Məhkəmə qərarları › İş №2-1(112)-4253/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4253/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4253/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X53 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Ləhiş bağ massivi ünvanda yerləşən 0.25 ha torpaq sahəsi olan 2471/2261 saylı bağ sahəsi üzərində hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci il tarixli 15306 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha sahəsi olan 2471/2261 saylı bağ sahəsi Nazir Məmməd oğlunun istifadəsinə verilmişdir. xx.xx.1986-cı il tarixdə Nazir Məmməd oğlu vəfat etmişdir. İddiaçı müraciəti əsasında vəfat etmiş Nazir Məmməd oğlunun adına Bakı şəhəri 1 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. İddiaçı ərizə və 884/87 nömrəli vərəsəlik işinə əsasən Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli məktuba əsasən İddiaçı, Nazir Məmməd oğlunun qanun üzrə vərəsəsi qismində tanınır. Nazir Məmməd oğlunun qızı Zəhra Nəzir qızı notarial qaydada təsdiq edilmiş ərizəsində bildirmişdir ki, o, atası xx.xx.1986-cı ildə ölmüş atası Nazir Məmməd oğlundan irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış sahəsi və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edir. Bakı şəhəri 1 saylı Notariat Ofisinin 11 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2471/2261 nömrəli bağ sahəsi ünvanında yerləşən daşınmaz əmlakın Nazir Məmməd oğluna məxsus olub-olmaması, əgər məxsus olarsa, həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim edən şəxs vərəsə İsmayıl Tofiq oğlu vasitəsilə Bakı şəhəri 1 saylı notariat ofisinə göndərilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Nazir Məmməd oğluna ayrılan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövləl Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin, cavabdeh qurum tərəfindən xx.xx.2022ci il tarixdə ərizəni təmin etməkdən imtina edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, təqdim etdiyi ********** saylı, xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq, torpaq sahəsində hasarlama işlərinin aparılmamış olmasıdır. Hesab edirlər ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha sahəsi olan 2471/2261 saylı bağ sahəsi 1986-cı ildən bəri iddiaçının istifadəsindədir. İddiaçı bağ sahəsinin qayğısına qalmış, öz şəxsi vəsaiti hesabına bağın abadlaşdırılması (əkimi, suvarılması), bir sözlə qayğısına qalınması üçün çoxsaylı tədbirlər görmüşdür. O, torpaq sahəsindən maneəsiz, aşkar istifadə edir və ən əsası bağ sahəsinin ərazisində özbaşına heç bir artırma və dəyişiklik etməmişdir. İddiaçının bağ sahəsinə dair hüququmüəyyənedici sənədləri tam qaydasındadır və onlar aidiyyəti orqanlarlar tərəfindən lazımi təsdiq olunmuşdur. Beləliklə, mövcud daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Həmçinin sözügedən bağ sahəsinə dair dövlət reyestrindən çıxarış iddiaçıya verilməlidir.

3. İddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0.32393 ha sahəsi olan 2471/2261 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxs Nazir Məmməd oğluna məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən 15306 saylı, xx.xx.1975-ci il tarixli müqavilənin qüvvədə olma müddəti xx.xx.1983-cü il tarixdə bitmişdir. İdarənin arxivində saxlanılan məlumatlara əsasən hüquq sahibi Nazir Məmməd oğluna müqavilənin müddətinin artırılmasına dair Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1982-ci il və xx.xx.1987-ci il tarixlərində bildiriş məktubu ünvanlanmış, lakin, yeni müqavilə bağlanmamışdır. Bundan başqa bağ sahəsinin sənəd üzrə sahəsi 2500 kv.m, faktiki sahəsi isə 2393 kv.m-dir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamaışdır və bu barədə vətəndaşa **********45 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən nümayəndələrinə ünvanlanmış imtina məktublarına əsasən bildirilmişdir ki, təqdim etdiyi 15306 saylı xx.xx.1975-ci il tarixli müavilənin qüvvədə olma müddəti xx.xx.1983-cü il tarixdə bitmişdir. İdarənin arxivində saxlanılan məlumatlara əsasən hüquq sahibi Nazir Məmməd oğluna müqavilənin müddətinin artırılmasına dair Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1982-ci il və xx.xx.1987-ci il tarixlərində bildiriş məktubu ünvanlanmış, lakin yeni müqavilə bağlanmamışdır. Bundan əlavə, torpaq sahəsi faktiki olaraq sənəd üzrə olan sahədən azdır.

9. ünvan 4 ünvanlanmış 09 iyun 2022-ci il tarilxi 431 nömrəli məktuba əsasən İddiaçı ərizəsi və 884/87 saylı vərəsəlik işinə əsasən İddiaçı xx.xx.1986-cı il tarixdə vəfat etmiş Nazir Məmməd oğlunun qanun üzrə vərəsələri sırasına daxildir.

10. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1394 nömrəli arayışına əsasən mərhum XXX X22 qəsəbəsi, köhnə Engels küçəsi, yeni Məşədixanım Nemətova küçəsi ev 10 saylı ünvanda ölən günə qədər qeydiyyatda olmuşdur. AZ-İ № 817694 saylı xx.xx.1986-cı il tarixli ölüm haqqında şəhaətnaməyə əsasən xx.xx.1986-cı ildə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş arayışa əsasən qeydiyyatda olan digər şəxslər – 1950-ci il təvəllüdlü XXX Mövsüm Nazir oğlu, 1957-ci il təvəllüdlü XXX Məhərrəmov Nəzir oğlu, 1957-ci il təvəllüdlü X16, 1961-ci il təvəllüdlü X13, 2005-ci il təvəllüdlü X25, 2000-ci il təvəllüdlü X5, 1992-ci il təvəllüdlü X1, 2013-cü il təvəllüdlü X14, 1976-cı il təvəllüdlü X3, 1977-ci il təvəllüdlü X26, 1986-cı il təvəllüdlü X9, 1987-ci il təvəllüdlü X17, 1998-ci il təvəllüdlü X18, 1988-ci il təvəllüdlü X27, 2005-ci il təvəllüdlü X28, 1981-ci il təvəllüdlü X10, 1967-ci il təvəllüdlü X4, 1970-ci il təvəllüdlü X11, 1970-ci il X2.

11. AZ-İİ seriylı 220587 nömrəli və AZ-İİ seriyalı 272064 nömrəli Ölüm haqqında şəhadətnamələrə əsasən Mövsüm Nazir oğlu xx.xx.2022-ci il tarixdə, Məhərrəm Nəzir oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür.

12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********08 nömrəli məktubla Bakı şəhəri, Sabunçu urayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 2471/2261 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 18 iyun 1975-ci il tarixli 15306 saylı müqaviləyə əsasən Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0.25 ha olan 2471/2261 nömrəli bağ sahəsi Nəzir Məmməd oğlununun istifadəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.1973xx.xx.1983 göstərilmişdir. Nəzir Məmməd oğlu ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Bağlar Təsərrüfatı İdarəsinin arxivində həmin ərizədən sonra müqavilə bağlanması ilə bağlı əlavə sübut müəyyən edilməmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən 21 iyun 2023-cü il tarixli 539 nömrəli məktubla xx.xx.1986-cı ildə vəfat etmiş Nazir Məmməd oğlunun adına Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda açılmış 884/87 saylı vərəsəlik işinin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

14. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə vərəsələrin razılıq ərizələrinin surəti, həmçinin ölüm haqqında şəhadətnamələrinin surətləri təqdim edilmişdir. Tədim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X19, X20, X21, X16, X13, X6, X7 notarial qadada razılıq ərizələri təqdim edərək Ləhiş bağ massivində yerləşən 2471/2261 nömrəli bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsnə və dövlət reyestrindən çıxarışın alınmasına etiraz etmədiklərini bildirmişlər. AZ-İ seriyalı 035194 nömrəli, AZ-İİ seriyalı 217421 nömrəli, AZ-İİ seriyalı 272064 nömrəli və AZ-İİ seriyalı 220587 nömrəli “Ölüm haqqında şəhadətnamə”lərə əsasən X33, X12, Məhərrəm Nəzir oğlu və Mövsüm Nazir oğlu ölmüşlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. İşin hallarından göründüyü kimi, iddiaçı Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” 15306 nömrəli 18 iyun 1975-ci il tarixli müqaviləyə əsasən mərhum Nazir Məmməd oğluna ayrılmış Ləhiş bağ massivində yerləşən 0,25 ha bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.

24. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq müqavilə mübahisələndirilmişdir.

25. Məhkəmə araşdırması zamanı, məhkəmə tərəfindən sözügedən müqavilənin arxiv nüsxəsinin əldə olunması məqsədilə cavabdehə sorğu göndərilmiş və müqavilənin arxiv nüsxəsinin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 18 iyun 1975-ci il tarixli 15306 saylı müqaviləyə əsasən Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0.25 ha olan 2471/2261 nömrəli bağ sahəsi Nəzir Məmməd oğlununun istifadəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.1973xx.xx.1983 göstərilmişdir. Nəzir Məmməd oğlu ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən cavabdehə təhvil verilmiş arxivdə həmin ərizədən sonra müqavilə bağlanması ilə bağlı əlavə sübut müəyyən edilməmişdir. Cavabdeh də, sözügedən hallara istinad edərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin imtinası qanunazidd olmuşdur. Belə ki, hazırki işin mübahisəsiz hallarına əsasən sözügedən bağ sahəsi uzun illər mərhum Nəzir Məmməd oğlunun qanuni sahibliyində və istifadəsində olmuş, o, bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilənin müddəti bitdikdə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Doğrudur, İdarənin arxivində mövcud olan sənədlərdə bağ sahəsinə dair müqavilənin müddətinin uzadılması ilə bağlı yeni müqavilə bağlanmasına dair sənəd aşkarlanmasa da, həmin bağ sahəsi hazırki vaxtadək mərhum Nəzir Məmməd oğlunun və onun ailə üzvlərinin faktiki sahibliyində və istifadəsində olmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü mərhum Nəzir Məmməd oğlu 1986-cı il tarixdə vəfat etmişdir, bu hal isə onu göstərir ki, o müqavilədən irəli gələn hüquqlarının (yəni, müqavilənin müddətinin uzadılması) realizə edilməsi imkanını tapmamışdır. Eləcə də, iş materiallarında sözügedən bağ sahəsinin sonradan hər hansı bir fiziki şəxsin istifadəsinə verilməsinə dair hər hansı bir sübut aşkarlanmamışdır.

26. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

27. Məhkəmə eləcə də, qeyd edir ki, hazırki iddia tələbi üzrə cavabdehin digər dəlili bağ sahəsinin faktiki ölçüsünün 0.25 ha-dan az, yəni 2393 kv.m təşkil etməsi ilə bağlıdır ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək bağ sahəsinin faktiki ölçüsünə, yəni 2393 kv.m-ə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmşdir ki, bu halda, iş üzrə cavabdehin həmin dəlilini artıq əhəmiyyətsiz etmişdir.

28. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etməsini istisna edə bilməz.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum atasının adına sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

33. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və Nazir Məmməd oğlunun vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

34. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

35. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

36. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. 18 iyun 1975-ci il tarixli 15306 saylı “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilə”yə əsasən Nazir Məmməd oğlunun istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən faktiki ümumi sahəsi 2393 kv.m olan 2471/2261 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının ölmüş şəxsə (Nazir Məmməd oğluna) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar