Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4228/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “qərarın ləğvi” vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür (iş № 2-1(112)- 4228/2025). İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək “qərarın ləğv edilməsi” vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür (iş № e-2-1(112)-4325/2025, hakim Orxan Həsənovun icraatındadır). İş materiallarından görünür ki, cavabdeh yazılı vəsatət təqdim edərək 2-1(112)- 15501/2024 saylı və e-2-1(112)-15609/2024 saylı inzibati işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2-1(112)-4228/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-4325/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməlidir. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Vəsatət təmin edilsin. 2-1(112)-4228/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-4325/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Günel Sevdimalıyeva
Məhkəmə qərarları › İş №2-1(112)-4228/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4228/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver