Məhkəmə qərarları › İş №2-1(112)-4239/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4239/2023

13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4239/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin N69 saylı 31 oktyabr N0NN-ci il tarixli sərəncamının qanunsuz hesab edilməsi, ləğv edilməsi və hüquqi nəticələrinin aradan qaldırılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı məhkəməyə müraciət edərək “cavabdehin 31 oktyabr N0NN-ci il tarixli N69 saylı sərəncamının qanunsuz hesab edilməsi, ailə üzvləri ilə birlikdə Binəqədi rayon İcra Hakimiyyətində başçının 08 oktyabr N019-cu il tarixli 198 nömrəli sərəncamında göstərildiyi tarixdən mənzil növbəsinin bərpa edilməsi, ehtiyatda olan zabit kimi mənzil növbəmin güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi və N0NN-ci ilin yanvar ayında qanunsuz olaraq dayandırılmış mənzil kirayə haqlarının ödənilməsinin bərpa edilməsi, həmin tarixdən bu günədək ödənilməmiş vəsaitin ödənilməsi və mənzil sahəsi ilə təmin olunanadək mənzil kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi” barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1983-cü il tarixdə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuş, N0 iyun N00N-ci il tarixdən N1 may N011ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə uyğun olaraq (xəstəliyə görə) Müdafiə nazirinin 05 may N011-ci il tarixli 0166 nömrəli əmrinə əsasən Silahlı Qüvvələrin sırasından ehtiyata tərxis edilmişdir. Hazırda ehtiyatda olan zabitdir. N014-cü ildən Bakı şəhəri, Binəqədi rayon hərbi komisarlığında hərbi qeydiyyatdadır. N-ci qrup əlildir. Hazırda 5 nəfər ailə üzvlərilə birlikdə kirayədə yaşayır. Belə ki, hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin edilməmişdir. Buna görə də, N019-cu ildə Bakı şəhərində kirayədə yaşadığı ərazi üzrə, yəni Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək rayon icra hakimiyyətində mənzil növbəsinə götürülməyi və mənzil sahəsi ilə təmin olunanadək mənzil kirayə haqqı ödənilməsini xahiş etmişdir. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyətində onun həmin ərizəsi qeydiyyata alınmış və rayon icra başçısının göstərişinə əsasən təqdim etdiyi sənədlər yoxlanılmış, müvafiq orqanlara sorğular göndərilmiş və aparılmış həmin yoxlamanın nəticəsinə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı 08 oktyabr N019-cu il tarixli 198 nömrəli sərəncamına əsasən o, ehtiyatda olan zabit kimi ailə üzvlərilə birlikdə Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüş, güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilmiş və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının N5 dekabr 1991-ci il tarixli 36 saylı qanununa və «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust N01N-ci il tarixli 174 saylı Qərarına əsasən mənzil sahəsi ilə təmin olunanadək ona mənzil kirayə haqqı ödənilmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin başçısının həmin 198 nömrəli sərəncamı qəbul edildiyi, yəni 08 oktyabr N019-cu il tarixdən bu günədək o, yaşayış sahəsi ilə təmin edilməmişdir. N0N1-ci ilin yanvar ayından isə Binəqədi rayonu icra hakimiyyətinin baş mühasibi tərəfindən ona mənzil kirayə haqqının ödənilməsi qanunsuz olaraq dayandırılmışdır. Bu barədə həmin orqana etdiyi çoxsaylı şikayətləri və xahişlərindən 10 ay sonra ödənilməyən məbləğlər ödənilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən süründürməçiliyə və kobud rəfdara məruz qalmışdır. N0NN-ci ilin yanvar ayından yenə əsassız olaraq ödənişlər dayandırılmışdır. Dayandırılmaya səbəb Qazax rayonu Aslanbəyli kəndində atasına məxsus olan ata yurdundakı evi əsas gətirmişlər. Hansı ki, o ev hazırda yaşayışa tam yararsızdır, təsərrüfat təyinatlı istifadə olunur və atasının adınadır. Bu haqda kənd icra nümayəndəsindən rəsmi sənədlər təqdim etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinə və digər dövlət orqanlarına etdiyi şikayətlərdən qəzəblənərək Binəqədi rayon İcra Hakimiyyətinin başçısı 31 oktyabr N0NN-ci il tarixdə qəsdən və qərəzli olaraq N69 nömrəli Sərəncam imzalamış və həmin qanunsuz Sərəncamla onu mənzil növbəsindən çıxartmış və 08 oktyabr N019-cu il tarixdən ona ödənilmiş kirayə haqqının tərəfindən geri qaytarılmasını tələb etmişdir. Cavabdehin 31 oktyabr N0NN-ci il tarixli N69 nömrəli sərəncamı əsassızdır, qərəzlidir və qanunsuzdur. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.N0N3-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin N69 saylı 31 oktyabr N0NN-ci il tarixli sərəncamının qanunsuz hesab edilməsi, ləğv edilməsi və hüquqi nəticələrinin aradan qaldırılması” kimi dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü İddianın növü mübahisələndirməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.N-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Mübahisələndirilən əmrin (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. İddia məhkəmədə xx.xx.N0NN-ci il tarixdə qaldırılmışdır. İddia mümkündür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar N saylı hərbi hissə komandirinin N fevral N011-ci il tarixli 158 saylı göndərişi əsasında İddiaçı təqdim olunmuş 883 saylı N9 mart N011-ci il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən N009-cu ildən xəstə hesab edilir. Xəstəlik epiqastral nahiyədə ağrı, qıcqırma ilə başlamışdır. Bir neçə dəfə xroniki eroziv qastroduodenitin kəskinləşməsinə görə stasionar müalicə almışdır. N011-ci ilin yanvar ayının axırlarından başlayaraq, epiqastral nahiyədə küt ağrı olmuş, ancaq həkimə müraciət etməmişdir xx.xx.N011-ci il tarixdə epiqastral nahiyədə kəskin «xəncərvarı» ağrı, başgicəllənmə, soyuq tərbasma olduğuna görə Qusar RMX-da laparotomiya mədənin pcrforasıva olunmuş xora dəliyinin tikilməsi cərrahı əməliyyat icra edilmişdir. Yara birincili sağalmış və xx.xx.N011-ci il tarixdə xəstə BKH-ya göndərilərək, təxirəsalınmaz cərrahiyyə bölməsinə qəbul olunmuşdur. Müayinə zamanı xəstədə 1N-barmaq bağırsağın ön-aşağı divarında xora aşkar edilmişdir. Sonrakı müalicə üçün xəstə qastroenterologiya bölməsinə köçürülmüşdür. Aparılan kompleks müalicələr nəticəsində vəziyyəti nisbətən yaxşılaşmış, xora çapıqlaşmışdır Səhhətilə əlaqədar ordu sıralarından tərxis olunması məqsədəuyğun sayılaraq, hərbı hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək üçün BKH-ya göndərilmişdir. xx.xx.N009-xx.xx.N009-cu il tarixlərdə MHKH-da, xx.xx.N011xx.xx.N011-ci il tarixlərdə Qusar RMX-da, xx.xx.N011-ci il tarixdən hal-hazıradək SQ BKHda müayinə və müalicədədir. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Cavabdehin İddiaçı ehtiyatda olan zabit kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi haqqında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 198 saylı 08 oktyabr N019-cu il tarixli sərəncamına əsasən: 1. İddiaçı ailə tərkibi 4 nəfərlə (özü və 3 oğlu) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi; N. İddiaçı ehtiyatda olan zabit olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi; 3. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 saylı qanununa və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N01N-ci il tarixli 174 saylı qərarına əsasən İddiaçı mənzil sahəsi ilə təmin olunanadək mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır. Cavabdehin İddiaçı mənzil növbəsindən çıxarılması barədə N69 saylı 31 oktyabr N0NN-ci il tarixli sərəncamına əsasən X3 mənzil növbəsindən çıxarılması və müvəqqəti mənzil kirayə xərci kimi xx.xx.N019-cu il tarixdən ödənilmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmasının İddiaçı həvalə edilməsi qərara alınmışdır. AZ-İİ seriyalı N4N57N saylı nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X4 15 fevral N007-ci il tarixdə nikaha daxil olmuşlar. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********11 saylı N9 aprel N0NN-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı adına Qazax rayonu, Aslanbəyli kəndində yerləşən 0.64 ha (paylı) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-474A KOD 50100018 nömrəli xx.xx.N005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir, sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi tpaylı) xx.xx.N0N1-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Qazax rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 4Ə-N34 reyestr nömrəli xx.xx.N0NN-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.N0NN-ci il tarixdə özgəninkiləşdirilmışdir. İddiaçı adına Qazax rayonu, Aslanbəyli kəndində yerləşən 1.47 ha (paylı) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-488 KOD 50100018 nömrəli xx.xx.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir, lakin Qazax rayon DNK-nın 4Ə- 03-N7N reyestr nömrəli xx.xx.N011-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.N0N1-ci il tarixdə özgəninkiləşdirilmişdir. İddiaçı adına respublikanın digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş X11 və İddiaçı arasında bağlanmış 0N sentyabr N019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən ünvan N ünvanında yerləşən, yaşayış sahəsi 30,14 kv.m olan 0N otaqlı mənzil İddiaçı kirayəyə verilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı təqdim olunmuş **********5N saylı 17 iyul N019-cu il tarixli arayışa əsasən Azərbaycan Respublikası üzrə İddiaçı adına milli qeydiyyat sistemində Qazax rayonu, Aslanbəyli kəndində kənd təsərrüfatı təyinatlı 1,47 ha və 0,64 ha torpaq sahələri mülkiyyəti olaraq qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən İddiaçı təqdim olunmuş A-694 saylı 04 sentyabr N019-cu il tarixli arayışa əsasən Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində ona və yoldaşı X1 adına hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən İddiaçı və XN təqdim olunmuş 01- 01/A-1N03 saylı 03 sentyabr N019-cu il tarixli arayışa əsasən həqiqətən Xocəsən bələdiyyəsi tərəfindən onların mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış **********56N saylı 19 avqust N0NN-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı (xx.xx.198N-ci il təvəllüdlü) adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış **********0N saylı 13 oktyabr N0NN-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.N0NN-ci il tarixli 0N/1N-11-3N/360 nömrəli müraciətinə cavab olaraq xx.xx.N0NN-ci il tarixli **********56N nömrəli məktubda xx.xx.198N-ci il təvəllüdlü İddiaçı adına daşınmaz əmlak olmadığı qeyd edilmişdir. xx.xx.N0NN-ci il tarixli **********11 nömrəli məktubda xx.xx.1983-cü il təvəllüdlü İddiaçı adına olan daşınmaz əmlaklar barədə məlumat verilmişdir. IV. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.N. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.N. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.N. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 1N-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust N01N-ci il tarixli 174 nömrəli Qərarından:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.N. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. N. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında N01N-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.N. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, N01N-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı N7.5.N010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun N.N-ci maddəsinə əsasən, Normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 3N-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. İnzibati icraat haqqında qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X8 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; N) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il N1 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X10 şikayəti üzrə N017-ci il N6 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1N-ci maddəsinin N və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust N01N-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul N0NN-ci il tarixli Qərardadında göstərilmişdir ki, ... ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Hazırkı işin hallarına görə iddiaçı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 198 saylı 08 oktyabr N019-cu il tarixli sərəncamına əsasən: 1. İddiaçı ailə tərkibi 4 nəfərlə (özü və 3 oğlu) ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi; N. İddiaçı ehtiyatda olan zabit olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi; 3. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 saylı qanununa və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N01N-ci il tarixli 174 saylı qərarına əsasən İddiaçı mənzil sahəsi ilə təmin olunanadək mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır. Daha sonra cavabdehin İddiaçı mənzil növbəsindən çıxarılması barədə N69 saylı 31 oktyabr N0NN-ci il tarixli sərəncamına əsasən X3 mənzil növbəsindən çıxarılması və müvəqqəti mənzil kirayə xərci kimi xx.xx.N019-cu il tarixdən ödənilmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmasının İddiaçı həvalə edilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış **********0N saylı 13 oktyabr N0NN-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.N0NN-ci il tarixli 0N/1N-11-3N/360 nömrəli müraciətinə cavab olaraq xx.xx.N0NN-ci il tarixli **********56N nömrəli məktubda xx.xx.198N-ci il təvəllüdlü İddiaçı adına daşınmaz əmlak olmadığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının mənzil növbəsindən çıxarılması üçün qanuni əsaslar mövcud olmamış, bununla belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmadan, iddiaçıya münasibətdə əlverişli olan inzibati akt ləğv edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin “Vətəndaş İddiaçı mənzil növbəsindən çıxarılması barədə” N69 saylı, 31 oktyabr N0NN-ci il tarixli sərəncamı qanunsuz hesab edilərək ləğv edilməli və onun hüquqi nəticələrinin aradan qaldırılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N.N.1, 13, 5N, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının N69 saylı, 31 oktyabr N0NNci il tarixli sərəncamı qanunsuz hesab edilərək ləğv edilsin və hüquqi nəticələrinin aradan qaldırılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar