Məhkəmə qərarları › İş №2-1(112)-4237/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4237/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4237/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X25 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, X17 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə “nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 ilə İddiaçı arasında olan xx.xx.2008-ci il tarixli, 101 saylı nikahın pozulması haqqında şəhadətnamənin etibarsız sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X11 ilə 1979-cu ildə nikaha daxil olmuşdur. Əri 17 oktyabr 2021-ci il tarixdə ölmüşdür. Əri öləndən sonra onun sənədlərinin arasından 2008-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş iddiaçı ilə olan nikahının pozulmasına dair şəhadətnamə aşkar olunmuşdur. Həmin vaxta qədər nə iddiaçının, nə uşaqlarının, nə də ki, ərinin qohumlarından heç kimin bundan xəbəri olmamışdır. Sabunçu rayon Qediyyat şöbəsi iddiaçının müraciətinə 29 oktyabr 2021-ci-il tarixli, xx/xx-2594 saylı məktubla cavab verərək, Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2005-ci il tarixli qətnaməsinə əsasən nikahının pozulduğunu bildirmişdir. Sabunçu Rayon Məhkəmsinə müraciət edərək 12 aprel 2005-ci il tarixli qətnamənin surətini tələb etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, X11 ilə iddiaçının arasında nikahın pozulmasına dair mulki iş məhkəmədə qeydə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmış X11 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixli, 101 saylı nikahın pozulması barədə akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 11 mart 2022-ci il tarixli qərardadı ilə, ərizə icraata qəbul edilərək, iddia tələbinin “Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmış X11 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixli, 101 saylı nikahın pozulması barədə akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm” kimi göstərilməsi və X12, X22, X17 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(112)-4237/2022 saylı qərarı ilə, iddia təmin edilərək, Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X11 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli, 101 №-li akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. X3 “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatətlə məhkəməyə müraciət edərək, onun iş üzrə üçüncü şəxs qismində cəlb olunması, Bakı İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(112)-4237/2022 saylı qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, X18 və X11 ilə arasında Cavabdehndə 09. 08.2019-cu ildə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 91 nömrə ilə qeyd edilmişdir. X4 ilə 2019-cu ildə bağlanmasına baxmayaraq, 2017-ci ildən faktiki olaraq ərarvad kimi ünvan 1 ünvanında və ünvan 2şamışlar və ümumi təsərrüfatı birgə idarə etmişlər. Bundan başqa ünvan 3 ünvanında yerləşən 48.8 kv.m qeyri-yaşayış sahəsi onun mərhum əri X11 tərəfindən mağaza kimi icarəyə verilmişdir. Göstərilən əmlaklardan başqa X6 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 9, mənzil 3 onun şəxsi mülkiyyətindədir. Hazırkı iş üzrə iddiaçı X1 rayonu Sərcuvar kəndində qeydiyyatda olmaqla X11 ölənədək orada yaşamışdır. X2 Əlirza Ağakərim oğlu ilə Bakı şəhərində birgə yaşamamışdır, aralarında olan nikahın pozulmasından xəbəri olmuşdur. Hazırda isə X7 belə bir iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi onlar boşandıqdan sonra X6 ölümündən sonra onun miras qalmış əmlaklarını ələ keçirməkdir. Bundan başqa iddiaçı özünün ərizəsində 12 aprel 2005-ci il tarixli Sabunçu rayon məhkəməsinin qətnaməsinə müraciət etsə də, Sabunçu rayon Qeydiyyat şöbəsində onların nikahlarının pozulması üçün əsas 18 aprel 2005-ci il tarixli qətnaməsinin əsas olduğu göstərilmişdir. Yəni iddiaçı səhv olaraq özünün ərizəsində 12 aprel 2005-ci il tarixli Sabunçu rayon məhkəməsinin qətnaməsini qeyd etmişdir. ünvan 4 ünvanında 8 nömrəli mənzil də mərhum əri X6 şəxsi mülkiyyətində olmuş və həmin yaşayış sahəsi onun tərəfindən kirayəyə verilmişdir. Bu göstərilənlərdən başqa, birgə nikah dövründə xx.xx.2020-ci il tarixdə əri X11 tərəfindən TOYOTA RAV-4, dövlət qeydiyyat nömrəsi 90PH124 markalı avtomobil əldə edilmiş və hazırda onun mülkiyyətindədir. Mərhumun ölümündən sonra miras əmlaklarla bağlı tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət olunmuşdur. 6 aydan sonra 19 aprel 2022-ci il tarixdə o, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün noratiat ofisinə müraciət etmiş, burada ona bildirmişlər ki, X13 notariusa müraciət edərək inzibati məhkəmədə işlərinin olduğunu qeyd etmişdir. Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və buradan ona bildirilişdir ki, X13 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun iddiası təmin edilib. Məhkəmədə X13 ilə onun mərhum əri arasında nikahın pozulması barədə mülki işin olmaması məsələsinə gəldikdə isə, bununla bağlı məlumatı olduqdan sonra tərəfindən də Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət olunmuş, ona bildirilmişdir ki, elektron sistem 2015-ci ildə yarandığından 2005-ci ilin qətnamələri sistemə işlənməmişdir. Məhkəmənin 05 may 2022-ci il tarixli qərardadı ilə, X3ın “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(112)-4237/2022 saylı qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və X18 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, üçüncü şəxsin cəlbi barədə vəsatətin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə X11 faktiki nikah münasibətləri daha əvvəl pozulmuşdur. İddiaçı da məlumatlı olmuşdur. İddiaçının qeyd etdiyi kimi son vaxtlara qədər o iddiaçı ilə deyil, üçüncü şəxs X18 ilə yaşamışdır. Ailə Məcəlləsinin tələbinə əsasən tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz. Qeyd edilənlərdən əlavə üçüncü şəxsin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 sentyabr 1979-cu il tarixli, 327007 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə Qafarova (Məmmədova) Hədiyə Eldar qızı arasında nikah 04 sentyabr 1979-cu ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir; 06 iyun 2008-ci il tarixli, 082573 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 iyun 2008-ci il tarixdə, 101 № ilə qeyd edilmişdir; Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı ilə X11 arasında nikahın pozulmasına dair 06 iyun 2008-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin və ya digər sənədlərin surətinin qanunvericiliyə müvafiq qaydada saxlanma müddəti bitdiyindən göndərilməsi mümkün deyildir. Həmin nikahın pozulması Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2005-ci il tarixli qətnaməsinə əsasən qeydə alınmışdır; Cavabdeh iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli imtina məktubunda akt qeydinin ləğvi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir; AZ-İİ seriyalı 334979 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X18 arasında nikah 09 avqust 2019-cu ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş X11 ilə İddiaçı 101 saylı xx.xx.2008-ci il tarixli nikahın pozulması haqqında akt qeydinin surətindən görünür ki, nikahın pozulmasına əsas kimi Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2005ci il tarixli (nömrəsi göstərilməmişdir) qətnaməsi qeyd edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, X11 ilə X9 qarşı və yaxud X7 X8 qarşı nikahın pozulması tələbinə dair mülki iş 2005-ci ilin əlifba göstəricisindən keçmədiyindən qətnamənin təqdim edilməsi mümkün deyildir. İddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 163.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir; 163.2-ci maddəsinə əsasən, bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın: 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər; 5.1-ci bəndinə əsasən, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır; Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikah pozula bilər; 5.2-ci bəndinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən pozula bilər; 5.3-cü bəndinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır: 5.3.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 5.3.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 5.4-cü bəndinə əsasən, bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. 5.5-ci bəndinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri Qeydiyyat şöbəsi və konsulluq idarəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir; 5.6-cı bəndinə əsasən, ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır; 5.7-ci bəndinə əsasən, ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında aktların qeydiyyat kitabında nikahın pozulması barədə akt qeydlərini aparır; 5.8-ci bəndinə əsasən, nikahın pozulmasının dövlət qeydiyyatı: 5.8.1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə; 5.8.2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə; 5.8.3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslə nikahın pozulması haqqında ərarvaddan birinin ərizəsinə; 5.8.4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir. 5.9-cu bəndinə əsasən, məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır: 5.9.1. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. Ər-arvadın yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda, nikah pozulmuş hesab edilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 26-cı bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 28-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 144-cü bəndinə əsasən, birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində məhkəmə (məhkəmə kollegiyası) sədrləri daxil olmuş işlərin (materialların) kargüzarlıq xidmətində nömrə verilməklə, əlifba göstəricisi (16 nömrəli əlavə) və qeydiyyat vərəqəsi tərtib edilməklə dərhal qeydə alınmasını və hakimlər arasında bərabər bölüşdürülməsini təşkil edirlər. Qeydiyyat vərəqələrindəki qeydiyyat nömrəsi eyni şəkildə işin (materialın) üz qabığında, daxil olma ştampında, əlifba göstəricisində və paylama kitabında səliqə ilə yazılmalıdır. Məhkəmə qeyd edir ki, Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X11 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli, 101 №-li akt qeydinin aparılmasına əsas olmuş sənəd qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2005-ci il tarixli qətnaməsinə (qətnamənin nömrəsi qeyd olunmamışdır) istinad olunsa da, həmin qətnamənin, ümumiyyətlə X11 ilə İddiaçı arasında 2005-ci il üzrə hər hansı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, cavabdeh tərəfindən istinad olunan sənədin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə qeyd edir ki, akt qeydinin aparılması üçün hüquqi əsas müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın nikahın pozulması haqqında qeyd aparması qanunsuz olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Məhkəmə üçüncü şəxs X10 dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə vurğulayır ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Hazırkı iddia nə ailə münasibətlərindən, də mülki münasibətlərdən irəli gələn tələb deyil. Bu iddiada Cavabdeh nikahın pozulması haqqında akt qeydinin aparılması ilə bağlı hərəkətləri mübahisələndirilir ki, bu da cavabdehin publik hüquq sahəsində fəaliyyəti ilə əlaqədardır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İnzibati məhkəmə icraatında yalnız İPM-in 38-ci maddəsində iddia müddəti nəzərdə tutulmuşdur ki, o da mübahisələndirmə və məcburetmə haqqında iddiaların verilməsi üçün nəzərdə tutulmuş prosessual məhdudiyyətdir. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan həmin maddə də tətbiq edilə bilməz. Bundan əlavə, iddiaçı ilə X6 faktiki nikah münasibətlərinin daha əvvəl pozulması, bundan iddiaçının məlumatlı olması, son vaxtlara qədər iddiaçı ilə deyil, üçüncü şəxs X18 ilə yaşaması kimi dəlillər hazırkı iş üçün heç bir əhəmiyyət kəsb etmir, aradırılmasına da zərurət yoxdur. Belə ki, qeyd edilənlər inzibati orqanın nikahın pozulması barədə akt qeydini aparmasının əsası kimi yuxarıda şərh olunan qanunvericikdə nəzərdə tutulmamışdır. İnzibati orqanın mübahisələndirilən akt qeydinin aparılmasına əsas məhkəmə qətnaməsi qeyd olunmuşdur ki, onun da mövcuduğu məhkəmə araşdırmasının predmeti olmuşdur. Üçüncü şəxsin “tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.” dəlilərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin müddəa Ailə Məcəlləsində (maddə 24.2) ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ərin (arvadın) gəlib çıxdıqda nikahın bərpası ilə bağlı məsələni tənzimləyir ki, onun da hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Odur ki, iddia təmin еdilməli, Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X11 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli, 101 №-li akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X11 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında xx.xx.2008-ci il tarixli, 101 №-li akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar