Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4254/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X1 oglunun iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ”NLT” Şirkəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında baglanmış xx.xx.2002-ci il tarixli 412 saylı Sərəncamın şərtlərinin yerinə yetirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin birinci müavini Rüfət Abdullayevə qarşı “sağlamlığın qorunması, hüquqlarının bərpa edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 412 saylı sərəncamına əsasən iddiaçının yaşadığı ərazi hündürmərtəbli binalar tikilməsi üçün "xxxx" şirkətinə verilmişdir. Ərazidə bir hündürmərtəbəli ev tikilib istifadəyə verilmişdir. Qalan ərazidə ev tikilməsi üçün sakinlərlə razılıq danışıqları aparılmış, danışıqlar əsnasında sakinlərin bir qismi razı olaraq evlərini şirkətə satmış, digər qismi ilə razılıq əldə edilməmişdir. Evin satan sakinlər evlərindən köçüb getmiş, yaşadıqları ünvan boş qalmışdır. Belə evlərdən biri iddiaçının evinin arxa tərəfində yerləşən ikimərtəbəli evdir. 15 ildən artıq yiyəsiz qalan ev iddiaçı üçün əsl qorxu mənbəyidir. Evin ikinci mərtəbəsinin uçuq divarları uçsa düz onların evinin üzərinə töküləcək. Ona görə cavabdehdən götürdüyü öhdəliyin yerinə yetirilməsini tələb etmək hüququna malikdirlər. İddiaçıya hüquqi yardım haqqında məktub təqdim edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin birinci müavini Rüfət Abdullayevin əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-4254/2021 saylı qərardadı ilə iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin birinci müavini Rüfət Abdullayev əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilmişdir. İddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin ”NLT” Şirkəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında baglanmış xx.xx.2002-ci il tarixli 412 saylı Sərəncamın şərtlərinin yerinə yetirilməsi” varintda icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək iddiaçıya aidiyyəti məhkəməyə müraciət etməsi təklif edilsə də, iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, hazırki iş üzrə iddia tələbinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə heç bir aidiyyəti yoxdur, iddiaçının yaşadıgı mənzilin oldugu bina Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdindədir, həmin qurum isə inzibati orqan olmadıgından, həmçinin də Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 412 saylı Sərəncamının şərtlərinin yerinə yetirilməsi ”NLT” Şirkətinə aid məsələ oldugundan iddia rayon məhkəməsində qaldırılmalıdır. Buna görə də iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2018-ci il tarixli F-01 saylı məktubunda iddiaçının yaşadıgı binanın arxa hissəsində yerləşən 2 mərtəbəli binanın divarlarında iri çatların olması səbəbindən qəzalı vəziyyətin yaranması barədə müraciətinə baxılaraq bildirilmişdir ki, binanın arxa hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 412 saylı Sərəncamına əsasən ”NLT” Şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə qazıntı işləri aparılan zaman yaxınlıqdakı evlərin divarlarında çatlar əmələ gəlmiş və həmin şirkətə məxsus qalan ərazidə sakinlərin köçürülərək tikinti işlərinin ləngiməsi səbəbindən qəzalı vəziyyətin yarandıgı məlum olmuşdur. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli F-05 saylı məktubunda iddiaçının yaşadıgı mənzilin arxa hissəsində yerləşən ikimərtəbəli tikilinin qəzalı vəziyyətə düşməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 412 saylı xx.xx.2002-ci il tarixli Sərəncamı ilə ”NLT” tikinti şirkətinə ayrılmış torpaq sahəsinin ərazisində sözügedən ünvanda yaşayan sakinlərin qarşılıqlı razılaşma əsasında şirkətin vəsaiti hesabına köçürülməsi, o cümlədən onlar köçürülənədək ərazidə təhlükəsiz şəraitdə yaşamalarının təmin edilməsi həmin şirkətə həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, hazırkı iddiasında iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 412 saylı Sərəncamının şərtlərinin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, lakin iş materiallarından, habelə tərəflərin izahatlarından aydın olur ki, həmin Sərəncamla ”NLT” tikinti şirkətinə ayrılmış torpaq sahəsinin ərazisində sözügedən ünvanda yaşayan sakinlərin qarşılıqlı razılaşma əsasında şirkətin vəsaiti hesabına köçürülməsi, o cümlədən onlar köçürülənədək ərazidə təhlükəsiz şəraitdə yaşamalarının təmin edilməsi həmin şirkətə həvalə edilmişdir. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Beləliklə də, məhkəmə hazırkı iş üzrə iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçı tərəfə izah edilir ki, ”NLT” tikinti şirkətinə qarşı ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3KİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4254/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4254/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver