Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4259/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, məharət dərəcəsinin bərpa edilərək yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0NN-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə X1 X3 xx.xx.N0N1-ci il tarixli 1N3 nömrəli əmrinin əsassız hesab edilməsi və həmin əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin N-1(1N0)-N1N8/N0NN saylı, xx.xx.N0NN-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərimişdir. İnzibati iş xx.xx.N0NN-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-4N59/N0N3 nömrəli, xx.xx.N0N3-cü il tarixli qərardadı ilə iddia tələbi xx.xx.N0N1-ci il tarixli əmrin ləğv edilməsi və birinci dərəcəli məharət dərəcəsinə uyğun yeni məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Müdafiə X1 X3 xx.xx.N0N1-ci il tarixli 1N3 nömrəli əmrindən məlumatı 15 mart N0NN-ci il tarixdə olmuşdur. Həmin tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirinə ərizə göndərib xahiş etmişdir ki, Müdafiə X1 Ümumqoşun Ordu Komandirinin xx.xx.N0N1-ci il tarixli 1N3 nömrəli əmrinin ləğv edilməsi və həmin əmrinin surətini göndərilməsinə sərəncam verilsin. Lakin, bugünə kimi ərizəsinə cavab verilməmiş və əmrin surəti ona verilməmişdir. Daha sonra o cavabdehin hərəkətsizliyindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilən əmrdən 15 mart N0NN-ci il tarixdə məlumatı olmuş və həmin tarixdən də aidiyyəti orqanlara ərizələrlə müraciət etmişdir. Qanunla müəyyən edilmiş müddət üzürlü səbəblərdən ötürülmüşdür. Odur ki, ötürülmüş prosessual müddət üzürlü hesab edilib bərpa edilməlidir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, İddiaçı hazırki iş üzrə iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət edərkən N oktyabr N0N1-ci il tarixdə şöbənin ən yüksək rütbəli və vəzifəli şəxsi olmaqla şöbə rəisi məzuniyyətdə olduğundan üzərinə düşən vəzifəyə səhlənkar yanaşaraq 16 oktyabr N0N1-ci il tarixdən Doğum Mərkəzində stasionar müalicəyə qəbul olunmuş qadın hərbi qulluqçunun sırada olmadığını bilə-bilə bu barədə sıranı yoxlayan şəxsə və hərbi hissə komandirinə və ya onun müavinlərinə məruzə etməmiş, nəticədə qadın hərbi qulluqçunun xidmət yerində olmaması vatında aşkar olunmamışdır. Nəticədə hərbi hissədə araşdırma aparılmış və digər şəxslərlə birgə polkovnik-leytenant İddiaçıdə hadisənin vaxtında aşkarlanmamasında təqsiri olduğu müəyyən edilərək X4-Əlahiddə X3ın N5 oktyabr N0N1-ci il tarixli 1N3 nömrəli əmri ilə həmin hadisədə təqsirkar olan şəxslər cəzalandırılmışlar. Həmin əmrlə İddiaçı malik olduğu 1-ci məharət dərəcəsi N-ci məharət dərəcəsinədək bir pillə aşağı salınmışdır. X4-Əlahiddə X3ın N5 oktyabr N0N1- ci il tarixli 1N3 nömrəli əmri N7 oktyabr N0N1-ci ildə İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissəyə daxil olmuş və sırada şəxsi heyətə və İddiaçı özünə elan edilmişdir. Həmçinin, iddiaçının malik olduğu 1-ci məharət dərəcəsinə görə ödənilən pul əlavəsinin noyabr ayından etibarən azalması da onu bundan xəbərdar etmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində qeyd olunmuşdur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı mübahisələndirilən əmrdən N7 oktyabr N0N1-ci ildə rəsmi olaraq məlumatı olsa da, o N0NN-ci ilin avqust ayında, 10 ay sonra məhkəməyə müraciət etmişdir. Bununla da o, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf ərizənin məzmununa uyğun izahat verərək, buraxılmış müddətin bərpa edilməsi, iddiaya mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı tibb xidməti polkovnik-leytenantı İddiaçı, anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin baş ordinatoru (kardioloq) vəzifəsində xidmətdə olmuş, Azərbaycan Respublikası Müdafiə nazirinin 07 yanvar N0NNci il tarixli 017 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xidmət etdiyi dövrdə barəsində qəbul edilmiş X4 - Əlahiddə X3ın N nömrəli hərbi hissədə baş vermiş intizam pozuntusu və təqsirkar şəxslərin cəzalandırılması haqqında N5 oktyabr N0N1-ci il tarixli 1N3 nömrəli Əmrinə əsasən İddiaçı 1-ci məharət dərəcəsi N-ci məharət dərəcəsinədək bir pillə aşağı endirilmişdir. Hazırkı iddiasında iddiaçı qeyd edilən xx.xx.N0N1-ci il tarixli əmrinin ona münasibətdə ləğv edilməsi, N-ci məharət dərəcəsinin b\rpa edilməsi və həmin məharət dərəcəsinə uyğun olaraq təminat xərcliyinin hesablanaraq yeni məlumat vərəqəsinin sosial müdafiə orqanına göndərilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -N.N.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3N.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -3N.N-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 3N.N.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 3N.N.N. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 3N.N.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının əmrin ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 3N.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -6N.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -6N.N-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -7N.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr N014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun N8 dekabr N015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 6N-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Sözügedən xx.xx.N0N1-ci il tarixli 1N3 nömrəli əmrin mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. Belə ki, mübahisələndirilən əmr qəbul edilməzdən öncə iddiaçıdan yazılı izahat alınmış, əmr xx.xx.N0N1-ci il tarixli olmaqla xx.xx.N0N1-ci il tarixdə hərbi hissəyə daxil olmuş, əmrin 4-cü bəndinin icrasından irəli gələn məharət dərəcəsinə görə ödənilən pul təminatının yenidən hesablanması ilə bağlı tələb aidiyyəti üzrə şəxsi heyətə elan edilmiş, o cümlədən hərbi hissənin maliyyə baş idarəsi və mühasibatlıq xəzinədar tərəfindən tanış olma barədə qeydlər aparılmışdır. Həmin əmrdən irəli gələrək ən tezi növbəti aydannoyabr ayından etibarən pul attestatında məharət dərəcəsinə görə əlavədə azalma olmuşdur. Başqa sözlə, pul təminatındakı N aylıq maaşı azalma ilə verildiyi halda iddiaçının mübahisələndirilən əmrdən məlumatsız olması inandırıcı və ağlabatan hesab olunmur. Bundan əlavə iddiaçının hərbi hissənin şəxsi heyətindən çıxarılması ilə bağlı N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-ci il tarixli, 19 nömrəli əmrindin özündə iddiaçının X4 - Əlahiddə X3ın xx.xx.N0N1-ci il tarixli 1N3 nömrəli əmri ilə N-ci məharət dərəcəsinədək endirildiyi bilavasitə qeyd edilmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən əmrin rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən geci xx.xx.N0NNci il tarixdən məlumatlı olduğu halda hazırkı iddia tələbi ilə xx.xx.N0NN-ci il tarixdə məhkəməyə müraciət etməklə 30 günlük iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin: -NN.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -N4.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -N4.N-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. - N4.6-cı mddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Hazırkı iş üzrə iddiaçı prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi mübahisələndirilən əmrin ona təqdim edilməməsi, əmrdən xx.xx.N0NN-ci il tarixdə məlumatlı olması və həmin tarixdən aidiyyəti orqanlara müraciət etməsini qeyd etmişdir. Məhkəmə qeyd edilənləri iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi iddiaçı sözügedən əmrdən əmr ona elan olunduğu vaxtdan məlumatlı olmuşdur. Məhkəmədə iddia qaldırmaq üçün inzibati aktın rəsmi qaydada əldə etməsinə hüquqi zərurət olmamışdır. İddiaçının xidmətdə olduğu müddətdə noyabr N0N1-yanvar N0NN-ci il tarixədək aldığı pul təminatında məharət dərəcəsinə görə əlavənin azaldığı vaxtdan yaxud məharət dərəcəsinin endirilməsi barədə qeydin olduğu xidmətdən azad edilmə barədə əmrlə tanış olduğu vaxtdan iddiaçının müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanını istisna edən hər hansı hal mövcud olmamışdır. İddiaçının Müdafiə Nazirinə etdiyi müraciət xx.xx.N0NN-ci il tarixli olmaqla xx.xx.N0NN-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, beləliklə, iddiaçı xx.xx.N0N1-ci il tarixli əmri tərxis olunduğu vaxtdan N ay keçdikdən sonra yuxarı orqana müraciət edərkən də müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə N3 iyul N015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ N0-N1). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddəti ötürülmüşdür, müddətin ötürülməsinin üzrlü səbəbləri müəyyən edilmədiyindən müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin N4.7-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Prosessual müddətin bərpa edilməsinin əksinə müddətin bərpa edilməməsi barədə qərardaddan şikayət verilə bilər. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N, N4, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, məharət dərəcəsinin bərpa edilərək yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4259/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4259/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver