Məhkəmə qərarları › İş №2-1(112)-4232/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4232/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4232/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, cavabdeh X2 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin cavabdeh X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə ödənilməmiş 1450 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1450 manat məbləğində siyahıya alınmış əmlakının satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 700 manat, İcbari Tibbi Sığorta Fonduna 240 manat, İşsizlikdən Sığorta Fonduna 60 manat və dövlət büdcəsinə 450 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 ədədin qiyməti 300 manat olan 1 ədəd vitrin (isti yemək üçün), 1 ədədinin qiyməti 10 manat olan 15 ədad stol (dairəvi oturacaqlı), 1 ədədin qiyməti 60 manat olan 1 ədəd tərəzi (elektron), 1 ədədin qiyməti 120 manat olan 2 ədəd ətçəkən maşın, 1 ədədin qiyməti 500 manat olan 1 ədəd soyuducu (vitrin), 1 ədədin qiyməti 40 manat olan 5 ədəd masa (kvadrat) olmaqla ümumilikdə 1450 məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, vergi ödəyicisi olan X4 Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 8026,37 manat, İcbari Tibbi Sığorta Fonduna 871,17 manat, İşsizlikdən Sığorta Fonduna 82,89 manat və dövlət büdcəsinə 3123,5 manat borcuna görə fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 ədədin qiyməti 300 manat olan 1 ədəd vitrin (isti yemək üçün), 1 ədədəinn qiyməti 10 manat olan 15 ədad stol (dairəvi oturacaqlı), 1 ədədin qiyməti 60 manat olan 1 ədəd tərəzi (elektron), 1 ədədin qiyməti 120 manat olan 2 ədəd ətçəkən maşın, 1 ədədin qiyməti 500 manat olan 1 ədəd soyuducu (vitrin), 1 ədədin qiyməti 40 manat olan 5 ədəd masa (kvadrat) olmaqla ümumilikdə 1450 məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********5, **********6, **********0 və **********0 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 700 manat, İcbari Tibbi Sığorta Fonduna 240 manat, İşsizlikdən Sığorta Fonduna 60 manat və dövlət büdcəsinə 450 manat ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-16552/2023 nömrəli sərəncamı cavabdehə ünvanlanmış və iddia ərizəsində qeyd olunanlarla bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, lakin cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ödəniş qəbzlərini təqdim edərərək ümumilikdə 460 manat məbləğində Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin büdcəsinə ödəniş etdiyini bildirmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ödəniş qəbzlərini təqdim edərərək 3000 manat məbləğində Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin, 150 manat məbləğində X5, 1100 manat məbləğində Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin, 1095 manat məbləğində isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinə ödəniş etdiyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubunda qeyd etmişdir ki, X2 xx.xx.2024-cü il tarixə **********5 saylı qərar üzrə 197,39 manat, **********0 saylı qərar üzrə 699,99 manat dövlət büdcəsinə ödənilməli olan borcu var. Əlavə olaraq bildirilmişdir ki, fikizi şəxs X2 **********6 saylı qərar üzrə xx.xx.2024-cü il tarixdə ödənilməli olan borcu yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubunda qeyd etmişdir ki, X2 vergilər üzrə 2732,23 manat, icbari tibbi sığorta üzrə 555,03 manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) üzrə 35,39 manat, sosial sığorta haqları üzrə 9899,48 manat borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubunda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən əmlakn siyahı alınması barədə xx.xx.2023-cü il tarixli **********6 nömrəli qərar üzə işsilikdən sığorta haqqı üzrə yaranmış 82,89 manat borcunun ödənişi təmin edilmiş və qərar bağlanmış, **********0 nömrəli qərar üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 8026,37 manat borcun 3400,0 manatı ödənilmiş, 4626,37 manatı qalmış, **********5 nömrəli qərar üzrə vergilər üzrə yaranmış 3125,5 manat borcun 1000,0 manatı ödənilmilmiş, 2125,5 manatı qalmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubunda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən əmlakn siyahı alınması barədə xx.xx.2023-cü il tarixli **********0 nömrəli qərar üzə icbari tibbi sığorta haqqı üzrə 871,17 manat borcunun ödənişi təmin edilmiş, **********0 nömrəli qərar üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 8026,37 manat borcun 3400,0 manatı ödənilmiş, 4626,37 manatı qalmış, **********5 nömrəli qərar üzrə vergilər üzrə yaranmış 3125,5 manat borcun 1000,0 manatı ödənilmilmiş, 2125,5 manatı qalmışdır. Məhkəmə cavabdehin təqdim etdiyi ödəniş qəbzlərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. İddiaçı tərəfindən yaranmış borc məbləğinə görə 1450 manat dəyərində siyahıya alınmış əmlakın satılması tələb edilsə də, cavabdeh tərəfindən məhkəmə icraatı gedişində müvafiq ödənişlər edilməklə iddiaçının müraciəti təmin edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin ödənilməmiş yeni borc məbləğlərinə görə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi imkanı istisna olunmur. Məhkəmə iclasında iştirak edən cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin cavabdeh X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə ödənilməmiş 1450 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1450 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar