Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4251/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmanın dayandırılması və sair” tələblərinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) ərizələrlə müraciət edərək, razılığı olmadığı halda qanunsuz olaraq əvəzləşdirmə yolu ilə pensiyasından tutulmaların dayandırılması və qanunsuz olaraq əvəzləşdirmə ilə pensiyasından tutulmuş 6624,98 manatın (4713.62 + 1911.36) ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar əmək pensiyası cari ilin oktyabr ayında 5297,46 manatdan 6868,68 manata artırılıb, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 4713,66 manat fərq məbləği hesablanıb. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya ödənilməli olan 4713,66 manat pul vəsaiti artıq ödənilmiş 77110,78 manat pul vəsaitindən (həmin artıq ödəmə barədə 28 iyun 2022-ci il tarixli **********0 nömrəli məktubla ətraflı məlumat verilib) çıxılaraq büdcəyə bərpa edilib. Məktubda həmçinin qeyd olunmuşdur ki, qalan 72397,12 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, razılığı olmadığı halda qanunsuz olaraq əvəzləşdirmə yolu ilə pensiyasından tutulmaların dayandırılması və qanunsuz olaraq əvəzləşdirmə ilə pensiyasından tutulmuş 6624,98 manatın (4713.62 + 1911.36) ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr təqdim edərək, razılığı olmadığı halda qanunsuz olaraq əvəzləşdirmə yolu ilə pensiyasından tutulmaların dayandırılması və qanunsuz olaraq əvəzləşdirmə ilə pensiyasından tutulmuş 8331,08 manat məbləğin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixindən hakimlərin əmək haqları artırılmışdır və ona təyin olunan pensiyanın məbləği də artırılaraq 6868.68 manat olmuşdur. Azərbaycan Respublikası Prezidenti tərəfindən pensiya məbləğinin 10%i miqdarında olan maddi yardımla 6868.68 x 10%=686.86 manat, nəzərə alınmaqla pensiyasının məbləği 6868.68 + 686.86= 7555 manat 54 qəpik edir. Pensiya məbləğinin artımı əvvəl aldığı pensiya məbləği çıxıldıqdan sonra 7555.54- 5827.21=1728.33 manat edir. Bu artımlar iyul, avqust, sentyabr ayları üçün 1728.33 x 3 = 5184 manat 99 qəpik cavabdeh tərəfindən ödənilməmişdir. Oktyabr ayı üçün ödənilən pensiyanın məbləği 8026.91 manat olmuşdur ki, bu da onun pensiya məbləğindən 471.37 manat artıqdır. Belə olduqda ona dənilməyən məbləğ 4713 manat 62 qəpik təşkil edir. Noyabr ayında da həmin məbləğ ödənilməyib. Bunun səbəbini soruşduqda cavabdehə olan borca görə əvəzləşdirmə yolu ilə həmin məbləğin tutulduğu bildirilmişdir. Cavabdeh tərəfindən aparılan əvəzləşdirmə kobud qanun pozuntusudur və iddiaçının mülkiyyətinin məhkəmənin qərarı olmadan əlindən alınmasıdır. Bundan başqa, xx.xx.2021-ci il tarixindən başlayaraq işlədiyi dövrdə aldığı maddi yardımlar da pensiya məbləğindən çıxaraq ona ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə işlədiyi dövrdə ödənilmiş 4 (dörd) aylıq əmək haqqı məbləğində maddi yardımın pensiya məbləğinə əlavə edilərək ödənilməsi DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalına həvalə edilmişdir. Lakin məhkəmənin bu qərarını cavabdeh icra etməyərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün həmin məbləği ödəməyərək məhkəmə qərarı ilə təsdiqlənməyən borca görə qanunsuz əvəzləşmə adı ilə onu mülkiyyətindən məhrum etmişdir. İddiaçıya ödənilməyən məbləğ 8 ay ərzində 1911 manat 36 qəpik təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaya yazılı etiraz təqdim etmiş, etirazda imtina məktubunda göstərilənlərə istinad olunaraq iddianın təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdehin 28 iyun 2022-ci il tarixli məktubunda göstərilmişdir ki: - Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 30 mart 2006-cı il tarixindən sabiq hakim kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 30 mart 2006-cı il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1287,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 579,15 manat, ixtisas dərəcəsinə görə əlavə 150,00 manat, digər növ əlavələr 806,46 manat olmaqla orta aylıq əmək haqqı 2822,61 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 23 il 8 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2822,61 manat) 80 faizi- 2258,09 manat məbləğində hesablanıb. Ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 1 yanvar 2007-ci il tarixindən əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 23 il 8 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2892,61 manat) 80 faizi-2314,09 manat məbləğində, 1 fevral 2007-ci il tarixindən orta aylıq əmək haqqının (2962,61 manat) 80 faizi-2370,09 manat məbləğində, hakimlərin vəzifə maaşlarının artırılmasına ilə əlaqədar 15 may 2007-ci il tarixindən orta aylıq əmək haqqının (3611,20 manat) 80 faizi-2888,96 manat məbləğində, ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 1 yanvar 2008-ci il tarixindən orta aylıq əmək haqqının (3681,20 manat) 80 faizi-2944,96 manat məbləğində, 1 sentyabr 2008-ci il tarixindən orta aylıq əmək haqqının (3786,20 manat) 80 faizi-3028,96 manat məbləğində, 1 sentyabr 2010-cu il tarixindən orta aylıq əmək haqqının (3856,20 manat) 80 faizi-3084,96 manat məbləğində, 1 dekabr 2011-ci il tarixindən orta aylıq əmək haqqının (3915,70 manat) 80 faizi-3132,56 manat məbləğində, 1 sentyabr 2013-cü il tarixindən orta aylıq əmək haqqının (3996,20 manat) 80 faizi-3196,96 manat məbləğində, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən orta aylıq əmək haqqının (4516,89 manat) 80 faizi-3613,51 manat məbləğində, ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar pensiya məbləği 1 yanvar 2017-ci il tarixindən orta aylıq əmək haqqının (4593,89 manat) 80 faizi-3675,11 manat məbləğində, 1 yanvar 2018-ci il tarixindən orta aylıq əmək haqqının (4691,89 manat) 80 faizi-3753,51 manat məbləğində, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 may 2018-ci il tarixindən orta aylıq əmək haqqının (5075,56 manat) 80 faizi-4060,45 manat məbləğində, ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 1 mart 2019-cu il tarixindən orta aylıq əmək haqqının (5425,56 manat) 80 faizi-4340,45 manat məbləğində, hakimlərin vəzifə maaşlarının və ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən orta aylıq əmək haqqının (6271,83 manat) 80 faizi-5017,46,45 manat məbləğində hesablanmışdır. Mərkəzi Filiala 21 may 2021-ci il tarixində daxil olmuş müraciətinə əsasən əmək pensiyanızın növü 1 iyun 2021-ci il tarixindən dəyişdirilərək yaşa görə (5017,46 manat) müəyyən edilib. Ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 1 yanvar 2022-ci il tarixindən 23 il 8 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq iddiaçının əmək pensiyası orta aylıq əmək haqqının (6621,83 manat) 80 faizi-5297,46 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 691815,10 manat pensiya məbləği ödənilməli olduğu halda, 768925,88 manat ödənildiyi müəyyən edilib. Nəticədə qeyd edilən dövr üzrə ümumilikdə 77110,78 manat artıq pul vəsaiti ödənilib. Həmin 77110,78 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığınının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 17 mart 2023-cü il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də iddiaçıya ünvanlanmış 18 noyabr 2022-ci il tarixli **********9 nömrəli məktubda göstərilən 72397,12 manat artıq ödənilmiş pul vəsaitinin məbləği qanunvericiliyə uyğun məhdudlaşdırılaraq 25135,64 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 7555,55 manat təşkil edib. Cari ilin fevral ayında (1 yanvar 2023-cü il tarixindən hesablanmaqla) əmək pensiyası 8666,22 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 1110,67 manat pul vəsaiti hesablanıb. Həmin 1110,67 manat vəsait artıq ödənilmiş 25135,64 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Cavabdehin məhkəmə ünvanladığı sonuncu məktubdan görünür ki, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə İddiaçı ödənilməli olan ümumilikdə 4713,66 manat fərq məbləği hesablanıb. İddiaçıya xx.xx.2006-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 691815,10 manat pensiya məbləği ödənilməli olduğu halda, 768925,88 manat ödənildiyi müəyyən edilib. Nəticədə, ona qeyd edilən dövr üzrə ümumilikdə 77110,78 manat artıq pul vəsaiti ödənilib. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)1697/2022 nömrəli qərarı ilə iddiaçıya ödənilməli olan pul, habelə 2021-ci ilin iyun-dekabr ayları üzrə hər ay ödənilməli olan 238,93 manat, 2022-ci ilin yanvar ayı üzrə ödənilməli olan 252,25 manat, 2022-ci ilin aprel ayı üzrə ödənilməli olan 63,06 manat, ümumilikdə adıçəkilən şəxsə ödənilməli olan 4713,66 manat pul vəsaiti artıq ödənilmiş 77110,78 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də adıçəkilən şəxsə qalan 72397,12 manat artıq ödənilmiş pul vəsaitinin məbləği qanunvericiliyə uyğun məhdudlaşdırılaraq 25135,64 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 7555,55 manat təşkil edib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar cari ilin fevral ayında (1 yanvar 2023-cü il tarixindən hesablanmaqla) İddiaçı əmək pensiyası 8666,22 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə adıçəkilən şəxsə ödənilməli olan 1110,67 manat pul vəsaiti hesablanıb. Həmin 1110,67 manat vəsait ona artıq ödənilmiş 25135,64 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 24024,97 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün adıçəkilən şəxsin yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Beləliklə, işin istinad edilən halları ilə müəyyən edilir ki, cavabdeh araşdırma apararaq iddiaçıya ümumilikdə 77110,78 manat artıq pul vəsaiti ödənilməsi nəticəsinə gəlmiş, iddiaçıya ödənilməli olan 4713,66 manat, daha sonra isə 1110,67 manat məbləğində vəsaiti artıq ödənilmiş vəsaitlə əvəzləşdirmiş, yəni iddiaçıya ödəməmişdir. Bu hal cavabdeh tərəfindən həm iddiaçıya, həm də məhkəməyə təqdim edilən məktublarla da təsdiq edilmişdir. Halbuki “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.. 9.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya 77110,78 manat artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 5824,33 manat pensiya ödənişini artıq ödənilmiş məbləğin əvəzləşdirilməsinə aid edərək, bu məbləği iddiaçıya ödəməmişdir. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması, yaxud ona ödəniləcək məbləğlə əvəzləşdirilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin artıq ödənilmiş pensiya məbləğini iddiaçıya ödənilmiş vəsaitlə əvəzləşdirməsi qanuni olmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçı həmin məbləğdən əlavə, işlədiyi dövrdə ödənilmiş 4 (dörd) aylıq əmək haqqı məbləğində maddi yardım nəzərə alınmaqla onun əmək pensiyası yenidən hesablanarkən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ödənilməli olan cəmi 2506,75 manat məbləğin də ödənilmədiyini bildirməklə cavabdeh tərəfindən həmin məbləğin ona ödənilməsini xahiş etmişdir. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2006-xx.xx.2022-ci il tarixlər arasındakı dövr ərzində iddiaçıya ödənilmiş və ödənilməli olan pul vəsaitləri haqqında cədvəldən görünür ki, iddiaçıya 2021 və 2022-ci il üzrə ödənişlər aşağıdakı formada olmuşdur: Aylar Ödənilmiş Ödənilməli Fərq 2021-ci il yanvar 5999.07 manat 5017,46 manat -926,61 manat fevral 5999.07 manat 5017,46 manat -926,61 manat Mart 5999.07 manat 5017,46 manat -926,61 manat Aprel 5999.07 manat 5017,46 manat -926,61 manat may 5999.07 manat 5017,46 manat -926,61 manat iyun 4778,53 manat 5017,46 manat 238,93 manat İyul 4778,53 manat 5017,46 manat 238,93 manat Avqust 4778,53 manat 5017,46 manat 238,93 manat Sentyabr 4778,53 manat 5017,46 manat 238,93 manat Oktyabr 4778,53 manat 5017,46 manat 238,93 manat Noyabr 4778,53 manat 5017,46 manat 238,93 manat dekabr 4778,53 manat 5017,46 manat 238,93 manat 2022-ci il Yanvar 4778,53 manat 5297,46 manat 518,93 manat Fevral 5311.89 manat 5297,46 manat -14,43 manat mart 5045,21 manat 5297,46 manat 252,25 manat aprel 5234,40 manat 5297,46 manat 63,06 manat Göründüyü kimi, cavabdeh tərəfindən tərtib edilmiş cədvəldən və məktublardan müəyyən olunur ki, iddiaçının xx.xx.2019-cu ildən pensiyasının məbləği 5017,46 manat, xx.xx.2022-ci ildən isə 5297,46 manat olduğu halda, ona əskik ödəniş edilmiş, nəticədə, 2021-ci ilin iyun ayından etibarən 2506,75 manat az ödəniş həyata keçirilmişdir. İşdə olan Pensiya alt sistemindən çıxarış iyun 2021-aprel 2022-ci illərdə iddiaçıya edilən ödənişin məbləğinin cədvəldə göstərilən məbləğə uyğun olduğunu müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəlləni 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Artıq ödənilmiş məbləğin İddiaçı ödənilən əmək pensiyasından tutulmasından çəkinmək vəzifəsi və İddiaçı ödənilməli olan pensiya ödənişindən tutulmuş (əvəzləşdirilmiş və ödənilməmiş) 8331,08 manat məbləğin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4251/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4251/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver