Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-424/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı qəzalı mənzilin sökülərək yenidən tikilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı fərdi yaşayış evinin qəzalı olması barədə rəy verilməsinin və qəzalı mənzilin sökülərək yenidən tikilməsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 fevral 2019-cu il tarixində Şamaxı rayonunda baş vermiş güclü zəlzələ nəticəsində rayon ərazisində bir çox mənzillərdə ciddi fəsadlar yaranmışdır. Məlum zəlzələ nəticəsində zərər çəkmiş mənzillərdən biri də ünvan 1 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evi olmuşdur. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayonunda Komissiyası təşkil olunaraq, zərərçəkmiş mənzillərin qeydiyyata alınması və texniki vəziyyətinin araşdırılması işləri aparılmışdır. 06 fevral 2019-cu il tarixində ona məxsus fərdi yaşayış evinin zəlzələ nəticəsində ciddi zərər çəkməsi və mənzildə bir çox ciddi fəsadların yaranması barədə Fövqəladə Hallar Nazirliyinin Komissiyasına müraciət edərək mənzilini qeydiyyatdan keçirmişdir. Müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən ona məxsus fərdi yaşayış evinə bir neçə dəfə baxış keçirilsədə hər hansı bir texniki qiymətləndirilmə aparılmamış və zəlzələnin fəsadlarının aradan qaldırılması üçün də müvafiq qaydada hər hansı bir köməklik də göstərilməmişdir. Ona məxsus fərdi yaşayış evinin faktiki olaraq qəzalı vəziyyətdə olduğundan, mənzilin qəzalı vəziyyətinə uyğun texniki qiymət verilərək müvafiq köməkliyin göstərilməsi barədə Fövqəladə Hallar Nazirliyinə etdiyi çoxsaylı müraciətləriə baxılmamış və ümumiyyətlə müraciətlərinə hər hansı bir cavab da verilməmişdir. Sonuncu 23 avqust 2020-ci il tarixli müraciətinə Fövqəladə Hallar Nazirliyinin, Tikintidə X3 Agentliyi tərəfindən 16 sentyabr 2020-ci il tarixli cavab məktubunda ona məxsus fərdi yaşayış evinə həmin təşkilatın mütəxəssisləri tərəfindən baxış keçirilərək texniki vəziyyəti barədə müvafiq akt tərtib olunaraq, mənzilinin bərpaya ehtiyacı olan mənzillərin siyahısına əlavə olunduğu və bərpa işlərinə etiraz etdiyindən bəpa işlərinin müvəqqəti dayandırıldığı bildirilmişdir. İşin faktiki hallarından (mənzilin fotoşəkilləri ərizəyə əlavə olunmuşdur) görünmüşdür ki, fərdi yaşayış evində zəlzələ nəticəsində genişmiqyaslı çatlar əmələ gəldiyindən, evin texniki qiymətləndirilməsinin düzgün aparılmaması və ümumiyyətlə bərpa işlərinin evin faktiki vəziyyətində mümkünsüzlüyünü müəyyən etmək olur. İşin faktiki hallarından da görünmüşdür ki, zəlzənənin nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Dövlət büdcəsindən maliyyə yardımı ayrılması məqsədilə bir neçə sərəncamlar qəbul olunaraq, aidiyyatı Dövlət orqanlarına müvafiq göstərişlər verilməsinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə baxış zamanı qərəzli yanaşılmış, evin faktiki vəziyyətinə uyğun texniki qiymət verilməyərək, zəlzənin fəsadlarının aradan qaldırlması üçün də heç bir iş görməmişlər. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, 2019-cu ilin fevral ayının 5-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox yaşayış evlərə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdir. Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tikintidə X3 Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. İddiaçıya məxsus ev yerli icra hakimiyyəti orqanları tərəfindən siyahıya təqdim edilmiş, Agentliyin mütəxəssisləri tərəfindən həmin evə baxış keçirmiş və akt tərtib olunmuşdur. Həmin akta əsasən ev bərpa olunanlar siyahısına əlavə edilmişdir. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara məxsus evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir. Qeyd olunanları nəzərə alaraq iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan inzibati mübahisəyə həmin əmlakın aid olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisə ünvan 1 ünvanda yerləşən fərd yaşayış evinə dair hüquq münasibəti ilə əlaqədardır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 4 №-li, xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi» barədə Əlavəyə əsasən Şamaxı şəhəri Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı işə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 inzibati işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, o məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsni xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iş üzrə ərazi aidiyyətinin müəyyənləşdirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı qəzalı mənzilin sökülərək yenidən tikilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-424/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-424/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver