Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4236/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 21 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, İddiaçı Yuryevicin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “iddiaçının Karalyova (İvanova) Yelena Yevgenyevna ilə 1995- 2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumat əldə etmək üçün sorğu göndərdiyi cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və sözügedən sorğu ilə bağı ona müvafiq uyğun cavabın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Yuryevic cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı onun Karalyova (İvanova) Yelena Yevgenyevna ilə 1995-2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumat əldə etmək üçün sorğu göndərdiyi cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və sözügedən sorğu ilə bağı ona müvafiq uyğun cavabın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx.xx.1979-cu il təvəllüdlü, Bakı şəhərində doğulmuş Karalyova (İvanova) Yelena Yevgenyevna (X5, X6 va ya X7 Korolyova) ilə 1995-2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumatın, nikah rəsmiləşdirildiyi təqdirdə sözügedən nikahın rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət olunmuşdur. Sözügedən sorğu natamam cavablandırılmışdır. Belə ki, verilmiş sorğuya cavab olaraq X1 İddiaçı ilə nikahda olmamasına münasibət bildirilmişdir. Halbuki müvafiq quruma X2 ümumilikdə 2000-2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumatın, nikah rəsmiləşdirildiyi təqdirdə sözügedən nikahın rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi ilə bağlı müraciət olunmuşdur. Odur ki, sözügedən X3 1995- 2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumatın, nikah rəsmiləşdirildiyi təqdirdə sözügedən nikahın rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi zəruridir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti iddiaya dair münasibətini əks etdirən məktubunu onunla əsaslandırmışdır ki, İddiaçı etibarnamə əsasında təmsil edən Vəkil Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə ünvanladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli eyniməzmunlu müraciətlərinə, Xidmətin xx.xx.2022-ci il tarixli 05/2-P-06/15 nömrəli və xx.xx.2022-ci il tarixli 05/2-P-06/15 nömrəli məktubları ilə cavab verilmişdir. Müraciətlə əlaqədar bir daha «Vətəndaşlıq vəziyyəti aktları» Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə daxil edilmiş məlumatlar öyrənilmiş və Y.Karalyovanın (İvanova) nikahı haqqında hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi V.N.Priyev iddia ərizəsinə uyğun məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/2-P- 06/15 nömrəli məktubunda bildirilmişdir ki, “«Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumatlar yoxlanılarkən İddiaçı ilə Y.Karalyovanın (İvanovanın) nikahı barədə məlumat aşkar olunmadı.” İddiaçı əlavə sübut qismində cavabdehə ünvanlanan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciət məktublarının, eibarnamənin, Rusiya Federasiya vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2023-cü il tarixdə məktubu ilə bildirmişdir ki, İddiaçı etibarnamə əsasında təmsil edən Vəkil Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə ünvanladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli eyniməzmunlu müraciətlərinə, Xidmətin xx.xx.2022-ci il tarixli 05/2-P-06/15 nömrəli və xx.xx.2022-ci il tarixli 05/2-P-06/15 nömrəli məktubları ilə cavab verilmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məktubları ilə bildirmişdir ki, “«Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumatlar yoxlanılarkən İddiaçı ilə Y.Karalyovanın nikahı və nikahın pozulması haqqında akt qeydlərinə dair məlumat aşkar edilmədi. Beləliklə, məhkəmə işin faktiki hallarından müəyyən etmişdir ki, iddiaçı hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciət məktublarına cavabdeh tərəfindən 1995-2014-cü illər ərzində nikahda olması haqqında müvafiq cavabın verilmədiyini (natamam verdiyini) bildirərək cavabdehin hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, sözügedən müraciətlərə uyğun cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 3.0-cü maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 3.0.1. müraciət edən şəxs – fiziki və ya hüquqi şəxs; 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət; 3.0.6. müraciətə baxan subyekt – fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları; Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. İddiaçının iddia ərizəsindən görünür ki, o, cavabdeh orqanın verdiyi cavab ilə mahiyyət üzrə kifayətlənməyərək müvafiq uyğun cavabın verilməsini, yəni X5 ilə 1995- 2014-cü illər ərzində nikahda olmasını iddia edərək bu barədə məlumatın, nikah rəsmiləşdirildiyi təqdirdə sözügedən nikahın rəsmiləşdirilməsinə dair sənədlərin təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab verilməsindən imtina edilməyərək onun müraciətləri araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılmış və bu barədə iddiaçıya mövcud məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-ci bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. Həmin Qaydanın 3.1-ci bənfinə əsasən nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.8-ci bəndinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı: 5.8.1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə; 5.8.2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə; 5.8.3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə; 5.8.4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki inzibati iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan mübahisə predmeti olan iddiaçının məktublarına qanunvericiliklə müəyyən olunmuş qaydada baxaraq cavab vermiş, onun tərəfindən iddiaçının müraciətlərinə cavab verilməsi və yaxud uyğun cavab verilməməsi ilə bağlı hüquqlarının pozulmasına yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı Yuryevicin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “iddiaçının Karalyova (İvanova) Yelena Yevgenyevna ilə 1995-2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumat əldə etmək üçün sorğu göndərdiyi cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və sözügedən sorğu ilə bağı ona müvafiq uyğun cavabın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 73, 85.1, 86-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Yuryevicin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “iddiaçının Karalyova (İvanova) Yelena Yevgenyevna ilə 1995-2014-cü illər ərzində nikahda olub-olmaması barədə məlumat əldə etmək üçün sorğu göndərdiyi cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və sözügedən sorğu ilə bağı ona müvafiq uyğun cavabın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4236/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4236/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver