Məhkəmə qərarları › İş №2-1(112)-426/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-426/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-426/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının aldığı təhsilin qanuni hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-ci ildə X8 Kollecinin Pedaqoji fakultəsini ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirərək, Dövlət İmtahan Komissiyasının 17 iyun 1998-ci il tarixli qərarı ilə iddiaçıya ibtidai sinif müəllimi və əlavə əmək ixtisası verilərək buna dair ona verilmiş AZ № 00784 saylı diplomun qanuniliyinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 1993-1998-ci illərdə X8 Kollecində aldığı təhsilin qanuni hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ramazanova (Rəsulova) Aliyə Vaqif qızı 1993-cü ildə X8 Kollecinin Pedoqoji fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin kollecin ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan komissiyasının 17 iyun 1998-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi və əlavə əmək ixtisası verilmişdir. Buna dair AZ № 00784 saylı diplom verilmişdir. 2005-ci ildə Quba rayonu R.O.Məmmədov adına Alekseyevka kənd tam orta məktəbdə müəllim vəzifəsinə təyin edilmişdir. Quba rayonu R.O.Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 16.09.2013-cü il tarixli, 04 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. Əmək müqaviləmə xitam verilməsinə dair göstərilən əmrin qəbul edilməsi əsası kimi ixtisasının, peşəsinin kifayət dərəcədə olmamasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin sorğuya cavab məktubu göstərilmişdir. Quba rayon məhkəməsinin 2(027)- 987/2015 saylı, 30 aprel 2015-ci il tarixli qətnaməsi ilə R.O.Məmmədov adına Alekseyevka tam orta məktəbin direktoru tərəfindən imzalanmış 16.09.2013-cü il tarixli, 04, 06 saylı və 16 sentyabr 2014-cü il tarixli, 16 saylı əmrlərinin ləğv ediliməsi Ramazanova (Rəsulova) Aliyə Vaqif qızının R.O.Məmmədov adma Quba rayon Alekseyevka kənd tam orta məktəbinə ibtidai sinif və əmək ixtisaslı «Azərbaycan dili və ədəbiyyatı» müəllimi vəzifəsinə bərpa olunması qət edilmişdir. Quba rayon məhkəməsinin 2(027)-987/2015 saylı, 30 aprel 2015-ci il tarixli qətnaməsi icra edilərək Alekseyevka kənd orta məktəbinin direktorunun 137 saylı 23.06.2015-ci il tarixli əmri ilə Quba rayonu R.O.Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə «Azərbaycan dili və ədəbiyyatı» müəllimi vəzifəsinə bərpa olunmuşdur. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası qaydasında vəzifəyə bərpa edilsə də, onun təhsil aldığı təhsil müəssisəsinin fəaliyyətinin qanuni olmaması və buna görə də həmin müəssisə tərəfindən verilmiş diplomun tanınması barədə fikir ifadə olunaraq onun yenidən işdən çıxarılacağına dair fikir ifadə olunur. Bununla bağlı olaraq bildirir ki, istər onun təhsil aldığı və diplom vermiş X8 Kollecinin fəaliyyətinin qanuni olması və istərsə də ona verilmiş diplomun qanunililiyi şübhə doğura bilməz. Belə ki, şərh olunduğu kimi, Quba rayon məhkəməsinin 2(027)-987/2015 saylı, 30 aprel 2015-ci il tarixli qətnaməsi ilə R.O.Məmmədov adma Alekseyevka tam orta məktəbin direktoru tərəfindən imzalanmış 16.09.2013-cü il tarixli, 04, 06 saylı və 16 sentyabr 2014cü il tarixli, 16 saylı əmrlərinin ləğv ediliməsi Ramazanova (Rəsulova) Aliyə Vaqif qızının R.O.Məmmədov adına Quba rayon Alekseyevka kənd tam orta məktəbinə ibtidai sinif və əmək ixtisaslı «Azərbaycan dili və ədəbiyyatı» müəllimi vəzifəsinə bərpa olunması qət edilmişdir. Həmçinin Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 may 2000-ci il tarixli hökmü ilə X2 və X3 Azərbaycan Respublikası CM-nin 158-ci madədsinin 2-ci hissəsi (Qadağan edilmiş və ya xüsusi razılıq, lisenziya verilməsi tələb olunan fəaliyyətlə belə razılıq olmadan məşğul olma, yaxud lisenziya qaydalarını pozma) ilə bəraət verilmişdir. Məhkəmənin bəraət hökmündən görünür ki, X8 X9 Ekspert Komissiyasının müsbət rəyini almış təhsil müəssisəsidir və 06 fevral 1996-cı il tarixə qədər Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət qeydiyyatına alınmışdır, həmçinin kollecin qərarda göstərilən ixtisaslar üzrə kadr hazırlığını aparması qanuni hesab edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Ali Ekspert Komissiyasının 22 iyun 1993-cü il tarixli, 17/2 saylı Qərarı ilə X8 Kollecinə Nizamnamədə nəzərdə ətutulmuş ixtisaslar üzrə mütəxəssisələr hazırlamaq hüququ verilmişdir. X8 Kolleci 06 fevral 1996-cı il tarixə qədər Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət qeydiyyatına alınmışdır. 06 fevral 1996-cı il tarixdən təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması Ədliyyə Nazirliyinə həvalə olunmuşdur. X8 Kolleci 03 oktyabr 1996-cı il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 1997-ci il tarixli Fərmanı ilə “Bəzi sahibkarlıq növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Əsasnaməyə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri dövlət qeydiyyatından keçdikdən sonra və mövcud qaydada lisenziya aldıqdan sonra bəzi fəaliyyət növlərinə, o cümlədən təhsil fəaliyyətinə başlaya bilərlər. Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 1997-ci il tarixli, 637 saylı Fərmanı ilə təhsil müəssisələrinə lisennziya verilməsi məsələsi Təhsil Nazirliyinə həvalə edilmişdir. Göstərilən Fərmanın icrası qaydasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli, 112 saylı qərarı ilə “AR Ali və Orta ixtisas təhsili müəssisələrinin ixtisasartırma institutlarının və təlim tərbiyə müəssisələrinin fəaliyytəinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” tətbiq olunmuşdur. Bu qərardan sonra hər bir təhsil müəssisəsinin fəaliyyəti üçün xüsusi razılıq tələb olunur. Qaydalar tətbiq olunduqdan sonra X8 Kollecinin rəhbərliyi 30 may 1998-ci il tarixdə fəaliyyətinə lisenziya almaq üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin təhsil Nazirliyində lisenziya verilməsi prosedurasının işlənib hazırlanmasına vaxt tələb olunduğuna və yay təhsili olduğuna görə bu məsələyə sentyabr ayına qədər baxıla bilinməmişdir. Göstərilən xüsusat Təhsil Nazirliyinin 48-03-1694/16 saylı, 02 mayı 2000-ci il tarixli məktubunda da eyni ilə öz əksini tapır və həmçinin bildirilir ki, sentyabr ayında Daxili İşlər Nazirliyi X6 başladığına görə bu işə baxmaq istintaq başa çatana qədər dayandırılmışdır. Şərh olunduğu kimi, aparılmış cinayət işi üzrə məhkəmə tərəfindən bərat hökmü çıxarılmış və X8 Kollecinin fəaliyyəti qanuni hesab edilmişdir. Göründüyü kimi, X8 Kolleci 30 may 1998-ci il tarixdə fəaliyyətinə lisenziya almaq üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin təhsil Nazirliyində lisenziya verilməsi prosedurasının işlənib hazırlanmasına vaxt tələb olunduğuna və yay təhsili olduğuna görə bu məsələyə sentyabr ayına qədər baxıla bilinməmişdir. Lisenziya verilməsinə dair müraciətə baxılanadək isə artıq o həmin təhsil müəssisəsində kursu tam başa vurmuşdur və Dövlət İmtahan komissiyasının 17 iyun 1998-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi və əlavə əmək ixtisası verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirdiyindən və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva etdiyindən, Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 may 2000-ci il tarixli hökmü ilə müəyyən edilmiş X8 Kollecinin fəaliyyətinin qanuni olması; həmçinin Quba rayon məhkəməsinin 2(027)- 987/2015 saylı, 30 aprel 2015-ci il tarixli qətnaməsi ilə ona verilmiş diplomun qanunililiyi və tutduğu vəzifəyə uyğunluğum müəyyən edildiyindən göstərilən faktlara və hüquq münasibətlərinə qarşı, yəni istər onun təhsil aldığı və diplom vermiş X8 Kollecinin fəaliyyətinin qanuni olması və istərsə də ona verilmiş diplomun qanunililiyinə dair yenidən mübahisə edilə bilməz. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək. 1998-ci ildə X8 Kollecinin Pedoqoji fakültəsini ibtidai təhsil pedoqogikası və metodikası ixtisası üzrə tam kursu bitirərək, Dövlət İmtahan komissiyasının 17 iyun 1998ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi və əlavə əmək ixtisası verilərək buna dair verilmiş AZ № 00784 saylı diplomun qanunililiyinin tanınmasını xahiş etmiş, lakin nəticəsi olmamışdır. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “X8 Kolleci tərəfindən iddiaçıya verilmiş AZ №-li 00784 saylı diplomun qanuniliyinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, o 1993-cü ildə X8 Kollecinə daxil olub, 1998-ci təhsilini başa vurmuşdur. Həmin ali məktəbi bitirməsi ilə əlaqədar ona AZ seriyalı, 00784 nömrəli diplom verilmişdir. Bu əsasla iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbinin hüquqi əsası olmdığından bu tələb təmin edilməməlidir. Belə ki, Nazirlik tərəfindən pedoqoji kollektivin təhsil sənədləri araşdırılmış və məlum olmuşdur ki, 1998-ci ildə X8 Kolleci tərəfindən iddiaçının adından yazılmış diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilmiş, fəaliyyəti dövründə təhsil alanların keyfiyyətli təhsil almaq hüquqlarının pozmuşdur. Qeyd edirlər ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Azərbaycan Respublikası təhsil nazirinin 09.11.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və 23.11 2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 01.03.2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydasını müəyyənləşdirir, buraxılış kontigentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Nazirlik iddiaçının təhsil sənədini araşdırarkən onun dövlət nümunəli olmadığını müəyyənləşdirmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tutduğu vəzifəyə təyin edilmə əsası olaraq, təhsil sənədi kimi təqdim etdiyi X8 kollecini bitirməsi barədə verilən diplomun dövlət nümunəli olmadığı müvafiq araşdırma zamanı sübuta yetirmişdir. Eyni zamanda Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir. İddiaçının X8 Kollecinə testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. - İşdə olan A № 000784 nömrəli, PФ 10039 qeydiyyat nömrəli, 15 iyul 1998-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı “İbtidai Təhsil pedoqogikası və metodikası” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İxtisas Komissiyasının 17 iyun 1998-ci il tarixli (qərarı) ilə ona ibtidai sinif müəllimi və əlavə əmək ixtisası verilmişdir. - Quba rayon Məhkəməsinin 2(027)-987/2015 saylı, 30 aprel 2015-ci il tarixli qətnaməsindən görünür ki, R.O.Məmmədov adına Alekseyevka tam orta məktəbin direktoru tərəfindən imzalanmış 16.09.2013-cü il tarixli, 04, 06 saylı və 16 sentyabr 2014cü il tarixli, 16 saylı əmrlərinin ləğv ediliməsi Ramazanova (Rəsulova) Aliyə Vaqif qızının R.O.Məmmədov adma Quba rayon Alekseyevka kənd tam orta məktəbinə ibtidai sinif və əmək ixtisaslı «Azərbaycan dili və ədəbiyyatı» müəllimi vəzifəsinə bərpa olunması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 11.12.2019-cu il tarixli R-14241/31-24 nömrəli məktubdan görünür ki, İddiaçı 25.09.2019cu il tarixli, R-14241 saylı ərizəsinə baxılmış və onun müraciətində qeyd olunan məsələnin həllinin Naziliyin imkanı xaricindədir. Məhkəmə araşdırması zamanı İddiaçı (AZE ********, xx.xx.1974-cü il təvəllüdlü,) 1993-cü il tarixində ali təhsil müəssisələrinə qəbulla bağlı keçirilən imtahanlarda iştirak edib-etməməsi, iştirak etmişdirsə hansı ali təhsil müəssisəsinə (və ya müəssisələrinə və topladığı ballar göstərilməklə) qəbul olması barədə məlumatları 05 oktyabr 2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının X7ndən sorğu əsasında tələb olunmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası X7 tərəfindən məhkəməyə ünvanlanmış 27.10.2020-ci il tarixli, 09/04-09/2665 nömrəli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı 1993cü ildə ali və orta ixtisas təhsili müəssisələrində qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmiş və barəsində X7 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. 07 oktyabr 1992-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri, hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması öz əksini tapmışdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, “təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir”. Həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəsissə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. İddiaçının Xətai rayon Məhkəməsinin 30 may 2000-ci il tarixli Hökmünə əsasən X2 və X3 Azərbaycan Respublikası CM-nin 158-ci madədsinin 2-ci hissəsi (Qadağan edilmiş və ya xüsusi razılıq, lisenziya verilməsi tələb olunan fəaliyyətlə belə razılıq olmadan məşğul olma, yaxud lisenziya qaydalarını pozma) ilə bəraət verilməsinə istinad etməklə A № 000784 nömrəli 17 iyun 1998-ci il tarixli diplomun qanuni olmasının təkzibedilməyən hal kimi qiymətləndirməsi arqumentini məhkəmə əsaslı hesab etmir. Belə ki, hazırki mübahisədə iddiaçının 1993-cü ildə ali və orta ixtisas təhsili müəssisələrində qəbul imtahanlarında iştirak etmək üçün ümumiyyətlə müraciət etməməsi, bu barədə X7 tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmrinin verilməməsi, X8 Kollecinin tərəfindən Dövlət İxtisas Komissiyasının 17 iyun 1998-ci il tarixli, 3/628-1 saylı qərarı ilə “İbtidai Təhsil pedoqogikası və metodikası” istiqaməti üzrə ibtidai sinif müəllimi və əlavə əmək ixtisası verilməsi ilə bağlı verilmiş PФ 10039 qeydiyyat nömrəli, 000784 saylı diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir. Odu ki, məhkəmə hesab edir ki, X8 Kollecinin tərəfindən verilən PФ 10039 qeydiyyat nömrəli, 000784 saylı diplomun qanuni hesab edilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar