Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4244/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, döngə 9, ev 6A) cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın yenidən hesablanmasında yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı «iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın onun xx xxxxxx 2009-cu il tarixədək çalışdığı vəzifənin bu günkü orta aylıq əmək haqqının 85 faizi məbləğində təyin edilməsi, 50 faiz məbləğində əlavənin hesablanması, həmin tarixdən pensiyanın yenidən hesablanmasında yaranmış fərq məbləğinin (əlilliyə görə pensiya kimi ödənilmiş məbləğ çıxılmaqla) ödənilməsi, pensiyanın növünün dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxx 1960-cı il tarixdə doğulmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin “coğrafiya” fakultəsini bitirmişdir. xx xxxxxx 1976-cı il tarixdən xx xxxxxx 1978-ci il tarixədək Azərbaycan SSR Bədii fondunda müxtəlif vəsifələrdə çalışmış, xx xxxxxx 1978-ci il tarixdən x xxxxxx 1981-ci il tarixədək ordu sıralarında hərbi xidmətdə olmuş, xx xxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək Bakı Avtomobil və Taksi Parkında sürücü vəzifəsində, x xxxxxx 1984-cü il tarixdən xx xxxxxx 2006-cı il tarixədək “Xəzərdənizneftqaz” Tikinti Trestində sürücü və kran maşinisti vəzifələrində işləmişdir. xx xxxxxx 2006-cı il tarixdən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (4 saylı X1) sürücü işləyir. O, 1987-ci ilin may – iyul aylarında Ukrayna Respublikasında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş və xx xxxxxx 2007-ci il tarixdən İİ qrup əlildir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası xx xxxxxxxx 1992-ci il tarixli (x xxxx 2006-cı il tarixədə qüvvədə olan) Qanununun 13-cü maddəsinin “c” bəndində göstərilir ki, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında kömək etmiş kişilər – 50 yaşına çatdıqda və ümumi iş stajı 20 il olduqda, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. “«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqust ayının 1dən başlayaraq, 2000-ci ilin avqust ayının 1-dək hər il altı ay artırılır. Yəni sadalanan maddələrlə yanaşı həmin Qanunun 13-cü maddəsinin “c” bəndində nəzərdə tutulmuş 50 yaş 52 yaş çatdırılmışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17, 21-ci maddələrinin, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixli 904-İİİQD nömrəli Qanununun müddəalarından və onun 2007-ci ilin 25 yanvar tarixindən Çernobıl iştirakçısı kimi ikinci qrup əlil kimi əlilliyə görə pensiya almasından belə nəticə əldə olunur ki, onun həm də yaşa görə pensiya almaq hüququ vardır. Belə ki, xx xxxxxx 1976-cı il tarixdən x xxxxxx 2020-cu il tarixədək (həmin vaxtdan sonra artıq yaşa görə pensiya təyin edilərkən orta aylıq əmək haqqına istinad edilmir) 34 il əmək stajı var. x xxxxxx 2006-cı il tarixədək isə 30 il stajı olmuşdur. Yəni onun Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxs kimi tələb olunan iş stajında (20 il iş stajı) 14 il artıq, xx xxxx 2012-ci il tarixədək yəni 52 yaşı tamam olan vaxta kimi isə 16 il 6 ay artıq iş stajı vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə bu orta aylıq əmək haqqının 85 faizindən çox ola bilmədiyi üçün ona təyin ediləcək yaşa görə pensiyanın miqdarı xx xxxxxx 2009-cu il tarixdə çalışdığı sürücü vəzifəsinin bu günkü orta aylıq əmək haqqının 85 faizi məbləğində olmalı, bundan başqa həmin məbləğə həm də yaşa görə minimum pensiyanın 50 faizi məbləğində əlavə hesablanmalı və ona ya.a görə əmək pensiyası 52 yaşı tamam olduğu vaxtdan hesablanmaqla ödənilməidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 13-cü maddələrinə, İPM-in 2, 33, 38, 73-cü maddələrinə əsaslanaraq, ona (iddiaçıya) 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın onun xx xxxxxx 2009-cu il tarixədək çalışdığı vəzifənin bu günkü orta aylıq əmək haqqının 85 faizi məbləğində təyin edilməsi, 50 faiz məbləğində əlavənin hesablanması, həmin tarixdən yaranmış fərq məbləğinin (əlilliyə görə pensiya kimi ödənilmiş məbləğ çıxılmaqla) ödənilməsi, pensiyanın növünün dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin x xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi DSMF X6 İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh DSMF-nin X6 İdarəsini təmsil edən qurumunun iddia ilə bağlı məhkəməyə ünvanlanmış x xxxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Hesab olunur ki, İddiaçı iddiası tam əsassız və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixədək Qanunun 9-cu maddəssində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iddia etdiyi məsələ ilə bağlı yuxarıda göstərilənləri nəzərə alaraq bildirilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində Çernobıl AES-in qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və onlara bərabər tutulanlara dair güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Mərkəz filialı tərəfindən verilən güzəştli şərtlərlə əmək pensiyası təyinatından imtina haqqında qərar qanunauyğun və əsaslı hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “iddiaçının pensiyasının çalışdığı sonuncu vəzifənin bu günkü orta aylıq əmək haqqı nəzərə alınmaqla və müvafiq əlavə ilə hesablanması, yaranmış fərq məbləğinin xx xxxx 2012-ci il tarixdən müraciət ediləndən üç il əvvəlki vaxtadək olan dövrə aid hissəsinin ödənilməsi, pensiyanın növünün dəyişdirilməsi” hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsində göstərilənləri təsdiq etdi və iddianın təmin olunmasını xahş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahaat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin maddənin 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə əsasənm axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitnə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılıar malikdir: - a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; v) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlar: kişilər – 50 yaşına çatdıqda və ümumi iş stajı azı 10 il olduqda, qadınlar – 45 yaşına çatdıqda və ümumi iş stajı azı 10 il olduqda. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı xx xxxx 1960-cı il tarixdə doğulmuşdur, əlildir və ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O, 1978 – 1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1987-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş və müxtəlif müəssisə, təşkilatlarda işləmişdir. O, Çernonıl məlum Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxs kimi x xxxxxx 2006cı il tarixədək 10 ildən artıq ümumi iş stajı topladığını nəzərə alaraq, xx xxxxxx 2019-cu il tarixdə DSMF orqanına ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müracioət etmişdir. DSMF orqanı məsələnin həllindən imtina etmişdir. İmtina onunıa əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması nəzərdə tutulmadığında, onun (iddiaçının) müraciətində qaldırılan məsələnin müsbət həlli mümkün deyil. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə tərəflərin, o cümlədən cavabdeh tərəfin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normaları baxımından qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və 2006-cı ilin 1 yanvar tarixədək 10 ildən artıq ümumi iş stajına malıik olan şəxs kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “v” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Odur ki, DSMF orqanının imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh tərəfin dəlili ilə bağlı vurğulayır ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “v” bəndində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərin 10 il ümumi iş stajına malik olmaq şərtilə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olması təsbit olunmuşdur. Eləcə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində isə göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər” «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində konkret olaraq qeyd olunmasa da, eləcə də sözügedən maddədə istinad olunan siyahıda nəzərdə tutulmasa da, qanunun məqsədi baxımından, eləcə də digər (2006-cı ilədək müvafiq yaşı tamam olmuş) şəxslərə münasibətdə “bərabərlik prinsipi”nə əsaslanaraq həmin şəxslər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş şəxs kimi qiymətləndirilməlidir. Əks halda, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13 və 17-ci maddələrinin tələbləri pozulmuş olar. Məhkəmə bir xüsusatı da vurğulayır ki, iddianın ikinci hissəsində “hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belədir ki, iddiaçı ona 52 yaşdan güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin olunması iıə bağlı inzibati orqana xx xxxxxx 2019-cu il tarixdə müraciət etdiyindən, ona pensiyası yenidən təyin olunarkən əlilliyə görə əmək pensiyası kimi ödənilmiş məbləğ çıxılmaqla 3 il əvvəlki, yəni xx xxxxxx 2016-cı ildən sonrakı ödənilməmiş məbləğ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən “məbləğin ötən dövrdəki ayların sayına bölünərək pensiya məbləğinə əlavə edilməsi” şərti ilə ona verilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 52 yaşdan x xxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının yenidən hesablanmasında (əlilliyə görə pensiya kimi ödənilmiş məbləğ çıxılmaqla) yaranmış fərq məbləğinin xx xxxxxx 2016-cı il tarixdən sonrakı hissəsinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X6 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan x xxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının yenidən hesablanmasında (əlilliyə görə pensiya kimi ödənilmiş məbləğ çıxılmaqla) yaranmış fərq məbləğinin xx xxxxxx 2016-cı il tarixdən sonrakı hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4244/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4244/2020
07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver