Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4228/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı «müvafiq dövr üzrə aylıq pul təminatının və ehtiyata buraxılarkən məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi» barədə iddia tələbinə üzrə inzibati işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı sərəncamda olduğu müddət üzrə aylıq pul təminatının və ehtiyata buraxılarkən istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı ərizəsində bildirir ki, o, xx xxxx 1995-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək (22 il 07 ay 24 gün) AR Milli Təhlükəsizlik Nazirliyində – indiki AR Dövlət Təhlükəsizlik Xidmətində müxtəlif vəzifələrdə zabit kimi xidmət etmişdir. Təşkilati-ştat tədbirləri ilə əlaqədar xx xxxxxx 2016-cı il tarixdən AR Dövlət Təhlükəsizlik Xidməti rəisinin sərəncamına çıxarılmış və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən (ştatların ixtisarına görə) Xidmət rəisinin 221 nömrəli xx xxxxxx 2018-ci il tarixli əmri ilə xx xxxxxx 2018-ci il tarixdən ehtiyata buraxılmışdır. Sərəncamda olduğu müddətin (2 il 01 ay 07 gün) yalnız 4 ayı üzrə pul təminatı ona ödənilmişdir. Həmçinin ehtiyata buraxılarkən ona verilməli olan 3 aylıq növbəti məzuniyyət 45 gün müddətinə verilmişdir. Sərəncamda olduğu müddətin 1 il 09 ay 07 gün üçün aylıq pul təminatının (ehtiyata buraxılarkən tutduğu vəzifənin və malik olduğu polkovnikleytenant hərbi rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) və ehtiyata buraxılarkən verilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə olunmayan 45 günü əvəzinə pul kompensasiyasının (müvafiq vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) hesablanaraq ona ödənilməsi xahişi ilə xx xxxxxx 2020-ci il tarixdə cavabdeh AR Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh ona xx xxxx 2020-ci il tarixli məktubla imtina cavabı vermişdir. Verilmiş imtina cavabı aşağıdakılara görə əsassız və qanunsuz sayılır: «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 1-ci maddəsinə görə heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 72-ci maddəsinin “d” bəndinə əsasən hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilmədən aparılır. Müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir. İddiaçı isə, nə həbsdə olmuş, nə də ki, barəsində qaldırılmış cinayət işi ilə əlaqədar istintaqa cəlb edilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; b) qısa müddətli məzuniyyətlər; c) xəstəliyə görə məzuniyyət; ç) tədris təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) təhsil məzuniyyəti; ə) yaradıcılıq məzuniyyəti; f) qadın hərbi qulluqçulara hamiləliyə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyət; g) əlavə məzuniyyət. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və mişmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Silahlı qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və istehfaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətinə verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə təqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Qeyd olunanlara əsaslanaraq, ona (iddiaçıya) sərəncamda olduğu müddətin 1 il 09 ay 07 günü üçün aylıq pul kompensasiyasının (ehtiyata buraxılarkən tutduğu vəzifənin və malik olduğu polkovnik-leytenant hərbi rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) və ehtiyata buraxılarkən verilməli olan 3 aylıq növbəti məzuniyyətin istifadə olunmayan 45 günü əvəzinə pul kompensasiyasının (ehtiyata buraxılarkən tutduğu vəzifənin və malik olduğu polkovnik-leytenant hərbi rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh AR Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və opna əlavə olunmuş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. Cavabdeh AR Dövlət Təhlükəsizlik Xidmətinin məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubu ilə qurumun nümayəndəsinin iddiaya qarşı yazılı etirazı təqdim edilmişdir. Etirazda aşağıdakılar bildirilir: - X1 tələbi əsassızdır. Belə ki, iddiaçı 1995-ci ilin iyun ayından 2018-ci ilin fevral ayınadək həqiqi hərbi xdmətdə olmuş, x xxxxxx 2018-ci il tarixdə AR Dövlət Təhlükəsizlik Xidmətinin sərəncamından «Hərbi xidmətkeçmə laqqında Əsasnamə»nin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarı və təşkilati fcdbirlərlə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq, DTX-nın ehtiyatına buraxılmışdır. AR Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Silahlı büvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli qərarının 1-ci hissəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul rəminatı növləri təsdiq edilmişdir. Həmin qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Həmçinin «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu Qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. İddiaçı sərəncamda olduğu müddətdə pul təminatının ödənişi müvafiq normativ hüquqi aktların tələblərinə uyğun aparılmışdır. Eyni zamanda «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində növbəti 3 ay müddətinə məzuniyyətin verilməsi Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına va xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara şamil olunmuşdur. İddiaçı isə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarı və təşkilati tədbirlərlə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda) əsasən hərbi xidmətdən ehtiyata buraxıldığından ona 3 ay müddətinə məzuniyyət verilməmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiq etdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 72-ci maddəsinin “d” bəndinə görə hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilmədən aparılır. Müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir. Həmin Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə görə Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Həmin Qanunun 11-ci maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; b) qısa müddətli məzuniyyətlər; c) xəstəliyə görə məzuniyyət; ç) tədris təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) təhsil məzuniyyəti; ə) yaradıcılıq məzuniyyəti; f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; g) əlavə məzuniyyət. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısamüddətli – 10 günlük məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» xx xxxxxxx 1992-ci il tarixli 562 nömrəli qərarının 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən, zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi, bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə, elmi ad və elmi dərəcə üçün faiz əlavəsi, kursant vəzifəsi üçün əlavə, paraşütlə tullanmaq üçün pul mükafatı, dalğıc işləri üçün pul mükafatı, hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı, dənizçilər üçün pul təminatı, döyüş növbətçiliyində olanlar üçün pul mükafatı, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı, müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı, şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi, xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi, gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti, hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım, Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri, xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri, gündəlik və mənzildə yaşamaq xərcləri, səhrada (çöldə) xidmətetmə pulu, ev kirayəetmə pulu. Qərarın 2-ci hissəsinə görə Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı 20 ildən artıq xidmət etmiş hərbi qulluqçu kimi “ştatların ixtisarı” ilə bağlı AR Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Onun ehtiyata buraxılması 2018-ci ilin 21 fevralına təsadüf etsə də, xx xxxxxx 2016-cı il tarixdən həmin vaxtadək sərəncamda saxlanılmışdır. İddiaçıya sərəncamda olduğu müddətinin 4 ayı üzrə aylıq pul təminatı verilmişdir. O, sərəncamda olduğu 1 il 09 ay 07 gün üçün aylıq pul təminatının (sərəncamda olma müddətinin 4 ayı üzrə ona ödəniş edilmişdir) ödənilməsi və ehtiyata buraxılarkən verilməli olan 3 aylıq məzuniyyətin 45 günü əvəzinə pul kompensasiyasının ödənilməsi xahişi ilə cavabdeh AR Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmənin qənaəti belədir ki, qanunvericiliyin müddəalarında (o cümlədən, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 72-ci maddəsində) hərbi qulluqçunun sərəncamda olma müddəti “4 ay”la məhdudlaşsa da, bu hal “bir qayda olaraq” nəzərdə tutulduğundan və həmin müddətdən artıq sərəncamda olma dövrü üzrə aylıq pul təminatının ödənilməsi müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtinası “iddiaçıya sərəncamda olmanın müvafiq dövrü üzrə aylıq pul təminatının ödənilməsi” hissəsində qanuna zidd qiymətləndirilə bilməz. İddianın ikinci hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı xidmətdən ehtiyata, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 72-ci maddəsinin “q” bəndi üzrə, yəni “ştatların ixtisarı ilə əlaqədar” buraxıldığından, o, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan 3 aylıq məzuniyyət hüququna malik deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan ona ehtiyata buraxılarkən istifadə olunmamış 45 məzuniyyət günüə görə pul kompensasiyasının verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bununla da məhkəmə cavabdeh AR Dövlət Təhlükəsizlik Xidmətinin imtinasını qanunsuz sayımır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı «müvafiq dövr üzrə aylıq pul təminatının və ehtiyata buraxılarkən məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı «müvafiq dövr üzrə aylıq pul təminatının və ehtiyata buraxılarkən məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4228/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4228/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver