Məhkəmə qərarları › İş №2-1(112)-4264/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4264/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4264/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı vəkillər kollegiyasının üzvlüyünə qəbul edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyası tərəfindən keçirilən peşə yararlığının müəyyən edilməsinə dair 19 oktyabr 2021-ci il tarixli 27 saylı şifahi müsahibə iclasında ona verilmiş şifahi müsahibə suallarına verdiyi cavablarının məqbul qiymətləndirilməsi öhdəliyi və ona peşə yararlığının müəyyən edilməsinə dair müvafiq rəy verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması; onun müvafiq icra hakimiyyəti orqanının tədris- elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması; onun aşağıdakı tələblərə cavab verməyi şərtilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməyi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması: onun müvafiq icra hakimiyyəti orqanının tədriselm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimi müvəffəqiyyətlə bitirməyi; Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilə biləcəyi tarixə müvafiq olaraq onun işində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin İİ hissəsi ilə ziddiyyət təşkil edən halların olmaması; tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasınınının müvafiq səlahiyyətli qurumu olan Vəkillərin İxtisas Komissiyasının şifahi müsahibənin nəticələrinə dair 19 oktyabr 2021-ci il tarixli 27 saylı protokolunun ona aid olan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, ixtisasca hüquqşünasdır. 2015-ci ildə Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən Rusiya Yeni Universitetinin hüquq fakültəsini bitirmişdir. 2015-ci ilin mart ayından başlayaraq fərdi vergi qeydiyyatına düşməklə (VÖEN əsasında) praktik hüquqşünaslıqla məşğuldur. Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə növbəlilik qaydasında ixtisas imtahanı keçirilir. Cavabdehin növbəlilik qaydasında elan etdiyi ixtisas imtahanında iştirak etmək məqsədilə o, müvafiq sənədləri təqdim etməklə vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirak üçün vəkilliyə namizəd kimi qeydiyyatdan keçmişdir. 05 mart 2021-ci il tarixdə keçirilmiş vəkilliyə ixtisas imtahanının İ mərhələsində, yəni yazılı test imtahanında iştirak etmişdir. Həmin imtahanın nəticələrinə əsasən 76 (yetmiş altı) bal toplayaraq növbəti mərhələyə buraxılmışdır. 19 oktyabr 2021-ci il tarixdə Vəkillərin İxtisas Komissiyasının (bundan sonra - Komissiya) 27 saylı iclasında vəkilliyə ixtisas imtahanının İİ mərhələsində, yəni şifahi müsahibə mərhələsində iştirak etmişdir. Ona verilmiş suallar aşağıdakılardan ibarət olub: Mülki hüquqda mirasın qəbulu institutu; Ailə hüququnda övladlığa götürmə institutu; Cinayət hüququnda şəraitin dəyişməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə məsələsi; Mülki hüquqda və ailə hüququnda ər-arvadın birgə mülkiyyətində olan əmlak institutu; Vəkillik hüququnda vəkilliyə xitam verilməsi məsələsi. Yuxarıda qeyd etdiyi kimi bu suallara mahiyyət üzrə doğru və dolğun cavab vermişdir. Komissiya qəbul etdiyi eyni tarixli protokolunda onun şifahi müsahibədə verdiyi cavabları qeyri-məqbul qiymətləndirib. Bununla da ixtisas imtahanının İİ mərhələsindən, yəni şifahi müsahibədən kəsilmişdir. 25 oktyabr 2021-ci il tarixdə Komissiyanın onun şifahi müsahibədə cavabının qeyri- məqbul qiymətləndirilməsinə dair qərarından cavabdehin Rəyasət Heyətinə şikayət vermişdir. 04 noyabr 2021-ci il tarixdə RH onun şikayətini rədd edib. 15 noyabr 2021-ci il tarixdə o, həmin qərar barədə rəsmi qaydada məlumatlandırılmışdır, yəni RH-nın 11 noyabr 2021-ci il tarixli cavab məktubu ona rəsmi qaydada təqdim edilib. RH-nın 11 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, RH onun şikayətini ixtisas imtahanlarının nəticələrinin dəyişdirilməsinə dair “əsas olmadığından” rədd edib. Nəticə etibarilə, yuxarıda qeyd edilmiş icraat əsasında cavabdeh onu vəkilliyə qəbul etməkdən imtina edib. Hesab edir ki, cavabdehin onun vəkilliyə qəbulundan imtina edilməsinə dair imtinaedici qərarı qanunsuz və əsassızdır. Buna görə cavabdehin üzərinə onun vəkilliyə qəbuluna dair icraatla əlaqədar bir sıra öhdəliklər qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 10.12.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərmişdir ki, hazırkı məcburetmə iddiası çərçivəsində iddiaçının iddiasının qiymətləndirilməsi üçün məzmunu əhəmiyyətli olan 01 aprel 2021-ci il tarixli ərizəsində sonuncu Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanlarına buraxılması üçün sənədlərinin qəbul edilməsini xahiş etmiş, sənədlər ondan qəbul edilmiş və imtahanlara buraxılmışdır. Bu ərizə özü-özlüyündə Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmə üçün xahişi nəzərdə tutan ərizə deyil və bu ərizəyə baxılmasının nəticəsi özüözlüyündə üzvlüyə qəbul və ya imtina ilə nəticələnə bilməz. Üzvlüyə qəbul məsələsi ixtisas imtahanının şifahi müsahibə mərhələsində onun barəsində müsbət rəy verilmədiyi üçün baxış predmetini ümumiyyətlə təşkil etməmişdir. Hazırkı iş üzrə araşdırma predmetini yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi təşkil edə bilər, iddia tələblərinin mahiyyətinə dair iddiaçının mövqeyini ifadə edən mülahizələrdən görünür ki, iddiaçı bunu “başlıca mövzu” və “əsas problem” hesab edir. İddiaçının “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi” tələbi də Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. Yəni Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyi müəyyən etdikdə onun üzərinə arzu edilən inzibatı aktı qəbul etmək öhdəliyi qoymamalıdır. İddiaçının “Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması" tələbi mümkün olmamaqla yanaşı “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi" tələbi də əsassızdır, hazırkı inzibati mübahisə çərçivəsində peşəyə buraxılmaq üçün bilik və bacarıqların qiymətləndirilməsi, inzibati mühakimə icraatı qaydasında işə baxan məhkəmənin mühakimə funksiyalarının həyata keçirilməsindən kənardır. Məhkəmə hazırkı icraat çərçivəsində yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi zamanı imtahan qaydalarının tətbiqinin düzgünlüyünü yoxlaya və şərti olaraq əgər buna əsaslar olarsa ixtisas imtahanının şifahi müsahibə mərhələsinin yenidən keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoyulub-qoyulmaması məsələsini həll edə bilər. İddiaçının “Azərbaycan Respublikası Vəkillər X1 19 oktyabr 2021-ci il tarixli 27 saylı protokolun (qərarın) ləğv edilməsi” tələbi də əsassızdır. Qeyd edilməlidir ki, iddiaçının şikayətinə Azərbaycan Respublikası Vəkillər X2 baxılmış, 11 noyabr 2021-ci il tarixli qərarı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının tələblərini nəzərə alaraq, iddiaçının şifahi müsahibənin nəticəsinə dair Vəkillərin İxtisas Komissiyasının qərarı ilə bağlı müraciəti hüquqi əsas olmadığından təmin edilməmişdir. Göründüyü kimi barəsində şikayət verilmiş Vəkillərin İxtisas Komissiyasının qərarı şikayət instansiyasının qərarı ilə dəyişdirilməmişdir. Belə olan halda “Azərbaycan Respublikası Vəkillər X1 19 oktyabr 2021-ci il tarixli 27 saylı protokolun (qərarın) ləğv edilməsi" tələbi də mümkün sayılmamalıdır. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində verdiyi cavabların “qeyri-məqbul” qiymətləndirilməsi işdə olan sübutlarla tam təsdiq edilir və iddiaçı bunun əksini sübut edən hər hansı sübut və ya əsaslı dəlil irəli sürməmişdir. İddiaçının onun cavablarının məqbul kimi qiymətləndirilməli olması barədə dəlili heç bir faktiki əsasa söykənmir, yalnız onun şəxsi istək və mülahizələrindən ibarətdir. İddiaçının suallara qeyri-məqbul cavab verməsi iş materiallarına əlavə edilmiş protokol və vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarış ilə təsdiq edilir. Belə ki, vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışdan görünür ki, iddaçıya 19.10.2021 tarixdə vəkilin fəaliyyətinə xitam verilməsi, mirasın qəbul edilməsi, ər-arvadın ümumi birgə mülkiyyəti, şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmə, mülki prosesdə uşağın övladlığa götürülməsi məzmununda suallar verilmiş, Vəkillərin İxtisas Komissiyasının iclasda iştirak edən 8 üzvünün hər biri tərəfindən hər bir suala cavab ayrı-ayrılıqda yazılı qiymətləndirilməldə iddiaçıya ümumilikdə 16 məqbul və 24 qeyri-məqbul qiyməti verilmiş, bu qiymətlər hər bir üzvə bir nüsxədə verilmiş və onun tərəfindən imzalanmaqla təsdiq edilən “Vəkilliyə namizdələrlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəli” adlı sənəddə əks etdirilmiş, qeyri-məqbul qiymətlərin sayı məqbul qiymətlərin sayından çox olmuşdur. Bu səbəbdən 19 oktyabr 2021-ci ıl tarixli 27 saylı iclas protokolu ilə Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş iddaçının cavablarını “qeyri-məqbul” qiymətləndirmişdir. Göründüyü kimi iddiaçının cavablarının qeyri-məqbul qiymətləndirilməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir, iddiaçının onun verdiyi cavabların qeyri-məqbul qiymətləndirilməsinin faktiki əsasının olmaması barədə heç bir əsası olmayan dəlilləri uydurma və mülahizə xarakterlidir, iddiaçı bu dəlilləri sübuta yetirən hər hansı bır sübutu təqdim etməmişdir. Vəkillər X1 7 iyul 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. İxtisas imtahanının yazılı (test) mərhələsinin keçirilmə şərtlən həmin Qaydaların 4.1-4.9-cu bəndləri ilə, şifahi müsahibə mərhələsinin keçirilmə qaydaları isə 5.1-5.5-cı bəndləri ilə tənzimlənir.Qaydaların 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər.Göründüyü kimi Vəkillərin İxtisas Komissiyasının üzvləri əvvəlcədən dərc edilmiş proqram çərçivəsində hüquqa aid suallar verməkdə sərbəstdırlər və proqramdan kənar hər hansı bir sual verilməmişdir. Belə olan halda Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən hüquqa aid sualların verilməsi hüququn tətbiqində səhv hesab edilə, İnzibati icraat haqqında Qanunun 1.1.-ci maddəsi və Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 1-ci maddəsinin İİ hissəsi pozulmuş hesab edilə bilməz.İxtisas imtahanının test (yazılı) və şifahi müsahibə mərhələlərinin eyni olması və eyni qaydada keçirilməsi barədə iddiaçının mövqeyi də tamamilə əsassızdır.Belə ki, test (yazılı) mərhələdə qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdınlərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Bu mərhələnin məqsədi ilkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılmasıdır. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən* sərbəst şəkildə şifahi cavablandırılan şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır.Göründüyü kimi namizədin şifahi müsahibə edilməsi Qaydaların 5.3-cü bəndi çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasın m səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz.Həmçinin qeyd edilməlidir ki, əvvəlki Vəkillərin İxtisas Komissiyası tərəfindən də şifahi müsahibə mərhələsində əsasən məhz hüquqa aid suallar verilmişdir. 01 mart 2018-ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən yalnız hüquqa aid suallar verilmişdir.Həm. əvvəlki Vəkillərin İxtisas Komissiyasının praktikasından, həm də Vəkillərin İxtisas Komissiyasının yeni tərkibinin 01 mart 2018-ci. il tarixindən etibarən keçirdiyi imtahan praktikasından ixtisas imtahanının şifahi müsahibə mərhələsinin hansı, qaydada keçməsi və burada 5 ədəd yalnız hüquqa aid sualın verilməsi bütün namizədlər üçün, o cümlədən iddiaçı, üçün açıq məlumat idi və iddiaçı bunu bilməli idi.. Hesab edirik ki, iddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtlən barədə iddialan əsassızdır, Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun və Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalarının hər hansı bır müddəasını pozmamışdır. İddiaçının onun peşə hüququnun pozulması barədə iddialan əsassızdır.İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8.1-ci maddəsinə istinad edərək peşə hüququnun, pozulmasını iddia edir.İlk növbədə qeyd edilməlidir ki, Konstitusiyanın 35-ci maddəsinin 11 hissəsi vəkil statusu əldə etmək üçün müvafiq imtahanlar vəsitəsi ilə peşə hazırlığı, və peşə yararlılığının müəyyən edilməsini istisna etmir.Belə ki, Konstitusiyanın 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.İddiaçının vəkil statusu əldə etməməsi onun fəaliyyət növü, peşə, məşğuliyyət və iş yen seçmək hüququnun pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla müəyyən edilmiş müddətlər bitdikdən sonra növbəti imtahanlarda sənəd vermək hüququna malikdir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Şəxsiyyət vəsiqəsi bardə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1964-cü il tarixdə Cəbrayıl rayonu, Maralyan kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: İddiaçı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış 01 aprel 2021-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsini müvəffəqiyyətlə verdiyini nəzərə alaraq şifahi müsabiqədə iştirak etmək məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş sənədlərinin qəbul edilməsini və ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmasını xahiş etmiş və göstərmişdir ki, vəkilliyə namizədlərə irəli sürülən tələblərə cavab verir, həmçinin Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak etmək üçün müraciət formasında məlumatlarda ötən müddətdə dəyişiklik baş verməmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 19 oktyabr 2021-ci il tarixli 27 saylı iclas Protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmək üçün yazılı test imtahanından müəyyən edilmiş keçid balını toplayaraq imtahanların şifahi mərhələsinə buraxılmış nazmizədlərin peşə yararlığının müəyyən edilməsi və onların Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsinə dair verilməsi məsələsinə baxılması üçün şifahi müsahibənin aparılması barədə; Vəkilliyə qəbulla bağlı 25.05.2021-19.10.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının nəticələrinin açıqlanması və şifahi müsahibədə müvəffəqiyyət qazanmış namizədlərə rəy verilməsi məsələsinə baxılaraq Vəkillərin İxtisas Komissiyası şifahi müsahibədə iştirak etmiş İddiaçı cavabları qeyri-məqbul hesab edilmişdir. Vəkilliyə namizədlərlə keçrilən şifahi imtahanın Qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş 19.10.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, namizəd İddiaçı verilmiş sulların məzmunu 1. Vəkilin fəaliyyətinə xitam verilməsi; 2. Mirasın qəbul edilməsi; 3. Ər-arvadın birgə mülkiyyəti; 4. Şəraitin dəyişilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmə; 5. Mülki prosesdə uşağın övladlığa götürülməsi. Cavabların qiymətləndirilməsi Vəkillərin ixtisas Komissiyasının üzvləri tərəfindən 1-ci sual q/məqbul, 2ci sual q/məqbul, 3-cü sual məqbul, 4-cü sual q/məqbul, 5-ci sual məqbul hesab edilmişdir. Nəticə məqbul 16, qeyri-məqbul 24. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Vəkillər X3 tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 1271 №li cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, qəbul edilmiş qərara əsasən, vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində İxtisas Komissiyası tərəfindən peşəyə yararlığının müəyyən olunması üçün aparılmış qiymətləndirmədən narazılığı ilə bağlı ərizənin təmin olunması üçün əsas yoxdur. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır (İ hissə). Maddə 11. Vəkillər X3: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillər haqqında intizam icraatı başlayır (İİİ hissə) Maddə 13. Vəkillərin İxtisas Komissiyası Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır (İ hissə). İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir (İİ hissə). İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir (İV hissə). İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X3nə müvafiq rəy təqdim edir (V hissə). Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər (Vİİ hissə). İxtisas imtahanının qaydaları Vəkillər X3 tərəfindən müəyyən edilir (İX hissə). Azərbaycan Respublikası Vəkillər X1 Qərarı ilə təsdiq edilmiş “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları”na əsasən: 2.1. İxtisas imtahanları Vəkillər X3 tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. İPM-ə əsasən: Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Normanın məzmununa görə, diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır. Vəkillər Kollegiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsinə dair qaydaları və peşə yararlılığına dair meyarları müəyyən etməkdə sərbəstdir. Lakin bu diskresion səlahiyyət Vəkillər Kollegiyasını həmin qayda və meyarlara uyğun davranmaq öhdəliyindən azad etmir. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinin iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin V hissəsinə görə, İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X3nə müvafiq rəy təqdim edir. Normanın məzmunundan göründüyü kimi, namizədin peşə yararlılığını müəyyən etdiyi halda, İxtisas Komissiyası namizədin zərərinə qərar qəbul edə bilməz (rəy verməkdən imtina edə bilməz). “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçının tələbi onun şərh etdiyi məzmunda qəbul edildikdə belə, bu, məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin İ hissəsinin tələbinə görə, hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. Göründüyü kimi, hakimin (sabiq hakimin) qanunları bilməsi Vəkillərin İxtisas Komissiyasının vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsində qiymətləndirmə azadlığına təsir etmir, onu məhdudlaşdırmır. Digər tərəfdən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. İddiaçının müvafiq icra hakimiyyəti orqanının tədrıs-elm müəssisəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimə buraxılması və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” məzmunda tələblərə gəldikdə, həmin tələblər digər tələblərin müsbət həllindən asılı olduğundan, həmin məzmunda tələblərin təmin olunması istisna edilir. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar