Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4252/2022 13.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin işrirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamədə düzəlişin edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamədə düzəlişin edilməsi” barədə iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya və digər vərəsələrə verilmiş 21.10.2021 -ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrdə müvafiq dəyişiklik edərək onun və digələrinin payının 1/6 hissə olması barədə müvafiq düzəliş edilməsinin və ya yeni vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə mümkünlük iclası 13.01.2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, mərhum X5 həyat yoldaşı ilə 1984-cü ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. X1 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi, Maqamayev küçəsi, EV 1 üvanında yerləşən, yaşayış sahəsi 55,4 kv/m, yardımçı sahəsi 45.1 kv/m olan 2 otaqlı fərdi yaşayış evi ona mərhum əmisindən miras olaraq qalmışdır və 28.08.2008-ci il tarixində onun adına rəsmiləşdirilmişdir. Yəni sözügedən fərdi yaşayış evi birgə nikah dövründə əldə edilməmişdir. X5 15.04.2021-ci il tarixində vəfat etmişdir. Həmin bu fərdi yaşayış evi də ondan miras əmlak kimi onlara qalmışdır. Onlar həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 5 saylı Bakı şəhəri “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişlər. Cavabdeh tərəfindən onlara 21.10.2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə görə onun bu əmlakdan miras payı 1/12 hissə müəyyən edilmişdir. 11/12 hissə isə digər vərəsələrin adına rəsmiləşdirilmişdir. İddiaçı qeyd edir edir ki, həmin bu miras əmlakın mərhum X4 əmisindən miras qalması notarius tərəfindən nəzərə alınmayaraq, bu əmlak mirasqoyanın həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilməsi kimi qiymətləndirilmiş və həmin əmlak bütünlüklə miras əmlakın kütləsinə aid edilməmişdir. Təbii ki, bunun nəticəsində də iddiaçının hüququları kobud şəkildə pozulmuşdur. Belə ki, vərəsəlik şəhadətnaməsi yalnız bu əmlakın 1/6 hissəsinə verilməli idi. Ona görə də həmin əmlaka verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə düzgün tərtib edilməmişdir... Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Kontorunin hərəkətlərini mübahisələndirərək iddiaçıya və digər vərəsələrə verilmiş 21.10.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrdə müvafiq dəyişiklik edərək onun və digələrinin payının 1/6 hissə olması barədə müvafiq düzəliş edilməsinin və ya yeni vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi hərəkətlərin qanunsuz hesab edilməsi və vərəsəlik haqqında şəhadətnamədə dəyişikliklərin edilməsi barədə olsa da, mübahisə mahiyyət baxımıdan mülki xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya notariat kontoru nəzəri baxımdan inzibati orqan kimi çıxış etsə də, hazırkı münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyi, mübahisənin kökündə mülki hüquq münasibətləri durduğu, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxıldığı qeyd olunaraq, hüquqi yardımın göstərilmiş, lakin iddiaçı tərəfindən buna müvafiq addım atılmamışdır. 24 dekabr 2021-ci il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı Qərarının “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilməsi qərara alınmışdır: qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.” barədə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilmişdir. Plenum Qərarının sözügedən bəndində qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi inzibati məhkəmə icraatının predmeti ola bilmədiyindən, o cümlədən mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olan iddia növünə aid edildiyindən iddia mümkünlük şərtlərinə cavab vermir. Habelə, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, 15.04.2021-ci il tarixdə vəfat etmiş X2 miras əmlak olaraq qalmış fərdi yaşayış evinə dair miras əmlaka barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 5 saylı Bakı şəhəri “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, cavabdeh tərəfindən onlara 21.10.2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə görə onun bu əmlakdan miras payı 1/12 hissə müəyyən edilmişdir. 11/12 hissə isə digər vərəsələrin adına rəsmiləşdirilmişdir. İddiaçı hazırkı iddia tələbi üzrə qeyd olunan miras əmlakın mərhum X4 əmisindən miras qalması notarius tərəfindən nəzərə alınmayaraq, bu əmlakın mirasqoyanın həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilməsi kimi qiymətləndirildiyini və həmin əmlakın bütünlüklə miras əmlakın kütləsinə aid edilməli olduğunu mübahisələndirməkdədir. Göründüyü kimi hazırki tələb inzibati məhkəmə icraatının predmeti ola bilməz. Belə ki, mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı ən mühüm şərt mübahisə üzrə publik əlamətinin mövcudluğu təşkil edir ki, hazırkı iş üzrə notariusun hərəkət və hərəkətsizliyində publik əlamət mövcud olmamış, əksinə münasibət mülki hüquq sahəsində yaranmışdır. Nəzərə alınmalıdır ki, notariat kontoru nəzəri baxımdan inzibati orqan kimi çıxış edsə də, hazırkı münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Beləliklə, mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar notariat hərəkətlərin aparılmasından imtina edilməsinə dair mübahisə üzrə yaranmış hüquq münasibəti publik əlamətlər daşımadığından, həmçinin hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisiqarşı iddiaçıya və digər vərəsələrə verilmiş 21.10.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrdə müvafiq dəyişiklik edərək onun və digələrinin payının 1/6 hissə olması barədə müvafiq düzəliş edilməsinin və ya yeni vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı iddiaçıya və digər vərəsələrə verilmiş 21.10.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrdə müvafiq dəyişiklik edərək onun və digələrinin payının 1/6 hissə olması barədə müvafiq düzəliş edilməsinin və ya yeni vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4252/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4252/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver