Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4249/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (hazırda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) qarşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla madd və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (hazırda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona maddi və mənəvi əvəzinin ödənilməsi kimi 300.000 manat civarında pulun ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 11.02.2021-ci il tarixli, 2-1(112)-4249/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-cu ilin may ayında cavabdehin göstərişi və tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon icra Hakimiyyəti "xxxx" MMC-yə ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbig edərək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 məhəllə ünvanda ("xxxx" MMC-nin Baş ofisi ünvanı Tbilisi prospekti 149) yerləşən zibillik və daş-kəsəkdən ibarət ərazini təmızləyərək, illərlə qurub yaratdıqları 10 sot torpağı və evi 7 ay törədilən vəhşilikdən sonra dağıtmışlar. 1999-cu il iyulun 17-də söküntü aparılan ərazidə çəkilmiş video əlavə olunur. Azərbaycan Şəhərsalma va Tikinti Məcəlləsinin 95-ci maddəsində, Mülki Məcəllənın 180.4-cü maddəsində göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə gəbul edilmiş məhkəmənin gərarı əsasında sökülə bilər. Lakin evlərin sökülməsi məhkəmə qərarı, icraçıların iştirakı olmadan aparılmışdır. Bakı şəhər İcra Hakimlyyətinin 30 dekabr 2003-cü il tarixli, Q-520/2 saylı İddiaçı ünvanlandığı, Bakı şəhər İcra Hakimlyyəti tərəfindən evin sökülməsini təsdiqləyən rəsmi məktubu bunun təsdiqidir. Bu illər ərzində dəfələrlə cavabdehə dəfələrlə müraciət olunmuşdur. 15.01.2021-ci il tarixdə cavabdehə müraciət edərək vurulmuş maddi ziyan 150000.0 (yüz əlli min) manat və mənəvi ziyanla bağlı 150000.0 (yüz əlli min) manat, cəmi 300000.0 (üç yüz min) manat məbləğin ödənilməsi xahiş olunmuşdur. Cavabdeh məsuliyyətdən yayınaraq, 27.01.2021-ci il tarixli, 1-3-10/476- 21 saylı məktubla müraciətini baxılmamış saxlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158-də mülkiyyətçi olmayan şəxslərin hüquqları haqda: 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Apardığı araşdırma bunlardır. İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Sonera”-indiki “Telia” company nizamnamə kapitalı İsveç dövləti 39.5 faiz. Finlandiya dövləti 11.7 faiz, Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B.V” şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB" Açıq Səhmdar Cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Turkcell iletişim Hizmetleri A.Ş” Səhmdar Cəmiyyətidir - 41.45 faizı "Turkcell Holding", 58.55 faizi "Telia Sonera" – indiki “Telia” company məxsusdur. "Telia Sonera"nınindiki “Telia” company Turkcell-də, “Turkcell Holding” vasitəsilə 24 faiz payı var. "xxxx" Şirkətinin təsisçisi “X1 Dış Ticaret A.Ş.” şirkətidir (100%). "xxxx"in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings”ə, 42.2%-i “Cenay iletisim”ə və 6.5%-i Maltanın “FA İnvest” şirkətinə aid idi. "Telia Sonera" şirkəti- indiki “Telia” company, "Turkcell" və "Fintur Holdings" vasitəsi ilə "xxxx"da paya malik idi. 5 mart 2018-ci il tarixində Payları tam olaraq cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus olan “X2” (AzlnTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında Türkiyə Cümhuriyyətində təsis edilmiş “X3-rım Dış Ticaret A.Ş.” ("xxxx") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmış və "Fintur Holdings" şirkəti "xxxx" şirkətindəki 51,3% payını Azərbaycan Respublikasına aid "Azintelecom" şirkətinə 221,7 milyon avroya (460 milyon Azərbaycan manat) satmışdır. Yaşadıqları ərazi, Yasamal rayonu, Tbilisi prospekti 3166 məhəllə ünvanı ünvan 3n Telekom LTD şitkətinə özəl xəstəxana tikintisi üçün ayrılmışdır. Bu şirkət haqqında onun ailəsinin məlumatı olmayıb. Yaşadıqları əraziyə heç gəlməyib, maraqlanmayıblar. Həmin ərazidə 17 ailənin yaşadığını görən “Cen Telekom LTD” şitkəti fikrindən dönür. Onlara məxsus 10 sot torpaq sahəsində onlarla meyvə ağacları, 17 ədəd məhsul verən qoz ağacları vardı. Qoz ağacının 5 ildən sonra məhsul verdiyini bilirlər. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti 17.03.1999-cu il tarixli, 239 saylı sərəncamla “Cen Telekom LTD” şirkətinin müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0,8 hektarlıq sahəsini "xxxx" MMC-yə ayırmışdır. Bakı şəhər icra Hakimiyyətı 12.09.2001-ci il tarixli, 599-cu saylı sərəncamla "Cen Telekom LTD" şitkətinin müraciətinə əsasən şirkətə məxsus qalan ərazinin 1.0 hektarlıq sahəsini "xxxx" MMC-yə ayırmışdır. 1-ci sərəncamla 2-ci sərəncam arasında 2 ildən artıq vaxt keçsə də cavabdeh Bakı şəhər İcra Hakimiyyəti 1.8 ha ərazini 1999-cu ilin avqust ayında onun ailəsinin və 16 ailənin orada yaşadığını görməməzliyə vuraraq polis gücünə dəmir hasara aldıqdan, 7 aylıq hücumlardan sonra 1999-cu ilin noyabr ayında onun və digər 16 evi dağıdaraq ailəsini çöllərə saldılar. Mülkləri dövlət tərəfindan məcburi özününküləşdirilməsinin, sökülməsinin və köçürməsinin nəticəsi olaraq ailələri talehin ümidinə buraxıldı. Həmin evdə 7 nəfər ailə üzvü yaşayırlar. Cavabdehin məkrli niyyətlərindən qaçqın kimi evsiz, eşiksiz qalmışlar. Bu gündə cavabdehin ona və ailəsinə qarşı təcavüzündən əziyyət çəkir, təcavüz nəticəsində hüquqlarının kobud şəkildə pozulması faktı gözdən qaçmamalıdır. Günü bu gün də onlar, oğlu X7 məxsus evdə qalır. Cavabdehin göstərişi və tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə torpaq ayrılan zaman ona və ailəsinə məxsus evin qanunvericiliyin bütün tələblərinin ziddinə olaraq məhkəmə qərarı olmadan polis gücünə sökülərək ailənin küçəyə atılması onun həyatına misilsiz ağır təsir etmişdir ki, o vaxtdan sonra onların evsiz-eşiksiz qalmış, uçurulmuş evnin müqabilində cavabdehlər tərəfindən heç bir kompensasiya verilməmişdir ki, bununda nəticəsi olaraq onlar uzun illərdir ki, əziyyət çəkirlər. Hesab etmişdir ki, cavabdehin göstərişi və tapşırığı əsasında ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Tblisi prospekti, 3166-cı məhəllədəkı yaşayış evinin yerləşdiyi və ətrafındakı torpaq sahəsinin "xxxx" MMC-yə ofis binasının tikilməsi üçün ayıran zaman evinin sökülməsi ilə əlaqədar ya yaşayış yerı ilə, ya da həmin evdən istifadə hüququnun pulla kompensasiya olunması barədə məsələni həll etməli olduqları halda bunu etməmiş, nəticədə onun Azərbaycan Respublikası Konstitusiyası ilə təstbit olunmuş mənzil hüququnu pozulmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnoloğiyalar Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 12.07.2018-ci il tarixli, 292 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı müəyyən edilmişdir. Yuxarıda adıçəkilən siyahının 2-ci bəndində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı qeyd olunmuşdur. Payları (səhmləri) tam olaraq dövlətə məxsus olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumu olan “X2” (AzlnTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən təsis edilmiş “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş “X1 Dış Ticaret A.Ş.” (Azertel) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır. Həmçinin qeyd etmək lazımdır ki, "xxxx" şirkəti Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə təsisçisidir. Belə ki, 05 mart 2018-ci il tarixinədək "xxxx" MMC və "xxxx" şirkəti arasında heç bir hüquqi münasibət mövcud olmamışdır. Eyni zamanda "xxxx" MMC-nin "xxxx" MMC-yə heç bir aidiyyəti olmadığı dövrdə, yəni 17 mart 2011-ci il tarixində Yasamal rayon məhkəməsinin qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzınin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2011-ci il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin 17 mart 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 dekabr 2011-ci il tarixli, 2 (102)-3803 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2; 153.2.3; 153.2.4-cü maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıidığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı haliar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunanları nəzərə alaraq Mülki Prosessual Məcəllənin 261.02.2-ci maddəsinə əsasən icraata xitam verilməsi xahiş edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçı Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünvanında yerləşən daşınmaz əmlaka görə kompensasiya tələb edir. İddia ərizəsindən görünür ki, sözügedən daşınmaz əmlak ünvan 3n Telekom LTD şirkətinə ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin 12.09.2001-ci il tarixli, 599 saylı sərəncamı ilə həmin şirkətə məxsus daşınmaz əmlakın 1.0 hektarlıq sahəsi "xxxx" MMC-yə ayrılmışdır. Göründüyü kimi İddiaçı mübahisələndirilən daşınmaz əmlak üzərində heç bir hüquqa malik olmamışdır. Ümumiyyətlə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktm qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən iddiaçının qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd olmadığından, onun iddia tələbi əsassız hesab edilməlidir. Bundan başqa iddiaçının mənəvi ziyan tələbi ilə bağlı bildirilir ki, iddiaçı onlara mənəvi ziyanın vurulmasını hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçılara hər hansı mənəvi zərər dəyməsi faktı sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı məhkəməyə mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 1.2ci maddəsinə görə həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 99/179 №-li, 25.05.1999-cu il tarixli ayrıc aktının surətindən görünür ki, "xxxx" LTD Birgə Müəssisəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçının 17.03.1999-cu il tarixli, 239 №-li sərəncamı ilə Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə ofis binasının tikintisi üçün 0,8 hektar torpaq sahəsi verilib. - Torpaqdan müvvəqəti istifadə hüququna dair JN-2608 №-li, 19.12.2002-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" Birgə Müəssisəsinə Bakı şəhəri İHB-nın 17.03.1999-cu il tarixli, 239 saylı sərəncamı, 21.07.2001-ci il tarixli, 0020 saylı icarə müqaviləsi və 12.09.2001-ci il tarixli, 599 saylı sərəncamı, 07.07.2002-ci il tarixli 0088 saylı icarə müqaviləsi ilə Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllədən ofis binasının layihələşdirilməsi və tikintisi üçün 49 il müddətinə, 1,8 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini tərəfindən İddiaçı ünvanlanmış 30.12.2003-cü il tarixli, Q-520/2 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş Nazirinə ünvanlandığı teleqrama Bakı şəhər İcra Hakimiyyətində baxılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Tbilisi prospektində (indiki Azerselin yerləşdiyi ünvan) o qanunsuz olaraq 3 otaqlı ev inşa etmiş, Bakı şəhərində aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədi ilə ev sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən humanistlik göstərilərək və həyat yoldaşının xəstəliyi nəzərə alınaraq Bakı-Aeropot yolunun kənarında yeni salınan qəsəbədə fərdi ev tikmək üçün ona torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi yoldan aralı olduğu üçün o bağ sahə ilə əvəz edilməsini tələb edir. Bildirilir ki, onun üçün əlverişli olan ərazilər yolətrafı meşə zolağıdır və fərdi yaşayış evi tikmək üçün ayrılması qeyri-mümkündür. Bu barədə Suraxanı RİH-iddiaçının nümayəndəsi təqdim etdiyi 480 saylı, 17.12.2003-cü il tarixli arayışda da bildirilir. - "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış 03.04.2008-ci il tarixli, 5138 nömrəli məktubun surətindən görünür ki, müraciət qeyd etdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 239 saylı, 17.03.1999-cu il tarixli və 599 saylı, 12.09.2001-ci il tarixli sərəncamları ilə ofis binası tikintisi məqsədi ilə "xxxx" MMC-yə ayrılmışdır. Həmin ərazinin onların müəssisəsinə ayrılması nəticəsində ona zərər dəyməsi ilə bağlı mülahizələri ilə Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etməyini tövsiyyə edə bilərlər. - "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış 18.08.2010-cu il tarixli, 15086 nömrəli məktubun surətindən görünür ki, müraciəti ilə bağlı bildirirlər ki, Bakı şəhəri, Tbilisi prospekti 61-A ünvanında yerləşən müəssisələrinin baş ofisi üçün torpaq sahəsi 2001-ci il iyul ayından Bakı şəhəri İcra Hakimiyyəti ilə müəssisələri arasında imzalanan icarə müqaviləsi əsasında növbəti 49 il müddətinə istifadələrinə verilmişdir. Həmin müqavilədə xüsusi qeyd edilib ki, icarəyə verilən bu torpaq sahəsinin üzərində heç bir obyekt tikilməyib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, göstərilən torpaq sahəsinin onlara icarə verilməsindən əvvəl istifadələrində olan daşınmaz əmlakın sökülməsində irəli gələn münasibətlər ilə bağlı istənilən tələb müəssisələrinə aid edilə bilməz. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.12.2011-ci il tarixli, 2(102)-3803 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi zərərin əvəzi kimi 150.000 manat, mənəvi zərər kimi 100.000 manat, cəmi 250.000 manatın alınıb ona verilməsi tələbi Yasamal rayon məhkəməsinin 17.03.2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27.07.2011-ci il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin 17.03.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.12.2011-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27.07.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi X6 ünvanlanmış 25.04.2020-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC-nin ofisinin yerləşdiyi ünvanda onun və digər 17 ailənin evinin söküldüyü və ailəsinə dayaq olmaq barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin portalına və digər dövlət qurumlarına ünvanlanmış 1.03.2020-ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Müraciəti "xxxx" MMC ilə birgə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, hazırda "xxxx" MMC-nin ofisinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti (BŞİH) Başçısının 17.03.1999-cu il tarixli, 239 nömrəli və 12.09.2001-ci il tarixli, 599 nömrəli sərəncamları, həmçinin 25.05.1999-cu il tarixli, 99/179 nömrəli və 16.05.2002-ci il tarixli, 91 nömrəli ayrıc aktları əsasında ofis binasının layihələndirilməsi və tikintisi məqsədi ilə ayrılmış, 21.06.2001-ci il tarixli, 0020 nömrəli və 07.06.2002-ci il tarixli, 0088 nömrəli 49 (qırx doqquz) illik torpaq icarə müqavilələri bağlanmış, həmin müqavilələr Bakı şəhər Torpaq Şöbəsində 19.12.2002-ci il tarixdə 370 nömrə ilə qeydiyyata alınmış və müvafiq şəhadətnamə alınmışdır. Müraciətində bəhs etdiyi torpaq sahəsində mövcud olmuş tikililərin sökülməsi barədə iddiası ilə bağlı aparılmış araşdırmalar nəticəsində həmin tikililərin torpağın "xxxx" MMC-yə təhvil verilməsindən daha öncə söküldüyü müəyyən edilmişdir. Belə ki, BŞİH-nin ailə üzvü olan İddiaçı ünvanlandığı 30.12.2003-cü il tarixli, Q-520/2 məktubunda onun Tbilisi prospektində (indiki "xxxx" MMC-nin yerləşdiyi ünvanda) qanunsuz inşa etdirdiyi 3 (üç) otaqlı evin Bakı şəhərində aparılan abadlıq işləri və qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədi ilə söküldüyünü bildirmiş, eyni zamanda Bak-Aeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi ev tikmək üçün İddiaçı torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Qeyd olunan məsələ ilə bağlı İddiaçı "xxxx" MMC-yə qarşı iddialarına məhkəmələrdə baxılmış, sübut və hüquqi əsas olmadığından iddia bütün məhkəmə instansiyalarında rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.12.2011-ci il tarixli, 2(102)-3803/11 nömrəli qərarı ilə qanuni qüvvəyə minmişdir. Məhkəmələr hesab etmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinə və əmlaka dair hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz "xxxx" MMC tərəfindən söküldüyünü və bununla da sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən iddia təmin edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin **********893700 №-li, 22.07.2021-ci il tarixli və **********97000 №li, 16.08.2021-ci il tarixli məktublarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 24.05.2006-cı il tarixdə dövlət qediyyatına alınmış, təsisçiləri isə X9 (4 pay) və X4. Bundan başqa "X2 (Azintelecom)" MMC 22.10.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı isə Azərbaycan Respublikasına məxsusdur. "xxxx" MMC 11.07.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi isə "X1 Dıs Ticaret A.S." Şirkətidır (Türkiyə Respublikası). - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 15.01.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona və ailəsinə dəyən 150000 (yüz əlli min) manat maddi və 150000 (yüz əlli min) manat mənəi ziyanın ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27.01.2021-ci il tarixli, 1-3-10/476-21 nömrəli məktubun surətindən görünür ki, onun ailəsinə məxsus evə dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə göstəriş verilməsi barədə 15.01.2021-ci il tarixli müraciəti ilə əlaqədar bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə (müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) uyğun olaraq müraciəti baxılmamış saxlanılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 məhəllə ünvanda (hazırda "Azercell Telekom” MMC-nin Baş ofisinin yerləşdiyi ünvan) yerləşən 10 sot torpaq sahəsində tikdirdiyi 3 otaqlı evinin sökülməsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir və tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Şirkətinin təsisçisi “X1 Dış Ticaret A.Ş.” şirkətidir (100%). "xxxx"in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings”ə, 42.2%-i “Cenay iletisim”ə və 6.5%-i Maltanın “FA İnvest” şirkətinə aid idi. "Telia Sonera" şirkətiindiki “Telia” company, "Turkcell" və "Fintur Holdings" vasitəsi ilə "xxxx"da paya malik idi. 5 mart 2018-ci il tarixində Payları tam olaraq cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus olan “X2” (AzlnTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında Türkiyə Cümhuriyyətində təsis edilmiş “X3-rım Dış Ticaret A.Ş.” ("xxxx") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmış və "Fintur Holdings" şirkəti "xxxx" şirkətindəki 51,3% payını Azərbaycan Respublikasına aid "Azintelecom" şirkətinə 221,7 milyon avroya (460 milyon Azərbaycan manat) satmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinin tələbinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə qeyd edir ki, İddiaçı "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasına məhkəmələr tərəfindən baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə "xxxx" MMC tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmaması müəyyən edilmişdir. İddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mübahisəsinə cavabdeh "xxxx" MMC olmaqla mahiyyəti üzrə baxılaraq qərar qəbul edildiyindən o, yenidən eyni əsaslarla, həmin tələblə başqa cavabdeh kimi hazırki cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia qaldıra bilməz. Bu qənaət həm də ondan irəli gəlir ki, hazırki mübahisə üzrə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına toxunan hər hansı hərəkəti və ya qərarı mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4249/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4249/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver