Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4260/2021 01.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqların bərpasının təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş kadrlar İdarəsinin 08-2001-ci il tarixli vəzifəsinin dəyişdirilməsi barədə əmr və əsasları, həmçinin attestasiya vərəqəsinin məhkəməyə təqdim etmə üçün sorğunun göndərilməsi, onun işgüzar nüfuzunu ləkələyən Daxili tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək üçün cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, xx xxxxxxxx 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin növündə intizam tənbehini ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclası xx xxxxx 2021-ci il tarixə saat 17:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, lakin iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik məhkəmə icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla mübahisə üzrə iddiaların olduğu zaman, məhkəmə iddianın baxılmamış saxlama barədə qərardad qəbul etmə səlahiyyətindədir. Lakin inzibati-prosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Belə olan halda, qanunun analogiyasından istifadə edilməlidir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Şərh edilən maddənin normasına əsasən, məhkəmə mübahisənin həllində qanunun analogiyasını və ya hüququn analogiyasını tətbiq edərkən, öz qərarında mübahisənin məhz bu yolla həllinin zəruriliyini, konkret olaraq hansı oxşar maddi hüquq normalarını və hansı əsaslara görə tətbiq etdiyini və ya hüququn hansı ümumi prinsiplərini rəhbər tutduğunu ətraflı əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə qeyd etmək istəyir ki, tərəflər arasında yaranmış inzibati hüquq mübahisələri ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə, iddiaçının həmin iddiası dərhal icraata götürülür. Lakin nəzərə almaq lazımdır ki, qüvvədə olan qanunvericilik, inzibati hüquq münasibətindən irəli gələn mübahisə nəticəsində verilən iddia məhkəmə icraatında olduğu zaman, iddiaçı həmin tələb ilə bağlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququna malik deyildir. Buna baxmayaraq, Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, pozulmuş hüquqların bərpasının təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş kadrlar İdarəsinin 08-2001-ci il tarixli vəzifəsinin dəyişdirilməsi barədə əmr və əsasları, həmçinin attestasiya vərəqəsinin məhkəməyə təqdim etmə üçün sorğunun göndərilməsi, onun işgüzar nüfuzunu ləkələyən Daxili tədqiqatlar İdarəsinin rəydə mövcud olan həqiqətə uyğun olmayan məlumatları təkzib etmək üçün cavabdehin üzərinə qoyulması və Ə-746 №-li, xx xxxxxxxx 2014-cü il tarixli əmrlərlə onun üzərinə qoyulmuş 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərin növündə intizam tənbehinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi göstərmişdir. Hazırda həmin iş üzrə icraat məhkəmənin hakimi Nəriman Abıyevin icraatında davam etdirilir və məhkəmə iclası xx xxxxx 2021-ci il tarixə saat 10:00-a təyin olunmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı İPM-nin 45.5.1-ci maddəsinin tələblərini pozaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2-1(112)-4260/2021 saylı iş üzrə iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4260/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4260/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver