Məhkəmə qərarları › İş №2-1(112)-4229/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4229/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4229/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X28, X6, X17, X30, X4, X24, X18, X31, X25, X29, X14, X19, X7 və X20) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X15, X2, X8, X21, X1, X12, X9, X22, X13, X16, X5, X10, X3 və X11 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X28, X6, X17, X30, X4, X24, X18, X31, X25, X29, X14, X19, X7 və X20 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Üçüncü şəxs X6 iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeydiyyatda olduğu ünvan babasına verilmiş və buna dair müvafiq order var. Bununla əlaqədar olaraq vərəsəlik işi 9 saylı notariat ofisində açılmış və vərəsələr müəyyən edilmişdir. Hazırkı İddiaçı vəfat etmişdir. İddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə iclasları təyin edilərək bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. CMS-Azemis elektron informasiya-axtarış sistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti isə hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30.1 maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.5 maddəsinə əsasən hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclasına çağırılmalıdırlar. Göstərilənlərə və həmin Məcəllənin 1.2, 67.1, 67.3, 80, 83.1 və 85-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262.1, 262.4, 262.5, 268-269-cu maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X28, X6, X17, X30, X4, X24, X18, X31, X25, X29, X14, X19, X7 və X20) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar