Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-423/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Green Group Advertising” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 29 oktyabr 2019-cu il tarixli **********5 saylı bildirişin və bildiriş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi, həmin bildirişə əsasən 2017-ci ildən 2019-cu il tarixədək dövr üçün MMC-yə vergilər üzrə ümumilikdə 3342,01 manat məbləğində vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Green Group Advertising” MMC cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 29 oktyabr 2019-cu il tarixli **********5 saylı bildirişin və bildiriş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi, həmin bildirişə əsasən 2017-ci ildən 2019-cu il tarixədək dövr üçün MMC-yə vergilər üzrə ümumilikdə 3342,01 manat məbləğində vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən, İddiaçı barəsində səyyar vergi yoxlaması həyata keçirilmiş, vergi yoxlamasının nəticəsi olaraq həmin idarə tərəfindən "Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə", 29 oktyabr 2019-cu il tarixli, **********5 saylı bildiriş təqdim edilərək 2017-ci ildən, 2018-ci il tarixədək dövr üçün MMC -yə vergilər üzrə ümumilikdə 3.342.01 (üç yüz otuz dörd min iki yüz bir) manat hesablanmış vergi borcunun büdcəyə ödənilməsi tələb edilmişdir. Cavabdeh iş üzrə mübahisələndirilən qərarın əsası kimi, 2017-ci il və 2018-ci iliədək idxal edilmiş (anbara mədaxil edilmiş) malların təqdim edilmiş bəyannamələrdə təhrif edərək düzgün təqdim edilməməsi, nəticədə, qərarlara əsasən, guya yekun araşdırmaya görə 2019-cu ilin oktyabr ayına müəssisənin anbarında olan 3.342.01 manatlıq malın mədaxil edilməməsini göstərərək vergidən yayınma riski kimi dəyərləndirməklə həmin məbləğdə vergi borcunun hesablamışdır. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vəsatət təqdim edərək bildirmişdir ki, cəmiyyətin 07.01.2020-ci il tarixinə dövlət büdcəsinə vergi, gecikdirilmiş vergi borcuna görə hesablanmış faiz və maliyyə sanksiyası üzrə cəmiyyətin şəxsi hesab vərəqəsində əsasən borcunun olmadığı müəyyən edilmişdir. Odur ki, mübahisənin aradan qalxdığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə iddiaçıya iddiasında yol verilən formal xətaların aradan qaldırılmasını (iddia tələbini və cavabdehi dəqiqləşdirilməsini) təklif etmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, yol verilən formal xətaların aradan qaldırılmasında iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclaslarını (06.03.2020-ci il, 02.07.2020-ci il, 29.10.2020-ci il, 10.12.2020-ci il, 29.04.2021-ci il, 20.05.2021-ci il tarixlərə təyin etmişdir. Məhkəmə iclasları barədə iddiaçıya məhkəmə bildirişləri göndərilmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən (05.12.2019-cu) işin gedişatı ilə maraqlanmamış, məhkəmənin müvafiq sorğularına cavab verməmişdir. Göründüyü kimi iddiaçı işə mahiyyəti üzrə baxılmasını istəmir, məhkəmə icraatından yayınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “Green Group Advertising” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 29 oktyabr 2019-cu il tarixli **********5 saylı bildirişin və bildiriş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi, həmin bildirişə əsasən 2017-ci ildən 2019-cu il tarixədək dövr üçün MMC-yə vergilər üzrə ümumilikdə 3342,01 manat məbləğində vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Green Group Advertising” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 29 oktyabr 2019-cu il tarixli **********5 saylı bildirişin və bildiriş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi, həmin bildirişə əsasən 2017-ci ildən 2019cu il tarixədək dövr üçün MMC-yə vergilər üzrə ümumilikdə 3342,01 manat məbləğində vergi borcunun silinməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2 -1(112)-423/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-423/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-423/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver