Məhkəmə qərarları › İş №2-1(112)-424/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-424/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-424/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 20N9-cu il 9 iyul tarixli N632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20N9-cu il N9 iyul tarixli N325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.N969-cu il təvəllüdlü İddiaçı N992-ci ildə Zəngilan rayon hərbi komisarlığının çağırışına əsasən Qarabağ müharibəsində iştirak üçün döyüş bölgəsinə göndərilmiş, Zəngilan rayonun müdafiəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv idarəsinə sorğu ilə müraciət edərək, xx.xx.20N7-ci il tarixli 9/2-N5008 nömrəli arxiv arayışını əldə etmişdir. Həmin arayışda qeyd edilir ki, iddiaçı N nömrəli hərbi hissənin komandirinin xx xxxxxx N992-ci il tarixli 26 nömrəli əmri ilə N-ci taborun şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilmişdir. Arayışda, həmçinin, göstərilir ki, N nömrəli hərbi hissə komandirinin sentyabr-oktyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində onun hərbi hissəsinin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli, 9/2-NN343 nömrəli arxiv arayışına əsəsən iddiaçının N nömrəli hərbi hissənin komandirinin xx xxxxxx N992-ci il tarixli 26 nömrəli əmri ilə N-ci taborun şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilmiş və N nömrəli hərbi hissənin xx.xx.N-xx.xx.Ncü il tarixli pul paylama cədvəlləri qovluğunda avqust ayında N-cü il tarixində pul təminatı ilə təmin olunmağı barədə məlumat aşkar olunmuşdur. Bildirilir ki, N-cü ilin sentyabr, oktyabr, noyabr aylarıında da pul paylama cədvəlində qeyd olunmuş, lakin müharibə vəziyyəti şərtləndiyinə görə həmin tarixlərdə iddiaçının öz imzasını atmağı mümkün olmamışdır. Bundan əlavə olaraq qeyd edilir ki, Füzuli Hərbi Prokurorluğun xx.xx.20N7-ci il tarixli N7/6N25 nömrəli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinə ünvanladığı məktubdan görünür ki, Füzüli hərbi prokurorluğunda hərbi qulluqçuların N nömrəli hərbi hissədən kütləvi fərarilik etməsi faktı ilə bağlı 37733 nömrəli cinayət işi üzrə istintaq aparılmışdır və iddiaçının adı həmin iş üzrə N nömrəli hərbi hissədən təqdim olunmuş şəxsi heyətinin siyahısında göstərilsə də, onun barəsində Füzuli Hərbi prokurorluğunda araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır. Bu məktubdan görünür ki, həqiqətən də, iddiaçı N nömrəli hərbi hissədə şəxsi heyətinin siyahısına alınmış və barəsində heç vaxt fərariliklə bağlı araşdırma aparılmamışdır. Çünki o, heç vaxt müharibə zonalarını özbaşına tərk etməmişdir. Bundan əlavə olaraq H354N2274 nömrəli hərbi biletində olan qeydlərdən aşkar olunur ki, həqiqətən də, o, Qarabağ müharibəsində iştirak etmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli l/M-N3776 nömrəli qərarı tamamilə qanunsuz və əsasızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.20N9-cu il tarixli, NN/5738 saylı yazılı etirazında göstərilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçının hərbi biletində N nömrəli hərbi hissənin tərkibində Qarabağ döyüşlərində iştirak etməsi ilə əlaqədar etiraz edilir. Hesab edilir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olması barədə məlumat olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazır-lıq icraatında işin halları və müba--hi-sə-nin vəziy-yə-ti müzakirə edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq proses-sual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia-çı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmə-si-nə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məh-kəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlu-mat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddə-sinə əsasən inzibati orqanın üzərinə inzi-bati aktın qəbul edil-məsi ilə bağlı müvafiq öhdəliyin qoyul--ma---sı-na dair iddialara və ya inzi-bati orqanın hərə-kət-sizliyindən müdafiəyə dair iddia-lara (məc­bur­­etmə haqqında iddia) inzi-bati məhkəmə icra-atı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqın-da iddia vasi--təsi ilə id-dia-çı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoy--mağı məh-kəmə-dən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti MKTB-nin N4 saylı MKİS tərəfindən verilmiş 429 saylı, xx.xx.20N9-cu il tarixli aryışından aydın olur ki, İddiaçı A.Səhhət küçəsi, 5N saylı mənzildə qeydiyyatdadır, Zəngilan rayonundan məcburi köçkündür; - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 0N2-4394-N220 saylı məktubda göstərilmişdir ki, xx.xx.N969-cu ildə Zəngilan rayonunda doğulmuş İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur; - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı barəsində Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir; - Füzuli rayon hərbi prokurorluğunun xx.xx.20N7-ci il tarixli N7/6N25 saylı məktubunda göstərilmişdir ki, Füzuli hərbi prokurorluğunda hərbi qulluqçuların N №-li hərbi hissədən kütləvi fərarilik etməsi faktı ilə tağlı 37733 №-li cinayət işi üzrə istintaq aparılmışdır. İddiaçı adı həmin iş üzrə N nömrəli hərbi hissədən təqdim edilmiş şəxsi heyətin siyahısında göstərilsə də, onun barəsində Füzuli hərbi prokurorluğunda araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır; - Zəngilan rayon hərbi komissarı tərəfindən verilmiş xx.xx.N996-cı il tarixli 5N6 saylı arayışın notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı ailə vəziyyətinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xidmətə çağırılmamışdır; - Müdafiə Nazirliyinin İşlər X2 xx.xx.20N9-cu il tarixli 9/2-NN343 saylı arayışında aşağıdakılar göstərilmişdir: “həqiqi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 26 №-li əmrilə (əsas: səh.-48, §N3, sıra-2) N-ci taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, pulemyotçu vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin xx.xx.N-xx.xx.N-cü il tarixli pul paylama cədvəlləri qovluğunda (əsas: iş №-4, səh.-N72, sıra-27; qeyd: məlumatda atasının adı yazılmamışdır) N969-cu il təvəllüdlü, İ taborun İİ bölüyünün qumbaraatanı, sıravi İddiaçı avqust N-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N №-li hərbi hissənin xx xxxxxx N-cü il tarixli pul paylama cədvəlləri qovluğunda (əsas: iş №-5, səh.-N28, sıra-27; qeyd: məlumatda atasının adı yazılmamışdır) N969-cu il təvəllüdlü, İ taborun İİ bölüyünün qumbaraatanı, sıravi İddiaçı sentyabr N-cü il tarixdə adı qeyd olunmuş, lakin məvacib alması barədə imza qoyulmamışdır. N №-li hərbi hissənin xx xxxxxx N-cü il tarixli pul paylama cədvəlləri qovluğunda (əsas: iş №-5, səh.- N2N, sıra-27; qeyd: məlumatda atasının adı yazılmamışdır) N969-cu il təvəllüdlü, İ taborun İİ bölüyünün qumbaraatanı, sıravi İddiaçı oktyabr N-cü il tarixdə adı qeyd olunmuş, lakin məvacib alması barədə imza qoyulmamışdır. N №-li hərbi hissənin xx xxxxxx N-cü il tarixli pul paylama cədvəlləri qovluğunda (əsas: iş №-5, səh.-N26, sıra-27; qeyd: məlumatda atasının adı yazılmamışdır) N969-cu il təvəllüdlü, İ taborun İİ bölüyünün qumbaraatanı, sıravi İddiaçı noyabr N-cü il tarixdə adı qeyd olunmuş, lakin məvacib alması barədə imza qoyulmamışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır”; - Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli 9/2- N5008 saylı arxiv arayışından məlum olur ki, hərbi komissarlıqdan göndərişlə gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 26 №-li əmrilə (əsas: §-N3, səh-48, sıra-2) N-ci taborun şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq pulemyotçu vəzifəsinə təyin edilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin sentyabr - oktyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. - iddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, xx.xx.N969-cu il təvəllüdlü İddiaçı Azərbaycan SSR Zəngilan RHK-nın çağırış komissiyası tərəfindən nizami hərbi xidmətə yararlı hesab edilərək, həqiqi hərbi xidmətə çağırılmışdır və xx.xx.N987-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.N987-ci ildə N saylı hərbi hissədə hərbi and içmişdir. SSRİ MN-nin xx.xx.N989-cu il tarixli NN7 saylı əmrinə əsasən ehtiyata buraxılmış və Azərbaycan SSR Zəngilan RHK-na göndərilib. xx.xx.N987-ci il tarixli N35 saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.N987-ci ildə N27 saylı əmrə əsasən həmin hərbi hissənin siyahısından çıxarılmış, N4.07. N98N-ci il tarixli N28 nömrəli əmrə əsasən 633N4 saylı hərbi hissənin siyahısına daxil edilmiş, N50 saylı xx.xx.N987-ci il tarixli həmin hərbi hissənin siyahısından çıxarılmış, xx.xx.N987-ci il tarixli N62 saylı əmrə əsasən N saylı hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.N989-cu il tarixli N26 nömrəli əmrlə həmin hərbi hissənin siyahısından çıxarılmışdır. N saylı hərbi hissənin komandirinin xx.xx.N987-ci il tarixli N27 saylı əmrinə əsasən ona “sıravi” hərbi rütbəsi verilmişdir. - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.20N9-cu il N/M-N3776 saylı məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-NN343 nömrəli arayışına əsasən sentyabr N-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir; - Müdafiə Nazirliyinin İşlər İdarəsinin iddiaçıya ünvanlanmış 9/2-26NN saylı, xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, onun N №-li hərbi hissə komandirinin sentyabr - oktyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və onun sentyabr N-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığı üçün ona “Müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edildiyi halda yuxarıda qeyd edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, həqiqi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 26 №-li əmrilə N-ci taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, pulemyotçu vəzifəsinə təyin olunması işin mübahisələndirilməyən halıdır. Lakin iddiaçının həmin hərbi hissədən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat aşkar edilməmiş, bununla bağlı nizami hissə üzrə əmr və arxiv arayışı, habelə ona müharibə veteranı statusunun verilməsi üçün qanunvericiliklə tələb edilən digər sübutlardan hər hansı təqdim edilməmişdir. Əsasnamənin yuxarıda qeyd edilən müvafiq maddəsi imperativ qaydada müəyyən edir ki, müharibə veteranı statusu və vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq komissiyalar tərəfindən verilir. Lakin iş materiallarında iddiaçının sonuncu xidmət keçdiyi və ya qulluq etdiyi yerdən ehtiyata buraxılması barədə məlumat aşkar edilmir. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540­cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar