Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4245/2021 30.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi vəzifəsinin Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 19 aprel 2021-ci il tarixli məhkəmə iclasında sədrlik edən cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətini əsl cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış obyektinin tikintisi onun tərəfindən 2002-2003-cü illərdə aparılmaqla, istismar üçün tam yararlı vəziyyətdə başa çatdırılmışdır. Həmin qeyri-yaşayış sahəsi 2003-cü ildən hal-hazıra kimi onun istifadəsindədir. Sonrakı illərdə, əvvəlcə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətinə dair eskiz layihəsini 13.01.2015-ci il tarixdə əldə etdikdən sonra, layihə əsasında həmin obyektin mövcud vəziyyətdə sənədləşdirilməsi üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 03 iyul 2015-ci il tarixli 66 saylı sərəncamı ilə ona icazə verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 895 №-li fərmanına müvafiq olaraq ötən müddət ərzində istifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində sənədləşdirilməsi üçün müxtəlif aidiyyəti orqanlara müraciət etməklə, tələb olunan rəy və razılıqları əldə etmişdir. İstifadəsində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti ilə əlaqədar olaraq müxtəlif aidiyyəti orqanların vermiş olduqları rəy və razılıqlar aşağıdakılardan ibarətdir: Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13.01.2015-ci il tarixli 18/03-8/121 №-li məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq- planlaşdırmasının eskiz həlli ( «Velensa» firmasının işi, icraçı N.Dada-şova ) razılaşdırılmışdır; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 “ Azərdövlətlayihə’ DBLİ-nin 2017-ci ildə tərtib etdiyi texniki rəyə əsasən Bakı şəhəri, ünvan 1 ünvanda inşa olunmuş, ümumi sınaq sahəsi 285,12 kvm olan, 2 mərtəbəli qeyri-yaşayış binasının elektrik təchizatı sistemi EQQQ-yə uyğun quraşdırılmış, torpaqlama müqaviməti ətandarta uyğundur, kabellər istismara yararlıdır və standarta üyğundur, binanın QA və elektrik təchizatı standarta uyğundur, binanın işıqlandırma səviyyəsi yoxlanılmış və standarta uyğun olması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş avtomatik yanğından Mühafizə Sisteminin 28.02.2018-ci il tarixli RS/020 №-li Təhvil- Təslim Aktından görünür ki, ünvan 3 ünvandakı qeyri-yaşayış sahəsinin normalara uyğun olaraq yanğın əleyhinə avtomatik xəbərvermə ( siqnalizasiya ) sisteminin montaj işləri tam şəkildə yerinə yetirilmiş və işlək vəziyyətdədir; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin tərtib etdiyi 17.04.2018-ci il tarixli 0229 saylı akta əsasən ünvan 4 ünvanda inşa olunmuş zirzəmili, iki mərtəbəli qeyri-yaşayış obyekti yanğına qarşı yönəldilmiş tələblərə əməl edilməklə inşa olunmuş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir; Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin 15.05 2018-ci ildə vermiş olduğu 1/1140 №>-li arayışdan görünür ki, ünvan 5 ünvandakı qeyri-yaşayış obyektinin yerləşdiyi ərazidə rabitə qurğuları yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən layihə sənədlərinə verilmiş 21.05.2018-ci il tarixli 80 saylı rəydən görünür ki, ünvan 6 ünvandakı ticarət obyekti Tikinti və Sanitariya Norma və Qaydalarına uyğundur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 05.06.2018-ci il tarixli 04-22/7-1407 arayışına əsasə ünvan 4 ünvandakı tikintisi başa çatmış 2 mərtəbəli ticarət ( qeyri-ərzaq ) obyekti sanitariya- gigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun hesab olunur ; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsiz-liyə X4 28 yanvar 2019-cu il tarixli 960 №-li rəyindən görünür ki, ünvan 12 aylı ünvanda inşa edilmuş zirzəmili 2 mərtəbəli qeyri-yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir, ona görə də istismara yararlı hesab edilir ; "xxxx" MMC tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsinin nümayəndəsinin iştirakı ilə 28.02.2019-cu ildə tərtib edilmiş Ö/002609 №-li İstismara hazırlıq Aktından görünür ki, ünvan 8 ünvanda yerləşən zirzəmili,2 mərtəbəli qeyri yaşayış obyektində tikinti-quraşdırma işlərinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq olunur; Yuxarıda şərh olunanlara əsasən həmin qeyri-yaşayış obyektinin istismarına icazə üçün 12 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etsəm də, həmin obyektin 17 ( on yeddi ) ildən artıq bir müddətdə istismar edildiyini və obyektin istismarına icazə verilməsi onların səlahiyyətləri xaricində olduğu üçün imtina edilmiş, eyni zamanda izah edilmişdir ki, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci ilin yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismanna icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. Eyni məzmunlu müraciətinə Suraxanı Rayon İcra Hakimiyyətinin 16.11.2020-ci il tarixli i-136-149 №-li cavabında da göstərilir ki, 2018-ci ilin yanvarın 1 -dək qeyri-yaşayış obyektlərinin istismarına icazə verilməsi barədə səlahiyyətləri olsa da, həmin vaxtdan etibarən artıq yerli icra hakimiyyətlərinin belə səlahiyyətləri yoxdur və bu əsasa görə də müraciətim təmin edilməmişdir. Yuxanda şərh olunanlara əsasən artıq iyirmi ilə yaxın bir müddətdə istifadəsində olan və Suraxanı rayon İcra Hakimiyyətinin 03 iyul 2015-ci il tarixli 66 №-li sərəncamı ilə eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilən qeyri-yaşayış obyektinin hal-hazırda istismarına icazə verilməsindən imtina edilməsinin heç bir əsası yoxdur. Qeyri-yaşayış obyektinin istismarına icazə verilməsinə səbəb olan hər hansı bir maneə mövcud deyildir. Bütün aidiyyətli təşkilatlar həmin obyektin istismarına icazə verilməsini məqbul hesab etmişdir. O ki, qaldı qeyri-yaşayış obyektinin istismarına icazə verilməsinə istər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən, istərsə də Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən həmin vəzifəni bir- birinə üzərinə atmaqla, onun həll edilməsindən imtina edilməsi fikrimizcə, heç başa düşülən deyildir. Həmin qeyri-yaşayış obyektinə dair vaxtilə müvafiq sərəncamı olduğu üçün hesab edirəm ki, hazırda da həmin obyektin istismarına icazə verilməsi vəzifəsi Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi etiraz təqdim edərək bildirmişdir ki İddiaçı Bakı şəhəri, ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi barədə 12.10.2020-ci il tarixli İ-03/20/2 nömrəli müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Müəyyən edilmişdir ki, sənədlərdən də göründüyü kimi, göstərilən ünvanda yerləşən qeyri-yaşayış obyektinin tikintisi 2002-2003-cü illərdə aparılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 03.07.2015-ci il tarixli 66 nömrəli Sərəncamı ilə obyektin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.05.2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. Bu səbəbdən də, təqdim olunmuş sənədlərin mövcud tikinti qanunvericiliyinin tələblərinə uyğun olmadığına və 17 (on yeddi) ildən çoxdur ki, istismar olunduğuna görə obyektin istismarına icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətləri xaricindədir. Göstərilənlərlə bağlı İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 16.10.2020-ci il tarixli 03/07-2189 nömrəli məktubla məlumat verilmişdir. Məlum olduğu kimi, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin 09.11.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.16-cı yarımbəndinə əsasən respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq vəzifələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5 və 4.11.12-ci yarımbəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmirtikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci yarımbəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis- kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.8ci maddəsinə əsasən bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 1 -ci hissəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar1.3. tikinti obyektinin ünvanı haqqında arayış; 1.4. liftlərin istismara qəbulu aktı; 1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X5 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; 1.6. tikinti obyektinin sanitargigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; 1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; 1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə); 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı); 1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri. Göstərilənləri nəzərə alaraq, ərizədə göstərilən məsələlər ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X6 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 03 iyul 2015-ci il tarixli 66 nömrəli sərəncamına əsasən Vətəndaş İddiaçı Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 14/15 məhəllə, 8/1 ünvanda yerləşən qeyri-yaşayış obyektinin Bakı şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin 13.01.2015-ci il tarixli 18/03-8/121 saylı məktubuna və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçı tapşırılmışdır ki, obyektin yerləşdiyi sahədə mühəndis kommunikasiya xətləri aşkar edilərsə köçürülməsi aidiyyəti təşkilatlarla razılaşdırmaqla şəxsi vəsaiti hesabına həyata keçirsin; obyektin ətrafının sanitar təmizliyinin təmin olunması məqsədilə Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlasın; göstərilən obyektə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasportun alınması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsin. Ö/002609 nömrəli istimara hazırlıq aktından görünür ki,İddiaçı məxsus ünvan 11 ünvanda zirzəmili, 2 mərtəbəli qeyri-yaşayış obyektində sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müxtəlif nəzarətinin yerinə yetirilməsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi İsmayıl Zeynalov tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13 yanvar 2015-ci il tarixli 18/03-8/121 nömrəli məktubdan görünür ki, İddiaçı Suraxananı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 14/15-ci məhəllə, 8/1 saylı ünvanda yerləşən qeyri-yaşayış obyektinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq-planlaşdırmanın eskiz həlli razılaşdırılır.Sənədlədirmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin İ-136-149 nömrəli 16 noyabr 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.05.2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin isUmarına icazəni yerli icra hakimiyyəti verə bilərdi.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin səlahiyyətlərinə aid olduğundan müraciətinizin həlli səlahiyyətlərimiz xaricindədir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03/07-2189 nömrəli 16 oktyabr 2020ci il tarixli imtina məktubuna əsasən ünvan 12 ünvanında edilmiş yerləşən qeyri-yaşayış obyektinin tikintisi 2002-2003-cü illərdə aparılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısinın 03.07.2015-cı il tarixli 66 nömrəli Sərəncamı ilə obyektin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.05.2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. Bu səbəbdən də, təqdim olunmuş sənədlərinin mövcud tikinti qanunvericiliyinin tələblərinə uyğun olmadığına və 17 (on yeddi) ildən çoxdur ki, istismar olunduğuna görə, obyektinin istismarına icazə verilməsi səlahiyyətlərimiz xaricindədir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti məhkəmə göndərmiş etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilmsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidnetinin 19 mart 2019-cu il tarixli 597 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnaməyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, xırda pərakəndə ticarət obyektlərinin və kompleklərinin uyğunluğuna dair rəyin verilməsi,eləcə də şəhərsalma kadastrın aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aid olduğundan Suraxanı RİH-ə qarşı iddianı əsassız hesab edərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin istismara icazə aktının verilməsini tələb edir. Cavabdeh orqanın imtina səbəbi ondan ibarətdir ki, qeyri-yaşayış obyektinin tikintisi 2002-2003-cü illərdə aparılmış, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 03.07.2015-ci il tarixli 66 nömrəli Sərəncamı ilə obyektin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. Lakin təqdim olunmuş sənədlərin mövcud tikinti qanunvericiliyinin tələblərinə uyğun olmadığına və 17 (on yeddi) ildən çoxdur ki, istismar olunduğuna görə obyektin istismarına icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Əsasnamənin 6.9-cu bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli Fərmanına əsasən: 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 saylı Fərmanı ilə Cavabdeh1 başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Əvvəllər mövcud olmuş Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Əsasnaməsində qeyd edilmişdir ki, Baş İdarə şəhərin planlaşdırılmasına və tikilməsinə rəhbərlik edir, şəhərin və şəhərətrafı zonanın baş planının həyata keçirilməsini, birinci növbədə tikintinin məqsədəuyğun və əlverişli yerləşdirilməsini, yeni yaşayış və sənaye rayonlarının planlaşdırılmasını və tikintisini, eləcə də əhalinin məişət, istirahət və əmək şəraitinin daha əlverişli şərtlərini təmin etməkdən ötrü mövcud yaşayış və sənaye rayonlarının yenidən qurulmasını təmin edir. Memarlıq və Şəhərsalma Baş idarəsi abidələrin mühafizəsi, bərpası və sonradan istifadə olunması işlərini istiqamətləndirir və onlara nəzarət edir. İdarə tikinti, yenidənqurma, bərpa, əsaslı təmir, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirmə və tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan icra hakimiyyəti orqanıdır. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin 09.11.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.16-cı yarımbəndinə əsasən respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq vəzifələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5 və 4.11.12-ci yarımbəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci yarımbəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.8-ci maddəsinə əsasən bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 1 -ci hissəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktla 1.3. tikinti obyektinin ünvanı haqqında arayış; 1.4. liftlərin istismara qəbulu aktı; 1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X5 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; 1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; 1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; 1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə); 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı); 1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri. Göründüyü kimi sərəncamın icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirmək cavabdehin səlahiyyətinə daxildir. Lakin iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsinin uzun müddət keçdikdən sonra görə istismara icazə sənədinin almadığını və ümumiyyətlə sərəncamda göstərilən tələblərə riayət edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 1 -ci hissəsinə əsasən tikintiyə icazə üçün tələb edilən sənədləri tam şəkildə dəlil olaraq məhkəməyə təqdim etməmişdir. Beləliklədə iddiaçı cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi və faktiki əsasları mövcud deyildir və iddiaçı irəli sürdüyü tələb ilə bağlı Məhkəməyə hüquqmüəyyənedici sənədlər təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmuşdur. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4245/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4245/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver