilmiş və 2000-ci ilin sentyabr ayının 1-dən qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Bundan əlavə, Bakı ŞİH-in 16 mart 1999-cu il tarixli, 29 iyul 1999-cu il tarixli 208 və 673 nömrəli sərəncamları ilə H.Z.Tağıyev adına NQÇİ-yə məxsus Maştağa-Buzovna yolu boyu Maştağa-Buzovna yatağından ümumilikdə 212 hektar torpaq sahəsi AR Dövlət Neft Şirkətindən geri alınmışdır. İPM-in 35.1-ci maddəsinin tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında bazlmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Bundan əlavə, oxşar predmet üzrə iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmış mülki iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə 29 oktyabr 2020-ci il tarixdə qərardad qəbul olunmuşdur. Göstərilənlərə əsaslanaraq, hazırkı iddianın mümkün syaılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 19 aprel 2021-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs kimi cəlb olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 və onun vəkili gəlmişlər, digər iddiaçı, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 30.4 və 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq iclasın onların iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə etdiu və onun təmin olunmasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının Keçid müddəalarının 6-cı bəndinə görə bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 2.2.1-ci maddəsinəgörəşəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.5-ci maddəsinə görə iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: - (45.5.1) iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxdən şikayəti ödəməkdən imtina aldığş gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. AR Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. AR Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan SSR 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Məhkəmə iddiaçılar İddiaçı1 iddiası ilə bağlı aşağıdakı xüsusatları müəyyən edir: - iddiaçıların 20 fevral 1990-cı il tarixli qərarla ayrılmış torpaq sahəsinə hər hansı hüquqları yaranmadığından, qərarın mübahisələndirilməsi üzrə də subyektiv hüquqları yaranmamışdır; - iddiaçılar 20 fevral 1990-cı il tarixli qərarın – inzibati aktın mübahisələndirilməsi üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə 10 fevral 2021-ci il tarixdə müraciət etdiyindən, iddia qanunvericiliklə müəyyən olunmuş “iddia müddəti” buraxmaqla qaldırılmış kimi qiymətləndirilməlidir; - iddiaçıların Bakı şəhəri Xəzər Rayon XDS İK-nın 20 fevral 1990-cı il tarixli qərarının etibarsız sayılması tələbi üzrə əvvəllər də məhkəmə mübahisəsi olduğundan (29 oktyabr 2020-ci il tarixdə) və müvafiq məhkəmə aktı ilə mübahisəyə qiymət verildiyindən, İPM-in 45.5.1 və 78-ci maddələrinə görə hazırkı tələblə məhkəmədə iddia qaldırılması yolverilən deyil. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların formaca iki tələbi olsa da, mahiyyətinə görə onlar bir-birindən asılı və törəmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 15.6-cı bəndində isə bildirilir ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar