Məhkəmə qərarları › İş №2-1(112)-4242/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4242/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4242/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi- X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müavinatın ödənilməsi tələbinə dair inzibati işə məhkəmə binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarı əsasında təyin olunmuş əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərarın icrasının icraya yönəldiyi tarixdən hesablanaraq, Azərbaycan Respublikası tərəfindən verilmiş seriya QV ******* nömrəli Qaçqın vəsiqəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 01 dekabr 2020-ci il tarixdə, **********1 nömrəli cavab məktubu nəzərə alınaraq, üçüncü dərəcəli əlilliyə görə müavinətin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əlillik dərəcəsinin verilməsi öhdəliyinin qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(81)1658/2019 saylı, 09.12.2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. 2-1(81)1658/2019 saylı, 09.12.2019-cu il tarixli qərar qanuni qüvvəyə minmişdir. Tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ərizə göndərilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)1658/2019 saylı, 09.12.2019-cu il tarixli qərarın icrasını təmin etməyini xahiş etmişdir, lakin ərizəyə heç bir cavab verilməmişdir və qərarın icrası təmin edilməmişdir. Dəfələrlə tərəfindən onlayn müraciətlər olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 01 dekabr 2020-ci il tarixdə, **********1 nömrəli cavab məktubunda bildirilmişdir ki, əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq tibb müəssisəsinin sonuncu göndərişi əsasında iştirakı olmadan Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemi vasitəsi ilə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yenidən qiymətləndirilmiş və ona 04.02.2020-ci il tarixdən "ümumi xəstəlik" səbəbindən 5 il müddətinə üçüncü darəcə əlillik təyin edilmişdir. 03 dekabr 2020-ci il tarixdə müraciətinə əsasən elektron cavab verilərək, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və müraciətin cavabı 050 *** ** ** telefon nömrəsinə zəng edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı olmadığından şəxsiyyət vəsiqəsi olmadığı üçün ona sosial müavinət düşmür. Eyni məsələni ona Dost Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən təkrar bildirilmişdir və tərəfindən göndərilmiş ərizəyə cavab olaraq şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək yenidən şəxsiyyət vəsiqəsi ilə müraciət etməli olduğunu bildirmişlər. Azərbaycan Respublikası tərəfindən seriya QV ******* nömrəli Qaçqın vəsiqəsi verilmişdir və bunun əsasında qanuni məhkəmə qərarı çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 12 fevral 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. 07 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında İddiaçı əlilliklə əlaqədar müavinatın ödənilməsi üçün tapşırıq vərəqələrinin hazırlanaraq, plastik kartın hazırlanması üçün qanunla müəyyən olunmuş qaydada “xxxx” ASC-yə sifariş verildiyini bildirmiş və qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iş üzrə icraata İPM-nin 67-ci maddəsinə əsasən xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı 01 dekabr 2020-ci il tarixli **********1 №-li məktubundan müəyyən olunur ki, sonuncunun müraciətinə aiddiyyəti üzrə baxılaraq, bildirilmişdir ki, əlillik vəziyyətinin Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq tibb müəssisəsinin sonuncu göndərişi əsasında onun iştirakı olmadan Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yenidən qiymətləndirilmiş və 04.02.2020-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 5.4-cü bəndində göstərilmişdir ki, mühasibat uçotu sektorunun məsləhətçisi tərəfindən müavinət işi üzrə şəxsi hesab (4 nömrəli əlavə) açılır, bank və ya poçt müəssisəsinə müavinət, təqaüd və kompensasiya ödəmək üçün tapşırıq vərəqələri (5 nömrəli əlavə) hazırlanır və şöbənin direktoru tərəfindən təsdiq edildikdən sonra bank və ya poçt müəssisəsinə göndərilir. Ödəniş plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirildikdə isə bank müəssisəsinə plastik kartın hazırlanması üçün sifariş verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 07 iyun 2021-ci il tarixli **********6 №li ərizədə göstərilmişdir ki, DSMF-nin Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən 26 fevral 2021-ci il tarixli, **********89 nömrəli məktub ilə “xxxx” ASC-yə ünvanlanmış məktuba əsasən İddiaçı (iş № 951680) yeni plastik kart sifariş edilmişdir. İddiaçı “xxxx” ASC-dən plastik kartı əldə etmişdir. Qeyd olunan mübahisə üzrə cavabdehə münasibətdə hər hansı mübahisə predmeti olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin müvafiq sorğusuna əsasən “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış 06 iyul 2021-ci il tarixli 157000/2-3368 №li məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının sifarişi əsasında İddiaçı adına plastik kart hazırlanaraq, 05.07.2021-ci il tarixdə sonuncuya təqdim olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin mahiyyəti üzrə tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı müavinatın ödənilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar