Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4248/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Üçüncü şəxs Əliyev Oruc İsa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “orderin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən xx.xx.1995-ci il tarixli Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinin Əliyev Oruc İsa oğluna ayrılması ilə bağlı 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamına (qərarına) əsasən Əliyev Oruc İsa oğluna aid olan hissədə və 12 №-li orderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 862 saylı qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi əsasında JN -26766D (kod 0050003) Şəhadətnamə ilə mülkiyyətimə hər iki təşkilat (X5 Komitəsi və Bağlar təsərrüfatı idarəsi) tərəfindən yerində göstərilməklə 5976 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinin sərhədlərini Dövlət Reyestri Xidmətinin Sabunçu rayon Ərazi idarəsinin nümayəndəsi tərəfindən müasir texniki vasitələrlə bir daha yerində göstərilməklə Dövlət Reyestr Xidməti tərəfindən ona 5976 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq çıxarış verilmişdir (Seriya RX № 0749395). xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 2-1(82)-129/2017 saylı iş üzrə üçüncü şəxs qismində məhkəmə iclasında iştirak edərkən məlum olmuşdur ki, Əliyev Oruc İsa oğlu adlı şəxs Ləhiş bağ massivi ünvanında yerləşən 5931 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə etdiyi müraciətinə imtina cavabı aldığı üçün həmin idarəyə qarşı iddia ərizəsi ilə qeyd olunmuş məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-20/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin qərarla iddiaçı Əliyev Oruc İsa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı “iddiaçının bağ sahəsinə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan tərəflər yuxarı instansiya məhkəmələrinə şikayət vermədiyindən adı çəkilən qərar qanuni qüvvəyə minmişdir. Əliyev Oruc İsa oğlunun torpaq üzərində istifadə hüququnun bərpa edilməsinə dair iddia ərizəsi ilə bağlı 2019-cu ilin fevralında Sabunçu Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində məhkəmə prosesinə cəlb olunmuş, məhkəmə prosesində məlum olmuşdur ki, iddiaçının bağ sahəsi ilə bağlı məhkəməyə təqdim etdiyi orderinə mütləq əlavə edilməli olan torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi yoxdur. Belə sxemin olmadığı halda orderdə qeyd olunmuş torpaq sahəsinin yerində göstərmək qeyri mümkündür. Bütün bu və digər dəlillərini nəzərə alaraq, iddiaçının tələbi rədd edilmişdir. 2(008)-931/2019 nömrəli mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qərarından iddiaçı Əliyev Oruc İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 10 iyun 2019-cu il tarixdə baxılaraq (iş 2 (103)- 8201/19) apellyasiya. şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olaraq iddiaçı Əliyev Oruc İsa oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6290/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya, şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. İddia üzrə məhkəmə instansiyaları tərəfindən qəbul olunmuş qərarlardan narazı olaraq, iddiaçı Əliyev Oruc İsa oğlu iddia ərizəsinin məzmununu dəyişərək, “AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı verilmiş Dövlət Reyestri Xidmətinin 1 sayl Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdir. Həmin məhkəmə tərəfindən bu iddia. 2(008)-452/2020 saylı, xx.xx.2020- ci il tarixli qərarla, rədd edilmişdir Sabunçu Rayon Məhkəməsin 2(008)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardaddan narazı olaraq Əliyev Oruc İsa oğlu iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9186/2020 qərardadı ilə Sabunçu Rayon Məhkəməsin 2(008)- 452/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9186/2020 qərardadından Əliyev Oruc İsa oğlu Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etməmişdir. Göründüyü kimi, iddiaçı Əliyev Oruc İsa oğlu ona məxsus 5976 saylı bağ sahəsinə dair dövlət tərəfindən verilmiş mülkiyyət hüququma dair müxtəlif məhkəmə instansiyalarına 1995-ci il tarixli, torpaq sahəsinin yerləşdirilməsinə dair sxemi olmayan orderi təqdim etməklə və praktiki olaraq eyni tərəflər arasında, eyni predmet üzrə (İddiaçı verilmiş Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin RX seriyalı ******* saylı çıxarışı ləğv haqqında) eyni məzmunlu iddialarla müxtəlif məhkəmə instansiyalarına müraciət edərək və öz iddia ərizələrində ona dövlət orqanları tərəfindən verilmiş sənədlərin saxta olmasını əsassız olaraq qeyd edərək, hüquqi baxımdan qanunsuz olan məqsədinə nail olmaq niyyətindədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-285/2023 №-li qərarla yuxarıda qeyd etdiyi niyyətinə çatmışdır. Bu iddiasının əsasında, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən xx.xx.1995-ci il tarixli744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamına (Ləhişdəki 5931 №-li bağ 248 №-li BTK tərkibində Əliyev Oruc İsa oğlunun adına keçirilməsi) və Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №-li koperativinə 12 №-li order dayanır. (Order Bakı şəhəri İcra Hakimiyyətinin sözügedən qərarına əsasən Əliyev Oruc İsa oğluna Ləhiş bağlar sahəsindəki 248 №-li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 №-li bağ sahəsi verilmişdir.) Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4596 nömrəli məktubu ilə göndərilmiş Ekspert rəyində qeyd olunmuşdur ki: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0.12 ha ölçüdə 5976 saylı bağ torpaq sahəsi ilə bağlı X5 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli şəhadətnamə və xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan-ölçüsü verilmiş faktiki sahənin qonşu bağ sahələrinin nömrə ardıcıllığına görə 5931 saylı bağın ərazisinə uyğun gəldiyini nəzərə alaraq həmin şəhadətnamə və "Torpaq sahəsinin planı və ölçüsü”- nün bağlar sahəsinin yerləşdiyi sxematik xəritəyə uyğun tərtib edilmədiyi müəyyən edilir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, 5976 saylı bağ sahəsi kimi qeydiyyatdan alınmış torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsindən şimal şərqdə yerləşir. 5976 saylı bağ sahəsi kimi qeydiyyatdan alınmış torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 5976 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsindən şimal şərqdə yerləşir. Belə ki, 5976 saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən yerləşməsi 57,0 metr şimal-şərqdə yerləşən qeydiyyata alınmayan torpaq sahəsinə uyğun gəlir. Qeydiyyatdan keçmiş 5976 saylı bağ sahəsi naturada arxiv cizgisi və ləğv edilmiş DTXKnın həmin bağa verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5931 saylı bağ sahəsi naturada qeydiyyatdan keçmiş 5976 saylı bağ sahəsi ilə üst-üstə düşür. xx.xx.1994-cü il tarixli, 862 saylı qərarı və Bağlar təsərrüfatı idarəsinin 82 saylı orderi əsasında ona sözügedən əmlak mülkiyyətinə və istifadəyə verilmişdir. Əliyev Oruc İsa oğlu isə xx.xx.1995-ci il tarixli 744 saylı (bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə) sərəncamına (Ləhişdəki 5931 №-li bağ 248 №-li BTK tərkibində Əliyev Oruc İsa oğlunun adına keçirilməsi) və Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №-li koperativinə 12 №-li orderi əsasında əmlaka mülkiyyət hüququ almış amma mülkiyyətdən heç istifadə etməmişdir, bu zamanadək İddiaçı istifadəsində olmuşdur. Əliyev Oruc mübasiləndirilən qərardan 27 il sonra həmin əmlak “yadına düşüb”. Əks tərəfdə isə İddiaçı artıq 29 ildir ki, sözügedən əmlaka sahiblik, istifadə və sərəncam (mülkiyyət) hüquqlarını həyata keçirir. Göründüyü kimi 1 il öncə iddiaçının sözügedən əmlaka hüquqlarım yaranıb və qarşı tərəfin əksinə onun hüquqlarını sadəcə inzibati aktlarda əks olunmuyub, öz hüquqlarından, əmlakından istifadə etmişdir.
3. Üçüncü şəxs iddia ərizəsi təqdim edərək Əliyev Oruc İsa oğluna məxsus Torpaq sahəsinin sənədləri saxtalaşdırmaqla qanunsuz zəbt edilməsinə görə 22 000 (iyirmi iki min) manat məbləğində kompensasiya məbləğinin iddiaçı Əliyev Oruc İsa oğluna ödənilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Həmin ərizə onunla əsaslandırılmışdır ki, Əliyev X10 müharibəsi əlili kimi Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.1995-ci il tarixli 744 saylı (bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə) sərəncama görə Ləhişdəki 5931 № li bağ 248 № li ВТК tərkibində Əliyev Oruc İsa oğlunun adına keçirilmişdir. Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 №lk koperativinə 12 №li order verilmişdir. Order Bakı şəhəri icra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 №li qərarına əsasən Əliyev Oruc İsa oğluna Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsinə verilmişdir. Cavabdeh İddiaçı, iddiaçı Əliyev Oruc İsa oğlunun razılığı olmadan Əliyev Oruc İsa oğluna məxsus Ləhiş bağlar sahəsində 248 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 №li bağ sahəsini qanunsuz olaraq zəbt etmiş, hasarlamış və saxta sənədlərilə öz adına rəsmiləşdirmişdir. Cavabdeh İddiaçı, X3 və qeyriləri 15.04 1994-cü il tarixli 882 saylı qərar və bağlar təsərüfatı idarəsinin 82 saylı orderi ilə 0,12 ha ölçülü Ləhiş bağ massivində 6976 saylı bağ sahəsi cavabdeh İddiaçı mülkiyətinə verilmişdir. Bundan sonra cavabdeh Bakı şəhəri 1 saylı reyestr xidmətindən öz adına çıxarış almışdır. Göründüyü kimi cavabdeh İddiaçı verilən bağ sahəsi ilə iddiaçı Əliyev Oruc isa oğluna verilən bağ sahələrinə olan sənədlər ayrı-ayrıdır. Əliyev Oruc İsa oğlunun adına verilən Bağ təsərrüfatı idarəsinin Ləhiş bağlar sahəsindəki 248 № li koperativinə 12 № li order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı ona dəlalət edir ki, Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi 5931 № li bağ sahəsi iddiaçı Əliyev Oruc İsa oğlunun istifadəsinə verilmişdir. Göstərilənlər ona dəlalət edir ki, cavabdeh İddiaçı Əliyev Oruc İsa oğlunun adına verilən torpaq sahəsinə qanunsuz sahiblik edir. Bundan başqa cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 22 dekabr 2020-ci il tarixli arayışına görə iddiaçının müraciəti əsasında "əraziyə texniki baxış keçirilmiş, göstərilən torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komiəsi tərəfindən verilmiş JN 26766D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında 5976 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında iddiaçı Oruc Əliyevə məxsus torpaq sahəsi saxtakarlıq edilərək cavabdeh İddiaçı adına olan 5976 № li bağ sahəs olduğu halda yanlış olaraq 5976 saylı bağ sahəsi cavabdeh İddiaçı mülkiyyətinə verilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki,"Daşınmaz Əmlakın dövlət reyesteri haqqında "Azərbaycan Respublikası qanununun 2.3 və 2.4-cü maddələrinə görə daşınmaz əmlak üzərində qydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bir sözlə Reyester Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi İddiaçı adına qanunsuz olaraq verilmiş çıxarışı ləğv etməkdən imtina etmişdir. Bakı inzibati məhkəməsinin İş № 2-1(112)-285/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Əliyev Oruc İsa oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı adına verilmiş 5976 saylı bağ sahəsi kimi reyestr xidmətində qeydiyyata alınmış çıxarışın, onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini, iddiaçı Əliyev Oruc İsa oğlunun adına Bağ Təsərrüfatı idarəsinin Ləhic bağlar sahəsindəki 248 №-li BTK-nın nəzdində 0,12 ha ölçüdə 5931 №-li bağ sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi təmin edilmişdir. Eyni zamanda Bakı inzibati məhkəməsinin İş № 2-1(112)-285/2023 nömrəli inzibati iş üzrə İddiaçı Əliyev Oruc İsa oğlunun adına verilmiş Ləhiş bağlar sahəsindəki 248 № li koperativinə 12 № li order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı ona dəlalət edir ki, Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi iddiaçı Əliyev Oruc İsa oğlunun istifadəsinə verilmişdir.(orderin həqiqiliyi xx.xx.2021-ci il tarixli Bakı şəhəri icra hakimiyətinin arxiv arayışı ilə təsdiq edilir,arayış ərizəyə qoşulur) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2. -ci maddəsinə görə Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə görə Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimin cavabdeh İddiaçı dövlət sənədlərini öz adına və aiə üzvlərinin adına saxtalaşdıraraq iddiaçı Əliyev Oruc İsa oğluna müharibə iştirakçısı olaraq verilmiş Ləhiş bağlar sahəsindəki 248 № li koperativinə 12 № li order Bakı şəhəri İcra hakimiyətinin 6 iyun 1995-ci il tarixli 744 № li qərarı ona dəlalət edir ki, Ləhiş bağlar sahəsində 248 № li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 5931 № li bağ sahəsi iddiaçı Əliyev Oruc İsa oğlunun istifadəsinə verilmişdir. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komiəsi tərəfindən verilmiş JN 26766D nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında 5976 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında iddiaçı Oruc Əliyevə məxsus torpaq sahəsi saxtakarlıq edilərək cavabdeh İddiaçı adına olmayan 5931 № li bağ sahəsi olduğu halda yanlış olaraq 5976 saylı bağ sahəsi kimin cavabdeh İddiaçı mülkiyyətinə verilmişdir. Eyni zamanda cavabdeh İddiaçı Əliyev Oruc İsa oğlunun mülkiyətində olan 5931 № li bağ sahəsini zəbt edərkən, mülkiyət hüququnu,əmlakdan faydalanmaq hüququnu və digər hüquqlarını pozmuşdur. Bundan başqa Əliyev Oruc İsa oğlu tərəfindən baağ sahəsinə tökdüyü tikinti materiallarını istifadə etmiş, əkilmiş ağacları yararsız hala salmışdır. Bundan başqa Əliyev Oruc artıq 10 ildən çox olar ki,müxtəlif məhkəmələrə müraciət etmək məcburiyyətində qalmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və cavabdeh İddiaçı Əliyev Oruc İsa oğluna 22 000 (iyirmi iki min) manat məbləğində kompensasiya ödəməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7.-ci maddəsinə görə inzibati məhkəmələr inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 53.1-ci maddəsinə görə İlkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir.
5. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 744 №-li sərəncamından çıxarış (Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə): “2. Ləhicdəki 5931 №-li 248 №-li BTK tərkibində O.İ.Əliyevin (sənəddə olduğu kimi) adına keçirilsin.”
6. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Ləhiş bağ sahəsindəki 248 nömrəli kooperativi tərəfindən verilmiş 12 nömrəli orderə əsasən Əliyev Oruc İsa oğluna Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 744 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 248 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5931 nömrəli bağ ayrılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-285/2023 nömrəli iş üzrə qərarına əsasən iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,12 ha ölçüdə 5976 saylı bağ sahəsinə dair X5 Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN 26766D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, İddiaçı, X2, X7, X4, X1 adlarına ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı xx.xx.2015-ci il tarixli ********** nömrəli qeydlərin ləğv edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha ölçüdə 5931 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının Əliyev Oruc İsa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. (qərar kassasiya instansiyasına qədər mübahisələndirilmişdir).
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5931 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 28-ci Kürdəxanı küçəsi, giriş 29) Əliyev Oruc İsa oğlunun adına mülkiyyətə alınmışdır. (Torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə edilmişdir)
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.
10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
12. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 744 nömrəli qərarının ləğv edilməsini tələb edir.
13. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
14. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
15. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
16. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
19. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X6rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).
20. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.
21. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərar(lar)ın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
22. İPM-in 29-cu maddəsinə əsasən (İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları) üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər.
23. Məhkəmə hesab edir ki, hazırki iş üzrə üçüncü şəxs tərəfindən verilmiş tələb (kompensasiyanın ödənilməsi) tərəflərin tələbləri daxilində verilmiş fərqli tələb anlayışı ilə əhatə olunmur və həmin tələb mülki məhkəmə icraatı qaydasında müstəqil iddia tələbi kimi qaldırılmalıdır.
24. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia tələbi və vəsatət mümkün sayılmamalıdır.
25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
26. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbləri mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva