Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4232/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı işə cəlb edilməklə “yeni məlumat vərəqəsinin tərtib olunması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, 3-cü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı işə cəlb edilməklə “yeni məlumat vərəqəsinin tərtib olunması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə qarşı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsində şöbə rəisinin müavini vəzifəsinin bugünki vəzifə maaşı əsas götürülməklə barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1997- ci il tarixədək Azərbaycan Respublikasının DİN-nin Dövlət Feldyeger Xidmətində (bundan sonra mətndə DFX) xidmət keçmiş, həmin xidmətdən şöbə rəisinin müavini vəzifəsindən xx.xx.1997-ci il tarixdə ehtiyata buraxılmış və ona həmin tarixdən DFX-nin şöbə rəisinin müavini vəzifəsində aldığı aylıq pul təminatı (o, cümlədən vəzifə şöbə rəisinin müavini vəzifəsinin vəzifə maaşı) əsas götürülməklə həmin tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur və o, bu günədək yaşa görə əmək pensiyası almaqda davam edir. Daha sonra Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılaraq 2004-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tabeliyinə, Azərbaycan Respublikası Prezidentinin 1227 №-li xx.xx.2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilmiş və onun bazasında Feldyeger Rabitəsi İdarəsi yaradılmışdır. 2021-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə Feldyeger Rabitəsi Baş İdarəsi Cavabdeh tərkibinə daxil edilmiş və hazırda bu xidmətin tərkibindədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 170-7 saylı Qərarı ilə xx.xx.2017-ci il tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilən xüsusi rütbəli şəxslərin vəzifələri Azərbaycan Respublikasının XDMX əməkdaşlarının (indiki Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti) mövcud olan vəzifələrinə uyğunlaşdırılmışdır. Lakin, onun əmək pensiyasında heç bir uyğunlaşdırma aparılmamışdır. Müvafiq uyğunlaşdırmanın aparılması üçün, yəni ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının XDMX-nin (indiki Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin) tərkibindəki DFX-nın “şöbə rəisinin müavini” vəzifəsinin bu günki vəzifə maaşı əsas götürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə və həmin vəzifənin vəzifə maaşının miqdarı barədə ona məlumat verilməsinə göstəriş verilməsi xahişi ilə o, xx.xx.2022-ci il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə 3-cü şəxsə - Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətindən verilmiş 54/2537 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ərizəsi aidiyyəti üzrə baxılması üçün xx.xx.2022-ci il tarixli 54/2536№-li məktubla Feldyeger Rabitəsi Baş İdarəsinin birbaşa tabe olduğu Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə göndərilmişdir. Bundan sonra o, yenidən etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. Bu müraciətinə isə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti tərəfindən verilmiş 12/1184 №-li, xx.xx.2022-ci il tarixli məktubda onun sonuncu xidmət keçdiyi orqanın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi olduğunu nəzərə alaraq, aidiyyəti üzrə müraciət etməsinin məqsədəmüvafiq hesab edilməsi bildirilmişdir. Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi isə onlara ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 0xx/xx-56614Q-3222 №-li məktubunda (qoşma 8) bildirmişdir ki, Dövlət Feldyeger Xidmətinin əmrlərinin Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilmədiyini və İddiaçı həmin xidmətin xətti ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənildiyini nəzərə alaraq, qeyd etdiyi məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi tövsiyə olunur.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4232/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
7. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Feldyeger Xidmətindən şöbə rəisinin müavini vəzifəsindən ehtiyata buraxılmış və həmin tarixdən Dövlət Feldyeger Xidmətindən şöbə rəisinin müavini vəzifəsinin pul təminatı əsas götürülməklə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Bununla yanaşı, iddiaçının iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli Qərarında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 21 iyul 2022-ci il tarxli 54/2230 nömrəli məktubundan aydın olur ki, bu Qərarın icrası ilə bağlı olaraq uyğunlaşdırmanın aparılması və pensiyaların yenidən hesablanması məqsədilə müvafiq məlumatlar xx.xx.2019-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Naizrlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar şəxsin xidmət etdiyi orqan tərəfindən təqdim edilməlidir. Məlumat üçün bildirmişlər ki, İddiaçı şəxsi işi Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə təhvil verilməmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Azərbaycan Rspublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1946-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
10. İddiaçının adına 18 mart 1967-ci il tarixdə açılmış əmək kitabçasına əsasən o,xx.xx.1974-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Feldyeger Xidmətində xidmət keçmişdir.
11. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti tərəfindən iddiaçının nümayəndəsi X5 ünvanlanmış 12/1184 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, ““Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd olunanları və İddiaçı sonuncu xidmət keçdiyi orqanın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi olduğunu nəzərə alaraq, aidiyyəti üzrə müraciət etməsi məqsədəmüvafiq hesab edilir.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən iddiaçının nümayəndəsi X5 ünvanlanmış 0xx/xx-56614Q-3222 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Dövlət Feldyeger Xidmətinin əmrlərinin Daxili İşlər Nazirliyinin arxivinə təhvil verilmədiyini və İddiaçı həmin xidmətin xətti ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənildiyini nəzərə alaraq, qeyd etdiyi məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi tövsiyə olunur.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinn tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının nümayəndəsi X5 ünvanlanmış **********5 nömrəli 9 avqust 2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, Mərkəzi Filiala daxil olmuş məlumatlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti tərəfindən ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərbaycan Respubliksı Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşların uyğunlaşdırılması ilə əlaqədar İddiaçı vaxtilə xidmət keçdiyi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində müvafiq vəzifənin vəzifə maaşının müəyyən faizi nisbətinə uyğunlaşdırılaraq ona əmək pensiyası ödənilir. Hazırda adıçəkilən şəxsin vaxtilə xidmət keçdiyi vəzifə üzrə (uyğunlaşdırma) vəzifə maaşı 422.00 manat, rütbə maaşı 154.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 30 faizi miqdarında əlavəsi 172.80 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64.00 manat olmaqla cəmi 812.80 manat təminat xərcliyinə uyğun olaraq 974.68 manat məbləğində əmək pensiyası ona ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixi 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq keçdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da, həmin orqan tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən adıçəkilən şəxsin əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 67.47 manat madid yardım ödənilir.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinn tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 3-17-1/2-51262/2023 nömrəli 10 mart 2023-cü il tarixli məktubla İddiaçı məxsus pensiya işi təqdim edilmişdir.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 3-17-1/2-86332/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala daxil olmuş məlumatlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti tərəfindən ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunaşdırılması ilə əlaqədar İddiaçı vaxtilə xidmət keçdiyi vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində müvafiq vəzifəsnin vəzifə maaşının müəyyən faizi nisbətinə uyğunlaşdırılaraq ona əmək pensiyası ödənilir. Hazırda adıçəkilən şəxsin vaxtilə xidmət keçdiyi vəzifə üzrə (uyğunlaşdırma) vəzifə maaşı 422.00 manat, rütbə maaşı 154.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 30 faizi miqdarında əlavəsi 172.80 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64.00 manat olmaqla cəmi 812.80 manat təminat xərcliyiyinə uyğun olaraq 674.68 manat məbləğində əmək pensiyası ona ödənilir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək peniyası xx.xx.2023-cü il tarixindən ümumilikdə 742.15 manat məbləğində müəyyən edilib. Həmçinin, əmək pensiyalarının xx.xx.2023-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyasının məbləği həmin tarixdən 851.25 manat təşkil edir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, iş materiallarından göründüyü kimi yaranmış inzibati mübahisə, dövlət qulluğunun xüsusi növündə işləmiş və pensiyaya çıxmış şəxsin işlədiyi vəzifənin və vəzifə maaşının sonrakı artımlarına əsasən yenidən məlumat vərəqəsinin göndərilməsi üzrə yaranan mübahisədir.
23. «Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir.
24. «Dövlət qulluğu haqqında» Qanunun 2.3-cü maddəsində deyilir ki, … feldyeger rabitəsi orqanlarında, … qulluq dövlət qulluğunun xüsusi növüdür.
25. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 fevral tarixli 1227 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamə»nin 5.1-ci bəndində deyilir ki, idarənin tərkibi hərbi qulluqçulardan və mülki işçilərdən ibarətdir.
26. «Əmək pensiyaları haqqında» Qanunun 9.5-ci maddəsində hərbi xidmət keçmiş şəxslər güzəştli şərtlərlə pensiya hüququ olan şəxslərə aid edilmişdir.
27. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya hərbi xidmət illərinə görə «Əmək pensiyaları haqqında» Qanunun 9.5.1-ci maddəsinə və 20.14.1-ci maddələrinə əsasən yaşa görə pensiya təyin olunmuş, bu zaman onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında Dövlət Feldyeger Xidmətində «şöbə rəisi müavini» vəzifəsində xidmət illəri əsas götürülmüşdür.
28. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» 1125 saylı, 24 noyabr 2016-cı il tarixli Fərmanı ilə iddiaçının əvvəllər işlədiyi və pensiyaya çıxdığı Dövlət Feldyeger Xidməti, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tabeliyindən çıxarılaraq Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir.
29. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 N-li Qərarı (həmin qərara əlavə) ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılmış və həmin şəxslərin pensiyalarının 2018-ci ilin martın 1-dən hesablanaraq ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
30. Həmin Qərarın icrası ilə bağlı müvafiq uyğunlaşdırma aparılaraq, iddiaçının pensiyası yenidən hesablanmışdır. Lakin, iddiaçı həmin vəzifə üzrə hazırki vəzifə maaşının əsas götürülməklə barəsində yeni məlumat vərəqəsinin tərtib edilməsini xahiş etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən iddiaçının şəxsi işinin Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə təhvil verilmədiyinə istinad edilərək imtina edilmişdir.
31. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”-na əsasən: Bənd 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bənd 4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
33. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» 1125 saylı, 24 noyabr 2016-cı il tarixli Fərmanı ilə iddiaçının əvvəllər işlədiyi və pensiyaya çıxdığı Dövlət Feldyeger Xidməti, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tabeliyindən çıxarılaraq Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir.
34. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2020-ci il tarixli “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək, ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılması qərara alınmışdır: 2.1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti; 2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti; 2.3. Azərbaycan Respublikasının Strateji X2 Agentliyi.
35. Qanununvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, iddiaçının işlədiyi vəzifənin vəzifə maaşının, bununla da, təminat xərcliyinin tərkibində dəyişiklik olduğu halda iddiaçının barəsində məlumat vərəqəsi tərtib edilərək müvafiq orqana göndərilməsi səlahiyyətinin cavabdeh Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə mənsub olması işin mübahisəsiz halıdır.
36. İddiaçının təminat xərcliyində, hazırki halda konkret olaraq iddiaçının vəzifə maaşında sonrakı artımların mövcud olub-olmaması məsələsinə gəldikdə isə məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən məxfi qrifdə təqdim edilmiş cavab məktubundakı məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçının xidmət keçmiş olduğu vəzifənin vəzifə maaşı ilə iddiaçının hazırda əmək pensiyasının hesablandığı vəzifə maaşının məbləği arasında fərq mövcuddur.
37. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsində şöbə rəisinin müavini vəzifəsinin bugünki vəzifə maaşı əsas götürülməklə İddiaçı barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva