Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4233/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X18 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi yanında Dövlət X29 X6rşı «iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi yanında Dövlət X29 (bundan sonra – DSMF) X6rşı ona 57 yaşdan, yəni xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun xx xxxxxx 2006-cı il tarixinə kimi 27 ildən çox ümumi, 17 il 04 ay 14 gün güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə sonradan edilmiş hüquqi tənzimləmə nəticəsində - “«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi xx xxxxxx 1997ci ildən xx xxxxxx 2000-ci ilədək hər il 6 ay artırıldığı və iddiaçı ümumi və xüsusi stajı xx xxxxxx 2006-cı ilə kimi toplaya bildiyi üçün həmin tarixdə 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə pensiya yaşı 57 olması səbəbilə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin iddiaçıya məhz həmin yaşda pensiyaya çıxmaq hüququ verdiyi üçün, hüququnun yarandığı tarixdən, xx xxxx 2018-ci ildən, 57 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi xahişi ilə cavabdeh DSMF X25 İdarəsinə məktubla müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-cu il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, guya iddiaçının işlədiyi elektrik quraşdırıcısı peşəsi nə neftin hasilatı sahəsinə, nə də mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5 %-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə uyğun deyildir. Cavabdeh tərəfindən imtina cavabı alındığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubu sənədlərlə birlikdə onun qeydiyyatda olduğu ünvana xx xxxxxx 2020-ci il tarixində poçt vasitəsilə göndərilmiş, xx xxxxxx 2020-ci il tarixində həmin ünvanda yaşamadığı üçün F-20 formasında talon tərtib edilib və xx xxxxxx 2020-ci iltarixində təkrarən cavabdehə göndərilib. xx xxxxxx 2020-ci il tarixində cavabdeh məktubu geri almış, xx xxxx 2020-ci il tarixində isə cavabdehin yerləşdiyi Bakı şəhəri, Z.Bünyadov, 43 ünvanında ona təqdim edilən təhvil alma sənədinə imza edərək imtina məktubunu almışdır. Qeyd olunanlar poçt zərfinin üzərində olan möhürlərlə təsdiq edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O (iddiaçı), xx xxxx 1961-ci il tarixdə Biləsuvar rayonunun Səmədabad kəndində doğulmuşdur, hal-hazırda da ünvan 2 ünvanında yaşayır. Natamam orta təhsili başa vurduqdan sonra x xxx 1977-ci il tarixdən x xxxxxx 1977-ci il tarixədək SSRİ-nin 50 illiyi adına Sovxozda mövsümi fəhlə, x xxxxxx 1979-cu il tarixdən x xxxxxxxx 1979-cu il tarixədək həmin sovxozda fəhlə işləmişdir. Bundan sonra xx xxxxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1984-cü il tarixədək Bakı Politexnikumuna daxil olmuşdur. Təhsil müddəti ərzində xx xxx 1980-ci il tarixdən x xxxx 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. x xxxxxxxx 1979 – x xxx 1984 – xx xxxxxxxx 1986-cı il tarixlərdə X8 santexnik-çilingər vəzifəsində çalışmışdır. x xxxxxxx 1986-cı il tarixdən xx xxxx 1987-ci il tarixədək X9 transformator sexində elektrik çilingəri vəzifəsində çalışmışdır. xx xxxxxx 1987-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək X7 çilingər peşəsində işləmişdir. xx xxxxxx 1988-ci il tarixdən hal-hazıradək əvvəllər Şirvanneft NQÇİ, sonradan Şirvanoyl BMMM, hazırda isə X20 adlanan şirkətdə X2 elektrik quraşdırıcısı vəzifəsində çalışır. Əmək fəaliyyəti dövründə topladığı əmək stajının x xxxxxx 2006-cı il tarixədək olan dövründə 27 ildən çox ümumi, 17 il 04 ay 14 gün güzəştli pensiya hüququ verən iş stajıdır. Güzəştli əmək stajı, xx xxxxxx 1988-ci il tarixdən hal-hazıradək əvvəllər Şirvanneft NQÇİ, sonradan Şirvanoyl BMMM, hazırda isə X20 adlanan şirkətdə X2 elektrik quraşdırıcısı vəzifəsində topladığı iş stajıdır. Həmin vəzifədə onun əmək funksiyalarını, 2 saylı siyahı üzrə şifrəsi 2130200a – 18494 olan mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölcü cihazları və avtomatika üzrə edilinərlər vəzifəsinin əmək funksiyaları ilə eynilik təşkil edir. Lakin cavabdeh onun X2 elektrik quraşdırıcısı vəzifəsindəki əmək funksiyaları barədə işəgötürənin verdiyi aydınlaşdırıcı sənədləri – əmək funksiyalarını barədə tərtib edilmiş aktı, Şirvanoyl Əməliyyat X1 Sexinin təsdiq edilmiş ştat cədvəlini nəzərə almamışdır. Sual olunur: əgər cavabdeh iddiaçıdan güzəştli iş stajı barədə təsdiqedici sənədlər tələb edirdisə, iddiaçı onları təqdim etdiyi halda, niyə onlara məhəl qoymamışdır? Niyə görə cavabdeh həmin sənədləri bir daha tədqiq etmək üçün inzibati prosedurlar həyata keçirməmişdir? Halbuki, cavabdeh İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh həmin müddəanı əsas tutaraq müəyyən araşdırmalar apara bilərdi. 1988-ci ildən hal-hazıra kimi işlədiyi Şirvanoyl Əməliyyat X1 Sexi adından göründüyü kimi, o, istehsalat proseslərinin avtomatlaşdırılması və s. işlərini həyata keçirməklə məşğuldur. Şirvanoyl Əməliyyat X1 Sexinin təsdiq edilmiş ştat cədvəlində avtomatika üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmamışdır. Həmin vəzifənin əmək funksiyalarını eyni sexdə elektrik quraşdırıcıları həyata keçirirlər. Həmin şirkətin neft hasilatı həyata keçirilən mədənlərinin ümumi ərazisi son 26 il ərzində 40-50% azaldığı üçün ştatların optimallaşdırmasını həyata keçirmiş, başqa sözlə, işçi sayını azaltmaqla, sexin ştat cədvəlində nəzərdə tutulan işçilərin əmək funksiyalarında ixtisar edilmiş ştatların əmək funksiyalarını nəzərdə tutmuşdur. Neft hasilatı həyata keçirilən mədənlərinin ümumi ərazisinin azalması dedikdə, 1994-cü ildə Şirvanneft NQÇİ-nin Mişovdağ və Kəlaməddin neft yataqları Azərpetoyl Türkiyə-Azərbaycan Müştərək Müəssisəsinin balansına verilməsi nəzərdə tutulur. X14 iddiaçıya təqdim etdiyi lektrik quraşdırıcısı peşəsində əmək funksiyaları barədə akt və işlədiyi ştat cədvəlinin təsdiq olunmuş surətindən, həmçinin, X3 adından aydın görünür ki, sexin adında nəzərdə tutulan avtomatlaşdırma işləri üzrə avtomatlaşdırma çilingəri vəzifəsi nəzərdə tutulmayıb. Əgər cavabdeh iddiaçının çalışdığı vəzifənin bu sahəyə aid olmasını qəbul etmirsə, onda onun fikrincə, görəsən, X2 bilavasitə avtomatlaşdırma işlərini kimin yerinə yetirir? Cavabdehə veriləcək digər bir sual da odur ki, əgər işəgötürənin təqdim etdiyi güzəştli iş stajı barədə arayışı və həmin arayışın məntiqi davamı olan əmək funksiyalarının nədən ibarət olmasını göstərən akta əhəmiyyət verməyəcəkdinsə, pensiya təyinatı üçün tələb edilən sənədlər siyahısında niyə güzəştli arayış nəzərdə tutulur? İşçinin hansı əmək funksiyalarını yerinə yetirdiyini işəgötürən təyin edir ya cavabdeh öz fərziyyəsinə, yaxud əmək kitabçasında aparılmış qeydlərə əsasən bunu müəyyən edir? Məntiqi çıxarış odur ki, neft hasilatında məşğul olan hər bir idarə neft hasilatını həyata keçirmək üçün hər bir idarənin görməli olduğu işləri yerinə yetirməyə məcburdur, lakin bu işləri həyata keçirmək üçün həmin idarə özünün istehsal həcminə, gəlirlərinə görə ştat işçilərini müəyyən həddə saxlayır. Bu zaman həmin idarə neft hasilatında qaçılmaz olan işləri yerinə yetirilməsi üçün ayrıca ştat vahidi saxlamadan, müəyyən işlərin görülməsini digər işçilərinin əmək funksiyalarına daxil edir. İddiaçıyla da eyni hal baş vermişdir, belə ki, işəgötürənin verdiyi əmək funksiyaları barədə aktda qeyd edilən əmək funksiyaları 2 saylı siyahı üzrə şifrəsi 2130200a—18494 olan mədənlərdə tərkibində kükürdlü hidrogen olan (T.5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinin əmək funksiyaları ilə eynilik təşkil edir. X26 X1 Sexində elektrik quraşdırıcısı vəzifəsi ilə yanaşı, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsi olsaydı, cavabdehin iradı ilə razılaşmaq olardı. Lakin həmin ştat cədvəlində nəzarət-ölçü cihazları üzrə çilingərlər vəzifəsi vardır, avtomatika üzrə çilingər vəzifəsi isə nəzərdə tutulmayıb! Belə isə, onda sexin adındakı Avtomatlaşdırılma işlərinin, başqa sözlə, avtomatika üzrə çilingərlərin əmək funksiyalarının elektrik quraşdırıcılarının əmək funksiyasına daxil edilməsi həm də ona görə məntiqlidir ki, işçinin həm avtomatlaşdırma işləri üzrə avadanlıqların quraşdırması, eləcə də həmin avadanlıqların təmiri və xidməti işlərini yerinə yetirməsi nəzərdə tutulsun. Məhz buna görə də işəgötürən bu məqamları nəzərə alaraq, əmək funksiyaları barədə akt tərtib etmiş, güzəştli arayışda isə, işlədiyi vəzifənin 2 saylı siyahı üzrə şifrəsi 2130200a – 18494 olan mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1.5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinin əmək funksiyaları ilə eynilik təşkil etdiyini vurğulamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38 maddəsinə, 149-cu maddəsinin Vİİ hissəsinə, İPM-in 14.3, 73.1, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1, 9.8-ci maddələrinə və digər qanunvericilik normalarına əsaslanaraq, ona (iddiaçıya) 57 yaşdan, yəni xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF X25 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. Cavabdeh DSMF X25 idarəsinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvələr güvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-cı abzasının "a" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 il həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın (AR ƏƏSM Nazirliyinin Kolleqiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmişdir) 3.2-ci bəndində göstərilmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İddiaçı (İddiaçı) tərəfindən təqdim edilmiş əmək kitabçasından göründüyü kimi, o, xx xxxxxx 1988-ci il tarixdən hal-hazıradək “Şirvanneft” NQÇİ-nin X2 elektrik quraşdırıcısı çilingəri peşəsində işləmişdir. Qeyd edilən peşə iddiaçının istinad etdiyi AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda 2130200a-18494 nömrə ilə qeyd edilmiş mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri peşəsindən fərqli sahə və peşədir. Güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Alı Məhkəmənin bir çox gərarlarında da qeyd edilmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir kı, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, X11 iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəmə ərizə təqdim etmiş və iddia tələbindəki “birdəfəlik ödənilməsi” sözlərinin “qüvvədə olan qaydalara uyğun ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X22 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yaranmış zərurətlə əlaqədar olaraq məhkəmə tərəfindən iddiaçı X11 işlədiyi “X28 Limited” Şirkətinin Azəırbaycan Respublikasındakı Filialına aşağıdakı məzmunda sorğu məktubu göndərilmişdir: - İddiaçı cavabdeh DSMF X6rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi» barədə iddia tələbinə dair iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, İddiaçı işlədiyi (çilingər) peşənin “Neft-qaz və ya qaz kondensatının hasilatı” sahəsində “mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər” peşəsinə aid olub-olmaması barədə məlumatın qısa müddət ərzində məhkəməyə yazılı şəkildə təqdim edilməsi xahiş olunur. “X28 Limited” Şirkətinin Azəırbaycan Respublikasındakı Filialının müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış x xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirlmişdir: - “Şirvanneft“ NQÇİ, “Shirvan Oyl” BMMM və “X24 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft mədənlərində hasilatla məşğul olmuşlar, təsis və təşkil olunma qaydaları ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılmışlar. İddiaçı xx xxxxxx 1988-ci il tarixdən hal-hazıradək “Şirvanneft” NQÇİ, “Shirvan Oyl” BMMM və “X24 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında X2 5-ci dərəcəli elektrik quraşdırma çilingəri peşəsində işləyir. X2 işlədiyi bu müddət ərzində İmamverdi Şahbazov 2 saylı Neft və qazçıxarma sexinin avtomatika sahəsinə aid olan elektrik avadanlıqlarının təmiri və onlara xidmətlə məşğul olmuşdur. O, peşəsi ilə əlaqədar olaraq 2 və 3 saylı NQÇS-də neft və tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qaz quyularına gedən telemexanika xətlərində və mədənlərdə quraşdırılmış avtomatik neft və qaz ölçü qurğularında işləmişdir. Sözügedən peşədə işləyən İddiaçı əmək funksiyalarına aşağıdakılar daxildir: 1. NQÇSlərdə yerləşən neft və qaz ölçü qurğularında və mancanaq dəzgahlarında istismarda olan cihaz və avadanlıqların, işlək bloklarının istismarda olan vericilərinin təmiri, tənzimlənməsi, sınanması, quraşdırılması, saxlanması, təhvil verilməsi; 2. Avtomatika üzrə qazın kompleks qurğularının və cihazların hazırlanması, işindəki qüsurların aşkar edilməsi, aradan qaldırılması və təmiri; 3. Təzyiq altında işləyən çənlərdə işləmə qaydalarına riayət edilməsi; 4. Mədəndə olan avtomatik neft və qaz ölçü qurğularında EBM, PBM, DU-6m, Ventil VR-50, VR-100 bloklarında təmir və tənzimləmə işləri, avadanlığın quraşdırılması və sökülməsi ilə məşğul olunması; 5. Partlayış təhlükəli zonalarda (ərazidə) işləmə qaydalarına və xüsusi iş alətlərinin istifadə qaydalarına riayət edilməsi; 6. Qrup ölçmə qurğularında siyirtmələrin və membranlı idarəedici avtomat mexanizmlərin dəyişdirilməsi, ara qatların qoyulması, kipləşdiricinin vurulması; 7. Siqnal, güc kabellərinin ucunun açılması və onların yoxlanılması; 8. Yeraltı və yerüstü kabel sistemlərinin təmiri və mühafizə edilməsi; 9. Avtomatika və telemexanika avadanlıqlarının texniki şərtlərinə əsasən mühafizəsi və yerlə birləşməsinin təmini. Qeyd edilir ki, Kürovdağ yatağında hasil edilən neftin tərkibində hidrogen-sulfıd müxtəlif faiz nisbətində rast gəlinməkdədir. İmamverdi Şahbazovun işlədiyi mədənlərdə (neft yataqlarında) hidrogen-sulfıdin faizi 1,5 faizdən çoxdur. Bu səbəbdən həmin peşədə çalışan işçilərin, o cümlədən İddiaçı əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilir. Bu hal Şirkətdə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilir. Hazırda Şirkətin X3 təsdiq edilmiş ştat cədvəlində “avtomatika üzrə çilingər” peşəsi nəzərdə tutulmamışdır. Həmin peşənin əmək funksiyalarını eyni sexdə “elektrik quraşdırma çilingəri ” həyata keçirir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təsdiq edirik ki, İddiaçı işlədiyi “elektrik quraşdırma çilingəri” peşəsi əmək funksiyalarına və iş şəraitinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.2 (a) bəndində göstərilmiş “mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər ” peşəsinə aiddir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı X19 xx xxxx 1961-ci il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək ümumilikdə 25 ildən çox ümumi iş stajına malikdir. Həmin stajın 12 il 6 aydan artıq hissəsini “nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” peşəsində işləmişdir. O, «Əmək pensiyaları haqqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF X25 İdarəsinə müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan onun işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə sayılmadığını bildirərək, məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçının x xxxxxx 2006-cı il tatixədək 25 ildən ümumi iş stajının olması işin mübahisələdirilən hallarına aid deyil. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR ƏƏSM Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində hazırkı X21 Yusif 12 il 6 aydan çox işlədiyi “Neft-qaz və qaz kondensatının hasilatı sahəsində mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanmasında məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər” peşəsi 2130200a – 18494 kodu ilə nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı X11 əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəvər hesab olunur. Eləcə də, onun 2006-cı ilin yanvar ayının 1-dək 12 il 6 aydan çox müddət işlədiyi peşənin AR Nazirlər Kabinetinin 320 nömrəli xx xxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda “2130200a – 18494” kodla nəzərdə tutulan peşəyə aid olmasına şübhələr də iş üzrə onun işlədiyi müəssisənin izahlı arayışı ilə aradan qalxmış olur. Belə olan halda, iddiaçı X19 x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF X25 İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək X4 57 yaşdan, yəni xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya hüququnun yarandılğı vaxydan pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X25 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 57 yaşdan, yəni xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya hüququnun yarandılğı vaxydan pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X23 Nazirliyi yanında Dövlət X29 X25 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4233/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4233/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver